Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1569/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, bundan sonra üçüncü şəxs) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-391/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 Akademiyası N.N.Bloxin ad. X8 Mərkəz DM-in çıxarış epikrizinə əsasən iddiaçıya klinik diaqnoz olaraq “Sol böyrəyin nefroblastoması. T2N1Mx. Kombinə olunmuş müalicədə sonrakı vəziyyət.” göstəri lmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Ambulator kartdan 19.05.2020-ci il tarixli arayışına əsasən iddiaçıya “əsas diaqnoz: C64Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll. Diaqnoz qeydi: Sol Böyrəyin nefroblastoma, pT2N1Mx mərhələ İİİ. komplex müalicədən sonraki vəziyyət.” Həmçinin, arayışdan görünür ki, iddiaçıya “C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll.” diaqnozu ilk dəfə 14.02.2008-ci il tarixdə qoyulmuşdur.
3. İddiaçıya 28.10.2008-ci il tarixdən “uşaqlıqdan əlil” hesab edilməsi ilə əlaqədar müvafiq vəsiqə verilmişdir. Daha sonra iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır.
4. İddiaçı ona əlillik dərəcəsinin təyin edilmə si üçün cavabdeh orqana müraciət etmişdir.
5. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbləri kimi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Patohistoloji müayinənin nəticəsi göstərilməyib. Əsas xəstəlik və ağırlaşmaların ardıcıllığı aydın tərtib olunmayıb.” göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı ona 14.10.2019-cu il tarixdən əlilliyin təyin edilməsi və əlillik üçün müəyyən ediləcək müavinətin həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, id diaçı xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 2008-ci ilin əvvəllərində səhhətində ciddi dəyişikliklər olmuş, valideynləri onu Bakıda müxtəlif tibbi klinikalara aparmış, lakin vəziyyəti heç cür yaxşılaşmamış və onu Moskva şəhərinə aparmalı olmuşlar. 02.02.2008-ci il tarixdə o, X11 Akademiyasının N.N.Bloxin adına X3 Uşaq Onkologiyası və Hematologiyasına (ETİ) yerləşdirilmiş, ona sol böyrəyin bəd xassəli şişi diaqnozu qoyulmuşdur. Sitoloji müayinədə qeyd edilmişdir: “bəd xassəli yenitörəmənin dağılmış şiş elementləri, tək-tək toplamalara görə nefroblastomaya uyğundur”. Anamnez 2007-ci ilin iyul ayından uşağın qarnının ölçüsünün böyüməsi və deformasiyası qeyd edilməyə başlamışdır. 2008-ci ilin yanvar ayında həkimə müraciət edildikdə sol böyrəyin yeni törəməsi aşkarlanmış, müayinə və müalicə üçün uşaq UOH ETİ-yə yatırılmışdır. O, təcili əməliyyat olunmuş, əməliyyat nəticəsində sol böyrəyi çıxarılmışdır. Aldığı kimya-terapiyalar nəticəsində sümüklərində əyilmələr əmələ gəlmiş, yeriyəndə tez-tez tarazlığı itirir, dişlərinin demək olar ki, hamısı xarab olub. 28.10.2008-ci il tarixdən müraciət əsasında "uşaqlıqdan əlil" adlı əlillik müəyyən edildi. Xəstəlik və müalicələr səbəbində o, həmyaşıdları kimi məktəb partaları arxasında otura bilmədi, fərdi qaydada ev şəraitində təhsil aldı. 2008-ci ilin sonlarından indiyə kimi ilk bir il hər ay sonrakı beş il isə üç ayda bir dəfə, 2014-cü ildən 2018-ci ilə qədər hər altı aydan bir, son iki ildir ki, ildə bir dəfə onkoloji xəstə üçün müəyyən edilən bütün müasir üsullarla müayinə olunur. Hal-hazırda 18 yaşı tamam olduğu ü çün ona təyin edilən əlillik ləğv olunmuşdur. Əlillik müddətində hər ay dövlət tərəfindən təyin edilən müavinəti alırdı. Həmin məbləğ müəyyən qədər onun müalicə olunmağına kömək edirdi. İddiaçı edir ki, cavabdeh əlilliyin təyin edilməsi üçün etdiyi müraciətinə imtina verməkdə haqlı olmamışdır.
8. Məhkəmənin 08.06.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 9. 14.09.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “iddiaçının xəstəliyi nəzərə alınaraq ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-4904/2020 saylı iş 24 sentya br 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının xəstəliyi nəzərə alınaraq ona 1-ci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşaqlıqdan əlil olması və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində qeydiyyatda olması, müvafiq müalicə alması və iddiaçının kənar şəxsin yardım və qulluğuna daimi ehtiyacın olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçının əsas diaqnozunun “C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll” olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 halda, müvafiq poliklinika tərəfindən onlayn şəkildə F-88 Tibbi Sosial Ekspert Komissiyasına natamam göndərilməsi nəticəsində i ddiaçıya 1-ci dərəcə əlillik təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X10, 2-1(103)-391/2021 saylı iş) 12 fevral 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, iddiaçının xəstəliyi nəzərə alınaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərin ə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin – Bakı şəhəri 9 nömrəli poliklinikasının 21.12.2019-cu il tarixli 0069003AACPJ saylı göndərişi əsasında 27.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0069003AACSR saylı göndərişi əsasında 18.03.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən hər iki göndərişlərdə səhiyyə müəssisəsi tərəfindən əsas xəstəlik əsaslandırılmamış, 2008-ci ildə aparılmış kombinə olunmuş müalicədən keçən müddət ərzində xəstəliyin dinamikası, xəstənin hazırkı v əziyyəti, residiv və ya ağırlaşmaların olub-olmaması barədə heç bir məlumat göstərilməmişdir. Əlilliyin təyinatını aparmaq mümkün olmadığından və göndərişin natamam doldurulması barədə TSEK tərəfindən imtina qərarları verilmişdir. Göndərişlərin səhiyyə müəssisi tərəfindən dəfələrlə natamam doldurulması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməməlidir və onun üçün hüquqlarının məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının xəstəliyini nəzərə alaraq əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyaraq haqlı olmuşdur. Lakin məhkəmənin iddiaçıya 1-ci dərəcəli əlilliyin tə yin edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işdə olan 14.09.2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının vəkili iddia tələbinin “İddiaçının xəstəliyi nəzərə alınaraq ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir və məhkəmə iddianın dəqiqləşdirilməsi barədə vəsatəti təmin edərək iddianı icraata qəbul etmişdir. Lakin məhkəmə iddia tələblərindən kənara çıxaraq iddiaçının xəstəliyini nəzərə alınaraq ona 1-ci dərəcə əlillik təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
15. Cavabdeh 12 mart 2021-ci tarixdə qərarın surətini almış, 12 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması b arədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. İddiaçıya əlilliyin təyini istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyi, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmadığı halda, iddianın qismən təmin olunmasına dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə elə hazırda qüvvədə olan N azirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir.
18. Məhkəmə qərarda “Qayda”nın 2.3-cü və 2.9. bəndlərinə istinad etməsinə baxmayaraq, Qaydanın 3.7-ci bəndinə, eləcə də “İnzibati İcraat haqqında” Qanunun 19.2ci maddəsinə əsaslanmışdır.
19. Məhkəmə qiymətləndirmənin adsızlaşdırılmış qaydada şəxsin iştirakı olmadan həyata keçirildiyini, qiymətləndirilmənin tamamlanmadığını (göndərişdə olan natamamlıqlar aradan qaldırılır, göndəriş komissiyaya qaytarılır, əlilliyin təyini və ya səbəblər göstərilməklə imtinaya dair yekun qərar qəbul edilərək qiym ətləndirmə prosesi tamamlanır), həmçinin iddia müddətinin keçməsini nəzərə almamışdır.
20. Qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirilmişdir. Verilən qərar göndərişdə qeydi edilən məlumatlara əsaslanır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikay ətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
23. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbi q edilən hüquq 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (-).
26. Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr po tensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-).
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslan dırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy a Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosia l ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-c i il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəs arətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymə tləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-).
3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: (-); 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatını n və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9); (-). 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarl a bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
31. İnzibati Prosessual Məcəllə: Maddə
12. Sübutların araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır. 19. 14.09.2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının dəqiqləşdirilmiş tələbi xəstəliyi nəzərə alaraq ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.
20. İddiaçının sağlamlığı səhiyyə müəssisəsinin – Bakı şəhəri 9 nömrəli poliklinikasının 21.12.2019-cu il tarixli 0069003AACPJ saylı göndərişi əsasında 27.12.2019-cu il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir.
21. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0069003AACSR saylı göndərişi əsasında 18.03.2020-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir.
22. Cavabdehin mövqeyinə görə qiymətləndirməyə əsas verən hər iki göndərişdə səhiyyə müəssisəsi tərəfindən əsas xəstəlik əsaslandırılma mış, 2008-ci ildə aparılmış kombinə olunmuş müalicədən keçən müddət ərzində xəstəliyin dinamikası, xəstənin hazırkı vəziyyəti, residiv və ya ağırlaşmaların olub-olmaması barədə heç bir məlumat göstərilməmişdir. Əlilliyin təyinatını aparmaq mümkün olmadığından TSEK tərəfindən imtina qərarları verilmişdir.
23. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
24. X11 Akademiyası N.N.Bloxin ad. X8 Mərkəz DM-in çıxarış epikrizinə əsasən 2008-ci ildə iddiaçıya klinik diaqnoz olaraq “Sol böyrəyin nefroblastoması. T2N1Mx. Kombinə olunmuş müalicədə sonrakı vəziyyət.” göstərilmişdir.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Ambulator kartdan 19.05.2020-ci il tarixli arayışına əsasən iddiaçıya “əsas diaqnoz: C64Böyrəyin, böyrək ləy ənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll. Diaqnoz qeydi: Sol Böyrəyin nefroblastoma, pT2N1Mx mərhələ İİİ. komplex müalicədən sonraki vəziyyət.” Həmçinin, arayışdan görünür ki, iddiaçıya “C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll.” diaqnozu ilk dəfə 14.02.2008-ci il tarixdə qoyulmuşdur.
26. İddiaçıya 28.10.2008-ci il tarixdən “uşaqlıqdan əlil” hesab edilməsi ilə əlaqədar müvafiq vəsiqə verilmişdir. Daha sonra iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır.
27. Cavabdeh etirazında və apelyasiya şikayətində bildirmişdir ki, iddiaçı 2008-ci ildə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və iki il müddətinə sağlamlıq imkanları məhdud (bundan sonra “SİM”) uşaq hesab edilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı iki il müddətinə “SİM” təyinatı qüvvədə saxlanılmış, sonuncu dəfə 23.10.2015-ci ildə təkrar müayinə edilmiş və iki il müddətinə “SİM” uşaq hesab edilmişdir. 23.10.2017-ci il tarixdə iddiaçının sağlamlıq imkanları məhdudluğunun müddəti, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə müvafiq olaraq “Əlillik altsistemi”ndə üç il müddətinə uzadılmışdır. 14.10.2019-cu il tarixdə iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır. 18 yaşı tamam olduqdan sonra şəxsin əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətlən dirilməlidir.
28. Cavabdeh sonuncu müayinəyə dair məlumatında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbləri kimi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmasını göstərmişdir. Həkimin rəyi: Patohistoloji müayinənin nəticəsi göstərilməyib. Əsas xəstəlik və ağırlaşmaların ardıcıllığı aydın tərtib olunmayıb” göstərmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin 19 may 2020-ci il tarixdə tərtib etdiyi göndərişdən görünür ki, iddiaçıya 2008-ci ildə qoyulmuş diaqnoz ilə 19 may 2020-ci il tarixdə üçüncü şəxsin cavabdehə göndərdiyi göndərişdə olan diaqnoz eyni olmuşdur, yəni sol böyrəyin nefroblastoma, pT2N1Mx mərhələ İİİ. 2008-ci ildə iddiaçıya qoyulmuş diaqnoz əsasında o, sağlamlıq imkanları məhdud olan şəxs müəyyən edilm işdir. Üçüncü şəxsin göndərişinə görə iddiaçının sağlamlığında yeni vəziyyət müəyyən edilməmişdir. Yəni göndərişdə olan məlumatlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuşdur.
30. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin müəyyən edilməsi meyarları təsvir edilmişdir.
31. Əsasnamənin 2.4.2-ci bəndinə görə nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18N18.9, Q60, Z90.5) diaqnozu əlilliyin təyin edilməsi üçün əsasdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymə tləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
33. Cavabdeh səhiyyə müəssisəsinin göndərişini hər iki halda natamam doldurulduğunu bildirsə də, səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, xəstəliyin funksional pozğunluğu, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, nəticədə xəstənin sol böyrəyin nefroblastoma, pT2N1Mx mərhələ İİİ F diaqnozu qoyulmuşdur.
34. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-391/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.