Məhkəmə qərarları › İş №2-1(102)-1571/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1571/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1571/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyini, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(103)-959/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağ ıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 29 dekabr 2015-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir.

2. Əlillik altsistemindən çıxarışla müəyyən edilir ki, 01 aprel 2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi-diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir barədə imtina verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial Ekspert Komissiyasının **********4 nömrəli 06 oktyabr 2022-ci il tarixli qərarı ilə anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilməməsi əsası ilə əlilliyin təyinatından imtina edilmişdir.

4. Bu imtinadan narazı qalan iddiaçı əllilik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqana yenidən müraciətlər etmiş, cavabdehin 29 dekabr 2022-ci il tarixli məktubu ilə onun müraciətlərinə münasibətdə bildirilmişdir ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20 15-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia və onun dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyin təyinindən imtina barədə 11 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsini, eləcə də 06 oktyabr 2022-ci il tarixli qərarın ona əlilliyin təyin edilməsindən imtina hissəsində ləğv edilməsini, 01 aprel (29 mart) 2022-ci il tarixli 0120003AAG49 göndəriş əsasında ikinci qrup əli lliyinin dayandırıldığı 29 dekabr 2021-ci il tarixdən təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildə Qala qəsəbəsi X11 Mərkəzinə kursant qismində qəbul olunmuş, həmin məktəbi 1997-ci ildə zabit qismində təyyarəçi-şturman ixtisası üzrə bitirmişdir. Hərbi Məktəbi bitirdikdən sonra hərbi xidmətə N nömrəli hərbi hissədə vertalyot eskadriyasında şturman vəzifəsində başlamışdır. Hərbi xidmətdə olarkən 2014-cü ildə mədə-bağırsaq sistemində ağrılar yaranmış, getdikcə həmin ağrılar şiddətlənməyə başlamışdır. Sağlamlığında yaranmış ağrılar nəticəsində ixtisaslı müayinə və müalicə olunmağı üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilmişdir. Hospitalda müalicə aldıqdan so nra Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 458 nömrəli qərarı ilə ona “Xroniki qastroduonit, remissiya mərhələsində”, “Xronikier eroziyalı qastroduonit kəskinləşmə mərhələsində” diaqnozu təyin edilmişdir. Həmin qərarda qeyd edilən xəstəliyin hərbi xidmət dövründə alındığı bildirilmişdir. Həqiqi hərbi xidmətdə ehtiyata buraxıldıqdan sonra xx.xx.2015-cü ildə Dövlət Tibbi-Sosisal Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhərində yerləşən tibbi sosial ekspert komissiyası tərəfindən müayinə edilməyi nəticəsində ona “Mədə xorası, tez-tez kəskinləşmələrlə, mədə-bağırsaq qanaxması, xroniki xolesistif” diaqnoz təyin edilərək ona 2-ci dərəcəli əlillik verilmişdir. Əlilliliyin verilmə müddətləri bitdikcə vaxtaşırı olaraq tibbi-sosial ekspert komissiyası tərəfindən təkrar müayinəd ən keçərək xx.xx.2022-ci il tarixədək ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci ildə tibbi sosial ekspert komissiyası tərəfindən müayinə edilən zaman xəstəliyi barəsində yuxarıda qeyd edilən diaqnoz təsdiqlənsə də, ona müvafiq əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə xx.xx.2023-ci il tarixdə məktub təqdim edilmişdir. Sonuncu dəfə tibbi sosial ekspert komissiyasına getməmişdən əvvəl xəstəliyi ilə əlaqədar Bakı şəhəri, X3 vərəm şöbəsində müayinə olunarkən ona “Mədə xorası” diaqnozu yenidən qoyulmuş və xəstəxanadan tibbi-sosial ekspert komissiyasına təqdim edilən göndərişdə və tibbi sənədlərdə həmin diaqnoz qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyə n olunması meyarlarının” 3.2.4.1-ci bəndinin tələbinə görə mədə xorası xəstəliyi üzrə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə müvafiq əlillik təyin edilir. Beləliklə məlum olur ki, xəstəliyi (mədə xorası) ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulsa da, Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ona qanunsuz və əsassız imtina məktubu təqdim etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya 25 dekabr 2015-ci il tarixdən qida borusu, mədə və onikibarmaq xəstəlikləri, mədə xorası və əlaqəli xəstəliklər diaqnozu ilə əlillik təyin edilmiş, 01 aprel 2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbə bi ilə əlilliyin təyinindən imtina edilmişdir. Əyani müayinə nəticəsində də həmin hallar müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6640/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilmiş, İddiaçı əlillliyin təyinindən imtina barədə 11 aprel 2022-ci il tarixli cavabdehin qərarının ləğv edilməsi, cavabdehin 06 oktyabr 2022-ci il tarixli qərarının iddiaçıya əlilliyin təyin edilməsindən imtina hissəsində ləğv edilməsi və Bakı Xəzər Tibb Mərkəzinin 01 aprel (29 mart) 2022-ci il tarixli 0120003AAG49 göndəriş əsasında ikinci qrup əlilliyin dayandırıldığı 29 dekabr 2021-ci il tarixdən iddiaçıya təyin edilməsi öhdəliyinin cavabdeh xxxnə həvalə edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrə li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində istinad edərək qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklə rin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.

10. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 29 dekabr 2015-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmi n diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

11. Belə olan halda, 2015-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edil məsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(103)-959/2024 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X8 və X9) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6640/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları na dair” Əsasnaməyə istinad edilərək qeyd edilmişdir ki, iddiaçıda müəyyən edilmiş xəstəliklər ona əlilliyin təyin edilməsinə əsas vermir. Belə olan halda imtina əsaslı olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nətic ələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliy in qiymətləndirilməsi Qaydası

1. Ümumi müddəalar... 1.6.Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial eks pert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səb əbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən ed ilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”

4. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlu mat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibat i aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələb lər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya mə hkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia əlilliyin təyinindən imtina barədə cavabdehin 11 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

26. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya 29 dekabr 2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, daha sonra xx.xx.2016-cı il tarixdən 5 il müddətinə yəni, xx.xx.2021-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. 27. xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik müddəti bitdikdən sonra o, yenidən xx.xx.2022-ci il tarixdə müayinə edilmiş və diaqnozu əlilliyin təyininə əsas verməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar bütün əlamətlərinə görə bir inzibati aktdır. Və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.

29. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edil miş müddəti ötürmüşdür.

30. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. Odur ki, xx.xx.2022-ci il tarixli cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən həmin hissədə iddia tələbi mümkün sayılmamalıdır. 32. xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya əlilliyin təyin edilməsindən cavabdehin imtinasına gəlincə isə, məhkəmə kollegiyası bu hissədə iddiaçının iddia tələbini, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir.

33. Belə ki, cavabdehin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilməməsi əsası ilə əlilliyin təyinatından imtina edilmişdir. Əlilliyin yenidən qiymətləndirilməsi barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinə münasibətdə diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əlilliyin təyi nindən əyani müayinə nəticəsində imtina edilmişdir.

34. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən təyin olunan məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4” X10 verdiyi 25 iyul 2023-cü il tarixli T457/2023 saylı ekspert rəyində bildirilmişdir ki, iddiaçıda Bakı Xəzər Tibbi Mərkəzi tərəfindən tərtib edilmiş göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklər müşahidə edilir. Forma 88də olan diaqnozla XBT-10 kodu ilə yazılmış diaqnozlar arasında elə bir əsaslı fərq yoxdur. Ümumən eynidir. Yalnız Forma 088 göndərişində “xroniki meningit, sol tərəfli quru mezotimpanit” göstərilməmişdir. İddiaçıya ilkin təyinat zamanı olan xəstəliklə son göndərişdə qeyd edilən xəstəlik eyni olub, mədənin prepilorik hissəsinin residivləşən xorası tez-tez baş verən qanaxma ilə” xəstəliyidir.

35. Beləliklə göründüyü kimi iddiaçının epikrizdəki diaqnozları işə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş ekspertizanın nəticəsində verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.

36. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə (2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən ed ilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58- K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9) həmin xəstəliklərin ikinci dərəcə əlilliyin təyini üçün əsas verən xəstəliklər hesab olunduğunu və hazırda da iddiaçıda həmin xəstəliklərin davam etdiyini, bu barədə sonuncu ekspert rəyinin mövcudluğunu nəzərə alaraq haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

37. Eyni zamanda məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Belə ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olu nmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 31 yanvar 2024-cü il tarixli 21(103)-959/2024 nömrəli qərarı əlilliyin təyinindən imtina barədə cavabdeh xxxnin 11 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və Bakı Xəzər Tibb Mə rkəzinin 01 aprel (29 mart) 2022-ci il tarixli 0120003AAG49 göndərişi əsasında ikinci qrup əlilliyin dayandırıldığı 29 dekabr 2021-ci il tarixdən iddiaçıya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. İddia əlilliyin təyinindən imtina barədə cavabdehin 11 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Apellyasiya məhkəməsinin qərarı ikinci qrup əlilliyin iddiaçıya təyin edilməsi öhdəliyinin cavabdeh xxxnə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Əlilliyin müəyyən edilməsi 6 oktyabr 2022-ci ildən hesablansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar