Məhkəmə qərarları › İş №2-1(102)-1573/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1573/2024

12.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1573/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqan tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın sökülməsi və yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MMMC) “qəsdən yaradılmış maneələrin aradan qaldırılması, hasarın sökülməsi və yolun açılması” tələbinə dair iş üzrə Bakı Apelyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-6/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binaların sakinləri və həmin binalardakı mənzillərin mülkiyyətçiləridir. İddiaçılar həmin yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun cavabdeh tərəfindən mişar daşı ilə hörülərək bağlandığını iddia edərək giriş-çıxış yolunun açılmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh müraciətlərini təmin etməmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan xx.xx.2019-c u il tarixli 17/xx-xx/01403 saylı məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib sakinlərin ixtiyarına verildikdən, habelə həmin əraziyə bitişik torpaqda sonradan Cavabdeh inzibati binasının inşası başa çatdıqdan sonra rayonun əvvəlki başçısının göstərişi əsasında giriş-çıxış yolu hasar çəkilərək bağlanmışdır. Kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və hadisələrin nətic ələrinə dair məsuliyyət Cavabdeh üzərinə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5 Hüseyn oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 oğlu xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq qəsdən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması:

4. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 240 ailə Bakı şəhəri, Ya samal rayonu, Mətbuat prospekti, 3141 məhəllədə inşa edilmiş 35A,35B və 35E ünvanda yerləşən binalarda 2005-ci ildən yaşadıqları ünvanda Yasamal İcra Hakimiyyəti tərəfindən bağlanmış yolun ucbatından iflic vəziyyətə düşüblər. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllənin baş planında yuxarıda göstərilən binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsi layihəsində giriş-çıxış yolunun binalara məxsus olması öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib təhvil verildikdən sonra, habelə Cavabdeh inzibati binasının başa çatdıqdan sonra həmin giriş-çıxış yolu hasar çəkilərək bağlanılmışdır. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bu hasarın sökülməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərmişdir. Lakin heç bir tədbir görülməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehin etirazları:

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 126 nömrəli sərəncamı ilə Mətbuat prospektində 3144 nömrəli məhəllədə 0,368 ha torpaq sahəsi inzibati binanın tikilməsinin layihələndirilməsi üçün Cavabdeh daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-109 nömrəli məktubu ilə razılaşdırılmış baş planda aydın görünür ki, 4 nömrəli tikili yüksəkmərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır. Yaşayış k ompleksində İcra Hakimiyyətinin inzibati binasına qonşu olan, kompleksin ilkin layihəsində nəzərdə tutulmamış, sonradan inşa edilmiş 1 girişli yüksəkmərtəbəli yaşayış binası İcra Hakimiyyətinə ayrılmış torpaq sahəsinin bilavasitə sərhədində inşa edilməklə şimal fasadında olan eyvanlar əraziyə keçərək inzibati binaya qədər gəlib çatmışdır. Arada qalan və İcra Hakimiyyətinə məxsus, eni 1,2-1,5 metr olan torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş-çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin inzibati binasından ara məsafə saxlamaqla nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək mümkün idi, yaxud ara məsafə saxlanılmadığı təqdirdə binanın altından belə bir keçid nəzərdə tutmaq olardı. Kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və acı nəticələrə dair məsuliyyət tikinti şirkətinin, layihəçinin və tikintiyə nəzarət orqanlarının üzərinə düşür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2290/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsi Cavabdehnə həvalə edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş hündürmərtəb əli binaların sakinləri və həmin binalardakı mənzillərin mülkiyyətçiləridirlər, həmin yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu cavabdeh tərəfindən mişar daşı ilə hörülərək bağlanmışdır, iddiaçılar cavabdehdən həmin giriş-çıxış yolunun açılmasını xahiş etsə də müraciət təmin edilməmişdir. Göstərilənlərə əsasən iddiaçılar məhkəmədə iddia qaldıraraq iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti,56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər.

8. İşin faktiki hallarına əsasən cavabdeh iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında hasar inşa etmiş, baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır ki, nəticədə iddiaçıların öz mülkiyyətlərində olan yaşayış mənzillərində dinc və salamat yaşamasını təhlükə altına qoymuşdur.

9. İddiaçılar iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 0036365, 0131931, 0092123, 0177258, 0024600, ******* nömrəli çıxarışları,xx.xx.2010-cu il tarixli müqaviləni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2012-ci il tarixli, 17/xx-xx/01403 nömrəli məktubunu, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 314 1-ci məhəllə, bina 35A, 35B, 35E yaşayış kompleksinin sakinlərinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciətini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçı1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 37/ko-00053 nömrəli məktubunu, cavabdehin İddiaçı1 və qeyrilərinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunu, Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhəri Dövlət Memarlıq Tikinti Nəzarət müfəttişliyinin 3692 nömrəli icazəsini, üçüncü şəxsin nizamnaməsi təqdim edilmişdir.

10. İş üzrə üçüncü şəxs tərəfindən məhkəməyə Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllə ünvanda inşa edilən hündürmərtəbəli yaşayış evlərinin eskiz layihələri və həyətin fotoşəkilləri təqdim edilmişdir.

11. Cavabdeh öz etirazını təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış, istifadəyə verilən torpaq sahəsinin 07/128 nömrəli ayrıc aktını təqdim etmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx/xx-05768 nömrəli,xx.xx.2019-ci il tarixli məktubuna əsasən məhkəməyə bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu mişar daşlarından hörülərək bağlanmış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır.

13. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx/xx-06840 nömrəli,xx.xx.2019-ci il tarixli məktubuna əsasən məhkəməyə bildirilmişdir ki, yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanmalı və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmışdır. Binaların həyətyanı sahəsində giriş-çıxışı məhdudlaşdıran hasarın sökülməsi ilə bağlı Cavabdehnə 20.08. 2019-cu il tarixli, xx/xx-06835 saylı məktub göndərilmişdir.

14. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, iddiaçıların cavabdehə qarşı iddiaları əsaslı olduğundan təmin edilməli, qəsdən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsi cavabdehə həvalə edilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-236/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-2290/2019 saylı qərarı dəyişdirilm ədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-150/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-236/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

21. Cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, icra hakimiyyətinə məxsus olan ərazidən əvvəllər heç zaman yaşayış evlərinə gediş-gəliş yolu olmamış, iddiaçılar tərəfindən tələb edilən yol qonşu ərazidə yerləşən yanacaqdoldurma məntəqəsi ilə icra hakimiyyətinin mülkiyyətində və istifadəsindədir.

22. Cavabdehə məxsus 28 iyun 2008-ci ildə verilmiş çıxarışdan görünür ki, Yasamal rayonu, Mətbuat prospektində daimi istifadəsində 0,31 ha torpaq sahəsi vardır. Torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 3 aprel 2007-ci il tarixli sərəncamı əsasında inzibati binanın tikintisi üçün verilmişdir.

23. Apellyasiya məhkəməsi iddiaçıların mübahisə açdı qları torpaq sahəsinin cavabdehin daimi istifadəsində olan 0,31 ha torpaq sahəsi daxilində olub-olmamasını araşdırmamış, bu barədə mütəxəssis və (və ya) ekspertiza rəyinin alınmasının zəruriliyini müzakirə etməmişdir.

24. Cavabdeh bildirmişdir ki, mübahisə olunan ərazidə əvvəllər yol nəzərdə tutulmamış, iddiaçıların yaşadıqları hündürmərtəbəli bina sonradan inşa edilmiş, apelyasiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamışdır.

25. İddia tələbində hasarın sökülməsi və yolun açılması tələbi qoyulmuş, açılmalı yolun ölçüləri (evi və uzunluğu) barədə araşdırma aparılmamışdır.

26. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin ayrıayrı məktublarında yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəl lədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanması və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmadığı qeyd edilməsi və bu barədə cavabdehə məktub göndərilməsi qeyd edilmişdir.

27. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər məktubunda isə qeyd edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu öz əksini bilavasitə tapmışdır.

28. Apellyasiya məhkəməsi məktublarda qeyd edilən baş plana baxış keçirməmiş, baş planda mübahisə olunan giriş-çıxış yolunun nəzərdə tutulubtutulmaması müəyyən edilməmişdir. 29. 13.08.2020-ci il tarixli məhkəmə iclasının protokolunda apellyasiya məhkəməsi cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclasının xx.xx.2020-ci il tarixə təxirə salındığını bildirmiş, lakin xx.xx.2020-ci il tarixli məhkəmə iclası barədə cavabdehə məhkəmə bildirişi göndərməmdir.

30. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış, məhkəmə tərəfindən İPM-in 62-ci maddəsinin tələblərinə əməl olunmamışdır.

31. İPM-in 92.0.3-cü maddəsinə görə cavabdehin dinlənilmə hüququ təmin olunma dığından məhkəmə qərarı kasasiya qaydasında mütləq ləğv olunmalıdır. d. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1266/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi hasar və həmin sahədən açılması göstərilmiş yol Bakı Şəhər İcra Hak imiyyəti Başçısının xx.xx.2007-ci il tarixli sərəncamı əsasında xx.xx.2008-ci il tarixli çıxarışa uyğun olaraq cavabdehə inzibati binanın tikintisi üçün verilmiş Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinə düşürmü? İkinci sual: Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulmuşdurmu?

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1377 saylı ekspert rəyi ilə suallara aşağıdakı kimi cavab verilmişdir: Birinci s uala cavab: Qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. İkinci suala cavab: Bakı şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planına Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulmuşdur.

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-97/2022 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında ilkin ekspertiza rəyindəki suallar qoyulmuş dur.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6897 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1377 saylı ekspert rəyinin nəticə hissəsi ilə eyni olmuşdur.

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-19/2023 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: Bakı şəhəri, Yasa mal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi hasar və həmin sahədən açılması göstərilmiş yol işin 1-ci cildinin 86-89-cu vərəqələrində olan 07/128 №-li ayrıc aktında göstərilən Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinə düşürmü? İkinci sual: Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulmuşdurmu? Üçüncü sual: Bakı şəhəri Cavabdeh tərəfindən öz inzibati binasının yerləşdiyi torpaq sahəsi kimi faktiki istifadə etdiyi torpaq sahəsi və həmin torpaq sahəsini əhatə edən hasarlar işin 1-ci cildinin 86-89-cu vərəqələrində olan 07/128 №-li ayrıc aktında göstərilən Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinin hüdudları daxilində yerləşirmi?

37. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 10/6771 nömrəli ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəh əri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi 11,9 metr uzunluğunda hasarın 6,5 metr hissəsinin və Cavabdeh faktiki istifadəsində olan inzibati binanın arxa tərəfində yerləşən 270 kv.m torpaq sahəsinin xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir; İkinci suala cavab: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarında qeyd olunanlara və Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 314 1-ci məhəllənin baş planına əsasən, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulduğu müəyyən edilmişdir. Üçüncü suala cavab: Bakı şəhəri Cavabdeh tərəfindən öz inzibati binasının yerləşdiyi torpaq sahəsi kimi faktiki istifadə etdiyi torpaq sahəsinin inzibati binanın arxa hissəsində yerləşən yanacaqdoldurma məntəqəsinin hasarından inzibati bina istiqamətində 6,5 metr enində, icra hakimiyyətinin həyətinə giriş tərəfdə quraşdırılmış baryerə qədər (baryer ayrıc aktının daxilində yerləşir) uzunluğu 51 metr olan 270 kv.m hissəsinin və həmin hissəni əhatə edən hasarların xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibat i binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-6/2024 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2290/2019 nömrəli qərarı dəyişdirilmiş, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasarın xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşən 6,5 metr hissəsinin sökülməsi və yoldan maneəsiz istifadə edilməsi üçün onun açılması vəzifəsi cavabdehə həvalə edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

40. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır.

41. Hazırkı işdə də hər üç şərt mövcuddur.

42. Məhkəmə kollegiyası sonuncu xx.xx.2023-cü il tarixli 10/6771 nömrəli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasarın 6,5 metr hissəsinin xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən olunur.

43. Cavabdeh tərəfindən həmin hissədə hasarın çəkilməsi isə iddiaçıların hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx/xx-05768 nömrəl i, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu mişar daşlarından hörülərək bağlanmış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır.

44. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx/xx-06840 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun m işar daşından hörülərək bağlanmalı və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmışdır. Binaların həyətyanı sahəsində giriş-çıxışı məhdudlaşdıran hasarın sökülməsi ilə bağlı Cavabdehnə xx.xx.2019-cu il tarixli, xx/xx-06835 saylı məktub göndərilmişdir.

45. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasında ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda hasar inşa etmiş, baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da, həmin yoldan istifadəni və xüsusi təyinatlı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır ki, nəticədə iddiaçıların öz mülkiyyətlərində olan yaşayış mənzillərindən sərbəst və təhlükəsiz şəkildə istifadəyə maneə yaratmışdır.

46. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıların tələbləri əsaslı olduğu üçün təmin edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsassız hesab edilməlidir.

47. Bununla yanaşı, sonuncu ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasar bütövlükdə deyil, onun yalnız 6,5 metr hissəsi xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Bu isə o anlama gəlir ki, həmin hasarın yerdə qalan hissəsi (5,4 metr) cavabdehə ayrılmış to rpaq sahəsinin hüdudlarında yerləşir.

48. Bu baxımdan kollegiya hesab edir ki, mübahisəli hasarın yalnız 6,5 metr hissəsi sökülməli və yoldan maneəsiz istifadə edilməsi üçün onun açılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir.

49. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

50. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, hüquq normalarını düzgün tətbiq etmədən qərar qəbul etmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur.

51. Belə ki, faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tar ixli, 126 nömrəli Sərəncamı ilə Mətbuat prospektindəki 3144 saylı məhəllədə 0,368 ha torpaq sahəsi inzibati binanın tikintisinin layihələndirilməsi üçün Cavabdeh daimi istifadəsinə verilmişdir. Daimi istifadə hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

52. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci İl tarixli, 18/04-109 nömrəli məktubu ilə razılaşdırılmış baş planda aydın görünür ki, 4 saylı tikili yüksəkmərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır (bina və qurğuların şərhi cədvəlində də 4 saylı tikilinin adı bilərəkdən silinmişdir.). Yaşayış kompleksində İcra Hakimiyyətinin inzibati binasına qonşu o lan, kompleksin ilkin layihəsində nəzərdə tutulmamış, sonradan inşa edilmiş 1 girişli yüksəkmərtəbəli yaşayış binası İcra Hakimiyyətinə ayrılmış torpaq sahəsinin bilavasitə sərhədində inşa edilməklə şimal fasadında olan eyvanlar əraziyə keçərək inzibati binaya qədər gəlib çatmışdır. Arada qalan və İcra Hakimiyyətinə məxsus, eni 1,2 - 1,5 metr olan torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş - çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin inzibati binasından ara məsafə saxlamaqla nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək mümkün idi, yaxud ara məsafə saxlanılmadığı təqdirdə binanın altından belə bir keçid nəzərdə tutulmalı idi.

53. Əlavə olaraq, hasarın arxasında ağaclar mövcuddur həmin ağacların 15 il bundan əv vəl əkilməsi ağaclara vizual baxış zamanı müəyyən olunur. Eyni zamanda İcra Hakimiyyətinə məxsus həmin ərazidən heç zaman yaşayış evlərinə gediş - gəliş yolu olmamışdır.

54. Yolun bağlanması ilə əlaqədar Cavabdehnə qarşı iddia əsassızdır. Yaşayış kompleksi layihələndirilərkən yanğın təhlükəsizliyi və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq ayrılmış ərazidən qonşu torpaqlara deyil, birbaşa Mətbuat prospektinə giriş - çıxış nəzərdə tutulmalı idi və qeyd edilən giriş-çıxış yolu mövcuddur.

55. Eyni zamanda, iddiaçılar tərəfindən tələb edilən yol qonşu ərazidə yerləşən yanacaqdoldurma məntəqəsi ilə Cavabdeh mülkiyyətində və istifadəsindədir.

56. Digər tərəfdən, məhkəmə kollegiyası işin faktiki hallarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə,35 A,35 B, 35 E saylı binaların inşası ilə bağlı Cavabdeh İnzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolunun olmasını həmin yolun sakinlər tərəfindən hal-hazırda İstifadəsində olmasını qeyd etmişdir. Kollegiya belə qənaətə gəlmişdir ki, əraziyə bitişik torpaqda sonradan Cavabdeh inzibati binasının inşası başa çatdıqdan sonra giriş-çıxış yolunun hasar çəkilərək bağlanması, kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və hadisələrin nəticələrinə dair Cavabdeh üzərinə düşməsini qeyd edərək düzgün nəticəyə gəlməmişdir.

57. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 126 nömrəli Sərəncamı ilə Mətbuat prospektindəki 3144 saylı məhəllədə 0,368 ha torpaq sahəsi inzibat i binanın tikintisinin layihələndirilməsi üçün Cavabdeh daimi istifadəsinə verilmişdir. Daimi istifadə hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

58. Yuxarıda qeyd olunan iddiaçılar tərəfindən mübahisələndirilən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan yol Cavabdehnə ayrılmış 0,368 ha torpaq sahəsinin içərisində olmaqla yanaşı balansındadır.

59. Həmçinin onu da qeyd etmək lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 126 nömrəli Sərəncamı ilə Mətbuat prospektindəki 3144 saylı məhəllədə 0,368 ha torpaq sahəsi inzibati binanın tikintisinin layihələndirilməsi üçün Cavabdeh daimi istifadəsinə verilmiş və hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış heç bir orqan və ya məhkəmə tərəfindən etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir.

60. Məhkəmə kollegiyası bu xüsusatda da pozuntuya yol vermiş, inzibati proses çərçivəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsindən irəli gələn tələblərə əməl etməmişdir.

61. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququnun 13-cü fəslinin yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin 69-cu maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi İstifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

62. Həmçinin divarın tikilməsi Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə,35 A,35 B, 35 E saylı binaların inşasından əvvəl baş vermişdir. Həmin yerdə divarın tikilməsinin əsas səbəblərindən biri olaraq onu da qeyd etmək istərdik ki, həmin ərazi eniş- yoxuş ərazidi, yoxuş hissəsi qeyd olunan kompleksin həyətinə düşür, eniş hissəsi isə Cavabdeh inzibati binasının 1-ci mərtəbəsinə düşür. Həmin kompleks sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının (yağış suların, sellərin) bir hissəsinin Cavabdeh inzibati binasının üzərinə axmaması üçün həmin divar (həmin kompleks tikilməmişdən əvvəl) tikilmişdir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir.

63. Eləcə də, məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır.

64. Qeyd olunan qərardan göründüyü kimi, iddia tələbi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasında hasar inşa etmiş, baş plan üzrə nəzər də tutulmuş giriş-çıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır. Nəticədə iddiaçıların öz mülkiyyətində olan yaşayış mənzillərində dinc və salamat yaşamasını təhlükədə qoymasını qeyd edərək eləcə də onun həqiqiliyini yoxlamamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 157.4, 157.8 və 170.2-ci və 417.2-ci, “İnzibati icraat haqqında" qanunun 2.0.6,15.1, 15.2, 19.1 və 24.2-ci maddələrini onların konstitusiyahüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, birinci instansiya məhkəməsində müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə eyni nəticələrə gəlmiş və son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur.

65. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 10/6771 nömrəli ekspert rəyi verilmiş və həmin rəydə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi 11,9 metr uzunluğunda hasarın 6,5 metr hissəsinin və Cavabdeh faktiki istifadəsində olan inzibati binanın arxa tərəfində yerləşən 270 kv.m torpaq sahəsinin xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli məktublarında qeyd olunanlara və Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planına əsasən, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulduğu müəyyən edilmişdir; - Bakı şəhəri Cavabdeh tərəfindən öz inzibati binasının yerləşdiyi torpaq sahəsi kimi faktiki istifadə etdiyi torpaq sahəsinin inzibati binanın arxa hissəsində yerləşən yanacaqdoldurma məntəqəsinin hasarından inzibati bina istiqamətində 6,5 metr enində, icra hakimiyyətinin həyətinə giriş tərəfdə quraşdırılmış bariyerə qədər (baryer ayrıc aktının daxilində yerləşir) uzunluğu 51 metr olan 270 kv.m hissəsinin və həmin hissəni əhatə edən hasarların xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilməsi qeyd edilmişdir.

66. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhər Cavabdeh inzibati binasının arxa hissəsi tərəfində yerləşən mübahisələndirilən hissə (sakinlərin bildirdiyinə görə) binanın qarşısındakı məhəllənin 2-ci giriş-çıxış yolu daş hasarla sərhədlənərək bağlanmışdır, (hündürlüyü 1,7m, uzunluğu 7m).

67. Bakı şəhərində h ər bir torpaq sahəsi kimə məxsus olması, torpaq sahəsinin sənədinin olub-olmaması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin elektron bazasında tam dəqiq olduğundan məhkəmə mübahisəli torpaq sahəsinin kimə məxsus olub-olmamasını rəsmi sənəd üzərində araşdırmayaraq sakinlərin bildirdiyinə görə prinsipinə və ekspertin rəsmi sənəd üzərində olmayan rəyinə əsaslanaraq düzgün qənaətə gəlməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. Üçüncü şəxs "xxxx" MMMC kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35A, 35B, 35E saylı binalara məxsus İcra Hakimiyyətinin arxasından keçən eni 6,5 metr olan yol Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdar əsi tərəfindən Cavabdeh inzibati binasının tikintisi üçün xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir və həmin yolun İcra Hakimiyyətinin mövcud sahəsinə heç bir aidiyyəti yoxdur. İşin mübahisəsiz həmin halları iş materialları və ekspert rəyi ilə təsdiq olunur.

69. Bakı şəhəri Cavabdeh kassasiya şikayətində göstərdiyi faktlar əsassızdır.

70. Cavabdeh kassasiya şikayətində yazmışdır ki, “Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 01,03.2005-ci il tarixli, 18/04109 saylı məktubu ilə razılaşdırılmış baş planda aydın görünür ki, 4 saylı tikili yüksək mərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır...” Həmin məlumat yanlışdır.

71. Belə ki, 2005-ci ildə razılaşdırılmış Baş planda ya şayış kompleksinin yalnız ilk tikilən 1, 2 və 3 saylı 35, 35a və 35b çoxmərtəbəli binaları var idi. 2005-ci ildə 4 saylı yüksək mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmamışdı. Yalnız 7 il sonra Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli 18/04-280 saylı məktubu ilə razılaşdırılmış yaşayış kompleksinin Baş planında həmin bina yüksək mərtəbəli yaşayış binası kimi, İcra Hakimiyyətinin İnzibati binası ilə yanaşı (böyür-böyürə) göstərilmişdir və təsdiqlənmişdir. Onu da qeyd edim ki, cavabdeh tərəfindən bəhs edilən bu 4 saylı binanın məhkəmənin mübahisə predmeti olan 6,5 metr enindəki yola heç bir aidiyyəti yoxdur. Cavabdeh niyə bu binadan bəhs edir, bilinmir.

72. Kassasiya şikayətində cavabdeh göstərir ki, “Arada qalan və icra Hakimiyyə tinə məxsus eni 1,2-1,5 metr olan (yerində 0,9-1,3 m-dir) torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş-çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin İnzibati binasından sonra məsafə saxlamaqla həyətdən birbaşa Mətbuat prospektinə nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək mümkün idi, yaxud binanın altında belə bir keçid nəzərdə tutulmalı idi.

73. Birincisi, əgər sakinlərin 6,5 metr enində düz yolu İcra Hakimiyyəti tərəfindən bağlanmasa idi, onların 19 metr məsafədə 7,61 metr hündürlüyə qalxan iki bina arasındakı tunelə bənzər çox çətin qalxılan cavabdeh tərəfindən qeyd olunan 1,2-1,5 metr enində piyada yoluna heç ehtiyacları belə olmazdı, öz düz yolları ilə daha rahat gedib-gələrdilər. Həm də sakinlərin fikrin i əsas yoldan yayındırmaq üçün bu müəmmalı piyada yolunu icra Hakimiyyəti özü təşkil edib. İcra Hakimiyyəti sakinlərin əsas yolunu açsa, heç həmin piyada yolu lazım da deyil.

74. Cavabdeh tərəfindən qoyulan ikinci məsələ, yaşayış kompleksinin həyətindən Mətbuat prospektinə avtomobillər üçün birbaşa giriş-çıxış yolu təşkil etməkdir. Bu mövcud relyefə görə heç cür mümkün deyil. Çünki, hal-hazırda yaşayış kompleksinin həyətinin səviyyəsi Mətbuat prospektinin səviyyəsindən 7,61 metr yüksəklikdə yerləşir və həyətin yol başlayacaq nöqtəsindən Mətbuat prospektinə qədər 40 metr məsafə var. Əgər cavabdehin göstərdiyi kimi bu istiqamətdə həyətdən Mətbuat prospektinə yol çəkilərsə, o yolla avtomobillərin hərəkəti mümkün olmaz. Çünki bu zaman yolun mailliyi bizim ölçü vahidi ilə 19 promer Beynəlxalq ö lçü vahidi ilə isə - 19% alınır. Avtomobil yollarının Dövlət standartlarının və qanunlarının tələblərində isə bu maillik ən çox, maksimum 10%-ə qədər icazə verilir (yalnız xüsusi hallarda 12% ola bilər ki, bunun üçün də xüsusi tədbirlər görülməlidir). Deməli, cavabdeh tərəfindən irəli sürülən belə bir yolun çəkilməsi ideyası həm qanuna ziddir, həm də maillik faizi normadan təqribən 2 (iki) dəfə çox alındığı üçün o yolla heç bir avtomobil qalxıb-düşə bilməz. Deməli, bu fikir də tamamilə səhvdir və yerinə yetirilməsi qeyri-mümkündür.

75. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “Yolun bağlanması ilə əlaqədar Cavabdehnə qarşı iddia əsassızdır. Yaşayış kompleksi layihələndirilərkən yanğın təhlükəsizliyi və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq ayrılmış əra zidən qonşu torpaqlara deyil, birbaşa Mətbuat prospektinə girişçıxış nəzərdə tutulmalı idi və qeyd edilən giriş-çıxış yolu mövcuddur”.

76. Bunu İcra Hakimiyyəti deyil, başqa istənilən bir təşkilat yazsa idi dözmək olardı. Axı, 1500 nəfərə qədər sakini olan 9 ədəd çoxmərtəbəli binadan ibarət böyük bir yaşayış kompleksinin ensiz, sərt döngəli, yüksək mailliyə malik yanğınsöndürmə maşınları keçə bilməyən bir giriş-çıxış yolunun dözülməz vəziyyəti barədə sakinlər dəfələrlə İcra Hakimiyyətinə müraciətlər etmişlər, qəbulda olmuşlar, kömək etmələrini istəmişlər (həmin müraciətlərdən birinin surəti bu məktuba əlavə olunur). Həmin yoldakı acınacaqlı vəziyyəti bilə-bilə yazdıqlarına bax, “giriş-çıxış yolu mövcuddur” əhsən. Birincisi, həmin yol giriş yoludur, çıxış yolu deyil. Çıxış yolu sizin bağlad ığınız yoldur ki, buna görə də sakinlər hər gün dava-dalaşda, problem içindədirlər.

77. Cavabdeh kassasiya şikayətində həmçinin qeyd edir ki,“...Məhkəmə Kollegiyası belə qənaətə gəlmişdir ki, əraziyə bitişik torpaqda sonradan Cavabdeh inzibati binasının inşası başa çatdıqdan sonra giriş-çıxış yolunun hasar çəkilərək bağlanması, kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və hadisələrin nəticələrinə dair Cavabdeh üzərinə düşməsini qeyd edərək düzgün nəticəyə gəlməmişdir”

78. Əvvəla bu nəticəyə təkcə Məhkəmə Kollegiyası deyil, ondan əvvəl bu hadisəyə birbaşa aidiyyəti olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iki qurumu da yerində araşdırma apardıqdan sonra eyni nəticəyə gəlmişdir və bu barədə hər iki qurum yazılı surətd ə Cavabdeh xəbərdar etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili baş idarəsinin rəisi xx.xx.2019-cu il tarixli 17/xx-xx/01403 saylı məktubunda Bakı Şəhəri Cavabdeh o vaxtkı başçısı Əziz Əzizova yazır: “Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yeni icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.15.7-ci bəndinə əsasən rayon (şəhər) İcra Hakimiyyəti başçısının rayonun (şəhərin) mülki müdafiə rəhbəri olduğunu və rayon (şəhər) ərazisində yaşayan insanların, o cümlədən sözügedən binaların sakinlərinin təhlükəsizliyinin təmin edilməsinə birbaşa cavabdehlik daşıdığını və qeyd olunanların bilavasitə mülki müdafiə tədbirlərinin tərkib hissəsi olduğunu nəzərə alaraq Cavabdeh tərə findən qeyri-qanuni tikilmiş, haqqında söhbət gedən hasarın sökülərək binaların ikinci yolunun açılmasını və bununla da baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasetmə əməliyyatlarının asanlaşdırılmasının təmin olunmasını vacib hesab edirik. Göstərilən işlərin həyata keçirilməsi və görülmüş işlər barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilməsi zərurətini bir daha diqqətinizə çatdırırıq. Əks təqdirdə kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və hadisələrin nəticələrinə dair məsuliyyət Cavabdeh üzərinə düşür”. (Məktubun surəti bu yazıya əlavə olunur).

79. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti xx.xx.2019-cu il tarixli xx/xx-05768 saylı məktubu ilə 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyovaya yazır: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən X2 Xidmətinə daxil olmuş 2-1(81)-2290/2019 saylı xx.xx.2019-cu il tarixli məktub xidmətin əməkdaşları tərəfindən yerində araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmışdır.

80. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü “Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ” Fəslinin (2021-ci il nəşri, səh.70) 69-cu maddəsinin nədənsə bu işə birbaşa aid olan bəndlərinin tələblərini deyil, tamamilə başqa, bu işə heç bir aidiyyəti olmayan bəndlərdən şərhlər yazır. Amma həmin məcəllədə mövzuya aid olan maddə 69.1-də yazır: “Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzər ində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı sahələrin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsinin saxlanılması zəruri deyil”. Bunlardan: Maddə 69.1.1. “Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla”. Maddə 69.1.2. “Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi Şəhərsalma və Tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə”.

81. Yəni layihədə təsdiq edilmiş müfəssəl planda tikinti obyektinin torpaq sahəsinin sərh ədində tikilməsi qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi göstərilibsə, nəzərdə tutulubsa, torpaq sahələrnin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanması zəruri deyil. Bu məsələ şəhərsalma qanunları ilə Baş planda həll edilir. Hazırkı halda da 21.09.12 tarixli 18/04-280 saylı məktubla razılaşdırılmış planda bu məsələ bu cür qanunauyğun şəkildə həll edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

82. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını m əhkəmə vasitəsilə tələb edə bilər.

83. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

84. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

85. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNST ANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

86. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

88. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

89. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qa ydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

90. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

91. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 157.4-cü maddəsinə istinadla qeyd etmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkət lərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

92. Hazırkı işdə də həmin normanın dispozisiya şərtlərinin mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir. Belə ki, işin araşdırılmış hallarına görə, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasarın 6,5 metr hissəsi xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Cavabdeh tərəfindən həmin hissədə hasarın çəkilməsi isə iddiaçıların hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx/xx05768 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu mişar daşlarından hörülərək bağlanmış və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır.

93. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin xx/xx-06840 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Ko operativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanmalı və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmışdır. Binaların həyətyanı sahəsində giriş-çıxışı məhdudlaşdıran hasarın sökülməsi ilə bağlı Cavabdehnə xx.xx.2019-cu il tarixli, xx/xx-06835 saylı məktub göndərilmişdir.

94. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasında ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda hasar inşa etmiş, baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da, həmin yoldan istifadəni və xüsusi təyinatlı avto mobillərin hərəkətini məhdudlaşdırmışdır ki, nəticədə iddiaçıların öz mülkiyyətlərində olan yaşayış mənzillərindən sərbəst və təhlükəsiz şəkildə istifadəyə maneə yaratmışdır.

95. Beləliklə, iddiaçıların yuxarıda istinad edilən normanın məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüquqları vardır.

96. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. 97.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-6/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar