Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1578/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X2) “sənədin təqdim edilməsi vəzifəsinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-745/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar cavabdehin 07 nömrəli, 23.01.2018-ci il tarixli sərəncamının onlara təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 29 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş 23.01.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilmə si vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişlər.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıların ailə üzvü olan üçüncü şəxsə Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589T saylı fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması haqqında 07 nömrəli, 23.01.2018-ci il tarixli sərəncam verilmişdir. Üçüncü şəxsin həmin sərəncam əsasında qeyd edilən yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin sərəncam iddiaçıların maraqlarına toxunur, məhz qeyd edilən sərəncam əsasında üçüncü şəxs ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmış və sonradan iddiaçıların evdən çıxarılmasına nail olmuşdur. İddiaçılar qeyd edilən sərəncamın onlara təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir.
4. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, üçüncü şəxs mübahisəli ünvan üzrə 2016-cı ildən torpaq və əmlak vergisinin ödəyicisi olmuşdur, həmin ünvan üzrə kommunal xidmətlərlə bağlı müqavilələr onunla bağlanmışdır. Notarial qaydada təsdiq olunmuş 08.12.2015-ci il tarixli, vətəndaşların birgə ərizəsinə əsasən üçüncü şəxs həmin ünvanda yaşayır. Üçüncü şəxsin 29.12.2017-ci il tarixli müraciəti əsasında cavabdeh tərəfindən sözügedən ünvan üzrə torpaq sahəsində inşası başa çatdırılmış bir mərtəbəli fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması barədə rayon icra hakimiyyəti tərəfindən 23.01.2018-ci il tarixli sərəncam verilmişdir. İddiaçılar ilə üçüncü şəxs arasında məhkəmə mübah isələri mövcud olmuşdur. Həmin məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qərarlarına əsasən iddiaçıların qeyd edilən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Həmçinin iddiaçılar cavabdehə qarşı 23.01.2018-ci il tarixli, 7 nömrəli sərəncamın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.12.2019-cu il tarixli qərardadı ilə qeyd edilən qərardad qüvvədə saxlanmışdır. Həmin qərardad ilə iddiaçıların Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 4589T saylı bağ evində yaşamadıqları, orada qeydiyyatda olmadıqları və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş 23.01.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
6. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində qərarın üçüncü şəxsin hüquqlarına toxunmasına baxmayaraq, onun məhkəmə icraatına cəlb edilmədən qəbul edildiyi göstərilmişdir. 7. 17 iyul 2020-ci il tarixdə üçüncü şəxs ərizə ilə müraciət edərək inzibati iş üzrə qərarın onun maraqlarına toxunduğunu nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
8. M əhkəmənin iş üzrə qəbul etdiyi 30 iyul 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2860/2020 saylı qərarının ləğv edilməsi, 2-1(112)2860/2020 saylı iş üzrə icraatının təzələnməsi, X1 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-2860/2020 saylı iş) 6 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iş materiallarına mübahisəli sərəncamın iddiaçılara aid olmasına dair və ya həmin sərəncam ilə üzərində hüquqların dövlət qeydiyyatına alınması nəzərə alınan daşınmaz əmlaka iddiaçıların hər hansı hüququnun mövcud olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamış və iddia ər izəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. İddiaçılar həmçinin faktiki olaraq həmin əmlakdan istifadə və ya ona sahiblik hüquqlarına da malik deyil. Beləliklə mübahisəli əmlaka dair halhazırda sərəncamın cavabdeh tərəfindən verilməməsi ilə iddiaçılarının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıların hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.
11. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsin in mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X10, 2-1(103)745/2021 saylı iş) 19 may 2021-ci il tarixli qərardadla iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 6 noyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
13. İddiaçılar 23 iyun 2021-ci il tarixdə qərardadın surətini almış, 2 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. İddiaçıların yaşadığı və inşa etdiyi fərdi yaşayış evinə dair hansı əsaslarla X1 adına cavabdeh 23.01.2018-ci il tarixli sərəncam vermişdir.
15. Sərəncamın iddiaçıların maraqlarına toxunduğu və inşa etdikləri Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 4589 “T” saylı fərdi yaşayış evindən çıxarıldıqları üçün cavabdehdən iddiaçılara qeyd edilən sərəncamın rəsmi şəkildə təqdim edilməsi üçün ərizə ilə 16 dekabr 2019-cu il tarixində müraciət etmişlər.
16. Cavabdehin sərəncamı ilə ailə üzvləri üçüncü şəxsin adına dövlət reyestrindən çıxarış verilmiş, çıxarış aldıqdan sonra Pirallahı rayon Məhkəməsinə müraciət etmişdir.
17. Əgər belə bir sərəncam cavabdeh tərəfindən ailənin bir üzvü X1 adına verilirdisə niyə görə iddiaçıların hüquqları tanınmamış və bu barədə onlara məlumat verilməmiş, sərəncamda iddiaçıların adları qeydə alınmamışdır.
18. İddiaçıların hüquqları kobud şəkildə cavabdeh tərəfindən pozulmuşdur. Buna dair bir neçə qonşu, fərdi yaşayış evini inşa edən usta və fəhlə notarial qaydada ərizələrində təsdiq etmişdirlər. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə k i, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
22. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ 61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər. 61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq prosessual nümayəndəyə verə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. İddiaçıların kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət form al baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
26. İddiаçılar cavabdehə qarşı Bаkı İnzibаti Məhkəməsində iddia qaldıraraq cavabdehin üçüncü şəxsin adına verilmiş 23.01.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişlər.
27. İşdə mövcud olan cavabdehin 23 yanvar 2018-ci il tarixli 7 nömrəli sərəncamı ilə üçüncü şəxs tərəfindən Bakı şəhəri, Pirallah ı rayonu, Dübəndi bağ sahəsində istifadəsində olan torpaq sahəsində inşası başa çatdırılmış bir mərtəbəli fərdi yaşayış evi və həyətyanı sahəsindəki tikililərin təqdim edilən layihə əsasında ilkin hüquqi qeydiyyata alınması qərara alınmışdır.
28. İPM-in 61.2-ci maddəsinə görə iddiaçıların öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər.
29. İddiaçıların iddia ərizəsində cavabdehdən tələb etdikləri 23 yanvar 2018-ci il tarixli sərəncam işdə mövcud olmuş və onların həmin sərəncamın surətini, yaxud ondan çıxarış verilməsini məhkəməyə müraciət edərək almaq imkanları olmasına baxmayaraq bunu etməmişlər.
30. O da qeyd edilir ki, işin 39-cu səhifəsində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçılar cavabdehin 23 yanvar 2018-ci il tarixli 7 nömrəli sərəncamının ləğv edilməsinin cavabdehə həvalə edilməsi iddiası ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır. Bu iş üzrə qərardadda da cavabdehin sərəncamına istinad edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6-cı bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
32. Həm iddiaçıların iştirak etdiyi inzibati məhkəmə icraatı qaydasında baxılmış başqa işdə, həm də hazırkı işdə tələb etdikləri cavabdehin sərəncamı işdə mövcud olmuşdur. Belə olan halda iddiaçıların cavabdehin sərəncamının onlara təqdim edilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi məhkəməyə müraciət etmələri anlaşılan deyildir və hazırkı vəziyyətdə iddiaçıların hüquqi marağı mövcud olmamışdır.
33. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışlar.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiy asının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydala ra riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
35. İddiaçıların mübahisə açdıqları sərəncamın onların hüququna toxunması məhkəmə iclasında sübuta yetməmişdir. 36. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçıların cavabdehin 23 yanvar 2018-ci il tarixli 7 nömrəli sərəncamının ləğv edilməsinin cavabdehə həvalə edilməsi iddiası mümkün sayılmayarkən məhkəmə həm də ona istinad etmişdir ki, iddiaçılar müvafiq evdə yaşamadıqlarından, onların həmin evdə qeydiyyatı olmadığından subyektiv hüququ yaranmamışdır.
37. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi hald a mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
38. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqa malik olması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna etmir.
39. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
40. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-745/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.