Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1572/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşaqların doğum haqqında akt qeydində düzəliş edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqların doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 2-1(103)-1325/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ona İİ-JQ 376373 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş, həmin şəhadətnamədə soyadı, adı, atasının adı X4 qeyd edilmişdir.
2. İddiaçıya məxsus 23 may 2017-ci il tarixdə verilmiş, PU157999 nömrəli pasporta əsasən o, Ukrayna vətəndaşıdır və pasportda adı və soyadı “İddiaçı” (X14) kimi qeyd edilmişdir.
3. İddiaçının övladı X10 barədə tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 0071 1 0332 nömrəli “Doğum haqqında akt qeydi”nə əsasən o, xx.xx.2009-cu il tarixdə anadan olmuş, “Ata haqqında məlumat” qrafasında “Əlizadə Azər”, “vətəndaşlığı Ukrayna”, “Şəxsiyyə tini təsdiq edən sənədi” qrafasında isə “xx.xx.2012” (kserosurətdə sənədin nömrəsi oxunmur) yazılmışdır.
4. İddiaçının övladı X9 barədə tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 0071 1 0333 nömrəli “Doğum haqqında akt qeydi”nə əsasən o, xx.xx.2011-ci il tarixdə anadan olmuş, “Ata haqqında məlumat” qrafasında “Əlizadə Azər”, “vətəndaşlığı Ukrayna”, “Şəxsiyyətini təsdiq edən sənədi” qrafasında isə “xx.xx.2012” (kserosurətdə sənədin nömrəsi oxunmur) yazılmışdır.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək övladları – xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 düzəliş edilməklə valideyninin soyadına uyğun “Əli Zadə” kimi yazılmasını xahiş etmişdir.
6. Cavabdehin 18 may 2022-ci il tarixli, 1464-05/15 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Cavabdeh tərəf indən tərtib edilmiş 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, Səbail RQŞ tərəfindən tərtib edilmiş X6 333 saylı, xx.xx.2013-cü il tarixli, X7 332 saylı, xx.xx.2013-cü il tarixli doğum və Bakı nikah evi tərəfindən tərtib edilmiş 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə”, Xətai RQŞ tərəfindən tərtib edilmiş 408 saylı, xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında akt qeydində soyadı “Əli zadə” yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. X10 və X3 “Əlizadə”-dən “Əli Zadə”-yə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 16 iyun 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 valideyninin soyadına uyğun olaraq “Əli Zadə” kimi yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1973-cü ildə Azərbaycan Respublikasında doğulmuş, SSRİ-nin pasportu ilə 1990-cı ildə Ukrayna Respublikasına getmiş və 1997-ci ildə Ukrayna vətəndaşlığını qəbul etmişdir. Onun heç vaxt Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi olmamışdır. O, doğularkən soyadı “Əlizadə” olsa da, Ukraynada vətəndaşlıq alarkən onun soyadı “Əli Zadə” kimi yazılmışdır. 2007-ci ildə Ukrayna vətəndaşı kimi “İddiaçı” olaraq Azərbaycana gəlmiş və Azərbaycanda Ukrayna vətəndaşı kimi yaşamışdır. 2009-cu ildə Əli adlı, 2011-ci ildə Aslan adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alarkən, o uşaqların atası olaraq şəxsiyyətini təsdiq edən sənəd kimi Ukrayna Respublikasının pasportunu təqdim etmişdir ki, hansı ki, orada onun soyadı “Əli Zadə” kimi qeyd olunmuşdur. Buna baxmayaraq, uşaqlarının doğum haqqında şəhadətnaməsində onların s oyadları səhvən “Əlizadə” kimi yazılmışdır. Qeyd olunan səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazları:
9. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı uşaqlarının soyadlarının dəyişdirilməsinə dair kifayət qədər əsas olmadığına görə iddiasını təmin etmək mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşaqlarının doğum haqqında akt qeydi aparılarkən, onların soyadı iddiaçının özünün soyadının doğum haqqında akt qeydində, həmçinin nikah haqqında akt qeydində ol duğu kimi və həmin sənədlər əsasında “Əlizadə” yazılmışdır. İddiaçının soyadının özünün doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) Ukrayna Respublikasının vətəndaşının pasportu uşaqlarının doğum haqqında akt qeydinin (soyad hissəsində) dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sənəd uşaqların doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 7 mart 2023-cü il tarixli, 21(103)-1325/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
17. İddiaçı əlavə olaraq qeyd edir ki, apellyasiya məhkəməsi nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını, yəni İPM-nin 11, 12, 13, 15, 58-61, 68, 87, 92.0.6-cı və Ailə Məcəlləsinin 164.1, 161.3-cü maddələrini düzgün tətbiq etməmiş, habelə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq apellyasiya şikayətini əsassız və qanunsuz olaraq təmin etməmişdir.
18. Nəticədə uşaqlara pasport alınması mümkünsüz olmuşdur. Pasportun olmaması uşaqların xarici ölkələrdə təhsil almalarına maneçilik törədir. Uşaqların hər iki valideynləri xarici vətəndaş olduqlarından Azərbaycan vətəndaşlığını ala bilməzlər. Uşaqlar artıq 12 və 13 yaşlarındadır, ancaq vətəndaşlıqları yoxdur. Bununla da, azyaşlı uşaqların hüquq və maraqları kobud şəkildə pozulmuşdur.
19. İddia tələbi nə “doğum haqqında akt qeydinə dəyişikliklər” edilməsi, nə də “uşaqların öz adını, atasının adını və soyadının dəyişdirilməsi” barədədir. İddia tələbi Ailə Məcəlləsinin 164.1-ci maddəsinin tələblərinə əməl edilməklə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktların və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılması tələbidir. İddia tələbi mövcud qanunların tələblərinə tam uyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə iddianı təmin etmək mümkün deyil TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə
53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ... 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.... Maddə
164. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması 164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanınd an (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir....
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:
4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının iz ahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa bo rcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin və cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, kifayət qədər əsaslar olmadığı üçün doğum haqqında akt qeydlərinin (soyad hissəsində) dəyişdirilməsi üçün əsaslar mövcud deyil.
29. Halbuki, iddiaçının tələbində açıq-aşkar qeyd olunmuşdur ki, onun çatmaq istədiyi hüquqi nəticə övladlarının soyadının dəyişdirilməsi deyil, məhz doğum haqqında akt qeydlərində səhv yazılmış soyadın düzəldilməsi, onların soyadlarının şəxsiyyəti təsdiq edən sənədə uyğun qeyd olunmasıdır (bax: Ailə Məcəlləsinin 164.1-ci maddəsinin 1-ci cümləsi). Belə ki, iddiaçı iddia edir ki, o, Azərbaycan Respublikasında doğulsa da, SSRİnin pasportu ilə 1990-c ı ildə Ukrayna Respublikasına getmiş və 1997-ci ildə Ukrayna vətəndaşlığını qəbul etmişdir. O, doğularkən soyadı “Əlizadə” olsa da, Ukraynada vətəndaşlıq alarkən onun soyadı “Əli Zadə” kimi yazılmışdır. Hal-hazırda da məhkəməyə iddia tələbi ilə müraciət edərək uşaqlarının doğum haqqında qeydlərində səhv yazılan “Əlizadə” soyadının öz soyadına uyğun “Əli Zadə” kimi düzəldilməsini xahiş edir.
30. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçının 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, həmçinin 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə” yazılmışdır. Həmin sənədlər əsasında onun övladları – X6 333 saylı, xx.xx.2013-cü il tarixli və X7 332 saylı, xx.xx.2013-cü il tarixli doğum akt qeydində soyadları da “Əlizad ə” yazılmışdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
32. İşin materiallarına görə, mübahisələndirilən akt qeydləri xx.xx.2013-cü il tarixdə tərtib edilmişdir. Həmin akt qeydlərinin “Ata haqqında məlumat” qrafasında “Əlizadə Azər”, “vətəndaşlığı Ukrayna”, “Şəxsiyyətini təsdiq edən sənədi” qrafasında isə “xx.xx.2012” yazılmışdır.
33. Ailə Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
34. Həmin normanın tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən doğum haqqında akt qeydlərinin düzgünlüyünün yoxlanılması məqsədilə məhz h əmin akt qeydlərinin tərtib edilməsinə əsas olmuş iddiaçının (atanın xx.xx.2012-ci il tarixdə verilmiş) şəxsiyyəti təsdiq edən sənədi yoxlanılmalı idi.
35. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçıya məxsus 23 may 2017-ci il tarixdə verilmiş, PU157999 nömrəli pasporta əsasən onun soyadı “Əli Zadə” kimi qeyd edilmişdir. İddiaçı isə 1997-ci il tarixdə Ukrayna vətəndaşlığı aldığını və həmin tarixdən də soyadının “Əli Zadə” kimi qeyd edildiyini bildirir. Mübahisələndirilən doğum haqqında akt qeydlərində də iddiaçının şəxsiyyətini təsdiq edən sənədin verilmə tarixi kimi xx.xx.2012-ci il göstərilir.
36. Uşaqların anası kimi qeyd olunan Alizade Zarinanın notarial qaydada təsdiq edilmiş ərizəsinə görə, uşaqlara atanın soyadının (həm də şəxsiyyəti təsdiq edən sənəddə göstərildiyi kimi) veril məsi ilə bağlı valideynlərin arasında ixtilaf yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi həmin halları araşdırmayaraq iddiaçının soyadının hansı tarixdən “Əli Zadə” olmasını, habelə doğum haqqında akt qeydlərinin verilməsinə əsas olmuş xx.xx.2012-ci il tarixdə verilən şəxsiyyətini təsdiq edən sənəddə soyadının necə yazıldığını araşdırmamışdır. Başqa sözlə, məhkəmə uşaqların doğum akt qeydlərində ata haqqında məlumatların, - akt qeydində tələb olunduğu kimi, - atanın şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlara uyğun qeyd olunub-olunmadığını araşdırmalı idi.
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmasına və onun 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, həmçinin 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haq qında akt qeydində soyadının “Əlizadə” kimi yazılmasına istinad edir.
39. İddiaçının doğum haqqında akt qeydində soyadının “Əlizadə” kimi yazılması xüsusat ilə bağlı qeyd edilməlidir ki, iddiaçı özü də bu halın mövcudluğunu təkzib etmir, lakin soyadının Ukrayna vətəndaşlığını aldığı 1997-ci il tarixdən “Əli Zadə” kimi yazıldığını bildirir və buna sübut kimi Ukrayna Respublikasının 23 may 2017-ci il tarixdə verilmiş pasportunu təqdim edir.
40. İddiaçının 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin istinad etdikləri həmin nikah haqqında akt qeydinə dair hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.
41. Beləliklə, İPM-in 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfi ndən təmin olunmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 21(103)-1325/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.