Məhkəmə qərarları › İş №2-1(102)-1570/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1570/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1570/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.07.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-1178/2023 nömrəli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 2009-cu ildən ağır formalı “viruslu kötüklü ensefalit” xəstəliyinə düçar olub. Bir neçə il müalicə etdirilmiş, hətta Türkiyədə müayinə etdirilmiş, bu sahə üzrə dünyada tanınmış mütəxəssislərə müraciət etmişlər, heç bir nəticəsi olmamışdır. İddiaçı çox çətinliklə həyatda saxlaya bilmişlər, lakin o, şikəst qalmışdır. Orta məktəbdə təhsilin davam etdirə bilməmişdir. Onun iş qabiliyyəti yoxdur, mütəmadi nə eşidə, nə deyiləni anlaya bilir, yaddaşı itib, yazı yaza, oxuya bilmir. Sözü anlaması üçün bir neçə dəfə demək lazım gəlir. Uzun müddət loqoped yanında olub. Hər dəfə bir neçə gün davam edən epileptik tutmaları olur. Epileptik tutmaların qarşısını almaq üçün 10 ildir hər gün “Depakin” 500mq. dərmanı qəbul edir. 2013-cü ildən ona İİ qrup əlilliyə görə pensiya təyin olunub. Hər il onun qeydiyyatda olduğu 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim məsləhət komissiyası cavabdehə göndəriş göndərir. 19 fevral 2021-ci il tarixdə də 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim məsləhət Komissiyası ümumi xəstəlik üzrə 2768003AACNX saylı göndəriş göndərib və bunu 03 mar t 2021-ci il tarixdə göndərişlərin reyestrinə daxil edib. 23 aprel 2021-ci il tarixdə məlum olub ki, 01 mart 2021-ci il tarixdə onun əlil və sağlamlıq imkanlarının məhdudluğundan imtina verilib. Səbəb də bu göstərilib ki, guya “onun əlavə müalicəyə ehtiyacı var. 2016-cı ildən sonra stasionar müalicələr almayıb, tutmaların sayı göstərilməyib, hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması məsləhət görülür”. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin rəyindən belə çıxır ki, əlil insan hər dəfə stasionar müalicə almasa əlilliyi yoxa çıxır, epileptik tutmalar İddiaçı özündən asılı deyil ki, onların sayı eyni olsun. Tutmalar hər dəfə fərqli olur. Bəzən ayda bir dəfə, bəzən hər gün bir neçə dəfə baş verir. “Viruslu kötüklü Ensef alitin qalıq əlamətlərinin müalicəsi mümkün deyil, bunun üçün Azərbaycan Respublikasında ixtisaslaşmış xəstəxana mövcud deyildir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir: - iddiaçının əlillik vəziyyəti 9 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2011ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ sinif- Sinir sistemi xəstəlikləri => G00-G09- Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri =>G09- Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin qalıq əlamətləri; Meyar: 4. 18 yaş tamam olana qədər: =>Digər: Keçirilmiş virus mənşəli ensefalitin qalıq əlamətləri” əsas gətirilməklə 18 yaşınadək əlillik verilmişdir; - da ha sonra 17 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40Epilepsiya => G40.4 Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motorafaziya sensor ağır eşitmə Bulbar iflic və epileptik tutmalarla; Meyar: 2.2. İkinci dərəcəlik əlilik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” əsas gətirilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir; - 17 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında qiymə tləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40- Epilepsiya => G40.4 Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (pasial..; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motorafaziya sensor ağır eşitmə Bulbar iflic və epileptik tutmalarla; Meyar: 2.2. İkinci dərəcəlik əlilik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” əsas gətirilməkilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir; - sözügedən Xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G00-G09 – Mərkəzi sinir sistem inin iltihabi xəstəlikləri => G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya; Meyar: 2.2. İkinci dərəcəlik əlilik => Digər: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya” əsas gətirilməkilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir; - elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G00-G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 – Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya; Meyar: 2.2. İkinci dərəcəlik əlilik => Digər: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları Motor afaziya” əsas gətirilməkilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir; - Bakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2768003AACNX saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: XXİ SinifSağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları; Keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb 2016-cı ildən sonra stasionar müalicələr almayıb, tutmaların sayı göstərilməyib, hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə, müalicə alması m əsləhət görülür” əsas gətirilməklə imtina verilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-962/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, T102/2022 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiy mətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Bundan əlavə, iddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq 10 il ərzində eyni diaqnozla əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı “G04 - Ensefalit, mielit və ensefalomielit. Keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları- xx.xx.2009-cu il” diaqnozu ilə xəstə olduğundan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-1178/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Ag entlik tərəfindən aparılmış yoxlanış zamanı müəyyən edilmişdir ki, şəxsin xəstəliyi ona əlillik təyin edilməsi üçün lazım olan əsasları özündə ehtiva etmir. Qeyd etmək lazımdır ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən göndərişin verilməsi üçün 1.5.2-1.5.5-ci yarımbəndlərində qeyd edilən əsasların hazırkı iş üzrə mövcud olmaması işin mübahisəsiz hallarındandır. Həmin diaqnoz məhz bu əsaslara cavab vermədiyi üçün cavabdeh orqan tərəfindən də haqlı olaraq imtina cavabı verilmişdir.

12. Bundan başqa, analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-l(102)-1561/2022 nömrəli qərarında da (35-ci bənd) əlilliyin təyin olunması üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə müddətinin gözlənilməli olduğu qeyd olunmuşdur.

13. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq İmkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları nın olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən də aydın olur ki, cavabdeh orqan tərəfindən hər hansı bir maddi normanın pozulmamasına baxmayaraq, məhkəmə tərəfindən yalnız, məhkəmə ekspertizasının rəyi əsas götürülərək, cavabdeh barəsində qərar qəbul etmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

14. Beləliklə, iş materiallarında olan sənədlərdən də aydın olur ki, cavabdeh orqan tərəfindən hər hansı bir maddi normanın pozulmamasına baxmayaraq, məhkəmə tərəfindən yalnız, məhkəmə ekspertizasının rəyi əsas götürülərək, cavabdeh barəsində qərar qəbul etmişdir b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

17. İddiaçıya əlilliyin təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin y ardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 18. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;...

19. İnzibati Pr osessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəmə sinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əlilliyin təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 17 nömrəli Birləşmiş şəhər xəstəxanasının tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 2768003AACNX №-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “keçirilmiş virus mənşəli ensefalitin davamlı qalıqları, keçirilmiş ensefalitdən sonrakı ikinci yuvenil demensiya-koqnitiv funksiyaların kobud pozulması ilə” diaqnozdakı əsas xəstəlik kliniki, laborator instrumental müayinələr əsasında müəyyən olunmuşdur və bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçının müayinəsi zamanı qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşür.

26. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

27. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini a pellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 28. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2 ). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

29. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-1178/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar