Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1574/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) 22.09.2021 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)229/2021 nömrəli iş üzrə 28.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh2nə və "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi, 4, 4088ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətindən, Cavabdeh2nənə Bakıxanov rezidens MTK-dan 90000 manat kompensasiya tutulmasına və ona ödənilməsinə dair, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı fərmanında nəzərdə tutulmuş 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsini nəzərdə tutulduğundan, ona ödəniləsi olan 9000 manatın 20 faizi miqdarında, yəni 18000 manatın ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2856/2019 saylı, 12 dekabr 2019cu il tarixli qərardadına əsasən İddiaçı həmin qərardaddan verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərardadı qismən - Bakı şəhəri Cavabdeh2nə qarşı iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş, işin Bakı şəhəri Cavabdeh2nə qarşı qaldırılmış iddia tələbinə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Həmin qərardad üzrə məhkəmə hesab etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının qarajın sökülməsi ilə əlaqədar kompensasiya ödənişi ilə bağlı ərizələr aidiyyəti üzrə baxılması üçün Cavabdeh2nə göndərildiyindən, Cavabdeh2 tərəfindən cavablandırıldığından, o cümlədən Cavabdeh2 iş materiallarına əlavə edilmiş 02.05.2019-cu il tarixli məktubunda Cavabdeh2 tərəfindən Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə abadlıq işləri aparıldığı qeyd edildiyindən iddiaya cavab verməli olan cavabdeh orqanın Cavabdeh2 olduğu müəyyən olunur.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.10.1988-ci il tarixdə XDS İcrayyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhər Razin qəsəbəsi Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X1 ayrılmışd ır. Həmin il ərzində X4 qaraj inşa etdirmiş, 05.02.1993-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin qarajı ona satmışdır. 2014-cü ilə kimi həmin qaraj onun mülkiyyətində və istifadəsində olmuşdur. 06.03.2001-ci il tarixində həmin qaraja qarşı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehin əməkdaşları tərəfindən ona məxsus və sahibliyində olan 18 kv.metrdən ibarət olan tikintini qanunsuz olaraq sökülmüş, ona ayrılmış torpaq sahəsi zəbt edilmişdir. Qanunsuz söküntü nəticəsində ona vurulmuş maddi ziyanı (kompensasiya) ödənilməsinə dair ərizə ilə o, cavabdehə müraciət etmişdir. Cavabdeh2 onun mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işləri aparılması faktından boyun qaçırır. Cavabdeh2 05.02.2018-ci il tarixli K-4/2 -126 saylı cavab məktubunda göstərilmişdir ki, onun qeyd edilən ünvanda qarajı və ya müvafiq sənəd əsasında istifadəsində torpaq sahəsi olmamışdır. 02.05.2019-cü il tarixli 1/171 saylı cavab məktubu ilə ona bildirmişlər ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmış, həmin ünvanda onun qarajının olması və həmin qarajın kimin tərəfindən sökülməsi məlumatı yoxdur. Görüdünyü kimi ona məxsus qaraja və torpaq sahəsinə cavabdehlər tərəfindən bildiriş verilməmiş, 90-180 gün ərzində yox cəmi 1 (bir) gün ərzində mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh onu Konstitusiya və digər qanunlara verilmiş hüquqlardan azad etmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, mülkiyyətində olan 18 kv.metrdən ibarət olan qarajın hər kv.metrinə görə 5000 manat, yəni 90000 manat (1 8x5000=90000) ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
6. Bakı İnzibati Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(112)-3275/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 21.1, 21.2, 158.1.2, 158.4, 1097.1, 1097.3, 1100, 1115-ci maddələrinə, İPM-nin 2.2.7, 58.1, 68.2-cimaddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia tələbi əsassızdır.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(112)-3275/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-229/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(112)-3275/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəy ə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normaları tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
11. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, XDS İcraiyyə Komitəsinin 14.10.1988-ci il tarixli, 30 nömrəli protokoluna əsasən Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X2 ayrılmışdır. Həmin il ərzində orada qaraj inşa etdirmiş, 05 fevral 1993-cü il tarixdə qarajı iddiaçıya satmışdır. 06 mart 2001-ci il tarixdə həmin qaraja fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportu tərtib edil mişdir. 2014-cü il tarixdə cavabdehin əməkdaşları həmin qarajı sökmüşlər, lakin ona heç bir kompensasiya verilməmişdir. Qarajın yerində yüksəkmərtəbəli binalar tikilmişdir. İşə baxan birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən Cavabdeh2 hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməli olmamasına istinad etmişlər. Məhkəmələrin bu mövqeyi ilə razı deyil. Belə ki, iş materiallarında olan və tərəfindən Bakı Apelyasiya Məhkəməsinə təqdim edilmiş Cavabdeh2 Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin 24 dekabr 2020-ci il tarixli, 84/1 saylı məktubundan görünür ki, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 68 saylı evin 44 saylı binası 44 saylı MKİS-nin xidməti balansındadır, həmin binanın 84 saylı mənzi lində vətəndaş İddiaçı və ailə üzvləri yaşamış, 12.12.2013-cü ildə mənzil satılmış, 07.03.2014-cü il tarixdə isə qeydiyyatdan çıxmışlar. 2014-cü ildə həmin binaların qarşısında aparılan abadlıq işləri ilə əlaqədar olaraq ərazidə olan müvəqqəti quraşdırılmış 17 (on yeddi) ədəd qaraj tərəfindən sökülərək yerində abadlıq işləri aparılmış və həmin həyət tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. 2013-2014-cü il üçün İddiaçı müvəqqəti quraşdırıb istifadə etdiyi qaraja görə hər il üçün 2 manat 16 qəpik xidmət haqqı ödəmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış, yalnız Cavabdeh2 nümayəndəsinin izahatına əsasən iddianı rədd etmişdir. Bundan əlavə nümayəndə izahatında həmin qarajın Cavabdeh2 tərəfindən deyil, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı i lə söküldüyünü bildirmişdir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onu da əlavə edir ki, iddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etmişdir. Lakin həmi qurum da iddiaçının müraciətlərini aidiyyəti üzrə Sabunçu İcra Hakimiyyətinə göndərmişdir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(103)-229/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.04.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin qismən edilməli, apelyasiya instansiyası məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
20. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlilllərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.
21. Belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1988-ci il tarixli, 30 nömrəli protokoluna əsasən X3 Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci məhəllənin həyətindən mövcud qarajların sahəsində dəmir qarajın quraşdırılmasına icazə verilmişdir. 05.02.1993-cü il tarixli qarajın alqı-satqı müqaviləsinə görə X5 ona məxsus dəmir qarajı İddiaçı satmışdır.
22. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sabunçu rayon XDS İcraiyyə Komitəsinin 14.10.1988-ci il tarixli, 50 saylı protokolu və 1 saylı notariat kontorunun 05.02.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş 06.03.2001-ci il tarixli texniki pasporta əsasən ünvan 2 ünvanının həyətindən yerləşən İddiaçı məxsus metal qarajın ümumi sahəsi 18 kv.metr təşkil edir.
23. Bunları nəzərə alan apelyasiya məhkəməsi 28.04.2021-ci il tarixli qərarında göstərir ki, “İddiaçı qarajın və həmin qarajın yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1988-ci il tarixli, 30 nömrəli qərarına əsasən X3 dəmir qarajın quraşdırılmasına icazə verilmişdir və iddiaçı 05.02.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında dəmir qarajı almışdır. Həmin qaraj onun s ahibliyində olduğundan, o, sahibliyində olan qarajın söküntüsü ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir.”
24. Buna əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz sahibliyində olmuş sözügedən qarajın sökülməsi ilə əlaqədar cavabdehdən 90.000 manat kompensasiya və 20 faiz miqdarında satınalma qiyməti ilə 18.000 manat əlavə haqq onun xeyrinə tutulmasını iddiasında xahiş etmişdir.
25. Lakin apelyasiya məhkəməsi inzibati mübahisəni mahiyyətini və işin hallarını tam və hərtərəfli araşdırmadan, yalnız cavabdehin mövqeyini əsas tutaraq, iş üzrə qərar qəbul etmişdir.
26. Belə ki, apelyasiya məhkəməsi 28 aprel 2021-ci il tarixli qərarında yazır ki, “İddiaçı qarajın cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı mötəbər sübutu istər iddia ərizəsinə, istərsə də məhkəmə araşdırma sı dövründə məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə məhkəmə araşdırması dövründə ünvan 3 ünvanında Cavabdeh2 tərəfindən abadlıq işlərinin aparılıb-aparılmaması, abadlıq işlərinin aparılması ilə əlaqədar həmin ərazidə yerləşən İddiaçı istifadəsində olan qarajın sökülübsökülməməsi, söküldüyü halda qarajın söküntüsü ilə əlaqədar tərəfinizdən hər hansı kompensasiya ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə kompensasiyanın məbləği barədə məlumatın və kompensasiya ödənilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Cavabdeh2ndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh2 tərəfindən 1/684 saylı, 12 may 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, ünvan 3 ünvanında İddiaçı qarajının olub-olmaması və onun sökülməsi barədə Bakı şəhəri, Cavabdeh2ndə hər hansı məlumat mövcud deyildir.”
27. Halbuki apelyasiya məhkəməsi özünün 28.04.2021-ci il tarixli qərarında göstərmişdir ki, işdə sözügedən qarajın quraşdırılmasına dair Lenin rayon XDS İcraiyyə Komitəsinin 14.10.1988-ci il tarixli, 30 nömrəli protokol, qarajın alqı-satqısı barədə 05.02.1993-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin qarajın texniki pasportu da mövcuddur.
28. Belə olan halda apelyasiya məhkəməsi dəmir qarajın pasportunun həqiqiliyinin yoxlanılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdində olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərməli və məsələni araşdırmalı idi.
29. Digər tərəfdən apelyasiya məhkəməsi 28.04.2021-ci il tarixli qərarında “Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil-Kommunal İstismar Sah əsinin 24.12.2020-ci il tarixli, 84/1 saylı məktubunda Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68 saylı binanın 44 saylı MKİS-in xidməti balansında olduğu, 2014-cü ildə həmin binanın qarşısında aparılan abadlıq işləri ilə əlaqədar olaraq ərazidə olan müvəqqəti quraşdırılmış 17 (on yeddi) ədəd qarajların MKİS tərəfindən sökülərək yerində abadlıq işlərin aparılması və həmin həyət tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi barədə bildirilmişdir.”
30. Həmçinin sözügedən məktubda qeyd edilir ki, “2013-2014-cü il üçün vətəndaş İddiaçı müvəqqəti quraşdırıb istifadə etdiyi qaraja görə hər il üçün 2 manat 16 qəpik pul ödəyibdir.”
31. Lakin apelyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən bu məsələni də araşdırmamış, müvafiq orqanlara bu barədə sorğu göndərməmişdir.
32. Belə olan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-229/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.