Məhkəmə qərarları › İş №2-1(102)-1576/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1576/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1576/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçisi kimi əmək pensiyanın təyin edilməsi; “Əmək pensiyaları haqqında” Qanunun məqsədləri üçün dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsi; maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməs inin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək, xx.xx.2022ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1703/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazi rliyinin ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyanın xx.xx.2022-ci il tarixli protokoluna görə, iddiaçının qulluq illəri aşağıdakı kimidir: hərbi xidmət – xx.xx.1985-xx.xx.1987 – 01 il 07 ay 17 gün; Dövlət qulluğunda – xx.xx.1987-xx.xx.2003 - 15 il 05 ay 05 gün; Ədliyyə orqanlarında – xx.xx.2003-xx.xx.2022 - 19 il 04 ay 27 gün; qulluq illərinin cəmi – 36 il 05 ay 19 gün.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ədliyyə orqanın əməkdaşı kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.7-2- ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli, 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bununla əlaqədar olaraq ərizənizdə qeyd edilən dövlət qulluğunda işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajına hesablanması zamanı nəzərə alınaraq ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözüge dən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilərək, xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1987-2003-cü illər ərzində dövlət qulluğunda və 2003-cü ildən 2022-ci ilədək isə ədliyyə orqanlarında qulluq etmişdir. Son işlədiyi yer isə Culfa rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Komissiyasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən onun xx.xx.2022-ci il tarixə qulluq illərinin cəmi 36 il 05 ay 19 gün təşkil etmişdir. O, 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında“ Qanununa əlavə edilmiş 22.7-1-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda xidmət illərinin dövlət qulluğunun xüsusi növündə xidmət illərinə daxil edilərək pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixdə imtina verərək Qanuna edilmiş dəyişikliklərə əsasən qaydalar və şərtlər hələlik müəyyən edilmədiyindən ədliyyə orqanı əməkdaşı kimi ona hazırda pensiya təyin edə bilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir. Çünki iddiaçının pensiya hüququ Qanunla yarandığı hald a hansısa qayda və şərtin olub-olmamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Hər bir qayda və şərt Qanuna əsaslanır. Qanun isə birmənalı olaraq onun dövlət qulluğunda işlədiyi dövrü dövlət qulluğunun xüsusi növündə olan qulluq illərinə daxil edilməsini müəyyən edib. Uzun illər xidmət etmiş bir əməkdaşı heç bir əsas olmadan pensiya təyin edilməməsi konstitusion hüquqlarının pozulmasına və maddi sıxıntılara səbəb olmuşdur. O, hazırda heç bir yerdə işləmir, hüququ olan pensiyanı isə təyin etmirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-13380/2 022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasına və Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyanın iclas protokoluna əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə 36 ildən çox qulluq stajı olması təsdiq olunur. İddiaçının xx.xx.2022-ci il tarixdə 58 yaşı tamam olmuş, o, yaş həddinə çatanadək (60 yaşına) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifədə 35 ildən çox qulluq stajına malikdir. Cavabdeh imtinasında iddiaçının dövlət qulluğunda işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajının hesablanması zamanı nəzərə alınaraq ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxılacağını bildirmişdir. Qanunvericiliyin normalarından görünür ki, qanunvericilik dövlət qulluğunun xüsusi növünü və ədliyyə orqanlarında qulluq keçən xüsusi rütbəli şəxsləri müəyyən etmiş, onların pensiya hüququna malik olması şərtləri və qaydaları müvafiq qanun normalarında öz əksini tapmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1703/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.202 2-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, inzibati orqan iddiaçının müraciətinə pensiyanın təyin edilməsi və hesablanması qaydaları və şərtləri müəyyən edilmədiyi üçün müvafiq pensiyanın təyin edilməsinin mümkünsüzlüyünü qeyd etmişdir. Lakin sözügedən qayda Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmədiyindən iddiaçıya pensiyanın təyin edilm əsi mümkün deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə

2. Dövlət qulluğu... 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilm ək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə

22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunu n xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... Maddə 32-1. Dövlət qulluğu nda olmanın yaş həddi 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.... 16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun... Maddə

2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları 2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. 2.2. Ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətənd aşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə

18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi 18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır.... 18.5. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Maddə

21. Xüsusi rütbələrin verilməsi qaydası... 21.13. Məhkəmə, prokurorluq, hüquq mühafizə, o cümlədən fövqəladə hallar, hərbi və digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi nəzərə alınmaqla bu Qanuna əsasən verilir. Ədliyyə orqanlarına qulluğa qəbul edilən və ya dövlət qulluğundan ədliyyə orqanlarına qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ix tisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. Maddə

23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi... 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər.... 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir;... Maddə 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);... Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya İ dərəcə əlilliyi müəyyən edilmiş ədliyyə işç iləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 18. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanı:...

2. Müəyyən edilsin ki: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. M übahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddələrinin tələbinə görə, ədliyyə orqanlarında qulluq keçmiş yalnız o şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır ki, onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olsun və həmin şəxslər xüsusi rütbələrdən məhrum edilməmiş olsunlar.

24. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun ədliyyə orqanlarında xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 19 il 04 ay 27 gün qulluq stajı vardır.

25. İddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa rayon XDS İcraiyyə Komitəsində böyük iqtisadçı, baş iqtisadçı, baş mühasib vəzifələrində işlədiyi müddətə gəldikdə, həmin müddət dövlət qulluğu kimi qəbul edildikdə belə, bu, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsinə özü-özlüyündə əsas vermir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8-ci maddəsində yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malik olduqları, həmin Qanunun 23.10-cu maddəsində isə ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit olunmuşdur.

26. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “Dövlət qulluğu haqqında” Qanunun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 2.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq dövlət qulluğunu n xüsusi növüdür; həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

27. Eyni ilə, həmin Qanunun 23.1-ci maddəsində də dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsu si rütbəyə malik olması şərtdir.

29. Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndlərində nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokur orluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7-1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir.

30. İddiaçının xx.xx.2003-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə (qulluq etməklə) xüsusi rütbəyə malik olduğuna dair hər hansı sübut işdə yoxdur.

31. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının dövlət qulluğundakı qulluq stajının müddəti (iddiaçının əsaslandığı cəmi 36 il 05 ay 19 gün) nəzərə alındıqda, o, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda (o cümlədən, ədliyyə orqanlarında) qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə (iddiaçıya münasibətdə - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla) tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır.

32. Yuxarıda qeyd olunan normalar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyindən, bun unla da məhkəmə iddianın təmin edilməsi ilə bağlı səhv nəticəyə gəldiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1703/2023 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar