Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1578/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(103)-774/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 10 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukraynanın Xarkov Milli Avtomobil Yolları Universitetinin Yol hərəkətinin təşkili üzrə qiyabi şöbəsini bitirməyinə dair 30 iyun 2018-ci il tarixli B18 069575 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli, 2-1(82)21 17/2019 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(103)-774/2020 nömrəli qərarı ilə (hakimlər: K.N.Abiyeva /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli, 2-1(82)-2117/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı 8 iyun 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmənin 17 mart 2020-ci il tarixli, 2-1(103)-774/2020 nömrəli qərarından kassasiya şikayəti vermə si üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2020-ci il tarixli, 21(103)-774/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir.
7. İddiaçı 12 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(103)-774/2020 nömrəli qərarından kassasiya şikayətini və prosessual müddətin bərpa olunması barədə ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
8. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizəsini onunla əsaslandırmışdır ki, üzrlü səbəblərə görə, sağlamlığında ciddi problemlər olduğuna və anasının xəstə olmasına görə Ali Məhkəməyə kassasiya şikayəti verə bilməmişdir.
9. İddiaçı 9 sentya br 2022-ci il tarixdə prosessual müddətin bərpa edilməsi barədə təkrar ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək əvvəlki ərizəsində göstərilən xüsusatları bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, 19 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilən karantin qaydalarına görə apellyasiya instansiya məhkəməsinin qərarını gec almış, lakin göstərilən səbəblərdən kassasiya şikayətini vaxtında verə bilməmişdir. Anası uzun müddətdir xəstədir, evin yeganə övladı olduğu üçün anasına baxan yeganə şəxsdir. Atası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət prose s iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkü n sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
13. İddiaçı ərizənin əsası kimi 2020-ci ildə respublika ərazisində karantin rejiminin tətbiq edilməsini, özünün və anasının sağlamlığında ciddi problemlər olmasını qeyd edir. Lakin nəzərə alınmalıdır ki, karantin rejiminin tətbiqi zamanı vətən daşların elektron və ya yazılı qaydada məhkəmələrə müraciətini məhdudlaşdıran hallar mövcud olmamış, məhkəmələr tərəfindən edilən elektron və yazılı müraciətlər qeydə alınaraq sonrakı prosessual hərəkətlər həyata keçirilmişdir.
14. Digər tərəfdən, iddiaçı qanunla müəyyən edilən prosessual müddət ərzində kassasiya şikayəti verməsinə maneə törədən özünün və ya anasının xəstəliyi ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
15. İddiaçının sərəncamında olmuş prosessual müddətdən istifadə imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 21(103)-774/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır, kassasiya şikayətinin qəbulundan imtina edilir.