Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1577/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: təyyarə bələdçisi, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus PB seriyalı, 231993 saylı, xx.xx.1991-ci il tarixli diploma əsasən o, 1984-cü ildə X1 daxil olmuş, xx.xx.1991-ci il tarixdə bitirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2021-ci il tar ixli, 86 nömrəli arayışına görə iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.
3. Tərtər rayon Dövlət Arxivinin 13 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Sabiq “İnqilab” adına kolxozun əmək haqqı kitablarına əsasən 1983-cü ildə faktiki adam günü 161 gün, minimum adam günü 220 gün, 1984-cü ildə faktiki adam günü 113 gün, minimum adam günü 280 gün işləmişdir. 4. "xxxx" QSC-nin İddiaçı ümumi iş (sosial sığorta) stajı barədə təsdiq etdiyi xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolları Bakı distansiyasına operator köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə “Azalavia” Bakı Nəqliyyat Aviakompa niyasında təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə "xxxx" Aaviasiya Şirkətində sərnişinlərə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmiş, xx.xx.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2011-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2014-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsa lı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və «BUTA AİRWAYS» Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə keçirilmiş, xx.xx.2020-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, hal-hazırda həmin vəzifədə çalışır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh **********9 saylı 11 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun təqdim etdiyi "xxxx" QSC-nin sizə dair 16 aprel 2021-ci il tarixli 85 nömrəli arayışında qeyd olunmuş xx.xx.1996-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviasiya şirkətində işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliy in tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1967-ci təvəllüdlüdür və xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixinədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. 1983-cü il tarixdən 1984-cü il tarixədək Tərtər rayonunda yerləşən sabiq “İnqilab” adına kolxozda işləmişdir. 1991-ci ildə X2 bitirmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Azalavia” şirkətində Təyyarə bələdçisi xx.xx.2005-ci il tarixdən "xxx x" Milli Aviasiya Şirkətində “sərnişinlərlə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsində, xx.xx.2008-ci il tarixdə həmin şirkətin adı dəyişilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti olmuş, xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilərək “BUTA AİRWAYS” Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəzifəsində 4-cü dərəcə ilə keçirilmiş, xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilərək "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin “BUTA AİRWAYS” təyyarə bələdçisi vəzifəsinə keçirilmişdir. Hal-hazıradək həmin vəzifədə çalışır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3-cü maddəsinə əsasən iddiaçıya güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün arayış RSTŞ-yə təqdim edilmişdir. İşlədiyi illərin iş stajına hesablanaraq güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar cavabdehə məktubla müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina ilə eyniyyət təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-1543/2022 saylı qərarı ilə (hakim: A.Ə.Əhədova) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan R espublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə - 60 yaşa çatması tələb olunur ki, iddiaçı 55 yaşında olmaqla 60 yaşına çatmamışdır. Beləliklə, hazırkı halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
12. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həm in qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-1543/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır.
15. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Prosessual Məcəllənin 90.1 94.1 və 96.9-cu maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
17. B elə ki, hal-hazırda “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilmiş və bu dəyişikliklə əsasən həmin qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il sığorta stajı olduqda bu qanunun 7-ci maddəsinə uyğun olaraq yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə 1996-cı ildən AZALQSC-də çalışır. Aviasiya sahəsində 25 il stajı 2021-ci ildə tamam olmuş, uçuş heyətin tərkibində 14257 saat uçmuşdur. Pensiya kapitalı hazırda 94179 manat təşkil edir. Odur ki, Azərbaycan Respublikası “Aviasiya haqqında” qanunun 1.0.14-cü bəndinə əsaslanaraq uçuş heyəti kimi 54 yaşında ona güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i
18. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 22.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 22. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.2 Aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. 1.0.13 Hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. 1.0.14 Hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. 23. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”: Bənd
1. Bu Qaydalar ""Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. Bənd 2. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1 hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2 uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3 komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onla ra rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4 paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. Bənd 3. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1 təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində fak tiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2 avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qər arı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq he sab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahi r Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) k işilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqınd a” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
35. Hazırki işdə iddiaçının işlədiyi "təyyarə bələdçisi” vəzifəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında 12003000 mülki aviasiya bölməsində nəzərdə tutulmuş vəzifələr sırasında, eləcə də həmin siyahının sonuna əlavə edilmiş "Ha va gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda sadalanan vəzifələr arasında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur.
36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının güzəştli iş stajı kimi hesab etdiyi təyyarə bələdçisi stajı xx.xx.2006-cı il tarixə kimi 10 ildən azdır.
37. Bundan əlavə "xxxx" QSC-nin iddiaçının ümumi iş (sosial sığorta) stajı barədə təsdiq etdiyi xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, iddiaçı xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolları Bakı distansiyasına operator kömə kçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə “Azalavia” Bakı Nəqliyyat Aviakompaniyasında təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə "xxxx" Aviasiya Şirkətində sərnişinlərə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmiş, xx.xx.2009cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2011-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2014-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və «BUTA AİRWAYS» Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə keçirilmiş, xx.xx.2020-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, hal-hazırda həmin vəzifədə çalışır.
38. Hazırkı iş üz rə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə - 60 yaşa çatması tələb olunur ki, iddiaçı 55 yaşında olmaqla 60 yaşına çatmamışdır. Beləliklə, hazırkı halda iddiaçının "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
39. İddiaçı "Əmək pensiy aları haqqında” Qanunun 9.3-cü maddəsinə istinad edərək qeyd edir ki, həmin maddənin tələbinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən kişilərin güzəştli şərtlə rlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı; - 25 il ümumi iş stajı olmalı; -fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli.
41. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş üç əsasdan birinci əsas təmin olunmur. Belə ki, iddiaçının vəzifəsi heyət üzvünə aid olsa da uçuş və sınaq uçuş heytərinə aid deyildir.
42. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”n 2-ci bəndində "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd e dildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır.
43. Bundan əlavə birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə təqdim edilmiş "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 12/5039 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1996-cı ildən hal- hazıradək Azərbaycan Respublikasının mülki aviasiya sistemində (“AZALAVİA” Bakı Nəqliyyat Aviaşirkəti, "xxxx" Milli Aviaşirkəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) təyyarə bələdçisi vəzifəsində çalışır. Azərbaycanın Aviasiya Qaydalarının (“İşçi heyətə şəhadətnamələrin verilməsi”) “Anlayışlar və İxtisarlar” adlı 1-ci fəslinin “Anlayı şlar” adlı 10001(a) saylı bölməsinə əsasən təyyarə bələdçisi kabinə heyətinin üzvüdür. Xüsusilə, bu anlayışda aşağıdakılar nəzərdə tutulmuşdur: “kabinə heyətinin üzvü - hava gəmisində müəyyən vəzifə öhdəliklərinin (hava gəmisinə və ya sərnişinlərə xidmət göstərilməsi) yerinə yetirilməsi üçün istismarçı tərəfindən müəyyən olunmuş qaydada təyin edilmiş, xüsusi hazırlıq keçmiş, lakin uçuş heyətinin üzvü olmayan şəxsdir”. Beləliklə, təyyarə bələdçisi vəzifəsi hava gəmisinin və digər uçuş aparatlarının uçuş heyəti üzvləri, uçuştəlimatçı və komanda-uçuş heyəti üzvləri, uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən müfəttişlər və ya digər uçuş xidməti mütəxəssisləri vəzifələr inə aid deyildir və Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.3-cü maddəsinə əsasən pensiyaya çıxmaq hüququ vermir. 44. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış "Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində "Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi” qəbul edilərək sentyabr 1949-cu ildə qüvvəyə minmişdir. 1948-ci il aprelin 13-də Şura, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, t əcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə milli qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltdiyi qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına "Rəsmiyyətlərin sadələşdirilməsi” adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: "Uçuş heyətinin üzvü. Xidməti uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü”. "Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmi sində müəyyən vəzifələri yerinə yetirmək üçün istismarçı tərəfindən təyin edilmiş şəxs”. Beləliklə, Azərbaycan Respublikasının tam hüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni təyyarə bələdçiləri sərnişinləri qarşılamaq və yerləşdirmək, uçuş zamanı qidanın təqdim edilməsini təşkil etmək, sərnişinlərin və təyyarənin təhlükəsizliyini təmin etmək, ilk tibbi yardım göstərmək vəzifələri həvalə edilmiş heyət üzvləri olmaqla yanaşı eyni zamanda hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operat orları, təlimatçı-bort operatorları "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər.
46. İşəgötürən "AZAL” QSC məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi arayışlarda iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin uçuş heyətinin üzvü olmayan şəxs olmaqla Qaydaların 2-ci bəndində sadalanan vəzifələrə aid olmadığını və bununla da Qanunun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli pensiya hüququna əsas verən vəzifə sayılmadığını qeyd etmişdir.
47. Göründüyü kimi, aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir.
48. Beləliklə, iddiaçının işlədiyi "təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır.
49. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxı larkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.