Məhkəmə qərarları › İş №2-1(102)-1568/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1568/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1568/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması; etimad hüququnun istisna olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İ ddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 21 yanvar tarixli, 21(103)-417/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sərhəd Xidməti tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında” Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən Məlumat Vər əqinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmış və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən (pensiya hüququnun yarandığı tarixdən) müddətsiz əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla təqdim olunan “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluq stajına görə əmək pensiyasına əlavə alan hərbi qulluqçuları və işçiləri haqqında” məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə SHXÇDX-də yenidən xidmətə (işə) qəbul olunmuşdur.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 317-1/3-7-13323/2023 nömrəli Qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra 218,93 manat məbləğində müəyyən olunmuşdur. Qərar əsasında iddiaçının əmək pensiyası 2023-cü ilin avqust ayından yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən hesablanaraq ümumilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx. xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili ilə 28 il 06 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 33 il 2 ay 15 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 may 2021-ci il tarixdə (əmr № 825) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar iddiaçıya hərbi pensiya təyin edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən hərbi xidmətə qəbul edilmişdir. Buna istinad edilərək xx.xx.2023-cü il tarixdən iddiaçının əmək pensiyası dayandırılmış, hal-hazırda isə xx.xx.2021-ci il tarixdən xx.x x.2023-cü il tarixədək ödənilmiş əmək pensiyasına əsasən iddiaçının əmək pensiyasından tutulmalar həyata keçirilir. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçıya təyin olunmuş əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci, 37.3.1-ci, 37.3.2-ci, 37.3.4-cü maddələrinə istinad edilərək iddiaçıya qalıq artıq ödəmələrin müəyyən edilməsi haqqında ərizə göndərilmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın əmək pensiyasında tutulma barədə dəlilləri qanunsuzdur, əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci, 37.3.1-ci, 37.3.2-ci, 37.3.4-cü maddələrinə istinad etməsi qanunsuzdur, çünki qeyd edilən dövr üçün də cavabdeh iddiaçıya əmək pensiyasını ödəmək öhdəliyini daşıyırdı. Qanunvericiliyə əsasən, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılmasının əsası qismində çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etmiş, həmin şəxslərin sonradan işləməyən əmək pensiyaçısı statusu müəyyən edildiyi təqdirdə isə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir.

6. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfind ən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya 3 sentyabr 2021-ci il tarixindən Mərkəzi Filial tərəfindən 33 il 2 ay 15 gün (təqvimi xidmət illəri 28 il 6 gün, güzəştli xidmət illəri 5 il 2 ay 9 gün) xidmət müddətinə görə təminat xərcliyinə (2632,45 manat) uyğun olaraq, 2171,77 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xidmətdən ehtiyata buraxıldıqdan sonra iddiaçının yenidən xidmətə qəbul edildiyi aşkar edilib. Mərkəzi Filiala təqdim edilmiş məlumatlara əsasən 10 noyabr 2021-ci il tarixindən yenidən hərbi xidmətə qəbul edilmişdir. Müvafiq araşdırma il ə əlaqədar iddiaçının əmək pensiyası 01 iyun 2023-cü il tarixindən dayandırılıb. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına gör ə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, iddiaçının əmək pensiyası cari ilin avqust ayında yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, əmək pensiyasının sığorta hissəsi illər üzrə indeksləşdirilməklə 218,93 manat (xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 184,60 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 190,87 manat, xx.xx.2023-cü il tarixindən etibarən isə 218,93 manat) məbləğində müəyyən edilib. Həmçinin iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 41923,28 manat pul vəsaiti razılıq ərizəsinə əsasən cari ilin avqust ayından etibarən hissə-hissə əmək pensiya sından tutularaq büdcəyə bərpa edilir (qalıq artıq ödəmə 41640,44 manat təşkil edib). Bundan başqa, 9 oktyabr 2023-cü il tarixindən iddiaçının yenidən ehtiyata buraxılması ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq cari ilin noyabr ayında tam məbləğdə müəyyən edilib. Eyni zamanda, keçmiş müddət üçün yenidən hesablanaraq ona ödənilməli olan 1387,87 manat pul vəsaiti müəyyən edilib. Eyni zamanda bildirilir ki, iddiaçının müraciətinə əsasən əmək pensiyasının yenidən hesablanması aparılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-c i və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı q ədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14054,06 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sonuncu dəfə işdən azad olduğunu 09 oktyabr 2023-cü il tarixinə 14054,06 manat pensiya sığorta kapitalını Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 339 aya bölünməklə (14054,06:339 (65 il-46 il 10 ay=218 ay+121 ay (144 ay-23 a y (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=41,46 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (2171,77 manat) üzərinə əlavə edilərək pensiya məbləği 2213,23 (2171,77+41,46) manat müəyyən edilib. Eyni zamanda, 10 oktyabr 2023-cü il tarixindən hesablanaraq ona ödənilməli olan 70,71 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzə rdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş qalıq 41640,44 manat vəsaitdən ona ödənilməli olan ümumilikdə 1458,58 (70,71+1387,87) manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. 01 dekabr 2023-cü il tarixinə qalıq artıq ödəmə 40181,86 manat təşkil edir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1 /2-Ə-137672/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13323/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövləti n maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

7. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 02 iyul tarixli, 2-1(112)-7343/2024 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci (bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri), 20.1.14-cü (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla), 20.1.18-ci (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya o rqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla), 20.1.20-ci (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) maddələrində göstərilən şəxslərə münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda həmin əlavənin ödənilməsinin dayandırılması istisna edilmişdir. İddiaçı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 20.1.11-ci maddəsində nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər (qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular) kateqoriyasına daxildir və Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır, əmək pensiyasının yalnız sığorta hissəsi ödənilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən).... Konkret halda, inzibati orqan “İnzibati icraat haqqında” qanunun (dinləmə hüququnun təmin edilməsi) və maddi hüquq normasının (əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə qərar əsasında tutulmuşdur və tutulan məbləğin əmək pensiyasına münasibətdə faiz nisbəti (10%) qeyri-mütənasib deyil və əmək pensiyaçısını böyük z ərərə məruz qoymur) tələblərinə uyğun davranmışdır.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 21 yanvar tarixli, 2-1(103)-417/2025 nömrəli qərarı ilə (hakimlər G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və C.A.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 02 iyul tarixli, 2-1(112)-7343/2024 nömrəli qərarı qismən, yəni pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək iddiaçıdan xx.xx.2023-cü il tarixdən artıq ödəmə adı ilə pensiyadan tutulma qanunsuz hesab edilmiş və xx.xx.2023-cü il tarixdən artıq ödəmə adı ilə pensiyadan tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair iddiaçının razılıq ərizəsi olsa da, cavabdeh orqanın buna dair Qərarı mövcud deyil. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə id diaçı cavabdehə razılıq ərizəsi (artıq ödənilmiş vəsaitin pensiyadan 10% tutulmasına etiraz etməməsi) ünvanlasa da, sonradan həmin tutulmalar onun maddi durumuna mənfi təsir göstərdiyindən və onu əhəmiyyətli dərəcədə ziyana məruz qoyduğundan, xx.xx.2024-cü il tarixdə iddiaçı digər bir ərizə ilə (əmək pensiyasından tutulmanın dayandırılması barədə) cavabdehə müraciət etmişdir....“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, y uxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz oldu ğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasını n iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi m araqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Qeyd olunanları nəzərə almaqla, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində etiraz ərizəsində göstərdiyi dəlillərə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 fa iz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstər ilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Maddə

38. Əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması barədə əmək pensiyaçısının və işəgötürənin məlumat vermək vəzifəsi 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur.... Maddə

39. Artıq ödənilmiş əmək pensi yasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli ola n məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.... 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması.... 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir....

17. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bi r qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mahiyyətcə iddianın təmin edilmiş hissəsinin ləğvinə yönəldiyi üçün qərar həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab ed ir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

21. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmış və ona xx.xx.2021ci il tarixdən müddətsiz əmək pensiyası təyin edi lmiş, daha sonra xx.xx.2021-ci il tarixdə yenidən xidmətə qəbul olunmuş, cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13323/2023 nömrəli Qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra 218,93 manat məbləğində müəyyən olunmuşdur. Qərar əsasında iddiaçının əmək pensiyası 2023-cü ilin avqust ayından yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən hesablanaraq ümumilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.

22. İş üzrə məhkəmə baxışının predmetini cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi v ə tutulmuş məbləğin geri qaytarılması barədə iddia tələbi təşkil edir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu Qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin m addədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

24. Qanunvericiliyin tələbinə əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər (Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular) kateqoriyasına daxildir və Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır, əmək pensiyasının yalnız sığorta hissəsi ödənilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən).

25. Odur ki, cavabdeh tərəfindən iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən xidmətə başladığı barədə məlumat əldə edildikdən sonra ona münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsinin dayandırılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir (xidmətə bərpa edi ldiyi dövrdə qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının yalnız sığorta hissəsi ödənilmişdir). İddiaçı yenidən hərbi xidmətdən tərxis olunduqdan sonra qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsi davam etdirilmişdir (bərpa edilmişdir).

26. Cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinə hüquqi qiymət verilməsi üçün isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. a. Cavabdeh qurum tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən də imzalanmış xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qan unun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə137672/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Maraqlı şəxs (iddiaçı) xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə (iddiaçıya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona halhazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin (iddiaçının) mülahizə ləri dinlənilmişdir. b. İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda ona artıq ödənilmiş vəsaitin pensiyadan 10% tutulmasına etiraz etmədiyini qeyd etmişdir. 27. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

28. Konkret halda, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun (icraatın aparılması və dinləmə hüququnun təmin edilməsi) və maddi hüquq normasının (əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısının razılığı ilə qərar əsasında tutulmuşdur və tutulan məbləğin əmək pensiyasına münasibətdə faiz nisbəti “Əmək pensiyaları haqqında” Qanunun 39.2-ci maddəsinə uyğun olmaqla (10%) qeyrimütənasib deyil və əmək pensiyaçısını böyük zərərə məruz qoymur) tələblərinə uyğun davranmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, artıq ödənilmiş vəsaitin tutulmasına razılıq ərizəsi mövcud olduğu təqdirdə sonradan əmək pensiyasından tutulmaya razılıqdan imtina ərizəsinin verilməsi cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini tələb etmək, eləcə də tutulmuş vəsaitin geri qaytarılması üçün hüquqi əsas yaratmır. Belə ki, inzibati orqanın qərar çıxarılan zaman qanunazidd davranışı olmamışdır. İddiaçının artıq ödənilmiş vəsaitin tutulmasın a dair razılıq ərizəsi onun iradəsini əks etdirmiş, həmin ərizənin hədə, təsir və ya digər formada iradəyə təsir edəcək şəraitdə yazıldığı müəyyən olunmamış, iddiaçının özü tərəfindən də belə bir dəlil irəli sürülməmişdir.

30. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizə (artıq ödənilmiş vəsaitin tutulması barədə razılıq) iddiaçının qanunsuz olaraq artıq ödənilmiş pul vəsaitin mövcudluğu barədə məlumatı olduğunu təsdiqləyir (digər tərəfdən, xidmətə bərpa olunduqdan sonra iddiaçı bu barədə məlumat verməli idi - “Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsi) və qanunvericiliyə əsasən bu halda (inzibati aktın qanunsuz olduğunu bildiyi halda) şəxsin (iddiaçının) etimadın qorunması hüququna istinad etməsi istisna edilmişdir.

31. Belə ki, “İnzibati icraa t haqqında” Qanunun 67.6.3-cü maddəsi ilə inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.7-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur.

32. Beləliklə, işin xüsusi halları nəzərə alındıqda iddiaçı etimadın qorunması hüququna istinad etməklə artıq ödənilmiş pul vəsaitinin tutulmasının qanunsuz hesab edilməsini tələb edə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 21 yanvar tarixli, 2-1(103)-417/2025 nömrəli qərarı qismən - “İddiaçı xx.xx.2023-cü il tarixdən artıq ödəmə adı ilə pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixdən artıq ödəmə adı ilə pensiyadan tutulmuş pul vəsaitinin iddiaçıya (İddiaçı) geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmə si” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar