Məhkəmə qərarları › İş №2-1(102)-1577/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1577/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1577/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair cizginin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11.10.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1957, FİN:xxxxxxx) cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin təsdiq edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-951/2022 nömrəli, 11 may 2 022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə X2 (iddiaçının əri) fərdi yaşayış evinin tikintisi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncamın 2-ci bəndinə əsasən torpağın ayrılması rayonun baş memarına tapşırılmışdır.

2. Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi (Sulutəpə) ərazisində vətəndaş X2 Bak ı Şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı ilə ayrılmış 600 kv.m. torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

3. X4 21 mart 2010-cu il tarixdə vəfat etmişdir.

4. İddiaçının müraciətinə cavab olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 01 dekabr 2020-ci il tarixli, 02/12-11-11/M-336-091 nömrəli məktubda qeyd olunmuşdur ki, sənədlərin araşdırılması zamanı təqdim edilən cizgi ilə torpaq sahəsinin mövcud ölçüləri arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Eyni zamanda, əlavə torpaq sahəsinə və mövcud tikiliyə dair hüquqmüəyyənedici sənədlərin surətinin, həmçinin sözügedən torpaq sahəsinin cizgisinin Arxiv arayışı Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhk əməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X3 ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 13 nömrəli 11 yanvar 1998-ci il tarixli Sərəncamına əsasən X2 fərdi ev tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 659 saylı 02 may 1994-cü il tarixli s ərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv metr torpaq sahəsi ayrılmışdır. “Binəqədineft" NQÇİ-nin rəisinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı 06-4/953 saylı 03 noyabr 1998-ci il tarixli məktubundan görünür ki, “Binəqədineft” NQÇİ vətəndaş X2 Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli sərəncamı ilə ayrılmış massivdən fərdi ev tikmək üçün bir pay torpaq sahəsi ayrılmasına etiraz etməmiş və torpaq sahəsinin sxemi də məktuba əlavə edilmişdir. X1 torpaq sahəsinin cizgisini təsdiq etdirə bilməmişdir. Belə ki, o, 21 mart 2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı onun həyat yoldaşı olub və hazırda qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X3 Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsi ilə bağlı 15 fevral 2021-ci il tarixdə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən indiyə kimi heç bir rəsmi cavab verilməmişdir. Əvvəlki müraciətinə cavabda isə təqdim edilən cizgi ilə torpaq sahəsinin mövcud ölçüləri arasında uyğunsuzluq olması müəyyən edildiyi, torpaq sahəsinin cizgisinin arxiv arayışının rayon icra hakimiyyətinə təqdim ediləcəyi təqdirdə müraciətə baxılacağı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin bu hərəkəti qanunsuzdur. Çünki Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən imzalanmış və möhür lənmiş cizginin vaxtında arxivə təhvil verilməməsi iddiaçının günahı ucbatından baş verməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5070/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X3 ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi işin hallarına X7 Presedent hüququnun mülkiyyət hüququna dair müddəalarını, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq ed ilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsini, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 14, 22, 29, 57-ci maddələrini, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il 372 nömrəli Fərmanına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”nin 13-cü maddəsini tətbiq etməklə hesab etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icr a edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş dəqiq cizgi mövcud deyildir. Məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem iş materiallarında mövcuddur.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-951/2022 nömrəli, 11 may 2021-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5070/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdir ilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir və torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

14. Belə ki, müvafiq dövlət qurumu tərəfində n iddiaçıya ayrılan torpaq sahəsinin ölçüləri götürülməsi məqsədi ilə əraziyə baxış keçirildikdən və plan-cizginin uyğunluğu yoxlanıldıqdan sonra “qanuni gözləntisi”nin olması üçün əsas ola bilər.

15. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16. Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsinin cizgisi yalnız yuxarıda qeyd olunan müvafiq prosessual hərəkətlər həyat a keçdikdən sonra təsdiq oluna bilər, əks halda, qeyri-müəyyən cizginin təsdiq olunması qonşu torpaq sahələrində hüquq sahiblərinin mənafelərinin pozulması ilə nəticələnə bilər. 17. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın təsdiq edilməsi barədə 319 nömrəli Qərarın 3.2.2-ci bəndində qeyd olunur ki, ərizə əsasında müvafiq ərazidə yerləşən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar haqqında mövcud arxiv materialları götürülür (bu barədə ərizə jurnalında qeyd edilir), hüquq sahibinin iştirakı ilə obyektə tikintiyə icazə sənədlərinə və plan-cizgiyə uyğunluğunu və digər hüquq sahiblərinin mənafelərinin pozulub-pozulmamasının müəyyən etmək üçün baxış keçirilir. Obyektin icazə sənədlərinə və plan-ciz giyə uyğun olmadığı müəyyən edildikdə, tikinti işlərinin şəhərsalma norma və qaydalarına uyğunluğu baxımından aparılmasını təsdiq edən sənəd təqdim edilir. Baxışın nəticələri üzrə müayinə aktı tərtib edilir və müvafiq qaydada imzalandıqdan sonra bütün sənədlər arayışın tərtib və təsdiq edilməsi üçün aidiyyəti struktur bölməsinə təqdim olunur.

18. İddiaçının təqdim etdiyi cizginin yerində araşdırılması zamanı müəyyən edilmişdir ki, iki yerə bölünmüş həyət evlərinin ortasından hasar çəkilmiş və təqdim edilmiş cizgi iki fərdi yaşayış evini əhatə etməklə qanunsuz tikililərin tanınmasına yönəlmişdir. Əlində olan 600 kv.m sənəd əsasında faktiki iki yerə bölünmüş torpaq sahəsinin tanınmasını istəyir. İddiaçı ümumilikdə 22 sot torpaq sahəsini hasara almışlar və orada qanunsuz olaraq 2 fərdi yaşayı ş evini qonşusu ilə birgə tikmişlər, əlində olan 600 kv.m torpaq sahəsinin sənədlərindən istifadə etməklə iki fərdi yaşayış evinin tanınmasına nail olmaq istəyir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlill ərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X3 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi Sulu-Təpə qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki sahəsinin 622 kv.m olduğu müəyyən edilmişdir.

28. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.

29. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-951/2022 nömrəli, 11 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar