Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1578/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi t abeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-127/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1994-cü ildən 2001-ci ilədək Saatlı Rayon Təhsil Şöbəsinin müdir müavini, 2001-ci ildən xx.xx.2019-cu il tarixinədək həmin Şöbədə məsləhətçi vəzifəsində işləmişdir.
2. İddiaçıya yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2015-ci ildən təyin edilmiş, dövlət quluqçusu kimi yaşa görə əmək pensiyası isə xx.xx.2019-cu il tarixdən, Saatlı rayon Təhsil şöbəsində işl ədiyi məsləhətçi vəzifəsinin son iki ilinin (yanvar 2017yanvar 2019) əmək haqqı nəzərə alınmaqla təyin olunmuşdur.
3. İddiaçı ona təyin olunmuş dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla, yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-1990-cı illərdə Saatlı rayon Məktəblərarası Tədris İstehsalat Kombinatının direktoru, 1994-cü ildən 2001-ci ilədək Saatlı Rayon Təhsil Şöbəsinin müdir müavini, 2001-ci ildən 2019-cu ilin yanvar ayının 03dək həmin Şöbədə məsləhətçi vəzifəsində işləmiş və pensiya yaşına çatdığına gürə işdən azad edilmişdir. İddiaçı bildirmişdir ki, o, dövlət qulluqçusu kimi pensiya alsa da, ona hesablanmış əmək pensiyası düzgün olmadığından bununla bağlı DSMF-in Saatlı Rayon Şöbəsinə müraciət etsə də, iddiasına cavab verilmişdir ki, 1994-2001-ci illərin əmək haqqı cədvəli tapılmamışdır. İddiaçının Saatlı rayon Dövlət Arxivinə müraciətinə cavab olaraq bildirilmişdir ki, 2000-ci ildən əvvəlki əmək ha qqı cədvəlləri arxivə təhvil verilməmiş və bununla bağlı sənəd aşkarlanmamışdır. İddiaçı bildirmişdir ki, ona Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının pensiya məsələləri ilə bağlı” Sərəncamı şamil edilməmişdir.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, 3 yanvar 2019-cu il tarixindən iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və müəyyən edilmişdir ki, 3 yanvar 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 97,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla orta aylıq əmək haqqının 609,38 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (609,38 manat) 79,50 faizi - 484,46 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2019-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3844,42 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 3866,56 manat ödənildiyindən iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 22,14 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 147,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla orta aylıq əmək haqqının 885,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (885,75 manat) 79,50 faizi - 704,17 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12675,06 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 12725,28 manat ödənildiyindən iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 50,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Beləliklə, xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 72,36 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının mümkün qısa müddətdə cavabdehə təqdim edilməyi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh bildirmişdir ki, 2021-ci ilin fevral ayından etibarən iddiaçının əmək pensiyası 704,17 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.
7. Bakı İnzibati Məhkəməsinin Saatlı rayon İcra Hakimiyyətinə göndərdiyi sorğuya əsasən bildirilmişdir ki, 1994-2001-ci illər üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rayon təhsil şöbələrində müdir müavini vəzifəsinin əmək haqları (mükafat, əlavələrlə birlikdə) barədə sənədlə r Saatlı Rayon Dövlət Arxivinə təhvil verilmiş, Saatlı rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Arxivinə verilən sorğu əsasında müəyyən edilmişdir ki, iddiaçının 2000-2001-ci illər üzrə rayon təhsil şöbələrində müdir müavini vəzifəsinin əmək haqları barədə müvafiq sənəd aşkarlanmış, Saatlı rayon Təhsil Şöbəsinə verilən sorğu əsasında isə iddiaçının Saatlı rayon Təhsil Şöbəsi üzrə 1994-2001-ci illər üzrə müdir müavini vəzifəsində işləməsi təsdiqini tapmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-2727/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qu lluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablamanın aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixdə doldurulmuş əmək kitabçasında işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş qeydlər əsasında müəyyən olur ki, o, xx.xx.1994-cü il tarixdən (Əmr No22, xx.xx.1994) xx.xx.2001-ci il tarixədək ( Əmr No29, xx.xx.2001) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsində işləmişdir və məhkəmə tərəfindən iddiaçının 2000, 2001-ci illərdə əmək haqqı və mükafat alması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilənlərə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək müdir müavini vəzifəsində işləməsi və əmək haqqı alması aşkar olduğundan və bunun üçün dövlət qulluqçusunun qulluq etdiyi dövlət orqanı tərəfindən təsdiqedici arayışın təqdim olunması qanunvericiliklə tələb olunmadığından, həmçinin iddiaçının indi təqdim etdiyi arayış əsasında pensiyanın yenidən hesablanması mümkün olduğundan cavabdehin əmək haqqı barədə arayışın təqdim edilməməsi barədə dəlili qanunsuzdur.
10. Cavabdeh həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-127/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, 1996-1999-cu illər əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının təqsiri üzündən baş vermədiyindən, yəni həmin illərin əmək haqqı cədvəllərin qorunub saxlanılm ası onun deyil, onun işlədiyi dövlət qurumunun dövlət arxivinin öhdəliyi olduğundan iddiaçının dövlət qulluqçusu kimi Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinin dövlət məvacibindən əmək pensiyası almaq hüququnu məhdudlaşdıra bilməz. Belə ki, iddiaçının ən azından 2001-ci ildən etibarən, həmin dövlət qulluğu vəzifəsinin ardıcıl gələn 60 ayının dövlət məvacibindən gələcəkdə pensiya almaq üçün “legitim gözləntisi” mövcud olmuşdur.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində etiraz ərizəsinin və apel lyasiya şikayətinin dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işi tam araşdırmadan, iddianın təmin edilməsi üçün hüquqi və faktiki əsaslar olmadan və maddi və prosessual hüquq normalarını səhv tətbiq edərək qərar çıxarmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun ola raq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına əlavələr nəzərə alınmaqla əmək pensiyası təyin edilir.... 20.11. bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istəni lən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məb ləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır.
21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ola n digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
23. Hazırkı işin hallarına görə iddiaçıya yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2015-ci ildən təyin edilmiş, dövlət quluqçusu kimi ona yaşa görə əmək pensiyası isə xx.xx.2019-cu il tarixdən, Saatlı rayon Təhsil şöbəsində işlədiyi məsləhətçi vəzifəsinin son iki ilinin (2017-2019) əmək haqqı nəzərə alınmaqla təyin olunmuşdur.
24. Həmçinin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini dövlət qulluğu vəzifəsində çalışmışdır.
25. İddiaçının tələbi də məhz daha yüksək dövlət məvacibi aldığı, xx.xx.1996xx.xx.2001-ci illərdə Saatlı təhsil şöbəsində işlədiyi müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasına yönəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının 2000-ci ildən əvvəlki illərin (1996-1999) əmək haqqı cədvəlləri saxlanılmadığından, həmin dövrdə iddiaçıya ödənilən dövlət məvacibini müəyyənləşdirmək mümkün olmamışdır. Həmin illər əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının təqsiri üzündən baş verməmiş, belə ki, həmin illərin əmə k haqqı cədvəllərin qorunub saxlanılması onun öhdəliyi deyil, bu öhdəlik onun işlədiyi dövlət qurumunun və dövlət arxivinin öhdəliklərinə aid olduğundan dövlət qulluqçusu kimi onun Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinin dövlət məvacibindən əmək pensiyası almaq hüququnu məhdudlaşdıra bilməz.
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, qanunvericiliyə görə əmək pensiyası həm də, istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğindən müəyyən olunur.
28. İddiaçıya 1996-2001-ci illərin orta aylıq məbləğindən pensiya təyin edilməsi üçün həmin dövrü əhatə edən əmək haqqı barədə sənədlər mövcud olmalıdır.
29. Məhkəmənin bir neçə sorğusu əsasında 1996-2001-ci illərin əmək haqqı barədə sənədləri əldə etmək mümkün olmamışdır. İddiaçı barəsində tələb etdiyi dövrlə bağlı əmək haqqı almasını təsdiq edən sənədləri əldə edə bilməyən məhkəmə həmin dövr üzrə dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını cavabdehə həvalə etməklə haqlı olmamışdır.
30. İddiaçının 1996-2001-ci illərdə (5 il) aldığı əmək haqqına dair məlumatlar araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmalıdır. Bu məqsədlə məhkəmə tərəfindən aidiyyəti qurumlara (Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Arxivi və digər orqanlar) sorğular göndərilməlidir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, işə təkrar baxılması zamanı apellya siya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan və iş üzrə mübahisənin həll edilməsi üçün əlavə araşdırmaya zərurət yarandığından hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-127/2023 nömrəli qərar ı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.