Məhkəmə qərarları › İş №2-1(102)-1571/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1571/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1571/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “itlərin geri qaytarılması və inzibati məsuliyyətə cəlb etmə” tələbinə dair iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus 8 itin qaytarılması və “Toplan” X6 Mərkəzinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 273.0.6-cı maddəsi ilə cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla cavabdeh “Toplan” X6 Mərkəzi əsl cavabdeh Bak ı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 iyul 2021-ci il tarixdə “Toplan” X6 Mərkəzi tərəfindən iddiaçıya məxsus olan it götürülmüşdür. “İDEA” X1 həkim heyəti tərəfindən sterilizasiya prosesindən sonra itin qulağına birka taxılmışdır. Həmin birka itin əməliyyat olunması, qurd dərmanının verilməsi və bütün bit-birələrdən təmizlənməsini göstərir və birkanın nömrəsi üzrə axtarış verildikdə bunların iddiaçı tərəfindən “İDEA” X2 edildiyi məlum olur. İddiaçı itin pasportunu və baytar həkimlər tərəfindən verilən bütün sənədləri cavabdehə təqdim etməyinə baxmayaraq itlər iddiaçıya geri qaytarılmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8552/2021 nömrəli qərar dadı ilə (hakim: H.A.Ağalarov) iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin predmetini təşkil edən itlərin ona məxsus olmasını bildirsə də, “Qaydalar”ın 6.3-cü bəndində göstərilən, itlərin ona məxsus olmasını təsdiq edən sənədlərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən, onun sözügedən itlərə dair hər hansı hüququnun mövcudluğu və hazır ki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. İddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, baytarlıq klinikası tərəfindən verilmiş pasportlar, həmçinin iddiaçı tərəfindən həmin itləri n əməliyyat etdirilməsi, onlara vaksin və mikroçiplərin vurdurulması sözügedən itlərin ona məxsus olmasını təsdiq etmir. İddiaçının “inzibati məsuliyyətə cəlb etmə” tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, “inzibati məsuliyyətə cəlb etmə” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mü mkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2021 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən, A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8552/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlillər i

10. İddiaçı hesab edir ki, tutulmuş itlərin pasportları mövcuddur və onlar şəxsən iddiaçıya məxsusdurlar. Veterinar pasportu heyvanın və onun sahibi olduğunun göstəricisidir. Məhkəmə qərarlarında qeyd olunmuşdur ki, itlərin pasportları var lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmayıb. İddiaçı həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında baxış icmalı üçün özlərini X4 Qayğı mərkəzin əməkdaşları tərəfindən bütün tutulan itlərin orijinal sənədlərini təqdim etmiş və iş materiallarında pasportların surəti var. İşə baxan məhkəmə ziddiyyətli qərardad qəbul etmişdir. Belə ki, qərardadda qeyd olunur ki, itlər tutulub vaksin sterilizasiya olunduqdan sonra öz yaşayış mühitinə yenidən buraxılmalıdır. Digər tərəfdən isə, qeyd olunmuşdur ki, itlərin geri qaytarılması üçün heç bir əsas yoxdur. Ka ssator hesab edir ki, məhkəmə İPM-in 12, 13, 34, 35-ci maddələrinin, həmçinin Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının göstərişlərinə əməl etməmiş və lazımı araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qə rarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

13. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyət li olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).

14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti v əzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. İnzibati Prosessual Məcəllə: a)Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 6 8.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b)Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu h allarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. İlk növbədə qeyd edilməlidir ki, iddia tələbi iki hissədən ibarətdir: itlərin geri qaytarılması və “Toplan” X6 Mərkəzinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 273.0.6-cı maddəsi ilə cərimə edilməsi barədə qərar qəbul edilməsi.

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı iddia tələbinin “itlərin geri qaytarılması” hissəsinə münasibətdə prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.

20. Belə ki, hazırkı qərarın 14-cü bəndində qeyd olunan norma lardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur.

21. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, bütün tutulmuş itlərin pasportları mövcuddur və həmin itlər ona məxsusdur. İtlərin pasportlarının əslini “Toplan” X6 mərkəzinin əməkdaşlarına təqdim etmişdir. İş materiallarında həmin pasportların surəti var.

22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən dəlillərinə qiymət verməmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin predmetini təşkil edən itlərin ona məxsus olmasını bildirsə də, itlərin ona məxsus olmasını təsdiq edən sənədlərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun sözügedən itlərə dair hər hansı hüququnun mövcudluğu və hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün qeyd edilən itlərin iddiaçıya məxsus olduğuna dəlalət edən sübutlar araşdırılmalı idi. Belə ki, itlərin veterinar pasportlarının surətləri işə əlavə olunmuş və həmin pasportlarda iddiaçı itlərin sahibi kimi göstərilmişdir.

24. Lakin, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən göstərilən halları tam və hərtərəfli araşdırmamış, iddia çının apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.

25. Məhkəmə kollegiyası, hazırkı qərarın 12-14-cü bəndlərində göstərilən normaların məzmunundan çıxış edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərardadda iddiaçının işin mahiyyəti üzrə bütün arqumentlərini detallı şəkildə, heç biri rədd edilmədən araşdırmalı, rədd edildiyi halda isə buna əsas olmuş dəqiq səbəblər təqdim etməli idi.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərardadda iddia tələbinin “itlərin geri qaytarılması” hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyərək, həmin hissədə İPM-in 87.8-ci maddəsinin tələbini pozmuşdur. Halbuki, İPM-in 12-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikl əri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı idi.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 273.0.6-cı maddəsi ilə cərimə edilməsi barədə qərar qəbul edilməsi” hissədə mümkün sayılmaması barədə mövqeyi ilə razılaşır.

28. Belə ki, inzibati məsuliyyətə səbəb olan halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Göstərilən tələblə bağlı apellyasiya məhkəməsinin qərardadı İPM-nin 35.1-c i maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarının tələblərinə cavab verir.

29. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı qismən, iddiaçının “itlərin geri qaytarılması” tələbi üzrə hissədə ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-397/2022 nömrəli qərardadı qismən, yəni iddiaçının “itlərin geri qaytarılması” tələ bi üzrə hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar