Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1574/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı vaxtdan bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “**********8 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı vaxtdan bərpası” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-942/2023 nömrəli, 15 mart 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus 04767 nömrəli pensiya işinə əsasən, ona DSMF Binəqədi şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Sonradan iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi DSMF-nin Daxili nəzarət departamentindən daxil o lmuş **********2 saylı xx.xx.2022-ci il tarixli məktuba istinadən, xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarla dayandırılmışdır. 3. ГЕ 136204 nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur.
4. SOCAR tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1427/01/K-06-06 nömrəli arayışdan və əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixində Neft məhsullarının təchizatı və topdansatış istehsalat birliyinin Bakı yanacaqdoldurma sexinə 4cü dərəcəli baxıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdən Bakı yanacaqdoldurma sexinə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsinə keçirilmişdir. “Azərnefttəchizat" Birliyinin xx.xx.1997-ci il tarixli 16-k nömrəli əmri ilə Neft məhsullarının təchizatı və topdansatış istehsalat birliyi xx.xx.1997-ci ildən ləğv edilib və Mərkəzi X2 və göndərilməsi bazası yaranmışdır. xx.xx.1997-ci il tarixində Mərkəzi X2 və göndərilməsi bazasının Bakı yanacaqdoldurma sexinə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixində Bakı yanacaqdoldurma sexinin 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru ilə olan əmək münasibətləri əmək müqaviləsinin bağlanılması yolu ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin təşkili barədə" xx.xx.2003-cü il tarixli 31 saylı əmr ilə Mərkəzi X2 və göndərilməsi bazası X2 və göndərilməsi bazası adlandırılmış, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin struktur tərkibinə daxil edilmişdir. Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin 05/İƏŞ/522 saylı 22 aprel 2014-cü il tarixli məktubu ilə əlaqədar Güzdək və Bakı yanacaqdoldurma sexlərinin adında “sex" sözü “sahə" sözü ilə əvəz edilərək, Güzdək və Bakı yanacaqdoldurma sahələri adlandırılmışdır. xx.xx.2014-cü ildə Bakı yanacaqdoldurma sahəsinə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirildiyi göstərilmişdir.
5. SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X2 və Göndərilməsi bazasının xx.xx.2022-ci il tarixli məktubunda bildirlmişdir ki, SOCAR-ın 14 may 2018-ci il tarixli № SOCAR**********80030013A00060 nömrəli "İş yerlərinin attestasiyasının nəticələri barədə” Qərarını və bu qərara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidentinin, komissiyasının sədrinin 02 may 2018-c i il tarixdə təsdiq etdiyi “SOCAR-ın strukturuna daxil olan qurumlarda 2018-ci ilin birinci rübündə müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısı” adlı Əlavədə qeyd olunan əmtəə operatoru zərərli komponentlərlə (benzin buxarı, karbohidrogen, səs səviyyəsi) əhatə olunmuş iş şəraitində çalışmışdır.
6. İddiaçı ödənilən pensiya məbləğinin dayandırılmasının aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdehin ********** saylı xx.xx.2022-ci il tarixli “Güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında” məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin 2 nömrəli siyahısının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (X) Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndində (3) fəhlələr yarımbölməsində 2130301A—16085 kodu üzrə əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə iddiaçının işlədiyi SOCAR-ın “X2 və Göndərilməsi Bazası”nın ona dair sənədlərinin araşdırılması zamanı xx.xx.1992-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəsisənin Bakı yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının vaxtilə işlədiyi Bakı yanacaqdoldurma sexi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 3 iyun 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 31 yanvar 2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. İddiaçı ərizəsində hazırkı qərarın 1-6-cı bəndlərində qeyd olunan məlumatları sadalamış, əlavə olaraq qeyd etmişdir ki, onun hərbi xidmət dövrü də daxil olmaqla 01 yanvar 2006-cı il tarixədək əmək stajı 25 ildən artıq təşkil edir. Həmin ümumi stajın 12 il 06 aydan artıq dövrünü əmək şəraiti ağır zərərli işlər təşkil edir. İddiaçı hesab etmişdir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur.
9. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim etmişdir.
10. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə aparmış, “xx.xx.2022-ci il tarixli **********8 saylı qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir.
11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu bəndinin «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» 10.5.1-ci bəndinə əsasən iddiaçıya SOCAR MlƏl-nin X2 və X1 operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.
12. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) e-2-1(112)-9371/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli **********8 saylı (əmək pensiyasının dayandırılması haqqında) qərarın ləğv edilməsi və əmək p ensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması:
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir.
14. Həmçinin, məhkəmə SOCAR-ın məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci i tarixli məktuba, SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X2 və Göndərilməsi bazasının xx.xx.2022-ci il tarixli məktubuna, SOCAR-ın xx.xx.2019-cu il tarixli arayışına və iddiaçının əmək kitabçasının məlumatlarına istinad edərək qeyd etmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1992-xx.xx.2018-ci i l tarixləri arasındakı dövrdə iddiaçının işlədiyi peşələrin güzəştli iş stajına aid edilən peşə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
15. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir.
16. Yuxarıda göstərilənlərə istinad edərək, məhkəmə belə nəticəyə g əlmişdir ki, mübahisələndirilən qərar inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, o cümlədən cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən xx.xx.1992-xx.xx.2018-ci il tarixlərdə (25 il 4 ay 28 gün) iddiaçının yanacaqdoldurma sexində əmtəə operatoru peşəsində işlədiyi dövrün güzəştli iş stajına aid edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddia təmin edilməlidir.
17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-942/2023 n ömrəli, 15 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9371/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ar tıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 25. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 57.1. Qanunda başq a forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin q ərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı vaxtdan bərpası ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi və prosessual hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
33. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının) ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyildir.
35. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kən ar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. 36. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki i nzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
37. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
38. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF- nin Binəqədi rayon şöbəsinin 1 aprel 2018-ci il tarixli qərarı qüvvədə olduğu halda, həmin qərar əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmış və iddiaçıya ödənilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərar ilə ondan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuşdur.
39. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun cavabdehin mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarı qəbul olunarkən qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiy asına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir.
40. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, xx.xx.2022-ci il tarixli qərarı qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında 10245,71 manat pensiya məbləğinin geri ödəni lməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur.
41. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hü quqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
42. Beləliklə də, xx.xx.2022-ci il tarixli **********8 saylı (əmək pensiyasının dayandırılması haqqında) qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması işin hallarına və inzibati icraat haqqında hü quq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququn a malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansi yası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-942/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.