Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1572/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması, inzibati akta qarşı iddia qaldırma müddəti) Hakimlər Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs qismində X4, X6 Tağıyevna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “sərəncamın və onunla bağlı hüqu qi nəticələrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.03.2021-ci il tarixli, 2-1(103)666/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137 ünvanında 68 və 68A saylı mənzillərdən ibarət kommunal xarakterli yaşayış sahəsi yerləşir. 2.İddiaçı ailəsi ilə birlikdə 1991-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, mənzil 68 ünvanında yerləşən məhdud kommunal şəraitli 2 otaqlı mənzildə yaşayır.
3. Cavabdehin 09.05.1994-cü il tarixli, 359/59 saylı sərəncamına və həmin sərəncam əsasında Cavabdeh ilə X4 arasında vətəndaşlara mənzillərin əvəzsiz olaraq veril məsi haqqında 03 iyun 1994-cü il tarixdə bağlanmış 3M-248 reyestr nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən məhdud kommunal şəraitli bir otaqlı mənzil isə X2 verilmişdir.
4. Həmin mənzil 1994-cü ildə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 06.03.2020-ci il tarixdə iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin X2 verilməsi ilə bağlı cavabdehin 09.05.1994-cü il tarixli, 359/59 saylı sərəncamının və onunla bağlı hüquqi nəticələrin ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, mənz il 68 ünvanında yerləşən yaşayış sahəsində ailəsi ilə birlikdə 1991-ci ildən yaşayır. Lakin ona aid yaşayış sahəsinin (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan evdən 13.6 kv.m sahəni) bir hissəsi Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmamış X4 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilərək mülkiyyət hüququ əldə edilmişdir. Belə ki, sənədlərdən görünür ki, Cavabdeh Başçısının 09.05.1994cü il tarixli, 359/59 saylı sərəncamına və Cavabdeh ilə X4 adlı şəxs arasında mənzillərin vətəndaşlara əvəzsiz olaraq verilməsi haqqında 03.06.1994-cü il tarixdə bağlanmış 3M248 reyestr nömrəli müqaviləyə əsasən iddiaçının yaşadığı və pasport qeydiyyatında olduğu mənzilin bir otağı X2 verilmişdir və həmin otaq 1994-cü ild ə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində onun adına qeydiyyata alınmışdır. Bu otaq X1 adından etibarnamə əsasında 1997-ci ildə X6 Tağıyevnaya satılmış və sonuncu həmin yaşayış sahəsinə dair reyestrdən çıxarış almışdır. Mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi X3 nəinki tapmaq, habelə onun şəxsiyyətini müəyyən etmək mümkün olmamış, hətta onu tanıyan bir şahid belə aşkar edilməmişdir. Bundan sonra iddiaçı X1 axtarışına başlamış və bu nəticə vermədiyi üçün məhkəməyə müraciət edilmişdir. X1 itkin düşməsi faktının araşdırılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.02.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasında qeydiyyatda olmamışdır və onun ölkədə yaşaması da müəyyən edilməmi şdir. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi sorğu məktublarına cavab olaraq bildirilmişlər ki, X2 aid mühafizə (bron) şəhadətnaməsi haqqında onlarda məlumat yoxdur və aşkar edilməmişdir. Yəni X2 aid mühafizə (bron) şəhadətnaməsi də qeydiyyata alınmamışdır. Beləliklə, cavabdeh tərəfindən 09.05.1994-cü il tarixli, 359/59 nömrəli sərəncamla iddiaçıdan xəbərsiz olaraq 1991-ci ildən onun və ailəsinin yaşadığı mənzilin ayrılmaz bir hissəsi Azərbaycan Respublikasının vətəndaşı olmayan, burada yaşamayan X4 adlı şəxsə qanunsuz və əsassız olaraq verilmişdir. Həmin qanunsuz sərəncamın ləğv olunması üçün Cavabdehnə müraciət edilsə də, cavab verilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-3895/2020 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən sərəncam ilə onun hüquqlarının məhdudlaşdırıldığını uzun illərdir bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2021-ci il tarixli, 21(103)-666/2021 nömrəli qərardadı i lə (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, N.Cəfərov və V.Məmmədov) apelyasiya şikayəti təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və təkrar baxılması üçün işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
13. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində qeyd edilir ki, iddiaçı ona məxsus olan, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində 1991-ci ildən ailəsi ilə birlikdə yaşayı r. Ona aid yaşayış sahəsinin bir hissəsi (ayrılaraq təcrid edilməyən və edilməsi də mümkün olmayan 3,6 kv metr sahəsi) Azərbaycan Respublikasının vətəndaşı olmamış, ölkədə yaşamamış, şəxsiyyətini müəyyən etmək belə mümkün olmamış X4 adlı şəxs tərəfindən qanunsuz olaraq özəlləşdirilmişdir. İddianı mümkün saymayan məhkəmə qərarı ona əsaslanmışdır ki, cavabdehin 09.05.1994-cü il tarixli, 359/59 saylı sərəncamı X2 münasibətdə hüquq və vəzifələr yaratdığından həmin sərəncamın iddiaçıya hər hansı aidiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində həmin sərəncamı mübahisələndirməmiş və nəticədə qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, iddiaçının 1991-ci ildən yaşadığı və mülkiyyət hüququ əsas ında ona məxsus olan mənzilin təcrid olunması mümkün olmayan hissəsi başqa şəxs tərəfindən özgəninkiləşdirilmiş və sonunda onun mülkiyyət hüquq məhdudlaşdırılmışdır. İnzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsini qeyd edən məhkəmə nəzərə almamışdır ki, MM-nin 384-cü maddəsinə əsasən dövlət orqanlarının mülkiyyətçinin hüquqlarını pozan aktlarının etibarsız sayılması barədə tələblərə iddia müddəti şamil olunmur. Bütün bunlara baxmayaraq, məhkəmə nəticədə iddiaçının inzibati məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı və iddia müddətini ötürdüyü qənaətinə gəlir. Məhkəmə qərardadının qeyd edilənlər baxımından qanunsuz olduğu üçün ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün yenidən apelyasiya məhkəməsinə göndərilməsini x ahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əm əl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanıl masından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
23. Yuxarıda istinad olunan normanın da tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
24. Bu baxımdan, məhkəməyə iddia ilə müraciət hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət m əhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
25. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir.
26. Nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisələndirmə haqqında iddiaya münasibətdə digər şərtlərlə yanaşı həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də ödənilmiş olmalıdır.
27. İşin hallarından görünür ki, hazırkı iddia yuxarıda istinad olunan normalar anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar iddia müddətinə tabedir və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
28. Baxılan işdə iddia məhkəmər tərəfindən iddia müddəti ötürüldüyünə görə mümkün sayılmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə ilə razılaşır.
29. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisəli mənzillə bağlı məhkəmə mübahisələri 2012-ci il tarixdən davam edir. İddiaçının yaşayış sahəsinin 30.08.1994-cü il tarixdə X2 verilməsi haqqında mübahisəli sərəncamın mövcudluğu, eləcə də həmin yaşayış sahəsinin 30.08.1994-cü il tarixdə X1 adına ilkin qeydiyyatdan keçməsi barədə daha əvvəldən məlumatının olduğu iş materialları ilə tam təsdiq olunur.
30. Kassasiya şikayətində də cavabdehin sərəncamının iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və ümumiyyətlə bu məsələdən bəhs olunmamışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımd an mümkün sayılmamalıdır.
32. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2021-ci il tarixli 2-1(103)-666/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.