Məhkəmə qərarları › İş №2-1(102)-1574/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1574/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1574/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbin ə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1684/2022 saylı, 12 may 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan SSR X1 məktəbində oxumuş (2 il 10 ay 16 gün), xx.xx.1981-ci il ildən xx.xx.1982-ci ilə qədər İstehsalat sexində qaynaqçı (08 ay 26 gün), xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər “Bakı fəhləsi” adına Maşınqayırma zavodunda 3-cü dərəcəli elektrik-qaynaqçı (11 ay 13 gün), xx.xx.1985-ci ildən xx.xx.19 85-ci ilə qədər Komerov adına Elektrik stansiyasında 3cü dərəcəli elektrik-qaynaqçı (01 ay 26 gün), xx.xx.1985-ci ildən xx.xx.1985-ci il qədər Komerov Tramvay-Trolleybus İdarəsində 3-cü dərəcəli elektrik-qaynaqçı (1 ay 9 gün), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər trolleybus sürücüsü kursunda təhsil almış (6 ay 23 gün), xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər Komerov Tramvay-Trolleybus İdarəsində trollebyus sürücüsü (1 il 2 ay 9 gün), xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilə qədər Trolleybus parkında 3-cü dərəcəli trolleybus sürücü (03 il 06 ay 15 gün), xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər “Fəqan” Koorperativində elektik (02 ay 20 gün), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər Suraxanı rayon PSU-da 2-ci dərəcəli işçi (10 ay 16 gün), xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qə dər 1 №-li Trolleybus Parkında sürücü (08 ay 14 gün), xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər Kalinin adına Bakı Tkinti Materialları Kombinatında çilingər-sazlayıcı (08 ay 05 gün), xx.xx.1993-cü ildən xx.xx.2008-ci ilə qədər (Kalinin adına Bakı Tkinti Materialları Kombinatında) "xxxx" ASC-də qaynaqçı (14 il 11 ay 01 gün), xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMC-də qaynaqçı (05 il 09 ay 03 gün), xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər "xxxx" ASC-də elektrik-qaynaqçı (01 il 01 ay 18 gün) vəzifələrində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 24 may 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təq dim etdiyiniz 25 mart 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1993 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz peşə yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 10 ay 2 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-0107.1985-ci il və xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabde hə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almış, xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən yenidən əmək fəaliyyətinə davam etmiş və hal-hazıradək çalışır. Əmək fəaliyyəti dövründə uzun müddət qaynaqçı vəzifəsində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələ rin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Filiala müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Filialın qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı, o cümlədən 12 il 6 aydan çox zərərli və ağ ır əmək sahəsində iş stajı toplamışdır

6. Cavabdehin iddiaya dair etiraz ərizəsinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1359/2022 saylı iş 2 fevral 2022-ci il tarixli (hakim Ş.Həsənova) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı işlədiyi və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il tarixlər arasındakı 3-cü dərəcəli elektirik qaynaqçısı vəzifələri və cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyən xx.xx. 1985-xx.xx.1985-ci ilədəki 3-cü dərəcəli elektrik qaynaqçısı və xx.xx.1993-cü ildən xx.xx.2008-ci ilədək 4-cü dərəcəli elektrik qaynaqçısı peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının Ümumi peşələr adlanan 33-cü bölməsinin 23200000—19906 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr" adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olmaqla sonuncunun xx.xx.2006-cı ilə qədər 14 il güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər üç hal (yaş, ümumi iş sta jı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1684/2022 saylı 12 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) Bakı İnzibati Məhkəməsinin 2 fevral 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1993-xx.xx.2006-cı illər arasında müxtəlif müəssisələrdə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olmaqla cəmi 1 il 10 ay 2 gün təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun u (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçının işlədiyi və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il tarixlər arasındakı 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifələri və cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyən xx.xx.1985-xx.xx.1985-ci ilədək 3-cü dərəcəli elektrik qaynaqçısı və xx.xx.1993cü ildən xx.xx.2008-ci ilədək 4-cü dərəcəli elektr ik qaynaqçısı peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının Ümumi peşələr adlanan 33-cü bölməsinin 23200000—19906 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr" adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olmaqla sonuncunun xx.xx.2006-cı ilə qədər 14 il güzəştli iş stajı mövcuddur.

24. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsa slı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1684/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1684/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar