Məhkəmə qərarları › İş №2-1(102)-1570/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1570/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1570/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hal-hazırda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi)1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-109/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər) Şüvəlan qəsəbəsi ərazisində 600 kv.m 19 saylı bağ ərazisi X3 ayrılmaqla o, bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. (əsas: Bağçının 19 nömrəli bağçılıq üzvlük kitabçası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komi təsi Məclisinin 16 yanvar 1996-cı il tarixli iclasının 28 saylı protokolu).

2. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 19 saylı bağ sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m, faktiki ölçüsü isə 750 kv.m-dir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 17 aprel 2014-cü il tarixli torpaq sahəsinin planı).

3. X6 29 avqust 1996-cı ildə vəfat etmişdir. (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ № 458814 saylı ölüm haqqında şəhadətnamə).

4. Bakı şəhəri 37 saylı Notariat Ofisinin cavabdeh ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, iddiaçı, X2 vərəsəsidir.

5. Cavabdehin 8 may 2020-ci il tarixli, **********10 nömrəli məktubunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağçılıq yoldaşlığının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 19 nömrəli bağ sahəsinə dair sənədlərin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmadıgı göstərilmişdir.

6. X7 və İstismarı Birliyi ilə üçüncü şəxs arasında bağlanmış 38603 saylı 30 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən Şüvəlan ərazisindəki xx/xx-2076/2077 nömrəli bağ üçüncü şəxsin istifadəsinə verilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən xx/xx-2076/2077 nömrəli bağ sahəsinə dair sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq Bağlar Təsər rüfatı və İstismarı Birliyi ilə bağlanmış 38603 nömrəli 20 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən sahəsi 0.09 ha olan xx/xx-2076/2077 nömrəli bağ sahəsinə X10 (hazırkı işdə üçüncü şəxs) adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

8. Həmin məhkəmə qərarı icra olunaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən xx/xx-2076/2077 saylı bağ sahəsinə X10 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış vrilmişdir.

9. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “istifadəyə (icarəyə) ve rilən torpaq sahəsinin 06/16 saylı xx.xx.2006-cı il tarixli ayrıc aktına” əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1990-cu il tarixli, 4/145 saylı sərəncamı ilə Əzizbəyov rayonunda “Şimal” Dres-in cənub-şərq hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün 2.0490 hektar torpaq sahəsi ayrılmışdır.

10. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri Əzizbəyov rayonun Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Şimal” Dres-in cənub-şərq hissəsində 06/16 saylı xx.xx.2006-cı il tarixli ayrıc aktı əsasında ADPU-nun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemindən görünür ki, 19 saylı torpaq sahəsi X5 ayrılmışdır. 1

1. İddiaçı 13 sentyabr 2019-cu il tarixdə cavabdehə müraciət edərək, atası X1 miras qalmış yuxarıda qeyd olunan bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

12. Cavabdehin 3 oktyabr 2019-cu il tarixli, **********65 nömrəli imtina məktubunda bildirilmişdir ki, bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan sahənin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, bağ sahəsi xx/xx-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Bundan başqa, bağ sahəsi başqa fiziki şəxs tərəfindən istifadə olunmaqdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı 5 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Pedaqoji X4 Komitəsinin Məclisinin 16 yanvar 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən mərhum atası X2 adına ayrılmış Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.m torpağı sənədləşdirərək atası X2 adına çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 məxsus Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququna dair atası X2 adına arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Məclisinin 16 yanvar 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən, Bakı şəhəri Əzizbəyov, hazırkı Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsinin 19 saylı bağ ərazisi kimi atası, mərhum X3 verilməsi qərara alınmışdır. Atasının tək qanuni vərəsəsi olaraq Ədliyyə Nazirliyi 37 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Sözügedən torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin - çıxarışın olmaması səbəbi ilə notariat of isi vasitəsi ilə torpaq sahəsinin sənədləşdirilərək torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, **********65 saylı məktubla müraciətinin təmin olunmasından imtina etmişdir. Məktubda göstərilmişdir ki, bağçılıq yoldaşlığının ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan sözügedən torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, əlavə edilmişdir ki, iddiaçının mərhum atasına ayrılmış 19 saylı bağ sahəsi xx/xx-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmin bağ sahəsi isə digər fiziki şəxs tərəfindən hazırd a istifadə olunmaqdadır. Buna görə də ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, cavabdehin ona ünvanlandığı məktub, yəni müraciətinə dair qəbul etdiyi inzibati akt qanunsuz və əsassız olmuş, müraciəti üzrə yetərli inzibati araşdırma aparılmamış, hər iki torpaq sahəsinin sərhədləri müasir ölçmə cihazları ilə dəqiq müəyyən edilməmiş, nəticədə ona münasibətdə mülkiyyət hüquqlarını tam həyata keçirməyə mane olacaq inzibati akt qəbul edilmişdir. Qeyd etmişdir ki, xx/xx-2076/2077 saylı bağ sahəsi fiziki şəxsin adına ayrılarkən həmin ərazidə digər fiziki şəxsin, indiki halda mərhum atasının adına torpaq sahəsinin ayrılmasından ƏMDK-nin ərazi üzrə müvafiq şöbəsi məlumatlı olmalı və ya həmin ərazidə digər fikizi və ya hüquqi şəxslərin adına əvvəlcədən torpaq sahəsinin ayrılıb-ayrılmaması ehtimal ilə gərəkli araşdırma aparılmalı, daha sonra torpağın ayrılması barədə qərar qəbul edilməli idi. Bundan başqa, cavab məktubunda ondan torpaq sahəsinin sərhədlərinin arasında bölgüyə dair notarial qaydada razılıq tələb edilməsi gözləntisinin qeyd olunması da tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

16. Məhkəmənin 21 may 2020-ci il tarixli qərardadına əsasən, 2-1(112)-1800/2020 saylı inzibati iş üzrə X11 üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir.

17. Məhkəmənin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1800/2020 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-343/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva ) iddia təmin edilmiş, ADPU-nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X2 adına ayrılmış Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.metr bağ sahəsinin iddiaçının mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan əsaslar – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfin dən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir.

20. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının iddia tələbi ilə bağlı mərhum atası X3 ayrılmış qeyd olunan bağ sahəsinin bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum atasının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir.

21. Məhkəmə həmçinin iddia olunan torpaq sahəsinin 3-cü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlillərini araşdırmış, bu faktın müəyyən olunması üçün ekspertiza təyin etmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ADPU- nun HİK-nin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X2 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ümumi sahəsi 0.09 ha olan xx/xx2076/2077 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 10 metr kənarda yerləşir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

22. Məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, iddiaçının X2 vərəsəsi olması müvafiq vərəsəlik işi açmış nota rius tərəfindən müəyyən edildiyindən, iddiaçının mərhum atası torpaq sahəsinə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan vəfat etdiyindən və sonuncu, müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-109/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-343/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respu blikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Belə ki, sözügedən maddədə qeyd olunan qanuni istifadə torpaq sahəsinə həm faktiki istifadəni, həm də istifadənin hər hansı hüquqmüəyyənedici sənədlə təsdiqlənməsini nəzərdə tutur. Mübahisələndirilən torpaq sahəsi isə faktiki olaraq iddiaçının istifadəsində deyildir. Bu səbəbdən, iddiaçının ərizəsinin icrası mümkün olmamış və qanunamüvafiq qaydada ona imtina məktubu ünvanlanmışdır.

28. Qeyd olunan hal və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmədən qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:... -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.... Maddə

15. Hüquqların dövlət qeydiyyatın dan imtina -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... -22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.... 31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası: Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir....

32. Azər baycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimat:... 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilm iş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X3 Azərbaycan Dövlət Pedaqoji X4 Komitəsinin Məclisinin 16 yanvar 1996-cı il tarixli 28 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Ş üvəlan qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə 19 saylı bağ sahəsi ayrılmışdır.

39. Eyni zamanda iş materiallarına əsasən müəyyən edilmişdir ki, hazırkı iddiaçı mərhum atası A.S.Səidməmmədovun vərəsəsi olmaqla cavabdeh inzibati orqana müraciət edərək, ona atasından miras qalmış yuxarıda qeyd olunan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətin icrasından imtina etmişdir.

40. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, apellyasiya məhkəməsi ətraflı araşdırma aparmaqla haqlı olaraq belə nəticəyə gəlmişdir ki, sözügedən torpaq sahəsinə iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan mərhum atası A.S.Səidməmmədov vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin, cavabdeh bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhk əməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum atasının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan əsaslar – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassı z olaraq imtina edilmişdir.

43. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı iddia tələbi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-109/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar