Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1573/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025ci il tarixli, 2-1(103)-1204/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17-İRD/M-x nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-nin X1 1 nömrəli Quraşdırma sahəsinin Hazırlanma bölməsinin 10-cu dərəcəli iş icraçısı vəzifəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu fəslinə əsasən, bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 2 (iki) il, 6 (altı) gün təşkil edir (məhkəmənin müvafiq sorğusuna əsasən eyni məzmunlu arayış məhkəməyə təqdim edilmişdir). 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05-23 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixində Xüsusiləşdirilmiş TəmirQuraşdırma müəssəsəsində Turbin Təmiri və Quraşdırılması sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1996-cı il. Əmr № 05/K). xx.xx.1996-cı il tarixdən həmin sexdə daimi işə keçirilmişdir (xx.xx.1996-cı il. Əmr № 126/K). xx.xx.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olmuşdur ("xxxx" SCEİB xx.xx.2001-ci il Əmr № 80). xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasına Turbin təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2001-ci il. Əmr № 269/K). xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Turbin və köməkçi avadanlıqların təmiri sexinə alçaq təzyiqli armaturların təmiri briqadasına buxarqaz turbin avadanlıqlarını təmir edən 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (xx.xx.2001-cı il. Əmr № 326/K). xx.xx.2002-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (xx.xx.2002-ci il. Əmr № 339/K). Zərərli iş şəraitində işlədiyi üçün 2001-2002-ci illərdə 12% miqdarında əlavə əməkhaqqı ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən, Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü i l tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən, İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC Azərbaycan İstilik Elektrik Stansiyası MMC adlandırılmışdır. Arayış "xxxx" MMC-nin Arxivində saxlanılan XTQM-in kadr və Az.DRES-nin kadr və mühasibatlıq sənədlərinə əsasən yazılmışdır (məhkəmənin müvafiq sorğusuna əsasən eyni məzmunlu arayış məhkəməyə təqdim edilmişdir). 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 07 nömrəli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı (FİN xxxxxxx) "xxxx" MMC-nin X1 1 nömrəli Quraşdırma sahəsinin Hazırlanma bölməsində 10-cu dərəcəli i ş icraçısı vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 02-kş/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu hissəsinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri fəslinin “b” (rəhbərlər və mütəxəssislər) bəndinin 2-ci sətrində müəyyən edilmiş “iş icraçıları” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Həmçinin, bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ fəslinin “Bina, qurğu v ə digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “b” (rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b24441 kodlarına əsasən, “iş icraçıları” vəzifələri ilə eynidir və bu işlər xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə, bu vəzifədə işləyənlər güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İddiaçının işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il 6 (altı) gün təşkil edir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-25116/2024 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiy i "xxxx" MMC-nin ona dair xx.xx.2023-cü il tarixli 0523 nömrəli arayışında xx.xx.1996-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyğun olması barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, “AZFEN” BM-nin ona dair xx.xx.2023-cü il tarixli AZF-2023/22-K nömrəli arayışında xx.xx.2002-01,07.2004-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı, xx.xx.2004-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində boruçu, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində boru işləri üzə usta vəzifələrində, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01v7/356 nömrəli arayışında isə xx.xx.2009-x x.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda onun quraşdırıcı vəzifələrində çalışdığı müddətlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə, boruçu vəzifəsində çalışdığı müddətdə sənaye dəmir-beton borularının çəkilməsi ilə, boru işləri üzə usta vəzifəsində çalışdığı müddətdə isə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2002-ci il tarixli 17-lRD/M-x-nömrəli arayışında onun xx.xx.2012 xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində X1 1 nömrəli Quraşdırma sahəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda, "xxxx" MMC-nin fəaliyyət sahəsi göstərilməmişdir. Qeyd olunanla rı nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərd ə işləmişdir. 01 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq müxtəlif bəhanələr göstərməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina etmiş, güzəştli iş stajına malik olmadığını bioldirmişdir. Halbuki, o, 12 il 6 aydan da artıq müddətə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazının əsasını imtina məktubunda qeyd olunanlar t əşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6758/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüd olmaqla, xx.xx.2024-cü il il tarixdə 60 yaşı olmuş, xx.xx.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ q azanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 06 fevral 2025-ci il tarixli, 2-1(103)-1204/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsas ən, onun ümumi iş stajının 25 ildən artıq olduğu sübut olunur. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Bununla bağlı işin apellyasiya baxışı zamanı müxtəlif müəssisələrə sorğular verilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, iddiaçı xx.xx.2009-cu ildə "xxxx" ASC- nin "xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsinə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə həmin sahədə usta vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə həmin sahədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə X1 1 nömrəli Quraşdırma sahəsinin Hazırlama bölməsinə iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddə sinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən, əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə və vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən, quraşdırıcıların işi və “b” mütəxəssislər bəndində usta və iş icraçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə iddiaçı güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 06 ay, 28 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 nömrəli sərancamına əsasən, "xxxx" MMC "xxxx" ASC adlandırılmışdır. AZFEN BM tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, xx.xx.2002-xx.xx.2004-cü illərdə X2 AZF-067 layihəsində quraşdırıcı peşəsində 1 il 11 ay 14 gün (bir il, on bir ay, on dörd gün) çalışmışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu maddəsi “Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında a) fəhlələr bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi), xx.xx.2004-xx.xx.2008-ci illərdə X2 AZF-067 layihəsində usta vəzifəsində 3 il 6 ay 15 gün (üç il, altı ay, on beş gün) çalışmışdır (sözügedən qərarın 29-cu maddəsi “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi), xx.xx.2008-xx.xx.2008-ci illərdə X2 AZF-073 layihəsində boruçu peşəsində 8 ay 11 gün (səkkiz ay, on bir gün) çalışmışdır (sözügedən qərarın 29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “Sənaye dəmir-beton borularının boruçəkənləri”), xx.xx.2008-xx.xx.2009-cü illərdə X2 AZF-058 layihəsində boru işləri üzrə usta 5 ay 4 gün (beş ay, dörd gün) çalışmışdır (sözügedən qərarın 29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi). xx.xx.2023-cü il tarixinə cəmi 6 il 7 ay 24 gün (altı il, yeddi ay, iyirmi dörd gün). Vidadi Sabir oğlunun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəşt li şərtlərlə pensiyaya çıxmaq hüququ qazanmışdır. "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasına Turbin təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Turbin və köməkçi avadanlıqların təmiri sexinə alçaq təzyiqli armaturların təmiri briqadasına buxar-qaz turbin avadanlıqlarını təmir edən 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Zərərli iş şəraitində işlədiyi üçün 2001-2002-ci illərdə 12% miqdarında əlavə əməkhaqqı ödənilmişdir. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2002ci il tarixədək tutduğu buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avandanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Göründüyü kimi, iddiaçının 12 il 6 aydan çox güzəş tli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda onun işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, işlədiyi peşələrin əmək funksiyaların Siyahının 29-cu bəndində qeyd olunan bölməsindəki peşəyə uyğun olması ətraflı şəkildə izah edilməklə, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vəzifə kodu dəqiq şəkildə göstərilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən "xxxx" MMC-nin fəaliyyət sahəsinin göstərilməməsi dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin X1 1 nömrəl i Quraşdırma sahəsinin Hazırlanma bölməsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29cu hissəsinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri fəslinin “b” (rəhbərlər və mütəxəssislər) bəndinin 2-ci sətrində müəyyən edilmiş “iş icraçıları” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən, “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ fəsl inin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “b” (rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b-24441 kodlarına əsasən, “iş icraçıları” vəzifələri ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə, bu peşədə işləyənlər güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il 6 (altı) gün təşkil edir.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətində imtina məktubunun, iddiaya dair etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən dəlill ər təkrarlanmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək ş ərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: İş icraçıları
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın tə yin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiy a şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsin in qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlilləri ndən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məh kəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə ar aşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
33. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
35. İddiaçının müvafiq yaşa (60) çatması və tələb olunan ümumi iş stajına malik olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirir.
36. Həmçinin, iddiaçının işlədiyi peşənin və sahənin güzəştli iş stajına aid olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdi r.
37. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
38. Odur ki, ona 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 21(103)-1204/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanıl