Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1575/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-693/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ******* nömrəli əmək kitabçasına görə iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, həmçinin xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. 2. xx.xx.2000-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya yaşa görə (xidmət illərinə görə) əmək pensiyası təyin edilmişdir.
3. Daxili İşlər Nazirliyinin Ə1560ş/h-001-21 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6cı maddəsinə əsasən, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 4 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 15 may 2021-ci il tarixə aldığı (sonrakı artımlar da nəzərə alınmaqla) sonuncu təminat xərcliyindən sonuncu qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanması vəzifəsinin və 15 may 2021-ci il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 20 il 1 ay 4 gün güzəştli şərtlərlə olmaqla 12 il 5 ay təqvim ili ilə 21 dekabr 2000-ci il tarixdən xidmət illərinə görə pensiyaya çıxmışdır, hazıradək təminat xərcliyinin 50 faiz miqdarında qulluq stajına görə əlavə almaqda davam edirdi. Sonradan yenidən xidmətə cəlb olunmuş və 15 may 2021-ci il tarixdən isə daxili işlər orqanlarından tərxis olmuşdur. Tərxis tarixinə 39 il 4 ay 13 gün güzəştli, 34 il 2 ay 11 gün təqvim ili iş stajı mövcuddur. Yeni stajına uyğun olaraq pensiyanın hesablanması üçün Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə yeni məlumat vərəqəsi təqdim edilmişdir. Cavabdeh onun pensiyasını yenidən hesablayaraq ödəməkdən imtina etmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9145/2021 nömrəli qərarı (hakim X5) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin yeni redaksiyası (əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmaması ilə bağlı) 1 iyul 2017-ci il tarixindən qüvvəyə mindiyindən, əmək pensiyası təyin olunduqdan sonra iddiaçı hərbi xidmətini davam etdirdiyindən, iddiaçı barədə sonuncu təminat xərcliyinə dair məlumatlar 15 may 2021ci il tarixdə təqdim edildiyindən (müvafiq hüquq münasibəti həmin vaxt yaranmışdır), iddiaçının 15 may 2021-ci il tarixə aldığı (sonrakı artımlar da nəzərə alınmaqla) sonuncu təminat xərcliyindən qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanmasını tələb etməsi əsassızdır. Beləliklə, xidmətdən yenidən tərxis olunması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin mövcud tələbi baxımından mümkün hesab edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-693/2022 nömrəli qərarı (hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 1 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilməz. Belə ki, iddiaçı əmək pensiyası t əyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 1 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin və ona əlavənin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyası haqqında” Qanunun 9.6-cı maddəsinin yeni redaksiyasının (əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmaması ilə bağlı) xx.xx.2017-ci ildə, yəni sonuncu təminat xərcliyinə dair məlumatların təqdim edildiyi xx.xx.2021-ci il tarixdən xeyli əvvəl qəbul edildiyi aydındır və hüquqi vəziyyəti pisləşdirən normativ sənədin qəbul edilməsindən sonra onun mənə tətbiq edilməməsi, həmin müddəanın bərabərlik hüququnu pozması, pensiyaçı olaraq işləyən hərbi qulluqçu və ya ona bərabər tutulan xüsusi rütbəli şəxsin yeni sosial sığorta stajına uyğun qulluq stajına görə əlavə almaq hüququndan məhrum edilməsinın sosial ədalət prinsipi ilə uzlaşmaması, pensiya təyin olunduqda n sonrakı dövr üzrə pensiya kapitalının toplanması və yenidən pensiyaya çıxdıqda ödənilməsi, əvvəlki pensiyanın hərbi xidmət dövrü və ya daxili işlər orqanı işçisinin qulluq dövrü ilə əlaqədar deyil, fövqəladə hallar orqanları işçisinin qulluq dövrü ilə əlaqədar qazanılmış hüquq kimi dəyərləndirilməli olması kimi dəlillər irəli sürülsə də, həmin dəlillərin heç birinə məhkəmə münasibət bildirməmiş və nəinki qanunsuz, həm də əsassız qərar qəbul etmişdir.
16. Həmçinin qeyd edilməlidir ki, hərbi xidmətin dövlət qulluğunun digər növlərindən ağır və məhrumiyyətli olması şəraitində onlara daha əlverişli hüquqları qanunverici güdməli olduğu halda, əksinə onların hüquqlarını məhdudlaşdırması və onlara daha çətin sosial hüquqi təminatları müəyyən etməsi nəinki ayrı-seçkiliyə işarə edir, həm də Kon stitusiyanın Preambulası (prinsip norma) ilə müəyyən edilmiş sosial qaydanın ədalətliliyi, hamının layiqli həyat səviyyəsini təmin edilməsi prinsipi ilə birbaşa ziddiyyət təşkil edir.
17. Qanundan göründüyü kimi, hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilir. Yəni iddiaçının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına hər hansı bir maneə yoxdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilk dəfə xx.xx.2000-ci il tarixindən xidmət illərinə görə pensiyaya çıxmış, yenidən Daxili İşlər Nazirliyinin 230 nömrəli şə xsi heyət üzrə xx.xx.2002-ci il tarixli əmri ilə mayor rütbəsi verilməklə xidmətə qəbul olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. Beləliklə, Eyyub Şərifov yenidən xidmətə qəbul edildiyi tarixdən xidmətdən xaric olunduğu tarixə kimi 234 ay (+22 Gün) xidmət etmişdir. İddia ərizəsi məhkəməyə təqdim olunan zaman bunu təsdiq edən sənədlər, əmək kitabçasının notariusda təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməklə məhkəməyə verilmişdir. Məhkəmə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində qeyd olunan istisnanı (9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər) tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, iddiaçı ilk dəfə xidmət illərinə görə pensiyaya çıxmış və sonradan xidmətə qəbul olunaraq pensiya yaşına çatdığı üçün xidmətdən çıxmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi ilk dəfə yaşa görə pensiyaya çıxan şəxslərin yenidən pensiyaya çıxmasını nəzərdə tutur.
18. Həmçinin iddiaçı daxili işlər orqanı deyil, fövqəladə hallar orqanı pensiyaçısıdır. X8 Təhlükəsizliyi İdarəsindən tərxis olunmuşdur. Həmin qurum xx.xx.2005-ci il tarixdə FHN tabeliyinə verildiyindən həmin tarixdən etibarən hüquqi varis olan qurumun, yəni FHN-nin pensiyaçısı hesab edilmişdir. Belə olan təqdirdə isə, əvvəlki pensiya hüququmun hərbi xidmət dövrü ilə əlaqədar qazanılması qəbul edilə bilməz, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanlarının işçisinin pensiya hüququ kimi qiymətləndirilə bilər. Odur ki, iddiaçının hüquqi vəziyyəti Qanunun 9.6-cı maddəsinin təsirindən kənarda qalır və daxili işlər orqanının xüsusi rütbəli şəxsi kimi deyil, fövqəladə hallar orqanı işçisi kimi xüsusi rütbəli şəxs olaraq əmək pensiyası təyin olunduqdan sonra daxili işlər orqanında xidmətini davam etdirən pensiyaçı kimi qəbul edilməli və pensiya daxili işlər orqanında sonuncu təminat xərcliyinə görə yenidən hesablanmalıdır. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtin a məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 9. 6-cı maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyası (10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən) 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyası (13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən) 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanun Ma ddə
2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqd im olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hü quq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ni təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sonuncu qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şər h olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı ilk dəfə xx.xx.2000-ci il tarixindən xidmət illərinə görə hərbi qulluqçu kimi pensiyaya çıxmış, sonradan X4 şəxsi heyət üzrə 230 nömrəli, xx.xx.2002-ci il tarixli əmri ilə mayor rütbəsi verilməklə yenidən daxili işlər orqanlarında xidmətə qəbul olunmuş və bununla da “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi anlamında əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçıları kateqoriyasına daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası X4 xx.xx.2021-ci il tarixli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir.
31. Bununla bağlı qeyd olunmalıdır ki, Daxili İşlər Nazirliyinin struktur vahidi olan Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmişdir. Başqa sözlə, iddiaçı həmin qurum Daxili İşlər Nazirliyinin tərkibində olduğu zaman, yəni xx.xx.2000-ci il tarixindən xidmət illərinə görə hərbi qulluqçu kimi pensiyaya çıxmış, sonradan xx.xx.2002-ci il tarixdə yenidən daxili işlər orqanlar ında xidmətə qəbul edilmişdir. Bu baxımdan həmin qurumun xx.xx.2005-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilməsi iddiaçının xidmət illərinə görə pensiya hüququnun daxili işlər orqanlarında xidmət dövrü ilə əlaqədar qazanıldığını və ona xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğunu istisna edə bilməz. Başqa sözlə, iddiaçı qeyd olunan əsasa istinad edərək ona fövqəladə hallar orqanlarının xüsusi rütbəli şəxsi kimi əmək pensiyası təyin edildiyini və bundan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən pensiyaçı kimi qəbul edilməli olduğunu iddia etməkdə haqlı sayıla bilməz.
32. Hazırkı mübahisəyə münasibətdə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin yeni redaksiyasının xx.xx.2017-ci il tarixində, yəni iddiaçının xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edildiyi xx.xx.2021-ci il tarixindən əvvəl qüvvəyə mindiyi də nəzərə alınmalıdır. Belə ki, iddiaçının həmin dəyişikliyin qüvvəyə mindiyi tarixdə hərbi xidmətini davam etdirən əmək pensiyaçısı statusunu daşıdığı və ona münasibətdə sonuncu təminat xərcliyi haqqında məlumat vərəqinin də cavabdehə xx.xx.2021-ci il tarixində təqdim olunduğu işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
33. İddiaçının 15 may 2021-ci il tarixə aldığı (sonrakı artımlar da nəzərə alınmaqla) sonuncu təminat xərcliyindən sonuncu qulluq stajına görə pensiyaya əlavənin yenidən hesablanması ilə bağlı tələbi onun cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş bu qərarın 19-cu bəndində istinad olunan normanın müddəalarına ə sasən qiymətləndirilməlidir. Həmin normaya görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
34. Bununla bağlı eyni zamanda nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun keçid müddəalarına görə, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
35. Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan R espublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və İV hissələri, 38-ci maddəsinin İ və İİİ hissələri, 149-cu maddəsinin İ və İİİ hissələri ilə ziddiyyət təşkil etmir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 21(103)-693/2022 nömrəli