Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1573/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-741/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, ona xx.xx.2010-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildə Baktunelstroy №7 saylı Tunel dəstəsi TTŞ-də 2-ci dərəcəli nəqliyyat-köməkçi fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1983-cü ildə yeraltı keçid mexanizmlərinin 4-cü dərəcəli çilingərmontajçı keçirilmiş, xx.xx.1987-ci ildə yeni tarif şərtlərinin tətbiq edilməsi ilə bağlı (VTKS, 4.1986-cı il) ixtisası müəyyən edilib – 3-cü dərəcəli yeraltı dağ keçid avadanlığının çilingərmontajçı keçirilmiş, xx.xx.1988-ci ildə yeraltı yollarının ƏM və TT dağ mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrə əsasən TMS Az.PO Baktunnelstroy adı Aztunelmetrostroy UTS-2 adı ilə əvəz edilmiş, xx.xx.1994-cü ildə maaşı saxlanmaq şərti ilə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.1997-ci ildə məzuniyyətdən ƏM və TT geri qaytarılmış, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1998-ci il tarixli, 851 saylı Sərəncamı il “Azərtunelmetrotikinti” SC-nin 2 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır, xx.xx.2006-cı ildə yerüstü iş şəraitində dağ-mədən mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2008ci ildə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi (10-cu tarif dərəcəsi) keçirilmiş, xx.xx.2010-cu ildə ƏM və TT üzrə mühəndis 11-ci tarif dərəcəli (İMM şöbəsi), xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin TD-nin 2 saylı Tunel Tikinti Dəstəsinə əmək müqaviləsinə əsasən (11-ci tarif dərəcəsi) ƏM və TT mühəndisi qəbul edilmiş, xx.xx.2016-cı ildə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə 11-ci dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmişdir və hal-hazırda işləyir.
3. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19 saylı məktub dan görünür ki, iddiaçının 1974-1979-cu il dövr ərzində Ağcabədi rayon sabiq “Tacikistan” kolxozunda işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyat var: 1974-cü il üzrə minimum adam günü – 240; faktiki adam günü 331; əmək haqqı – 2015; 1975-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 123; əmək haqqı – 614; 1976-cı il üzrə minimum adam günü – 240; faktiki adam günü 276; əmək haqqı – 1650; 1977-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 61; əmək haqqı – 454; 1978-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; əmək haqqı – 678; 1979-cu il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; əmək haqqı – 544.
4. Azərbaycan Respublikasının "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, A-187 saylı arayışında qeyd edilir: xx.xx.1958-ci il təvəllüdlü İddi açı həqiqətən “Bakıtuneltikinti” İdarəsinin 7 nömrəli Tunel dəstəsinə xx.xx.1979-cu il tarixindən 2-ci dərəcəli yardımçı nəqliyyat fəhləsi peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçısı, xx.xx.1988-ci il tarixindən yeraltı iş şəraiti üzrə dağ-mədən mühəndisi, xx.xx.2008-ci il tarixindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir. Hal-hazırda Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində 10-cu dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışır. İddiaçı ağır və yeraltı iş şəraitində çalışdığı peşə və vəzifələr üzrə əmək stajı 20 il 07 ay 28 gün (iyirmi il yeddi ay iyirmi səkkiz gün) təşkil edir. Onun çalışd ığı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçısı peşəsi və dağ-mədən mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007- ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1-ci Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olun ması hissəsinin 1.1.1-ci Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər maddəsinin a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri bəndləri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 İ. Dağ-mədən işləri bölməsinin
1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər hissəsinin müvafiq olaraq 1010100a a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və 1010100b b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri kod larına aiddir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti" SC adlandırılmışdır. 7 nömrəli Tunel Dəstəsinin adı dəyişdirilərək 2 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.
5. İddiaçı ona 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “...“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindi yi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Sizə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19741979-cu illər ərzində Ağcabədi rayonunda “Tacikistan” kolxozunda işlədiyi müddəti də nəzərə almaq şərtilə, 50 yaşından, yəni 2008- ci ilin yanvar ayının 2-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2008-ci ildən hazırki vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçıl tələbini onunla əsaslandırmışdır ki, ona 2010-cu ilin yanvar ayından güzəştli şərtlərlə, 52 yaşdan əmək pensiyası təyin edilmişdir. Lakin o, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam stajı 1997-ci ilə qədər qazandığı üçün ona əmək pensiyası yaşa və staja görə həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 50 yaşından təyin edilməli idi. Onun 50 yaşı 2008-ci il yanvarın 2-də tamam olub. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh qanunda olan dəyişikliyə istinad etsə də, həmin qanunu on un pensiya mübahisəsinə düzgün tətbiq etməmiş və nəticədə pensiya hüququ məhdudlaşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, onun əmək pensiyası almaq hüququ 2006-cı ilədək yaranıbsa, onun pensiya mübahisəsinin həllinə 2006-cı ilədək qüvvədə olan qanun tətbiq edilməlidir. Həmin qanunun tələbinə görə 1 nömrəli güzəştli siyahı üzrə çalışan işçilərə 50 yaşından əmək pensiyası təyin edilirdi. 1997-ci ilin avqustun 1-dən etibarən yaş həddi hər il altı ay artmağa başladı. Həmin vaxta qədər isə, yəni 1 avqust 1997-ci il tarixinədək onun güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və güzəştli iş stajı tamam olduğu üçün ona pensiya həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş yaş həddində müəyyən edilməli idi. Belə ki, o, 1974-cü ildən 1979-cu ilədək Ağcabədi rayonunda “Tacikistan” kolxozunda işləmişdir və bu faktı təsdiq edən arxiv arayışı vardır. 1979-cu ildən hazırki vaxta kimi isə “Bakıtuneltikinti” müəssisəsində çalışır. Onun 1 nömrəli güzəştli siyahı üzrə iş stajı 1997-ci ilədək 10 ildən artıq, ümumi iş stajı isə 20 ildən artıq olmuşdur. Cavabdeh isə bu halları nəzərə almamış və nəticədə onun pensiya hüququ məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim P.Hüseynov) 2-1(112)-4524/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 50 yaşdan, y əni hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsini əsaslandırması:
12. İddiaçı Ağcabədi rayon Tacikistan kolxozunda işlədiyi dövr də daxil olmaqla, xx.xx.1997-ci il tarixədək 21 il 11 ay 19 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.1997-ci il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır.
13. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi yeraltı dağ-keçid mexanizmlərinin çilingər -montajçısı peşəsi və dağmədən mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 1 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ bölmə - Dağ-mədən işləri, bənd 1 - Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər, a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr – kod 1010100a, b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri – kod 1010100b.
14. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx. xx.1997-ci ilədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 14 il 04 ay). İddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da onun işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır.
15. Beləliklə, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş yaş həddinin (50 yaş) dəyişdirildiyi tarixədək - xx.xx.1997-ci il tarixinədək iddiaçı 20 ildən artıq ümumi əmək stajına və onun 10 ildən artıq müddətini 1 s aylı Siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən staja malikdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən yaranmış pensiya məbləği fərqi hesablanaraq ödənilməlidir.
16. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Məhkəmənin müvafiq sorğusuna əsasən "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, “iddiaçı xx.xx.1979-cu il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 7 №-li Tunel dəstəsində 2-ci dərəcəli yardımçı nəqliyyat fəhləsi, xx.xx.1983-cü il tarixindən yeraltı iş şəra iti üzrə 4-cü dərəcəli yeraltı keçid mexanizmlərın quraşdırıcı çilingəri, xx.xx.1988-ci il tarixindən yeraltı iş şəraiti üzrə dağ-mədən mühəndisi, xx.xx.2008-ci il tarixindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti'’ İdarəsi “Azərtunelmetrotikinti” SC, 7 №-li Tunel Dəstəsinin adı dəyişdirilərək 2 №-li Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Hal-hazırda İddiaçı "xxxx" QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışır. İddiaçı yeraltı iş şəraitində çalışdığı quraşdırıcı çilingər peşəsi üzrə əmək stajı 05 il 06 ay 10 gündür (beş il altı ay on gün), əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin “a” yarım bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elek trik çilingərləri (çilingərlər)) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir, dağ-mədən mühəndisi vəzifəsi üzrə əmək stajı 20 il 17 gün (iyirmi il on yeddi gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 1-ci Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin “b” yarımbəndinin (il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhb ər, mütəxəssislər, qulluqçular və fəhlələr) yeraltı sahələrin dağ-mədən işləri üzrə mühəndisləri sətrinə aiddir”.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 2-1(103)-741/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4524/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi hissəsində dəyişdirilərək, həmin hissədə iddia qismən təmin edilmiş, xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya ilkin müraciət tarixindən (xx.xx.2021) geriyə 3 il üzrə, yəni xx.xx.2018-ci il tarixindən pensiya fərq məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qəra r qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən, iddiaçı hazırkı tələblə ilk dəfə xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Belə olan halda, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni, xx.xx.2018-ci il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir.
20. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi vəzifə qanunvericilikdə nəzərdə tutulmuş Siyahılarla uyğunsuzluq təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
24. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 26. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
27. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassız dırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət t əmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, i şin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə 50 yaşdan əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Apellyasiya instan siyası məhkəməsinin hazırkı mübahisəyə münasibətdə hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə və işəgötürən tərəfindən verilmiş izahlı arayışların məzmununa əsasən, xx.xx.1997-ci il tarixədək iddiaçının çalışdığı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı və yeraltı iş şəraiti üzrə dağ-mədən mühəndisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ bölmə - Dağ-mədən işləri, bənd 2 - Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər, yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri-quraşdırıcıları – kod 1010300a—19912, yeraltı sahələrin dağ-mədən işləri üzrə mühəndisləri – kod 1010300b—22269 altında qeyd edilmişdir.
36. İşəgötürən tərəfindən verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edilsə də, mübahisələndirilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərar ı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda da öz əksini tapmışdır.
37. Həmçinin, sözügedən Siyahılarda yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləriquraşdırıcıları vəzifəsi qeyd edilsə də, iddiaçının vəzifəsinin adı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçısı qeyd edilmişdir ki, bu hal da həmin vəzifələrin fərqli vəzifə sayılmasına əsas vermir. Belə ki, “montaj” sözünün mənası da İzahlı lüğətə əsasən maşınların, binaların, sənaye müəssisələrinin və s.-nin müəyyən plan və çertyojlar əsasında quraşdırılıb qurulması və s. anlamına gəlir.
38. B u səbəbdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 20 ildən az olmayan ümumi stajı, bu müddətin azı 10 ilini həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Onun pensiya hüququ xx.xx.2008-ci ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya hesablanması həyata keçirilməlidir.
39. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - ya şa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayılır.
40. Həmin Qanunun (xx.xx.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır.
42. Məhkəmə kollegiyası həmçinin, apellyasiya instansiyası məhkəməsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçının ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2018-ci il tarixdən pensiya məbləğindəki fərqin hesablanaraq ödənilməsi ilə bağlı qənaəti ilə də razılaşır.
43. Eyni zamanda, iddiaçının güzəştli iş stajının az olmasına dair kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların nəzərdə tutulduğu müvafiq arayışlar iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmişdir.
44. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə 50 yaşdan əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsas lanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-741/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.