Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1575/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına daxil edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəq ədi rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 2-1(103)-1008/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 6 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1993-cü il 9 noyabr tarixdən 2002-ci il 4 yanvar tarixə qədər işlədiyi müəssisədə aldığı əmək haqqından sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmadığından həmin müddət və qanunvericiliklə nəzərdə tutulmadığından 1978-1983-cü illərdə təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. İddiaçının sığorta stajı 25 ildən az olması və pensiya kapitalının olmadığı müəyyən olunmuşdur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 24 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iş illərinin sosial sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus 1977-ci il 18 mart tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, 1972-ci il 1 yanvar tarixdən “Başbakitikinti” İdarəsinin “Sovmədəntikinti” 11 nömrəli trestinin 10 nömrəli XTİ-nə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, 1974-cü il 13 noyabr tarixədək orada işləmiş və 1 il 11 ay 13 gün staj əldə etmişdir. Həmçinin ona məxsus 1985-ci il 4 oktyabr tarixli, VÇ 058481 nömrəli hərbi biletə əsasən, o, 1974-cü il 23 noyabr tarixdən 1976-cı il 4 dekabr tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, bu da 2 il 11 gün təşkil edir və iş stajına əlavə edilməlidir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra o, Bakı Məişət Kondisionerləri zavodunda 1977-ci il 19 avqust tarixdən 1977-ci il 24 oktyabr tarixədək həmin zavodun bərkidici və istilik izolyasiyalı detallar se xində 2-ci dərəcəli köməkçi fəhlə, 1977-ci il 24 oktyabr tarixdən 1977-ci il 20 dekabr tarixədək soyuq-basma avtomatlar sexində 2-ci dərəcəli avtomatçı usta vəzifəsində işləmişdir. Bu da 4 ay iş stajı təşkil edir. 1977-ci il 28 noyabr tarixdən 1978-ci il 1 iyun tarixədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitutun hazırlıq kursunda 7 ay təhsil aldığına görə də bu müddət də iş stajına daxil edilməlidir. 1983-cü il 5 iyul tarixli, İV 040274 nömrəli diploma əsasən o, 1978-ci il 1 sentyabr tarixdən 1983-cü il 5 iyul tarixədək Ç.İldırım adına Politexnik İnstitutun əyani fakültəsində oxumuş və bu 5 il də iş stajına daxil edilməlidir. 1983-cü il 22 noyabr tarixdən 1993-cü il 8 noyabr tarixədək o, Bakı Cihazqayırma Birliyinə baş texnoloq şöbəsində 3-cü dərəcəli mühəndistexnoloq vəzifəsində, həmin zavodun instrumental təsərrüfat şöbəsində baş mühəndis vəzifəsində, geniş istehlak sexində usta vəzifəsində, zavodun xarici əlaqələr və texniki informasiya şöbəsinin rəisi vəzifəsində, 6 nömrəli XİM sahəsində 1-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində işləmiş və 9 il 11 ay 10 gün iş stajı qazanmışdır. 1993cü il 9 noyabr tarixdən 1998-ci il 2 yanvar tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləmiş və 4 il 11 ay 23 gün iş stajı qazanmışdır. "xxxx" ATC Bakı İxtisas mexanikləşdirmə filialında 1998-ci il 5 yanvar tarixdən 2002-ci il 4 yanvar tarixədək sahə rəisi vəzifəsində işləmiş və 4 il iş stajı əldə etmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsində 2002-ci il 8 yanvar tarixdən Nəqliyyat şöbəsinin müdiri vəzifəsində işləmiş, 2004-cü il 2 yanva r tarixdə Biləcəri Bələdiyyəsində daimi işlər üzrə komissiyanın üzvü seçilmiş, 2005-ci il 17 yanvar tarixdə səlahiyyətinə xitam verilmişdir. Bununla da 3 il 12 gün iş stajı qazanmışdır. 2005-ci il 13 yanvar tarixdən hal-hazırkı günə kimi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləliklə o, 65 yaşına keçmiş və onun ümumi əmək stajı 31 il 09 ay 28 gün təşkil edir. Buna baxmayaraq cavabdeh onun hazırlıq kursunda oxuduğu dövrü təsdiq edən əmək kitabçasındaki qeydi, əyani ali təhsil haqqında diplomu və digər iş stajını müəyyən edən əmək kitabçasını təqdim etməyinə baxmayaraq ona yaşa görə əmək pensiyasını təyin etməkdən əsassız olaraq imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazı lı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, 2-1(112)-1070/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1972-ci il 1 yanvar tarixdən 1974-cü il 13 noyabr tarixədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 1974-cü il 23 noyabr tarixdən 1976-cı il 4 dekabr tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 1977-ci il 20 dekabr tarixədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 1977-ci il 28 noyabr tarixdən 1978-ci il 1 iyun tarixədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitutun hazırlıq kur sunda müdavim kimi təhsil aldığı 7 ay, 1978-ci il 1 sentyabr tarixdən 1983-cü il 5 iyul tarixədək Ç.İldırım adına Politexnik İnstitutun əyani şöbəsində təhsil aldığı 5 il, 1983-cü il 22 noyabr tarixdən 1993-cü il 8 noyabr tarixədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 1993-cü il 09 noyabr tarixdən 1998-ci il 2 yanvar tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, 1998-ci il 5 yanvar tarixdən 2002-ci il 4 yanvar tarixədək "xxxx" ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 2002-ci il 8 yanvar tarixdən 2005-ci il 17 yanvar tarixədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, 2006-cı il 1 yanvar tarixdə n 2006-cı il 31 dekabr tarixədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisəyə aid idi və müəssisə tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyətinin yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. 2000-ci il 16 may tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haq qında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliklə qeyd edilən borclar ləğv edildiyi halda iddiaçının 1993-cü il 9 noyabr tarixdən 2002-ci il 4 yanvar tarixə qədər olan dövrdə işlədiyi müəssisənin sosial sığorta haqlarını ödəyib-ödəməməsi artıq iddiaçıya pensiya təyin edilməsi üçün əhəmiyyət kəsb etmir. Həmçi nin, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Beləliklə, iddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202 1-ci il 21 may tarixli, 2-1(103)-1008/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, həm Bakı İnzibati Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qərarlarında qeyd edildiy i kimi, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən sorğuya verilmiş 2020-ci il 13 avqust tarixli cavab məktubuna əsasən idarədə olan reyestrdə 1993-2002-ci illərə dair "xxxx" SMD və "xxxx" X2 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir. Lakin, məhkəmə buna baxmayaraq vətəndaşın iddiasını təmin etmişdir. 2003-cü 12 dekabr tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyy atına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Qanunda da qeyd edildiyi kimi "xxxx" SMD və "xxxx" X2 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu adlı hüquqi şəxsin mövcud olması ilə bağlı heç bir əsas yoxdur və şəxsin iddiası əsassızdır. Cavabdeh hesab etmişdir ki, hüquqi şəxs mövcud olmadığı üçün həmin illərin iddiaçının iş stajı kimi qeyd edilməsi həqiqətə uyğun deyil.
13. İddiaçının işlədiyi müəssisənin mövcudluğunu dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğular g öndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya verilmiş 2020-ci il 20 noyabr tarixli cavab məktubuna əsasən "xxxx" SMD və "xxxx" X2 Cəmiyyəti 1999-cı il 31 may və 1998-ci il 11 mart tarixlərdə qeydiyyata alınmışdır. İddiaçı isə 1993-cü ildən başlayaraq həmin müəssisələrdə işlədiyini iddia etmişdir. İddiaçının mövcud olmamış müəssisədə işləməsinə dair iddiası əsassızdır. Məhkəmə işin hallarını tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçıla rının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, m əcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvv əyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziy yəti dəqiq əks etdirməlidir.
22. Bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə edilmiş məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir.
23. İşin materiallarına görə, iddiaçı onun 1972-ci ildən başlayan əmək fəaliyyətinin bütün dövrlərini, həmçinin hərbi xidmət və təhsil illərini onun sosial sığorta stajına hesablanması və 2019-cu il 19 may tarixdən hesablanmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi və onun qərarı ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının müraciətinə cavabdehin məktubunda müraciətin təmin olunmasından imtinanın səbəbləri (əmək fəaliyyətinin mübahisələndirilən dövrləri) və iddiaçının iddia ərizəsində onun sosial sığorta stajına hesablanmasını iddia etdiyi dövrlər nəzərə alınmaqla iddianın mümkünlük şərtlərinə hər hansı münasibət bildirməmişdir. Belə ki, cavabdeh istər imtina məktubunda, istərsə də iddia tələbinə qarşı etirazında, bundan sonra isə apellyasiya şikayətində iddiaçının əmək fəaliyyətinin bütün dövrlərini mübahisələndirdiyini göstərməmişdir. Belə olan halda, iddiaçı cavabdeh tərəfindən mübahisə olunmayan müddətlər üzrə hüququnun pozulduğunu iddia edə, məhkəmə isə həmin müddətlər üzrə iddianı mahiyyəti üzrə həll edə bilməzdi.
25. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun 22 il 8 ay 3 gün stajı olduğu müəyyən edilmişdir. 26.. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müəyyən etdiyi 22 il 8 ay 3 gün müddətə iddiaçının əmək fəaliyyətinin məhz hansı dövrlərini aid etdiyini aydınlaşdırmamış, cavabdehdən bu barədə açıqlama tələb etməmişdir. Belə ki, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın əsaslarını, habelə onun müra ciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olsun. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir.
27. Bundan başqa, cavabdeh apellyasiya şika yətində həmçinin qeyd edir ki, iddiaçının fərdi hesabında pensiya kapitalı olmadığı müəyyən edilmişdir.
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı bəndinə görə, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
29. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonrakı əmək fəaliyyəti üzrə sığorta stajının o nun fərdi uçot məlumatları əsasında müəyyən edildiyinə dair işdə məlumat yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 31 dekabr tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi barədə tələbinin təmin olunmasının əsası kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 2019-cu il 7 oktyabr tarixli məktubuna istinad etmişdir. Həmin məktuba əsasən iddiaçı 2005-ci il 13 yanvar tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır, 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 31 dekabr tarixə qədər fəaliyyət göstərməsi barədə məlumat aşkar edilmişdir, fəaliyyəti aktiv vəziyyətdədir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan dövrdə vergi ödəyicisi kimi uçota alınaraq əmək (sahibkarlıq) fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtlənir (“Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsi).
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğu ndan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 21(103)-1008/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.