Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1570/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( uzun müddət xidmət etmiş hərbi qulluqçunun dövlət hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına daxil edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X1 cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(103)1048/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1988-ci il tarixdən 23.11.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 saylı Fərmanına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyini nəzərə alaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının həmin müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı inzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1988-ci ildən 05.03.1993-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 05.03.1993-cü il tarixdən 23.12.2016-cı il tari xədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş və Müdafiə Nazirinin 23.11.2016-cı il tarixli 0814 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” AR Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına əsasən hüququnun yaranmasına baxmayaraq, mənzillə təmin olunmamışdır. Belə ki, iddiaçı 23 il 09 ay 18 gün AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmət dövrü müxtəlif medallarla, o cümlədən 20 ildən çox qüsursuz xidmət etdiyinə görə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. Silahlı Qüvvələr veteranıdır. Himayəsində 2 uşağı v ar, onlardan biri 1-ci dərəcə əlildir. İddiaçı AR Prezidentinin 569 №li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə 31.01.2020-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin onun müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır və iddiaçı bunu imtina kimi qiymətləndirmişdir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 04.11.2015-ci il tarixli, 1(093)-221/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. İddiaçının xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması onun qüsursuz xidmət etmədiyinə dəlalət edir.
6. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-5521/2020 saylı (hakim A.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı 1988-ci ildən etibarən hərbi xidmətdə olmuş, 23.11.2016-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə öz arzusuna əsasən ehtiyata buraxılmışdır. Xidmət illəri ərzində bir dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmuş, həmin cəzadan amnistiya aktına əsasən azad edilmişdir. İddiaçı məhkum olunduqdan sonra da hərbi xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə medallara, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür.
8. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 21(103)-1048/2021 nöm rəli qərarı ilə (hakimlər Afaq Nuriyeva-sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi ) cavabdehin və üçüncü şəxsin şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-5521/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 saylı Fərmanında Silahlı Qüvvələrin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Fərmanda qeyd edilənlər nəzərə alınarsa, iddiaçını həmin kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin edilməli şəxslərin siyahısına daxil etmək Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyildir. Məhkəmə isə göstərilən halları nəzərə almamış və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
13. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. İddiaçı etirazında şikayətin rədd edilməsini və Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Cinayət Məcəlləsi: Maddə
83. Məhkumluq. Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüqu qi nəticələri ləğv edir. 17. “Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında Əsasnamə ” Bənd İ. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
18. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə Maddə
164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bə ndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. 19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti h esabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etm əlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Kassasiya şikayəti formal tələblərə uyğun verilmiş, lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğundur.Bu baxımdan apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Bununla bağlı qeyd edilməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
25. Qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənirlər.İnzibati orqanlar qanunları tətbiq edərkən praktikada həmin qeyrimüəyyən anlayış ları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməli olurlar. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının interpretasiyası zamanı şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri bağlı faktiki halları qiymətləndirməli və nəzərə almalıdır. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən onun xidmət göstəriciləri bir vəhdətdə götürülməli və onlara məcmu h alında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər.
26. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətinin qüsursuz olubolmadığı və bunun üzərindən onun tələbində haqlı olub-olmadığı yuxarıda qeyd olunan kriteriyalar nəzərə alınmaqla müəyyən edilməlidir.
27. Apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 1988-ci ildə hərbi xidmətə başlamış, 27.12.2014-cü il tarixdə ona polkovnik-leytenant hərbi rütbəsi verilmiş, 23.11.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna) əsasən ehtiyata buraxılmışdır.
28. Bundan başqa, iddiaçı 24.06.2013-cü il tarixdə “Q üsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, 17.11.2016-cı il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur.
29. Eyni zamanda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 14.08.2020-ci il tarixdə verilmiş M/V 088045 №-li vəsiqəyə əsasən iddiaçı müharibə veteranı statusuna malikdir.
30. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 04.11.2015-ci il tarixli 1(093)221/2015 nömrəli hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5.000 manat cərimə cəzasına məhkum edilmiş, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli qərarının 5.2-ci bəndi (əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər) tətbiq edilməklə Xətai Rayon İcra Şöbəsinin amnistiya aktının tətbiq edilməsi barədə 28.06.2016-cı il tarixli qərarına əsasən, iddiaçı məhkəmə hökmü ilə təyin olunmuş cərimə cəzasından azad edilmişdir.
31. Daxili İşlər Nazirliyinin 14.08.2020-ci il tarixli İ9633 nömrəli arayışına əsasən İddiaçı məhkumluğu yoxdur. Qeyd edilməlidir ki, iddiaçının məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər məhkum olunması səbəbindən hər hansı məhdudiyyətə məruz qalması onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu hüquqi mövqe oxşar işlər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında da öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli, 2-1(102)-1887/2020 saylı qərarı).
32. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının 27.11.2019-cu il tarixli 21(102)-2910/2019 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı 01.08.1992-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 25.12.2018-ci ildən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ehtiyata buraxılmışdır. 26 illik xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbay can Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir”.
33. Göründüyü kimi, formalaşmış hüquqi praktikaya əsasən konkret işin spesifik halları nəzərə alınaraq əvvəllər məhkum olunmuş, işə baxıldığı dövrdə məhkumluğu ödənilmiş hərbi qulluqçuların qüsursuz xidmət edən hərbi qulluqçular kateqoriyasına aid edilməsi mümkündür. Hazırkı mübahisəyə münasibətdə də nəzərə alınmalıdır ki, cinayət qanunvericiliyinə görə iddiaçının məhkum olunduğu cinayət əməli ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət sayılı r və həmin cinayət prizmasından onun hərbi xidmətini və hərbçi keyfiyyətlərini dəyərləndirmək məqbul sayıla bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, Bakı Hərbi Məhkəməsinin 04.11.2015-ci il tarixli, 1(093)-221/2015 nömrəli hökmündən də görünür ki, iddiaçı yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmamış, zərərçəkən şəxsə ilkin yardım göstərmiş, onu xəstəxanaya çatdırmış və müalicə dövründə də ona diqqət göstərmişdir. Bu xüsusat da iddiaçının insani keyfiyyətlərin daşıyıcısı olduğuna dəlalət edir və qiymətləndirmə zamanı nəzərə alınmalıdır.
34. Yuxarıda istinad olunan normanın müddəalarına görə, hərbi xidmətdə 20 il və daha artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qü vvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə (həqiqi hərbi xidmətdən həmin Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa) ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər
35. Göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnun verilməsini qüsursuz xidmətlə əlaqələndirmiş və həmin hüququ yalnız qüsursuz xidmət etmiş şəxslərə tanımışdır.
36. İş üzrə materiallarla müəyyən edilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman iddiaçıya aidiyyəti orqan tərəfindən hərbi geyim formasını daşımaq hüququ verilmişdir.
37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən ol unmuş hallar iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu sayılması üçün yetərli sayılmalıdır. Bu baxımdan iddiaçını dövlət tərəfindən mənzillə təmin edilməli şəxslərin müvafiq siyahısına daxil etməkdən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.
38. Beləliklə, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.Odur ki, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 21(103)-1048/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.