Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-157/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasını təyin edilməsi barədə qərarda dəyişiklik edilməklə, pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(103)-2392/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1963-cü il təvəllüdlü olmaqla, 26 avqust 1978-ci il tarixdən 06 mart 1982-ci il tarixədək əyani təhsil almış, 29 aprel 1982 tarixdən 05 iyun 1984-cü il tarixədək hərbi xidmətdə olmuş, 19 dekabr 1984-cü il tarixdən 08 dekabr 1987-ci il tarixədək Bakı İEM-2-də elektrik sexində növbətçi montyor, 06 aprel 1995-ci il tarixdən hazıradək matros, bosman vəzifələrində işləmişdir.
2. İdd iaçıya 12 iyul 2023-cü il tarixli qərarla 60 yaşdan - 28 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir.
3. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, onun “Marxal” kooperativində “Turac” Bakı Filialında və “Vahid” mağazasında işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə, onun Bakı İEM-2-də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin peşə güzəştli iş stajına dair arayışda Siyahının “elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrü fatı” bölməsində nəzərdə tutulmamışdır. Odur ki, onun 57 yaşı tamam olduğu tarixə ümumi stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasını təyin edilməsi barədə qərarda dəyişiklik edilməklə, pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırki qərarın 1-3-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçı nın müraciətindən imtinaya dair cavab məktubda qeyd olunanlar təşkil edir.
7. İşin məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrin yerləşdiyi ünvan üzrə məhkəmə sorğusuna "xxxx" ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, 1985-1995-ci il tarixlərdə ASC ərazisində “Marxal” kooperativi fəaliyyət göstərmiş, iddiaçı da həmin kooperativin işçisi olmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 09 fevral 2024-cü il tarixli, 21(112)-2787/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi barədə cavabdehin 12 iyul 2023-cü il tarixli qərarda pensiya hüququnun yarandığı tarixdə dəyişiklik edilməklə pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixd ən iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, iddiaçı isə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiyanın 60 yox, 57 yaşdan təyin edilməsini xahiş etmişdir. İmtina onunla bağlıdır ki, iddiaçının “Marxal” kooperativində, “Turac” Bakı Filialında və “Vahid” mağazasında işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə, Bakı İEM-2- də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində iddiaçının işlədiyi peşə güzəştli iş stajına aid deyildir. İş materiallarından isə gö rünür ki, digər dövrlər imtina əsası qismində çıxış etməmiş, iddiaçının 01 yanvar 2006-cı il tarixə 23 il 2 ay 4 gün ümumi stajı, 10 il 8 ay 25 gün xüsusi stajı cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının imtinada göstərdiyi müəssisələrdə stajı nəzərə alındığı təqdirdə ümumi stajı, elektrik montyoru zərərli peşə sayılacağı halda isə xüsusi iş stajı ilə bağlı şərt ödəniləcəkdir ki, məhkəmə də hesab etmişdir ki, hər iki şərt iddiaçıya münasibətdə ödənilmişdir. Ümumi stajın ödənilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh adıçəkilən müəssisələrdə iddiaçının işlədiyi dövrün onun ümumi stajına sayılmaması əsası qismində həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqları ödənilmədiyinə istinad etsə də, cavabdeh həmin dövrlərin əmək kitabç asında qeyd edildiyini, sığortaedən qismində müəssisələrin tanınmamasının, sığorta haqlarının ödənilməməsinin iddiaçının məsuliyyət sferasına aid olmadığını, eləcə də sığorta haqlarının 01 yanvar 2006-cı il tarixədək ödənilməməsinin adıçəkilən dövrün sığorta stajına aid edilməsini istisna etmədiyini nəzərə almamışdır. Halbuki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edili r. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Beləliklə, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Əmək kitabçasında olan qeydlərdən də göründüyü kimi, iddiaçı 08 yanvar 1990-cı ildən 03 yanvar 1994-cü il, 01 fevral 1994-cü il tarixdən 01 aprel 1994-cü il tarixinədə k “Marxal” kooperativində, 05 yanvar 1994-cü ildən 17 oktyabr 1994-cü il tarixədək “Turac” Bakı Filialında və 01 noyabr 1994-cü ildən 01 fevral 1995-ci il tarixədək “Vahid” mağazasında işləmişdir ki, onun həmin vəzifələrdə işləməməsi barədə cavabdeh mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə sorğusuna "xxxx" ASC-nin mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan cavab məktubundan da göründüyü kimi, iddiaçı ən azından “Marxal” kooperativində işləmişdir ki, təkcə həmin kooperativdə işləməsi belə, onun ümumi stajının 25 ildən çox olması anlamına gəlməklə, cavabdehin imtina dəlilinin qanuniliyini istisna edir. Həmçinin qeyd olunur ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə, bunun pensiya təyin edilərkən (sığorta stajı hesablanarkən) nəzərə alınıb- alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı ha qqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə, iddiaçının 1998-1999-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən, həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Bu normadan hərəkətlə, iddiaçının mübahisələndirilən illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən, həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikas ının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının mübahisələndirilən dövrə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Bu qaydada hesablandıqda, iddiaçının 2006-cı ilin 01 yanvar tarixinə əmək stajı 25 ildən çox təşkil edir. Güzəştli iş stajına aid cavabdehin imtina dəlilinə münasibətdə də məhkəmə hesab etmişdir ki, imtina həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, cavabdeh iddiaçının 10 il 8 ay 25 gün güzəştli iş stajını 01 yanvar 2006-cı il tarixədək tanısa da, iddiaçının Bakı İEM-2 elektrik sexində elektrik montyoru peşəsində işlədiyi 20 dekabr 1984 - 08 dekabr 1987-ci illər üzrə dövrü nəzərə almamışdır. Halbuki, istər iddiaçının cavabdehə təqdim etdiyi arayışdan, istərsə də məhkəmə sorğusu nəticəsində müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, elektrik sexində elektrik montyoru vəzifəsi zərərli iş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan i şlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda da (24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları) elektrik montyorları peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin də məhz, həmin peşəyə aid olması barədə arayışının mötəbərliyini istisna edən hər hansı hal müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı barədə məhz, işəgötürən tərəfindən arayışın təqdim edi lməli olması barədə qanunvericiliyin tələb müəyyən etməsi zərurəti, məhz görülən işin zərərli olub-olmamasına münasibətdə işəgötürənin spesifik biliyi əsasında müəyyən edilə bilər. Odur ki, işəgötürən tərəfindən verilmiş, mötəbərliyi hər hansı şübhə doğurmayan arayışların nəzərə alınmaması məhkəmə hesab edir ki, iddiaçının pensiya təminatı hüququnun pozulması ilə nəticələnmişdir. Həmçinin, pensiya işindən görünür ki, iddiaçı 23 iyun 2023-cü il tarixdə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatı barədə cavabdehə müraciət etmiş, ərizə növbəti gün qeydiyyata alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün, yəni 23 iyun 2020-ci il tarixdən ödənilməmiş pensiy a məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.C.Qarayeva /sədrlik edən və məruzəçi/, Ş.İddiaçı və P.A.Hüseynov) 25 iyul 2024-cü il tarixli, 2-1(103)-2392/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin e dilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdehin kassasiya şikayətinin əsasını etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.3 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, x əstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər … 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.... 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir....
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə": Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tər əfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apelly asiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
29. İşin hallarından göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmə səbəbi ondan ibarətdir ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, 01,02.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Marxal” kooperativdə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Turac” Bakı filialında və xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək dövrlər ərzində “Vahid” mağazasında satıcı işlədiyi dövrlər iş stajına, həmçinin, xx.xx.1984- cü il tarixdən xx.xx.1987-ci il tarixədək dövr ərzində “Bakı İEM-2”-də elektrik sexində növbətçi elektrik montyoru işlədiyi vəzifəsi güzəştli iş stajına daxil edilməmişdir.
30. İ ddiaçının mübahisələndirilən illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 y anvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən, iddiaçının mübahisələndirilən dövrə aid işlədiyi dövr sosial sığorta stajına daxil edilməlidir. Bu qaydada hesablandıqda iddiaçının xx.xx.2006-cı il tarixədək əmək stajı 25 ildən artıqdır.
31. Güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının 10 il 8 ay 25 gün güzəştli iş stajını 01 yanvar 2006-cı il tarixədək tanısa da, “Bakı İEM-2”-də elektrik sexində elektrik montyoru peşəsində işlədiyi 20 dekabr 1984 - 08 dekabr 1987-ci illər üzrə dövrü nəzərə almamışdır. Halbuki, istər iddiaçının cavabdehə təqdim etdiyi arayışdan, istərsə də işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırması zamanı müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, elektrik sexində elektr ik montyoru vəzifəsi zərərli iş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın bənd
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr: qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorlar ı peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin də məhz, həmin peşəyə aid olması barədə verilən arayışın mötəbərliyini istisna edən hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda isə iddiaçının xx.xx.2006-cı il tarixə azı 12 il 6 ay güzəştli iş stajı tamamlanmış olur.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 21(103)-2392/2 024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.