Məhkəmə qərarları › İş №2-1(102)-1571/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1571/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1571/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1268/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 7 iyun 1988-ci il tarixli orderə əsasən “Ulduz” EİB-nin müdiriyyətinin və Həmkarlar təşkilatının 23 dekabr 1987-ci il tarixli, 53 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən 2 saylı yataqxanada, yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı, 501-502 saylı mənzil müəssisədə işlədiyi dövrdə X2 verilmiş, həmin mənzilə dair orderdə m ənzilə köçmək hüququna malik olan şəxslər qismində X1, əri X3, uşaqları X6 və X4 adları qeyd olunmuşdur. 2. 2009-cu ildə X5 istifadəsində olan sözügedən 2 otaqlı mənzilin iki yerə bölünməsi üçün “Ulduz” EİB-nə müraciət etmiş, xx.xx.2009-cu il tarixli, 91 nömrəli orderlə “Ulduz” EİB-nin müdiriyyəti ilə Həmkarlar təşkilatının 18 saylı, xx.xx.2009-cu il tarixli birgə qərarına əsasən Cavanşir küçəsi 21a ünvanında yerləşən 2 saylı yataqxananın yaşayış sahəsi 12 kv.metr olan 1 otaqlı 502 saylı mənzili yaşamaq hüququ ilə İddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvlərinə verilmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci İl tarixli, 703s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı sərəncamı ilə özəlləşdirilən dövlət m üəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlər, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İB-nin balansında olan ünvan 1 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 12 kv.m olan 502 saylı mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********57 saylı məktubla iddiaçının tələbinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, mənzilin daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim edilməmişdir.

6. İddiaçı ilə 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi arasında xx.xx.2022-ci il tarixdə Xüsusi təyinatlı yaşayış X7 bağlanmışdır.

7. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli məktubuna əsasən, mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir.

8. İddiaçı daha sonra xx.xx.20 22-ci il və xx.xx.2022-ci il tarixlərdə yenidən müvafiq tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh əvvəlki məktublara istinad edərək sonuncu dəfə **********93 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********57 nömrəli, xx.xx.2021-ci il tarixli və **********80 nömrəli,xx.xx.2022-ci il tarixli məktublarla cavab verildiyini, lakin çatışmazlıqların aradan qaldırılmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı 22 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 12 kv.m olan 502 saylı yaşayış otağına xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər (order, mənzil kirayə müqaviləsi) təqdim edildiyi halda, cavabdeh əsassız olaraq mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşa yış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzildə yerləşən yaşayış otağı ilə eyvanın arakəsməsi sökülmüşdür.

12. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8148/2022 nömrəli qərarı (hakim S.Salahova) ilə iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasın ın Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderini və ya mənzil kirayə müqaviləsini, yaxud onun verilməsinə dair sərəncamı təqdim etməlidir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mülkiyyətində olan yataqxanaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən s onra özəlləşdirilməsi üçün: 1. şəxs həmin yataqxanada faktiki yaşamalı; 2. mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamalıdır. İş materiallarında olan 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 2529 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən, y/s 12 kv.m olan 1 otaqlı, 502 nömrəli mənzilin icarədarı İddiaçıdır və həmin mənzildə 3 nəfərdən ibarət ailəsi ilə birgə yaşayır. Lakin işdə mübahisəli mənzillə bağlı mənzil fondunun mülkiyyətçisi ilə iddiaçı arasında bağlanmış mənzil kirayə müqaviləsi mövcud deyil. 2018ci ildə mübahisəli mənzilin balanssaxlayıcısı dəyişsə də, iddiaçı yeni balanssaxlayıcı ilə kirayə müqaviləsi bağlamamışdır. Odur ki, iddiaçı yataqxananın müvafiq mənzilinin adına özəlləşdirilməsi üçün qanunla zəruri olan mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə tələbi ödəməmişdir. Digər tərəfdən, iddiaçı 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə bağlanmış xx.xx.2022-ci il tarixli xüsusi təyinatlı yaşayış X7ni təqdim etsə də, Mənzil Məcəlləsinin 98.1 və 101.2-ci maddələrinə əsasən, həmin müqavilənin bağlanması üçün yeni balanssaxlayıcının qərarını təqdim etməmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli məktubunda da Departament tərəfindən həmin mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilmədiyi göstərilmişdir.

14. Bundan əlavə, 21a saylı ünvanda yerləşən yataqxananın 501 və 502 saylı otaqları iddiaçının anası X2 xx.xx.1988-ci il tarixli order əs asında verilsə də, həmin otaqlardan 502 saylı mənzil xx.xx.2009-cu il tarixli, 18 saylı qərara əsasən xx.xx.2009-cu il tarixli orderlə iddiaçıya verilmişdir. Odur ki, iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən də təmin edilə bilməz.

15. İddiaçı birincin instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1268/2023 nömrəli qərarı (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8148/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 18. iddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin “iş materiallarında mənzil kirayə müqaviləsi mövcud deyildir” dəlili işin faktiki hallarına uyğun deyildir. Sözügedən həmin mənzilə xx.xx.2022-ci il tarixdə 118 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Sahəs i ilə kirayə müqaviləsi bağlanılmışdır və həmin müqaviləni qeyd edilən 118 saylı Mənzil Kommunal İstismar Sahəsi mülkiyyətçinin, yəni əmlakı balansda saxlayan Mənzil Kommunal Təsərrüfatı Departamentinin adından bağlamışdır. Həmin müqavilənin təsdiq edilmiş surəti ərizə ilə birlikdə cavabdehə, müqavilənin əsli isə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin müqavilə iş materiallarına əlavə edilmişdir və iş materiallarına həmin müqavilənin əlavə edilməsi birinci instansiya məhkəməsinin qərarında müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində göstərilmişdir ki, mənzili özəlləşdirmək istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına digər sənədlərlə birlikdə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsini yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir, mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsi həmin Qanunun 8-ci maddəsində göstərilən “mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir" kimi qanunun tələbini səhv təfsir etmişdir. Qeyd edilən Qanunun 8-ci maddəsində işlədilən “mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” deyildikdə, hər 3 sənədin eyni zamanda tələb edilməsini deyil, cümlədə qeyd edilən orderin və ya mənzil kirayə müqaviləsinin ikisindən birisinin, onlar olmadıqda isə həmin sənədlərin verilməsinə dair Sərəncamın tələb edilməsini nəzər də tutur. Yəni qeyd edilən Qanunun 8-ci maddəsinə əsasən, mənzilin özəlləşdirilməsi prosesində qanun normasında göstərilən orderin, mənzil kirayə müqaviləsinin və ona dair sərəncamın birlikdə təqdim olunması tələb edilmir.

20. Digər tərəfdən işə baxan məhkəmələr mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsini iddiaçının (icarədarın) üzərinə qoymuşdur. “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi”nin forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərarla təsdiq edilmiş müqavilə formasında sözügedən müqavilənin bağlanması vəzifəsini mənzili kirayə alanın üzərinə deyil, mənzili kirayə verənin üzərinə qoymuşdur.

21. İşə baxan məhkəmələr tərəfindən yuxarıda qeyd edilən ünvanda yerləşən yataqxananın 502 saylı otağa dair adıma verilmiş xx.xx.2009-cu il tarixli orderin həmin ilin xx.xx.2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 98.1 və 101.2-ci maddələrinin tələblərinə uyğun verilməməsi ilə əlaqədar iddiaçı bildirir ki, məhkəmə kollegiyası bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, hazırda faktiki yaşadığı mübahisəli mənzilin yerləşdiyi yataqxana Nazirlər Kabinetinin 2018-ci il tarixli qərarı ilə “Ulduz” İB-yi ləğv edilənə qədər həmin birliyin tabeliyində olmuş və yataqxana statusunda olmuşdur. xx.xx.2009-cu ildə yeni Mənzil Məcəlləsinin qəbul edilməsi ilə əlaqədar “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmişdir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsi hazırki mübahisənin həllinə tətbiq edilə bilməz, birincisi ona görə ki, mübahisəli mənzili ona hazırda həmin mənzili balansında saxlayan Mənzil Kommunal Təsərrüfatı Departamenti deyil, mənzilin mülkiyyətçisi olmuş və dövlət orqanı olan “Ulduz” İB-yi tərəfindən ilk olaraq 1987-ci il tarixdə və sonradan xx.xx.2009-cu il tarixdə həmin dövlət orqanı tərəfindən yenidən verilmişdir. Mübahisəli mənzil verilən xx.xx.2009-cu il tarixdə mənzilin yerləşdiyi yataqxananın xüsusi təyinatlı mənzil fonduna aid edilib-edilməməsi məsələsi qanunvericilik səviyyəsində həll edilməmişdi. Bu hüquqi məsələ Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə xx.xx.2010-cu il tarixdə, yəni ona mənzil veriləndən 6 ay sonra həll edilmişdir. Digər tərəfdən, məhkəmələr tərəfindən istinad edilmiş Mənzil Məcəll əsinin bu maddəsində xüsusi təyinatlı yaşayış sahəsinin mənzil kirayə müqaviləsi əsasında verilməsi nəzərdə tutulur ki, qeyd etdiyi kimi mübahisəli mənzil qüvvədə olan Mənzil Məcəlləsi qəbul edilməmişdən və yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarından əvvəl qanuni əsaslarla ona verilmişdir.

22. Məhkəmələr tərəfindən Mənzil Məcəlləsinin 101.2-ci maddəsinin tətbiqi ilə əlaqədar iddiaçı bildirmişdir ki, məhkəmələr bu hüquq normasını düzgün tətbiq etməmişdir, həmin maddi hüquq normasında birbaşa xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi nəticəsində mənzil kirayə müqaviləsinə xitam verilməsi ilə əlaqədar məsələlər həll e dilir ki, bu da iddia tələbinə aid deyildir. Sözügüedən yataqxananın balanssaxlayıcısı 2018-ci il tarixdə dəyişmiş və əmlak Bakı şəhər İH-nin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir, buna görə də xx.xx.2022-ci il tarixdə balanssaxlayıcının adından çıxış edən Xətai rayonu 118 saylı MKİS-lə “Xüsusi Təyinatlı Yaşayış X7” bağlanmışdır və həmin müqavilə iş materiallarına əlavə edilmişdir.

23. İddiaçı hesab edir ki, tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas verən sənədlər, o cümlədən “yerli icra hakimiyyəti” orqanının sərəncamı ilə eyni hüquqi qüvvəyə malik olan mənzilin ayrılmasına dair qərar, həmin qərar əsasında verilmiş order və yeni balanssaxlayıcı təşkilatla bağlanm ış kirayə müqaviləsi cavabdehə təqdim edilmişdir. Eyni ilə Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına uyğun olaraq həmin mənzildə faktiki yaşamağı barədə sənəd və mənzil kirayə müqaviləsi iş materiallarına əlavə edilmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər iş materiallarında olduğu halda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası formal olaraq “mənzil kirayə müqaviləsinin” bağlanması haqda sərəncamın olmaması kimi formal əlamətlər əsasında qanunsuz və əsassız qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əml aka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlə t və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunveric iliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahi sənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərl i hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvan 3 ünvanında yerləşən, sahəsi 12 kv.metr olan 502 saylı yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsini n hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2009-cu il tarixli, 91 nömrəli order əsasında ona verilmiş Cavanşir küçəsi 21a ünvanında yerləşən 2 saylı yataqxananın sahəsi 12 kv.metr olan 502 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcə lləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının və mənzil kirayə müqaviləsinin təqdim olunmadığına istinad etmişdir.

36. Bununla bağlı nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmişdir və həmin normada Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqavil əsi həmin əsaslara aid edilmişdir (Qanunun 8.0.11-ci maddəsi).

37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Ulduz” EİB-nin müdiriyyəti ilə müəssisənin HİKnın 18 saylı, xx.xx.2009-cu il tarixli birgə qərarı ilə və həmin qərar əsasında müəssisə tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 91 nömrəli orderlə Cavanşir küçəsi 21a ünvanında yerləşən 2 saylı yataqxananın sahəsi 12 kv.metr olan 502 saylı mənzili yaşamaq hüququ ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmışdır. Həmin order isə bu qərarın 25-ci bəndində istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aid deyil, belə ki, order xx.xx.2009-cu il tarixdə, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) deyil, Mənzil Məcəlləsi qüvvəyə minəndən sonra verilmişdir. Qüvvədə olan Mənzil Məcəlləsində isə mənzilin orderlə verilməsi nəzərdə tutulmamışdır.

38. Digər tərəfdən, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının 2009-cu il oktyabrın 1-dək qəbul olunmuş müvafiq sərəncamı da iddiaçı tərəfindən təqdim olunmamışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi mənzil kirayə müqaviləsi balanssaxlayıcı Bakı şəhər İH-nin MənzilKommunal Təsərrüfatı Departamenti ilə deyil, onun yerli qurumu ilə bağlanılmışdır. Halbuki, belə müqavilə həmin departamentlə bağlanılmalı və ya ən azından kirayə müqaviləsinin bağlanılması üçün həmin Departament tərəfindən onun yerli qurumuna müvafiq səlahiyyət verilməli idi. Lakin mübah isəyə dair iş üzrə materiallara əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022ci il tarixli, 680 nömrəli məktubunda Departament tərəfindən həmin mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilmədiyi bildirilmişdir. Başqa sözlə, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması üçün yerli quruma müvafiq səlahiyyət verilməmişdir.

39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı sayılmalıdır və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

40. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, id diaçının kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 21(103)-1268/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar