Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1569/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-1488/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
2. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin ümumi iş stajınız 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu il tarixindən xx.xx.1981ci il tarixinə kimi keçmiş “Bakı Alüminium-Yayma” zavodunda, yə ni indiki "xxxx" ASC-də təmirçi çilingər vəzifəsində, daha sonra isə xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə kimi yenidən təmirçi vəzifəsində işləməsini nəzərə alaraq ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş “Bakı Alüminium-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də təmirçi çilingər vəzifəsində, daha sonra isə xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə kimi yenidən təmirçi vəzifəsində işləmişdir. Bununla bağlı ərizəsinə "xxxx" ASC-nin arayışını da əlavə edib. 2013-cü ildə "xxxx" ASC-də baş vermiş yanğın səbəbindən orda olan arxiv sənədləri yanmışdır və bu səbəbdən də zavod əlavə sənədlər təqdim edə bilmir.
5. Cavabdeh iddiaya qarşı xx.xx.2021-ci il tarixli imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim etmiş və etirazda iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdi ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-6296/2021 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1990-2004-cü illərdə Bakı AlümuniumYayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçiv əsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC-də baş vermiş yanğınla bağlı məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığının qeyd edildiyi halda, əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyinin göstərilməsi məntiqli hesab edilmir. "xxxx" ASC-nin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş güzəştli arayışlardakı məlumatlar da qeyri-dəqiqdir. Belə ki, təqdim olunmuş arayışlarda İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək gah məftilçəkmə sexində metal çəkicisi, gah metalçəkmə sexində əlvan məftil çəkicisi, gah da əlvan metal əyiricisi işlədiyi qeyd edilməklə, işlədiyi peşənin konkret adı göstərilməmişdir. Beləliklə, müəyyən olunur ki, işəgötürən müəssisə işçinin işlədiyi adını qeyri-dəqiq bildiyi peşə barəsində güzəştli arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında Bakı Alüminium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətləri izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-1488/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, A.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədə n saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-1488/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş ye rindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiy i günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
15. Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüqu q münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan dispozisiya şərtlərinin mövcud olması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutl arı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı qərarın 14-15-ci bəndlərində qeyd olunan normalara əsasən, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olmalı, bunun 12 il 06 ayını zərərli işlərdə toplamalı və həmçinin pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixdə 57 yaşı tamam olmalıdır.
26. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından müəyyən olunur ki, iş stajı ilə bağlı dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir.
27. Belə ki, iddiaçının iş stajını təsdiq edən sənəd qismində 2 əmək kitabçası (bir üzlük altında tikilmiş 2 ayrı kitabça) təqdim edilmişdir. İddiaçının adına ikinci əmək kitabçası 1990-cı ildə açılmışdır və orada iddiaçının 1990-2004-cü illərdə yalnız Bakı Alüminium-Yayma Zavodunda işlədiyi barədə qeydlər mövcuddur.
28. Lakin iddiaçının qeyd edilən dövrdə həmin müəssisədə işlədiyinə dair müvafiq sənədlər, o cümlədən işə qəbul bar ədə əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə sənədlər iş üzrə materiallara əlavə olunmamışdır. İddiaçı qeyd edilən sənədlərin təqdim olunmamasını xx.xx.2013-cü ildə "xxxx" ASC-də baş vermiş yanğınla və həmin yanğın vaxtı zavodun arxiv sənədlərinin yanması ilə əsaslandırır.
29. Bununla bağlı iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli yanğın haqqında aktda qeyd edilmişdir ki, həmin akt xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-də baş vermiş yanğınla bağlı akt tərtib edilmişdir. Həmin aktda yanğının baş verdiyi ərəfədə yanğının baş verdiyi sahədə heç bir təmir-tikinti işlərinin aparılmadığı, obyektin fəaliyyətinin 2000-ci ildən dayandırıldığı qeyd olunmuşdur. Halbuki, iddiaçının əmək kitabçasında onun həmin müəssisədə 2004-cü ilədək işl ədiyinə dair qeydlər əksini tapmışdır.
30. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının işlədiyi peşənin adı ilə bağlı "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışlarda qeyd edilmiş məlumatların ziddiyyətli olması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd edir ki, iddiaçı işlədiyi peşələrin funksional məzmunu və əmək funksiyaları, əmək şəraiti və onun zərərli olmasını şərtləndirən xüsusiyyətlər barədə məhkəmənin suallarını cavablandıra və həmin suallara müvafiq izah verə bilməmişdir. Halbuki iddiaçı ən azından bununla bağlı məhkəmə qarşısında ətraflı açıqlama vermək öhdəliyi daşıyır.
31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayı lmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 21(103)-1488/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.