Məhkəmə qərarları › İş №2-1(102)-157/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-157/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-157/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-157/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil oğlunun iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1933/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bələdiyyənin 448 saylı, xxxx 2006-cı il tarixli qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1275 kv/m torpaq sahəsinin ayrıldı ğını, xxxx 2016-cı il tarixdə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında arasında müqavilənin imzalandığını, daha sonra həmin torpaq sahəsinin plan sxeminin tərtib edildiyini, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, adına çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən heç bir cavab verilmədiyini, cavabdehin hərəkətsizliyinin qanunsuz olduğunu və hüquqlarını pozduğunu bildirərək, Binəqədi rayonu, Azadlıq prospekti, 20 saylı yaşayış binasının arxasında ona ayrılmış 1275 kv.m torpaq sahəsinə dair adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)813/2018 saylı qərarı ilə iddia təl əbi təmin edilmişdir(hakim – Ş.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1933/2018 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 28 saylı yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1275 kv/m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyənin sədri X1 aralarında xxxx 2006-cı il tarixli, 601 saylı müqavilə imzalanmış, torpağın alqı-satqısına dair müvafiq akt tərtib edilmiş, eyni zamanda qeyd olunan torpaq sahəsinin plan sxemi bələdiyyənin əməkdaşı tərəfindən tərtib edilmiş və razılaşdırılmış, iddiaçı tərəfindən bütün prosedurlara əməl edilməklə, onun mübahisəli torpaq sahəsi üzərində qanuni hüquqları yaranmış, həmin torpaq sahəsinə dair sə nədin alınması zəruriyyəti yaranmış, qanunvericilikdə imtinanın konkret əsasları göstərilsə də, hazırki işdə isə bu barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasınd a iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər dar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hal larına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1933/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi Bələdiyyəsinin 448 saylı, xxxx 2006-cı il tarixli qərarı ilə cizgi əsasında Binəqədi rayonu, Azadlıq prospekti, 20 saylı yaşayış binasının yanında xxxx 2016-cı il tarixli alqı-satqı yolu ilə iddiaçıya 1275 kv.m torpaq sahəsi ayrılmış, Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında t orpağın alqı-satqısına dair akt tərtib edilmiş, həmin torpaq sahəsinin situasiya planı tərtib edilərək təsdiq edilmiş, iddiaçı, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, adına çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə cavab verilməmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid edilsə belə, bələdiyyənin həmin torpağa mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan həmin torpaq üzərində sərəncamvermə hüququna malik ola bilməzdi, Binəqədi Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan tor paq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız torpağın dəyəri ödənildikdən sonra bələdiyyə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməli idi, Binəqədi Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələblərinə əməl olunmamış, bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamış, bələdiyyənin torpağı satmaq üçün müvafiq səlahiyyətə malik olmadığı halda, torpağın alqısatqısını həyata keçirmiş, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq s ahəsinə dair sərəncam vermək məsələsi bələdiyyə iclasında həll olunmaqla kollegial qaydada qərar qəbul olunmalı (həmin iclas protokollaşdırılmalı) olduğu halda, bələdiyyə sədrinin təkbaşına sərəncamı əsasında iddiaçıya torpaq sahəsi ayrılmış, beləliklə, iddiaçının çıxarış verilməsini tələb etdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə əməl edilməklə ona ayrılmamış, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtinası qanuni olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (Həmin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xxxx 2001-ci il tarixli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri(qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.) Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qan unvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllə nin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinin tələbindən isə görünür ki, müvafiq səlahiyyəti olmayan orqan tərəfindən qəbul olunmuş inzibati akt etibarsızdır və həmin Qanunun 64.4-cü maddəsinin tələbinə görə isə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Binəqədi Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələblərinə əməl olunmadığını, bələdiyyə tərəfind ən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadığını, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zonanın dəqiqləşdirilmədiyini, həmin yerin planı və ölçüsünün hazırlanmadığını, iddiaçının çıxarış verilməsini tələb etdiyi torpaq sahəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə ona ayrılmadığını, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtinasının qanuni olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1933/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1933/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar