Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1573/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyinin səbəbinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reab ilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)952/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)4363/2018 nömrəli qərarına əsasən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli 1382 saylı Qərarda dəyişiklik edilərək aldığı travmanın səbəb-əlaqəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi yazılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1776 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi – diaqnoz: “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi. Sol diz oynağının daxili meniskektomiyası (xx.xx.2001) əməliyyatı” və xx.xx.2017-ci ildə MN MHPnın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və xx.xx.2017-ci ildə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “İki tərəfli xroniki koxlear nevrit. İki tərəfli neyrosensor davamlı ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 1 m məsafədən eşitməsi ilə. Eşitmənin protezləşməsi. Vertebrogen mənşəli xroniki bel-oma radikuliti, remissiya mərhələsində. Sidik turşulu diatez. Kroniki qastrit, remissiya mərhələsində. Xroniki qeyri-spesifik prostatit, natamam remissiya mərhələsində” “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2018-ci il tarixli 1382 nömrəli qərarı ləğv edilir.
3. Cavabdehin 30 aprel 2021-ci il tarixli, xxxxxxx0011 nömrəli qiymətləndirilmə aktına əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olaraq, ona “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşidilmə. Nevrasteniya. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (xx.xx.2001). Digər posttravmatik qonartrozlar. Sol diz oynağının artrozo-artiriti osteofiltləri” diaqnozu qoyulmuş, səbəbi kimi “Hərbi xidmət dövrü ilə əlaqədar” göstərilmiş, müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş və meyar kimi “2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 34-cü dərəcə ağır eşitmə (H90-90.8)” qeyd edi lmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz üçüncü dərəcəli əlillik təyin etmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar” yazılsa da, iddiaçı bu nəticə ilə razı deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyin in Mərkəzi Hərbi Həkim Komissiyasının 1776 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir: “Mingəçevir ŞHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi, sol diz oynağının daxili meniskektomiyası (xx.xx.2001) əməliyyatı” və xx.xx.2017-ci ildə MN MHR-nin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” “Hərbi travmadır, hərbi xidmət v əzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və xx.xx.2017-ci ildə MN MHP-nin diaqnoz ”Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərara alınmışdır. Yəni həm birinci, həm də ikinci diaqnoz qoyulmuşdur. Cavabdeh əlilliyin səbəbini 1-ci “Hərbi travmadır, hərbi vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi yazmaq əvəzinə 2-ci diaqnozu əlilliyin səbəbi kimi yazmışdır. Cavabdehin əlilliyin səbəbi üzrə gəldiyi nəticə əsassızdır.
6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti 20 nömrəli Bakı şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 2756003AAD33 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S8 9 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Əsas diaqnoz S83.2 Meniskin təzə cırılması, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (xx.xx.2001); Göndərişin natamam doldurulması - Səbəb: sol diz oynağında hərəkətlərin (açma-bükmə) məhdudluq dərəcələri qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Poliklinikanın xx.xx.2019-cu il tarixli 2756003AAD5J saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıqbaldır oynağı da daxil olm...; Diaqnozun mətni: Sol diz oynağının daxili meniskin yırtığına görə meniskek tomiyadan sonraki vəziyyət; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanma tarixi 2001-ci il yazılmasına baxmayaraq 2019-cu ilə kimi müalicə olunması haqqında məlumat yoxdur, son bir ildə müalicə olunması qeyd edilməyib xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci ildə sözügedən poliklinikanın 2756003AAD9A saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV (dörd) dərəc əli neyrosensor ağıreşitmə. İki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşitmə. Sol diz oynağının bükücü açıcı kontrakturası,daimi ağrı sindromu. Sol diz oynağının artrozo-artiriti osteofitləri. Xroniki residivləşən qastrit. Oynaqda ağrı. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Veqetativ-damar distoniyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Xəstənin aktiv əmək müqaviləsi var, lakin xəstəlik vərəqəsində olma günləri barədə məlumat qeyd edilməyib (0 gün)” səbəbi ilə imtina verilmişdir. Sözügedən poliklinikanın xx.xx.2020-ci il tarixli 2756003AAEDY saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəli kləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki...; Diaqnozun mətni: İki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşitmə. İki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşitmə. Sol diz oynağının artrozo-artriti osteofitləri. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (xx.xx.2001). Sol diz oynağının bükücü açıcı kontrakturası, daimi ağrı sindromu, açmabucağı 150 dərəcə və bükmə bucağı 130 dərəcə. Xroniki residivləşən qastrit. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Veqetativ-damar distoniyası. Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Xəstən in əmək müqaviləsi olduğu halda xəstəlik vərəqələri qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci il tarixli 2756003AAEEL saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki...; Diaqnozun mətni: İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Sol diz oynağının artrozo-artriti osteofitləri. Nəzərə çarpan ifadəli astenonevrotik sindrom. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (xx.xx.2001). Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması. Sol diz oynağının bükücü açıcı kontrakturası, daimi ağrı sindromu. Xroniki residivləşən qastrit. Veqetativ-damar distoniyası. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (xx.xx.2001); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu ilə “Xəstənin xx.xx.2020-ci il tarixində sürücülük vəsiqəsi almasının mümkünsüz olması araşdırılsın” səbəbi ilə imtina verilmişdir. Poliklinikanın xx.xx.2021-ci il tarixli 2756003AAES6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki t ərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşitmə. Nevrasteniya, Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (xx.xx.2001). Digər posttravmatik qonartrozlar, Sol diz oynağının artrozo-artiriti osteofiltləri; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətind ə fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişi kliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektr on imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
7. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8994/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qey d etmişdir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özü-özlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1776 nömrəli qərarı ilə müəyyən edilmiş xəstəliklər səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə əlaqəli olduğundan cavabdeh əsassız olaraq iddiaçıya əlillik təyinatı apararkən əlilliyin səbəbi ni “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” deyil, “hərbi xidmət dövrü” kimi göstərmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29 mart 2022-ci il tarixli, 436 nömrəli məktubunda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)4363/2018 nömrəli qərarına əsasən iddiaçının aldığı travmanın, yəni “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi, sol diz oynağının daxili meniskektomiyası əməliyyatı və sınığı, funksiyasının pozulmaması ilə” dia qnozları ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi yazılması öhdəliyi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Buna əsasən Komissiyanın 28 dekabr 2018-ci il tarixli qərarında İddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi qeyd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-952/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8994/2021 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya sonuncu müayinənin nəticələrinə görə üçüncü dərəcə əlillik verilməsinə əsas onda aşkar olunan iki əsas diaqnoz üzrə xəstəliyi – “iki qulağın karlığı və ağır eşitməsi” ilə bağlı olan xəstəliyi olmuşdur ki, bu da ona təyin edilən əlillik meyarının adından belə aydın görünür (“Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 34-cü dərəcə ağır eşitmə (H90-90.8) İİİ dərəcə əlillik”). Ona bu əlilliyin verilməsini səbəb əlaqəsi kimi isə TSEK-in xx.xx.2021-ci il tarixli qərarında “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında «Hərbi tra vmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» səbəb əlaqəsinin əsasını təşkil edən diaqnozların tərkibində “2.3. Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) İİİ dərəcə əllillik” meyarında təsbit olunan diaqnoz mövcud deyil. Məhkəmənin qərarının iddiaçının hərbi xidmət dövründə aldığı xəstəliklərin (ikitərəfli neyrosensor davamlı ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 1 m məsafədən eşitməsi ilə, eşitmənin protezləşməsi, vertebrogen mənşəli xroniki bel-oma radikuliti, remissiya mərhələsində, sidik turşulu diatez, xroniki qastrit, remissiya mərhələsində, xroniki qeyri-spesifik prostatit, natamam remissiya mərhələsində) səbəb əlaqəsinin aidiyyəti olmadığına görə yuxarıda qeyd olunan xəstəl iklərin hərbi xidmətə səbəb əlaqəsi MN MHHK tərəfindən əsaslı və qanuni olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Tibbisosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair qeyd olunan xx.xx.2021-ci il tarixli qərarından da göründüyü kimi, məhz, sonuncu qeyd olunan xəstəlik üzrə iddiaçıya əlillik dərəcəsi təyin olunmuş və hərbi həkim komissiyasının şəhadətləndirilməsinə uyğun olaraq da səbəb əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir. TibbiSosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” göstərilməsi tamamilə qanuni və əsaslıdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təm in olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı qeyd edir ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək BAHDM-də müdavim kimi, xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi hərbi xidmət keçmiş və Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli 0171 nömrəli əmri ilə aldığı travmalara və xəstəliyə görə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. 2001-ci ilin aprel ayının əvvəllərində N saylı hərbi hissədə yanacaq xidmətinin rəisi vəzifəsində xidmət edən vaxt yanacaq çənindəki yanacağın həcmini ölçərkən çənin üstündən yıxılıb sol dizindən xəsarət almışdır. İlk vaxtlar ağrılar az olduğundan tibb məntəqəsinə müraciət etməmişdir, 2001-ci ilin payız aylarında havaların soyuması ilə əlaqədar dizindəki ağrılar şiddətləndiyinə görə xx.xx.2001-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicəyə göndərilmişdir. Orada dizindən əməliyyat olunmuş, ona həkimlər tərəfindən “sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi, sol diz oynağının daxili meniskektomiyası (xx.xx.2001) əməliyyatı” diaqnozu qoyulmuşdur. Bundan sonra o, xidmətini davam etdirmiş, tərxis olunmaq istəməmişdir, 2018-ci ilə qədər hərbi xidmət dövründə yanakı xəstəliklər almış və hospitalda müalicə olunsa da müsbət nəticələri olmamışdır. xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2001-ci ilin aprel ayında aldığı xəsarətin səbəb əlaqəsini düzgün müəyyən etməmişdir. Belə ki, Komissiya xəsarət al dığı şəraiti düzgün qiymətləndirməyərək ona “travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün olmayan diaqnoz qoymuşdur. Halbuki, aldığı xəsarətin səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi təyin edilməli idi. Çünki yuxarıda göstərdiyi kimi yanacaq xidmətinin rəisi vəzifəsində işləyən zaman yanacaq çənindəki yanacağın həcmini ölçərkən çənin üstündən yıxılaraq xəsarət almışdır. 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4363/2018 nömrəli qərarı ilə ona verilmiş Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1382 saylı Qərarında dəyişiklik edilərək aldığı travmanın səbəb-əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi yazılması vəzifəsi Azərbaycan Respublikası Müdafi ə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli 1382 nömrəli qərarı ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə 20 nömrəli Şəhər Poliklinikasından 2756003AAD5J nömrəli TQS №088 nömrəli göndəriş Tibbi Sosial Ekspert Komissiyasına göndərilərkən onun əsas diaqnozu aşağıdakı kimi göstərilmişdir: S83.2 “Mensikin təzə cırılması, sol diz oynağının daxili mensikin yırtığına görə mensikektomiyadan sonrakı vəziyyət (xx.xx.2001). Yanakı xəstəliklər aşağıdakı kimi göstərilmişdir: R26 “Hərəkətin və yerişin pozulmaları, Sol aşağın ətraf funksiyasının və yerişin kəskin pozulması”, K29.3 “Xroniki səthi səthi qastrit. Xroniki residvləşən qastrit ”, H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itir ilməsi. İki tərəfli İV (dörd) dərəcəli sensor, ağıreşitmə”, F48.0 “Nerasteniya nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom”, F45.3 Vegetativ sinir sisteminin somotoform disfunksiyası Vegetatif-damar distoniyası”. TSEK-ə göndərilməsi üçün əsas: Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”. 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 2756003AAD5J nömrəli TQS №088 nömrəli göndərişinə cavab olaraq xx.xx.2019-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası aşağıdakı əsaslarla ona əlillik dərəcəsi verməkdən imtina etmişdir: “Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: imtina edilib, səbəb: Əlavə müalicəyə ehtiyacı olması. Ətraflı: Xəstəliyin başlanma tarixinin 2001-ci il yazılmasına baxmayaraq 2019-cu ilə kimi müalic ə olunması haqqında məlumat yoxdur. Son bir ildə müalicə olunması qeyd edilməyib, xəstənin ixtisaslaşmış tibb məntəqəsində müayinə və müalicə olunması məsləhət görülür.” Poliklinika tərəfindən verilmiş göndərişdə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası sonuncu müayinəyə görə məlumatın verilməsi barədə arayışda da əsas diaqnoz “Sol diz oyanağının daxili menisikinin yırtığına görə meniskektomiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Bu konkret fakt-sübut bir daha onu göstərir ki, ona qoyulan əsas diaqnoz “Sol diz oynağının daxili menisikinin yırtığına görə meniskektomiyadan sonrakı vəziyyət” diaqnozdur, yanakı xəstəlik deyildir. Hələ xx.xx.2019-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası ona imtina edərkən aşağıdakı qayd ada cavab vermişdir: “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdır. Həkimin rəyi “sol diz oynağında hərəkətin (açmabükmə) məhdudluq dərəcələri qeyd edilməyib”. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli məhkəmə qərarını səhv təfsir etmişdir. Həm poliklinika tərəfindən tərtib olunan 88 nömrəli forma arayışda, həm də TSEK-in imtina cavabında əsas diaqnoz iddia tələbində göstərdiyi “Travmadır, hərbi vəzifəni yerinə yetirəkən almışdır” diaqnozu göstərilmişdir. Məhkəmənin göstərdiyi “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” ağırlaşma halları ilə müşayiət olunan, “Eşitmənin neyrosensor tipli iki tər əfli itirilməsi, iki tərəfli İV dərəcəli neyrosensor ağır eşitmə” diaqnozu isə yanakı xəstəlik kimi göstərilmişdir. Əvvəla, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4363/2018 saylı, 30 noyabr 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunmuşdur ki, “Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonrakı vəziyyət (xx.xx.2001). Digər posttravmatik qonartozlar. Sol diz oynağının artrozo-artiriti osteofiltirləri” kimi aldığı travma “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır”. Məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarını səhv təfsir edərək, həmin qərarda müəyyən olunmuş halları təkzib edir. Bu isə yolverilməzdir. Əlilliyin səbəbləri kimi həm də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar s əbəbin də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilməsinə baxmayaraq, məhkəmə kollegiyası Qanunun bu normasını tətbiq etməmişdir. Cavabdeh tərəfindən ona qoyulan diaqnozu məhkəmə heç bir əsası olmadan təsdiq etmişdir. Halbuki, həmin diaqnozla onun hüquqları kobud şəkildə pozulmuşdur. Eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda həmin qərar məhkəmə kollegiyası tərəfindən səhv təfsir olunmuşdur. Bu isə qanunla qadağan olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-952/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlil liyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını m üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2 020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror had isəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sən əd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikay ət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hü quqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrk ən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
24. Kassasiya şikayətinin dəlilinə əsasən apellyasiya instansiya məhkəməsi qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)4363/2018 nömrəli qərarını səhv təfsir edərək, həmin qərarda müəyyən olunmuş halları təkzib etmişdir.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-4363/2018 nömrəli qərarı ilə iddiaçının aldığı travmanın səbəb-əlaqəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi yazılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
26. İş materiallarına əlavə edilmiş sözügedən qərarla müəyyən edilir ki, səbəbəlaqəsi «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi dəyişdirilən travma ilə bağlı iddiaçıya qoyulmuş diaqnoz “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi. Sol diz oynağının daxili meniskektomiyası (xx.xx.2001) əməliyyatı” və xx.xx.2017-ci ildə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” ibarətdir.
27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən diaqnoza əsasən travma alması və həmin travmanın «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdı r» kimi qiymətləndirilməsi işin mübahisəsiz hallarındandır.
28. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya səbəb-əlaqəsi «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» olan və sol diz oynağının zədələnməsi ilə nəticələnən xəsarətlə bağlı əlillik dərəcəsi təyin edilməsi üçün xx.xx.2019cu il tarixli, 2756003AAD33 nömrəli və xx.xx.2019-cu il tarixli, 2756003AAD5J nömrəli göndərişlər verilsə də, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
29. Hazırkı iş üzrə mübahisə predmeti olan iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı xüsusi ilə vurğulanmalıdır ki, iddiaçıya üçüncü dərəcəli əlillik məhz onun iddia ərizəsində və kassasiya şikayətində qeyd etdiyi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-4363/2018 nömrəli qərarı ilə öz təsdiqini tapan sol diz oynağının zədələnməsi ilə bağlı deyil, həmin zədələnmə ilə əlaqəsi olmayan, tamamilə başqa xəstəliyə - “2.5.20. anadangəlmə lalkarlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” meyarına əsasən təyin edilmişdir.
30. İddiaçının sol diz oynağının zədələnməsindən fərqli olaraq iddiaçıda aşkar edilən “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşidilmə. Nevrasteniya. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” xəstəliyi “hərbi travmadır, hərbi x idmət vəzifələrini yerinə yetirərkən almışdır” səbəb-əlaqəsi ilə bağlı olmamış, cavabdeh tərəfindən düzgün olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” olması qeyd edilmişdir.
31. Yəni iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən travma (sol diz oynağı) alsa da, həmin travma ona əlillik dərəcəsinin təyin edilməsi üçün lazımi meyara uyğun olmamış, lakin iddiaçının digər xəstəliyi – eşitmənin iki tərəfli itirilməsi və ağır eşitmə ona üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün məqbul hesab edilmişdir.
32. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkü nlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 21(103)-952/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.