Məhkəmə qərarları › İş №2-1(102)-157/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-157/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-157/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət büdcəsi hesabına vəkillə təmin edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1117/2021 nömrəli iş üzrə 18.05.2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkilin təyin edilməsi ba rədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1117/2021 nömrəli iş üzrə 24.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 05.11.2020-ci il tarixl,i 2-1(112)5056/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respub likasının Müdafiə Nazirliyinə qаrşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2-1(112)-5056/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 18.05.2021-ci il tarixli, 2-1(103)-1117/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Habil Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 05.11.202 0-ci il tarixli, 2-1(112)-5056/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. İddiaçı 23.07.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin 24.08.2021-ci il tarixli, 21(103)-1117/2021 nömrəli (Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli, 2-1(103)-1117/2021 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya i nstansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(103)-1117/2021 nömrəli qərardadını ləğv edilməsini, dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinin təmin edilməsi və verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxlmasını barədə qərarın qəbul edilməsini xahiş etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o lazimi sənədləri öz qüvvəsi ilə ala bilməməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsindən heç bir yerdə işləmədiyi barədə müvafiq dövlət qurumuna sorğu göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə onun xahişini yerinə yetirmədi. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

11. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

13. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır.

14. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçının kassasi ya şikayətində onun öz hesabına vəkil tutmamasının səbəbi onun heç yerdə işləməməsi ilə izah etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsini təmin etməmişdir.

15. Belə ki, məhkəmə vəkilin şəxsə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərməsi barədə qərarı yalnız o halda qəbul edə bilər ki, həmin şəxsin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmasın.

16. Apellyasiya instanisyası məhkəməsi haqlı olaraq qeyd edir ki, vəkillə təmin olunma barədə ərizə inzibati iş üzrə olsa da, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi hazırkı ərizə ilə bağlı tətbiq edilə bilməz. Belə ki, iddiaçının heç bir yerdə i şləməməsini və həqiqətən də maddi vəziyyətinin ağır olmamasını sübut etmək iddiaçının üzərinə düşür.

17. Həmçinin apellyasiya məhkəməsi iddiaçı ərizəsinə maddi imkanının olmamasını təsdiq edən hər hansı sənəd, sübut əlavə etmədiyindən, 17.08.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaçıya maddi imkanının olmamasını təsdiq edən hər hansı sənəd, sübutun təqdim edilməsi məqsədilə məhkəmə iclasını 24.08.2021-ci il tarixə təxirə salmış, lakin iddiaçı növbəti məhkəmə iclasında da maddi imkanının olmamasını təsdiq edən hər hansı sənəd, sübut təqdim etməmişdir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(103)-1117/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar