Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1571/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı1, İddiaçı3, İddiaçı2 Rasim qızının Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşayış sahəsinin sökülməsinə görə kompensasiya Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri Cavabdeh vəkili Vəkil4, Respublikası Maliyyə Nazirliyinin vəkili X17 iştirakı ilə, üçüncü şəxs Azərbaycan İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azər baycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-126/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarından iddiaçılar və cavabdehin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların xüsusi mülkiyyətindədir və onlara Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən MH seriyalı ******* saylı 13.06.2007-ci il tarixli Çıxarış verilmişdir. Çıxarışa əsasən İddiaçı1 - 1/9 hissədə, İddiaçı3 1/9 hissədə, İddiaçı2 - 4/9 hissədə, X3 3/9 hissədə payı var. Xüsusi mülkiyyətlərində olan evin yerləşdiyi “Sovetski” adlanan ərazi söküntü zonasına düşdüyündən orada söküntü işləri gedir. Onların xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi Cavabdeh tərəfindən iddiaçıların razılıqları olmadan, kompensasiya ödənilmədən sökülmüşdür.
2. Qiymətləndirmə cədvəlləri və müqavilələrin surətlərindən görünür ki, ünvan 1 ünvanının faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azə rbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla qiymətləndirilmiş, X4 və X11 27.040 manat, X13 və X5 43.182 manat, X1 20.775 manat, X14 59.850 manat, X6 22.960 manat, X2 27.904 manat, X7 26.635 manat, cəmi 228.346 manat məbləğində vəsait hesablanmışdır. Eyni zamanda əlavə olaraq iddiaçılar İddiaçı1 5.628 manat, İddiaçı3 5.628 manat, İddiaçı2 22.504 manat məbləğində vəsait hesablanmışdır. 3. "xxxx" MMC-ni n müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə sözügedən evin paylı mülkiyyətçiləri olan iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus hissələrinin hər kv.m.-nin 400 manatdan qiymətləndirilməsinin səbəbi iddiaçıların həmin evdə yaşamaması ilə bağlı olmuşdur.
4. İddiaçılar daşınmaz əmlaka görə onlara təklif olunmuş kompensasiyanın məbləği ilə razılaşmayaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onların tələblərinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılara ünvanlanmış DK-kol-93152 saylı 05.09.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə bağlı məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət edilməsi tövsiyə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar 19 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan evin razılıqları olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi və mənəvi zərərə görə İddiaçı1 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat, İddiaçı3 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat və İddiaçı2 200.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat məbləğində pulun Cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edil məsini xahiş etmişlər.
6. İddia onunla əsaslandırılmışdır ki, hələ ev sökülməmişdən əvvəl dəfələrlə cavabdehə kompensasiya ilə bağlı müraciət etmişlər. Cavabdehin 07.03.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Akademik A. Qarayev küçəsi, dalan 1,6 ünvanda yerləşən mənzilin satınalınması zamanı göstərilən məsələ nəzərə alınaraq komissiyanın iclası zamanı müzakirəyə çıxarılması üçün müraciətin surəti 64 saylı MKİS-nə göndərilmişdir”. Lakin dəfələrlə komissiyaya getmələrinə baxmayaraq, onlara kompensasiya ödənilməmişdir. Məcbur olub təkrarən cavabdehə müraciət etmişlər. Cavabdeh inzibati orqanın 25.07.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “müraciət ilə əlaqədar olaraq bildiririk ki, paylı mülkiyyətçisi olduğunuz Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupunda məlumat mövcud deyildir. Paylı mülkiyyətçisi olduqları ünvanın hüquq müəyyənedici sənədlərini ərazi üzrə MKİS-nə təqdim etdikdən sonra sizə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”. Göründüyü kimi, cavabdehin 2 məktubu bir-birinə ziddir. Birinci məktubda göstərilmişdir ki, müraciətin surəti 64 saylı MKİS-nə göndərilmiş, digərində isə göstərilir ki, sənədlər MKİSnə təqdim edildikdən sonra kompensasiya verilməsi məsələsinə baxılacaq. Bundan sonra iddiaçılar təkrarən 04.09.2018-ci il tarixdə 64 saylı MKİS-nə, Cavabdehnə və Yasamal Rayon MKTB-nə müraciət etmişlər və evə dair çıxarışın notarial təsdiq olunmuş surətini, İcra Hakimiyyətinin bir-birinə ziddiyyətli olan məkt ubların surətini ərizəyə əlavə edib göndərmişlər. Lakin buna baxmayaraq, heç bir müsbət nəticə əldə etməmişlər. Nəhayət onların razılıqları olmadan xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi cavabdeh tərəfindən kompensasiya verilmədən, iddiaçıların razılığı olmadan sökülmüşdür. Evi onların razılığı olmadan söküləndən sonra görən zaman şok vəziyyətinə düşmüşlər, stress və sarsıntı keçirmişlər. Necə ola bilər ki, dövlət tərəfindən razılıqları olmadan xüsusi mülkiyyətlərində olan ev sökülsün. Bunun nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozulmuş və onlara külli miqdarda ziyan dəymişdir. Bununla bağlı cavabdehə, Azərbaycan Respublikasının Maliyyə Na zirliyinə müraciətlər etmişlər, lakin müsbət nəticə əldə olunmamışdır. Maliyyə Nazirliyinin 6 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “5 ailənin üzvləri və ailə başçıları ilə uzun sürən müzakirədən sonra əmlak üçün ümumilikdə hesablanmış kompensasiya məbləğinin bir hissəsi Sizə saxlanılmış və qalan hissəsi isə ərazidə icrası nəzərdə tutulan layihənin vaxtında yekunlaşdırılması məqsədi ilə həmin ünvanda uzun müddət faktiki olaraq yaşamış, alınmanın təsirinə məruz qalan digər paylı mülkiyyətçilərə və istifadəçilərə müvafiq sənədlər əsasında notarial qaydada alqı-satqı aparılmaqla ödənilmişdir. Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1, ev 6 ünvanda paylı mülkiyyətinizdə olan sahəni faktiki olaraq həmin ünvanda təqdim edə bilməməyiniz, qeyd olunan ünvandakı yaşa yış sahələrində uzun müddət digər payçıların yaşamaları (bu barədə məlumat MKİS-nin məlumatı) nəzərə alınaraq, faktiki olaraq ünvanda yaşayan, həmin ünvanda daşınmaz əmlaka xidmət göstərməklə onun istismara yararlı vəziyyətdə saxlanmasını təmin edən, kommunal xidmət haqlarını ödəyən mülkiyyətçilərlə müqayisədə aşağı qiymətlə hesablanmış kompensasiya məbləği Sizə təklif olunur”. Həmin məktubu 12 avqust 2019-cu il tarixdə almışlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MH, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi 4 nəfərin adında paylı mülkiyyətdir. Maliyyə Nazirliyinin məktubunda isə göstərili r ki, guya həmin evdə 5 ailə yaşayıb və digər paylı mülkiyyətçilərə kompensasiya ödənilmişdir və guya iddiaçılara az da olsa kompensasiya məbləği saxlanılmışdır. Hesab edirlər ki, həmin məktub formal xarakter daşıyır və imtina kimi qəbul olunmalıdır. Çünki dəfələrlə ev sökülməmişdən əvvəl və söküləndən sonra da “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etmişlər, lakin onlara kompensasiya verilməkdən imtina edilmişdir. Cavabdehin 5 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyiniz məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həm in ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyə olunmuşdur”. Cavab məktubunu poçt vasitəsi ilə 17 avqust 2019-cu il tarixdə almışlar. Hesab edirlər ki, cavabdehin məktubu digər məktubları kimi imtina kimi qəbul olunmalıdır, çünki hər dəfə müraciət etdikdə formal cavab məktubu göndərilir. Faktiki olaraq hər dəfə bir bəhanə göstərilir, nəticədə xüsusi mülkiyyətlərində olan evin sökülməsinə baxmayaraq, cavabdeh kompensasiyanı ödəməkdən yayınır. Hazırda xüsusi mülkiyyətlərində olan ev razılıqları olmadan söküldüyündən stress keçirmişlər və böyük sarsıntı içindədilər. Hesab edirlər ki, kompensasiya ilə birlikdə cavabdeh onlara mənəvi ziyana görə də pul ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1 bəndinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunun tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi həmçinin iddiaçıların mülkiyyəti olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsinə də kompensasiya ödənilməlidir. Torpaq sahəsinin kompensasiyasına görə hər birinə 50000 manat hesablanmalıdır.
7. Cavabdeh iddiaya dair etiraz ında göstərmişdir ki, Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən əmlakın ümumi sahəsi 126.6 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 4/9 hissəsi İddiaçı2, 1/9 hissəsi İddiaçı1 və 1/9 hissəsi İddiaçı3 məxsus olsa da, Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, yuxarıda adları qeyd edilmiş şəxslərə məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişlər. Bundan başqa, iddiaçılar həmin ünvanda yaşamamışlar. Buna görə də çıxarışda göstərilən sah ələrə müvafiq olaraq hər kv.metr 400 manatdan hesablanmaqla İddiaçı2 22504 manat, İddiaçı1 5628 manat, İddiaçı3 isə 5628 manat kompensasiya məbləği müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli Qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 5 ünvanında yerləşən daşınma z əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovet ski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. Qeyd olunan kompensasiya məbləği iddiaçılara təqdim edilə bilər.
8. Bakı İnzi bati Məhkəməsinin (hakim X12, 2-1(112)-293/2020 saylı iş) 9 iyun 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı1, 25.371,77 manatın İddiaçı3 və 101.487,11 manatın İddiaçı2 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 9 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
10. Eyni zamanda qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 9 iyun 2020-ci il tarixli qərarının dəyişdirilərək, iddiaçılar İddiaçı2 22.504 manat, İddiaçı1 5628 manat və İddiaçı3 5628 manat məbləğlərinin ödənilməsi və qərarın qalan hissədə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X15məruzəçi, X18 və X27, 2-1(103)-126/2021 saylı iş) 21 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 9 iyun 2020-ci il tarixli qərarı cavabdehdən iddiaçılara kompensasiya məbləğlərinin ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 23166 manat məbləğində pul alınaraq İddiaçı1, 23166 manat İddiaçı3 və 92666 manat İddiaçı2 ödənilməsi, qərarın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1
2. Apelyasiya instansiyası məhkəməsi mövcud inzibati praktikaya əsasən sökülmüş fərdi yaşayış evinin əsas və köməkçi sahələri üçün hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin də ehtiva olunduğunu nəzərə alaraq hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu Ak.A.Qarayev küçəsi dalan-1-də istifadədə olan 0,0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 8 otaqlı 82,7 kv.m. yaşayış, 56,3 kv.m. köməkçi sahədən ibarət olmaqla, cəmi 139 kv.m.-dən ibarət 6 nömrəli fərdi yaşayış evinin iddiaçılara məxsus hissəsi, yəni İddiaçı1 mülkiyyətindəki payının 1/9 hissə (139: 9 x 1 = 15,4 kv.m.) ol ması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1500 manat = 23.166 manat), İddiaçı3 mülkiyyətindəki payının 1/9 hissə (139: 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1500 manat = 23.166 manat) və İddiaçı2 mülkiyyətindəki payının 4/9 hissə (139: 9 x 4 = 61,7 kv.m.) olması nəzərə alınmaqla 92.666 manat (61,7 kv.m. x 1500 manat = 92666 manat) kompensasiya ödənilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı cavabdehdən iddiaçıların xeyrinə kompensasiya məbləğlərinin tutulduğu hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası iddiaçıların sökülmüş fərdi yaşayış evinin söküntüsü ilə bağlı daha çox kompensasiyanın onlara ödənilməli olması barədə dəlillərini əsassız saymış və onları qəbul etməmişdir. İddiaçıların “mübahisəli fərdi yaşayış evinin altın da yerləşən torpaq sahəsinə görə kompensasiya” tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması faktı iş materialları ilə təsdiq olunmadığından və bu barədə iddiaçılar mötəbər sübut təqdim etmədikləri üçün əksinə, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda mübahisəli evin 0,0213 ha istifadədə olan torpaq sahəsində yerləşdiyi göstərildiyindən birinci instansiya məhkəməsi həmin tələbi rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçıların “mənəvi zərərin ödənilməsi” barədə tələbinə gəldikdə isə birinci instansiya məhkəməsinin həmin tələbin də rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3456/2018 saylı 02.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər, Yasamal rayonu, A.Qarayev küçəsi, dalan 1-də yerləşən yaşayış evinin mülkiyyətində olan 1/9 hissəsinə, İddiaçı2 isə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-180/2019 saylı 11.04.2019cu il tarixli qətnaməsi ilə Bakı şəhər, Yasamal rayonu, A.Qarayev küçəsi, dalan 1-də yerləşən yaşayış evinin mülkiyyətində olan 4/9 hissəsinə köçürülmüşdür. Hazırki iş üzrə iddiaçılar mübahisəli evin sökülməsi zamanı həmin evdə yaşamalarını, gündəlik və yaşamaq üçün zəruri olan əşyalarının orada olmasını təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədikləri üçün bu hal söküntü işlərinin aparılması zamanı onların mənəvi sarsıntı və iztirab çəkmələri ilə bağlı mənəvi ziyan tələbinin təmin olunmasını istisna edir.
13. İddiaçılar 9 apr el 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın “275.000 manat məbləğində və iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilməsi, yəni “493.257 manat məbləğində və iddia tam təmin edilsin hissələri ilə əvəz edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh 15 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 7 may 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. İddiaçı2 kasasiya şikayətinin əsaslarına görə məhkəmə qərarı iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və i ddia tələbi həmin hissədə təmin edilməlidir. O, sözügedən mənzilin 4/9 hissəsinin mülkiyyətçisidir. Məhkəmə yaşayış sahəsinin bazar qiymətini ədalətli müəyyən etməmişdir. Bazar qiyməti həmin yaşayış evinin hər kv.m. qiymətinin ən azı 3000 manat olmasıdır. Məhkəmə torpaq sahəsinin də onun mülkiyyətində olmasına münasibət bildirməmişdir. Həmin evin altında yerləşən torpaq sahəsi onun mülkiyyəti hesab olunur. Torpaq sahəsinin kompensasiyası 200000 manat hesablanmalıdır. Hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiyməti ümumi məbləğə əlavə edilməlidir. Onun evi özbaşına olaraq onun razılığı olmadan və kompensasiya ödənilmədən sökülmüş, nəticədə ağır sarsıntılara məruz qalmışdır. Buna görə də ona mənəvi ziyan da ödənilməlidir. Şikayətin maddi hüquqi əsası kimi “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə istinad edilmişdir.
16. İddiaçılar İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinin əsaslarına görə məhkəmə qərarının iddianın təmin olunmadığı hissəsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda qeyd olunur ki, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən mülkiyyətin dövlət ehtiyacları üçün alınması məqsədi ilə hesablanmış kompensasiya məbləği mülkiyyətçilərə ödənilməli idi. Ona görə də mülkiyyətin bazar dəyəri və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunla müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla AR Prezidentinin "AR-nın Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə " AR-nın 2007-ci il 07 dekabr tarixli, 506-İ1İQD nömrəli Qanunun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hesablanmış məbləğ-228346 manatın mülkiyyətdəki paylarına uyğun hissəsi iddiaçılara ödənilməlidir. Buna uyğun olaraq, 25371,77 manat İddiaçı1 (mülkiyyətdəki payı 1/9 hissə), 25371,77 manat İddiaçı3 (mülkiyyətdəki payı 1/9 hissə), 101487,11 manat İddiaçı2 (mülkiyyətdəki payı 4/9 hissə) ödənilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə səbəb cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyi olmuşdur. "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviy yəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Ümumiyyətlə bu cür qiymətləndirmə ilə razılaşmayaraq onu bildirmək istəyirlər ki, qiymətləndirmənin dövlət tərəfindən deyil, özəl bir məhdud məsuliyyətli cəmiyyət tərəfindən qiymətləndirilməsi təqdirəlayiq hal deyil. Çünki, özəl bir məhdud məsuliyyətli cəmiyyət təbii ki, öz maraqlarını güdərək həmin ərazilərdəki evlərin qiymətlərini çox aşağı məbləğdə qiymətləndirəcəkdir. Halbuki, hamı yaxşı bilir ki, köhnə “Sovetski” adlandırılan ərazi demək olar ki, şəhərin mərkəzinə ən yaxın olan ərazilərdən biridir və həmin ərazidə yerləşən evlərin bir kvadrat metrinə görə dəyəri 1500 manatdan deyil, ən azı 2500 manatdan hesablanmalı idi. Bundan başqa, həmin məhdud məsuliyyətli cəmiyyət hansı əsaslara görə köməkçi sahəni qərarda da qeyd ol unduğu kimi hər kvadrat metrinə görə 1500 manatdan deyil, 1200 manatdan hesablayır? Bununla da, məhkəmə bunu araşdırmamış və "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi (və ya edilməmiş) hansı sənədinə istinad edilməsini qərarda qeyd etməmişdir. Halbuki, məhkəmə daha ədalətli davranaraq vətəndaşın mənafeyini gözləməli və dövlət ehtiyaclarını deyil də iddiaçıları düşünərək qərar çıxarmalı idi. Lakin görünən odur ki, məhkəmə həm çıxarışdakı paylara uyğun olaraq düşəcək olan pul məbləğini az hesablamış, həm də əmlak onların xəbəri olmadan söküldüyünə görə pozulmuş mənəvi haqlarını bərpa etməmişdir. Bundan başqa, qərarda qeyd olunur ki, iddiaçılar evin sökülməsinə görə vurulmuş maddi ziyanın digər hissəsi ilə əlaqədar, eləcə də mənəvi ziyanın vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Ümumiyyətlə, qərarın bu hissəsi absurd sübuta dayanır. Belə ki, qeyd edilir ki, “mənəvi ziyanın vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədilər.” Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa, qərarda qeyd olunur ki, məhkəmə iddia tələbinin evin yerləşdiyi torpaq sahəsinə görə də kompensasiya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçılar qeyd olunan torpaq sahəsinin onların mülkiyyətində olmasını təsd iq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Əksinə, iş materiallarında olan DƏDRX Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil, yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların mülkiyyətindədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Halbuki həmin evin altında yerləşən torpaq sahəsi də iddiaçıların mülkiyyəti hesab olunur.
17. Cavabdehin kasasiya şikayətinin əsaslarına görə məhkəmə tərəfindən iddiaçıların paylarının müəyyən edilməsi üçün iddiaçıların məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən veri lmiş MH seriyalı, ******* №-li, 13.06.2007-ci il tarixli Çıxarışa istinad edilmişdir. Sözügedən çıxarışa əsasən mübahisə predmeti olan evin yaşayış sahəsi 82,7 kv.metr, köməkçi sahəsi isə 56,3 kv.metr, ümumi sahəsi 139 kv.metr olmuşdur. Halbuki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən sonrakı tarixlə verilmiş yeni MA seriyalı, ******* №-li, 17.06.2011-ci il tarixli Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən əmlakın yaşayış sahəsi 82.7 kv.m., köməkçi sahəsi isə 43.9 kv.metr, ümumi sahəsi isə 126,6 kv.metr olmuşdur. Bildiririk ki, apellyasiya instansiya məhkəməsi, mülkiyyət hüquqlarına dair sənədlər üzrə bölgü aparmış, lakin əmlakın mütəxəssis tərəfindən aparılmış qiymətləndirmə rəyinə istina d etməmiş, təqdim edilmiş qiymətləndirməni isə nəzərə almamış, habelə əmlakın faktiki vəziyyətini, ölçülərini, təmir və yararlılıq səviyyəsini, mülkiyyətçilərin həmin əmlak üzərində faktiki sahiblik imkanlarının olub-olmadığını araşdırmadan kompensasiya məbləği müəyyən etmişdir.
18. İPM-nin Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 19. “Azər Expert" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zama n müəyyən edilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən iddiaçılara məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişlər. Yəni iddiaçıların mülkiyyət hüququ formal xarakter daşıyır. Buna görə də, "Azər Expert” MMC tərəfindən çıxarışda göstərilən sahələrə müvafiq olaraq hər kv.metr üçün 400 manatdan hesablanmaqla X8 22.504 manat, İddiaçı1 5.628 manat, İddiaçı3 isə 5.628 manat kompensasiya məbləği müəyyən edilmişdir.
20. Məhkəmə təqdim edilmiş sübutları kifayət qədər vəzifə borcuna görə araşdırmalı olduğu halda araşdırmamış və iddiaçılara hesablanmış kompensasiya məbləğini əsassız olaraq heç bir sübuta istinad olunmadan, artırmaqla qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edi lməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini, iddiaçıların kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında cavabdehin mövqeyini müdafiə edərək, iddiaçıların kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü ba rədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
26. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin e dilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya ye rləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanını n qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekab r 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət eh tiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyy ətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 29. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpa qların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
30. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmı ş və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi b ağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı 25 yanvar 2015-ci il tarixli qərarı: (-).
77. Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət h üququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur.
78. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur. (-).
32. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı ha llarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
33. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmamışdır.
36. Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların (cəmi 4 nəfərin) xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı1-1/9 hissədə, İddiaçı3-1/9 hissədə, İddiaçı2-4/9 hissədə, digər mülkiyyətçi Z.M.Əliyevanın 3/9 hissədə payı vardır. Fərdi yaşayış evi cavabdeh tərəfindən iddiaçılara kompensasiya ödənilmədən sökülmüşdür.
37. Qiymətləndirmə cədvəlləri və müqavilələrin surətlərinə əsasən iddiaçılar İddiaçı1 5.628 manat, İddiaçı3 5.628 manat, İddiaçı2 22.504 manat vəsait hesablanmışdır.
38. İddiaçıların şikayətlərinin dəlillərinə görə mübahisə olunan ərazidə mənzillərin bir kvadratmetrinin dəyəri 2.000-2.500 manat təşkil etməsinə baxmayaraq məhkəmə bu halı, 20 faiz miqdarında satınalmanı, həmçinin torpaq sahəsinin onların qanuni istifadəsində olmasını nəzərə almamışdır.
39. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçıların mülkiyyətində fərdi yaşayış sahəsi olmamış, məhkəmə onların qiymətləndirmə hesabatını nəzərə almamışdır.
40. Kasasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. İddiaçıların mübahisə açdıqları fərdi yaşayış evi konkret paylar göstərilməklə onların mülkiyyətində olmuş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 42. "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyində fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olan iddiaçılara məxsus hissələrinin hər kv.m-nin 400 manatdan qiymətləndirilməsinin səbəbi iddiaçıların həmin evdə yaşamaması ilə bağlı olması qeyd edilmişdir. Bu fakt cavabdehin dəlillərində də əksini tapmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların daşınmaz əmlak üzərində paylı mülkiyyət hüquqları olsa da, onların həmin evdə yaşamaması qanunla qorunan mülkiyyət hüquqlarının digər mülkiyyətçilərlə müqayisədə daha az müdafiə olunmalı və ya həmin daş ınmaz əmlaka görə ödənilməli olan kompensasiyanın məbləğinin daha az ödənilməli olması mənasına gəlmir. Belə ki, bu mənada mülki qanunvericilik mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı fərqli qaydalar müəyyən etməmiş, həmçinin ödənilməli olan kompensasiya məbləğinin hər mülkiyyətçiyə münasibətdə fərqli olması ilə bağlı qanunvericilikdə hər hansı müddəa da əks olunmamışdır. Buna görə “qiymətləndirmə rəyində olan məbləğin kompensasiya kimi ödənilməsinin məqsədəmüvafiqliyi, iddiaçılara məxsus yaşayış sahələrinin mövcud olmaması, iddiaçıların onlara aid sahəni göstərə bilməməsi, yəni, iddiaçıların mülkiyyət hüququnun formal xarakter daşıması” barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz.
44. Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar 2011-ci ildən başlayaraq şəhərin ayrı-ayrı ərazilərində, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda Sovetski adlanan ərazidə mənzil sahiblərinə hər kvadratmetri 1.500 manatdan olmaqla kompensasiya ödənilmişdir. Ayrı-ayrı məhkəmə mübahisələri üzrə qərarlarla da mənzil sahiblərinə kompensasiyanın hər kvadratmetri üçün maksimum 1.500 manatdan kompensasiya ödənilməsi qərara alınmışdır.
45. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların paylarına münasibətdə hər kvadratmetrə görə 1.500 manatdan kompensasiyanın ödənilməsi ağlabatandır.
46. Apelyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə mülkiyyətin bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası nın Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 506-İİİQD nömrəli 2007-ci il 07 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla iddiaçıların əmlakını qiymətləndirmişdir.
47. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq mövcud inzibati praktikaya əsasən sökülmüş fərdi yaşayış evinin əsas və köməkçi sahələri üçün hər kv.m.-ə görə 1.500 manatla bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin də ehtiva olunduğunu nəzərə alaraq hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Yasam al rayonu Ak.A.Qarayev küçəsi dalan-1-də istifadədə olan 0,0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 8 otaqlı 82,7 kv.m. yaşayış, 56,3 kv.m. köməkçi sahədən ibarət olmaqla, cəmi 139 kv.m.-dən ibarət 6 nömrəli fərdi yaşayış evinin iddiaçılara məxsus hissəsi, yəni İddiaçı1 mülkiyyətindəki payının 1/9 hissə (139: 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1.500 manat = 23.166 manat), İddiaçı3 mülkiyyətindəki payının 1/9 hissə (139: 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1.500 manat = 23.166 manat) və İddiaçı2 mülkiyyətindəki payının 4/9 hissə (139: 9 x 4 = 61,7 kv.m.) olması nəzərə alınmaqla 92.666 manat (61,7 kv.m. x 1.500 manat = 92.666 manat) kompensasiya ödənilməlidir.
48. Cavabdeh şikayətində mənzilin ümumi sahəsinin 126, 6 kv.m olmasını bildirmiş, lakin bu halı hər hansı sübutla təsdiq etməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsi 138,9 kv.m olduğu qeyd edilmişdir.
49. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
50. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mü lkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
51. Məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə 1.500 manat müəyyən edildiyindən hər kvadra tmetrə görə 2.000-2.500 manat kompensasiya ödənilməli olması barədə iddiaçıların şikayətlərinin dəlilləri əsaslı olmamışdır.
52. İddiaçılara mənəvi ziyan dəyməsi də apelyasiya icraatı zamanı sübut olunmamışdır.
53. Bəhs olunanlara əsasən iddianın təmin edilən hissəsində və mənəvi ziyanın rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan həmin hissədə qərar dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin edilməməlidir.
54. Torpaq sahəsinə görə kompensasiya ödənilməsinin mümkünsüzlüyü barədə apelyasiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
55. Daşınmaz əmlakın dövlət reyestrindən 13 iyun 2007-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Akademik A.Qarayev küçəsi, dalan 1-də istifadədə olan 0.0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 82.7 kv.m yaşayış, 56.3 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (iddiaçı)-1/9 hissə, İddiaçı3 (iddiaçı)-1/9 hissə, İddiaçı2 (iddiaçı)-4/9 hissə, Z.M.Əliyevanın3/9 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
56. Azərbaycan Respublikasının yuxarıda sadalanan qanunvericilik aktlarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarına əsasən iddiaçıların mülkiyyətində olan mənzilin altında və istifadələrində olan torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən onların “mülkiyyəti” olmuşdur və onlara mülkiyyətlərindən məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməlidir.
57. Cav abdehin hərəkətləri nəticəsində torpaq sahəsi ilə bağlı iddiaçılara vurulmuş ziyana görə cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
58. Apelyasiya instansiyası məhkəməsi torpaq sahəsi ilə bağlı iddiaçılara dəyən ziyanı və məbləğini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbinə uyğun müəyyən etmədiyindən, həmin hissədə apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iddiaçıların kasasiya şikayəti qismən təmin edilməlidir.
59. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh kasasiya şikayəti təmin ed ilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-126/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində və mənəvi ziyana görə iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar yaşayış evinin altında yerləşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.