Məhkəmə qərarları › İş №2-1(102)-1579/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1579/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1579/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bazar qiymətinin əsassız tətbiqi, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsasları, qanunsuz inzibati aktın ləğvi. Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlə t Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(103)-1202/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən 25.12.2018-ci il tarixli qərarla İddiaçı KM-nin 01.10.2015-ci il tarixdən 30.09.2018-ci il tarixədək olan dövr üzrə fəaliyyətinin yoxlanılmasına dair növbədənkənar vergi yoxlaması təyin edilmişdir.

2. Yoxlamanın nəticəsi 07.02.2020-ci il tarixli **********180034 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulma sına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.03.2020-ci il tarixli **********198502 saylı qərarı qəbul edilmişdir.

3. Həmin qərarla 2015-ci ilin mənfəət vergisi üzrə 3100 manat, 2016-cı ilin mənfəət vergisi üzrə 19260 manat, 2017-ci ilin mənfəət vergisi üzrə 8070 manat və 4035 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı KM iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 mart 2020-ci il tarixli **********198502 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən Vergi Məcəlləsin in tələbləri kobud şəkildə pozulmaqla təqribən 1 il 2 aydan artıq bir müddətdə yoxlama aparılmışdır. Bundan əlavə, yoxlama zamanı cavabdehin 04.01.2019-cu il tarixli qərarına əsasən yoxlanılan dövrdə iddiaçı tərəfindən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın həmin dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair ekspertiza təyin edilmişdir. Lakin müəssisə rəhbərliyi Vergi Məcəlləsinin 44.6-cı maddəsinə uyğun olaraq ekspertizanın keçirilməsi barədə qərarla tanış edilməmiş və ona həmin Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və həmin hüquqların həyata keçirilməsi təmin edilməmişdir.

6. Qeyd edilən ekspertizanın təyin olunması haqqında qərarda onun icrası “Azərekspertiza” Birliyinin bir ekspertinə tapşırılmış, lakin qe yd edilən qərar həmin Birliyin digər ekspertinə elan edilmiş, sonuncu tərəfindən 11.04.2019-cu il tarixli vergi qanunvericiliyinin tələbləri pozulmaqla əsassız rəy verilmiş və vergi orqanının müfəttişləri tərəfindən AR Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla 17.07.2019-cu il tarixli səyyar vergi yoxlamasına dair **********180034 saylı akt tərtib edilmiş, iddiaçının guya 15.400,72 manat verginin azaldılmasına yol verməsinə və guya vergidən yayınma məbləğinin 50% məbləğində 9.800 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair birinci əsassız akt yazılmışdır. Sonradan vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətləri və Vergi Məcəlləsinin tələblərinin pozulması ilə keçirilmiş və qanunvericiliyin tələblərinə zidd olaraq ekspert qarşısında yoxlama dövrünü əhatə edən ötən üç il üçün icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair sual qoyulması ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi barədə iddiaçının vəsatəti əsasında cavabdeh tərəfindən 30.09.2019-cu il tarixli qərarla təkrar ekspertiza təyin edilmişdir. “Azərekspertiza” Birliyindən başqa ekspert dəvət edilmiş, ekspert qarşısında yenidən eyni sual qoyulmuşdur. Təkrar ekspertiza zamanı iddiaçının icarəyə verdiyi müvafiq ünvanda yerləşən daşınmaz əmlakın 1 oktyabr 2015-ci tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair sual qoyulan zaman iddiaçının etiraz və vəsatətlərinə və AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarının tələbləri pozulmaqla rəy verilməsi tələb edilmişdir. Bundan sonra müəssisə tərəfindən ekspertizanın AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə zidd təyin edilməsi və ekspert qarşısına qoyulmuş sualın qanunvericiliyə və Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli məlum qərarına zidd olması barədə şikayətlər verilməsinə baxmayaraq, cavabdeh ekspertin 16 oktyabr 2019-ci il tarixli rəyi əsasında 31 oktyabr 2019-cu il tarixdə ikinci dəfə **********180034 saylı səyyar vergi yoxlamasının nəticələrinə dair akt tərtib etmişdir. Həmin aktın hər hansı müqayisəli sənədlər olmadan və ekspertin yalnız şəxsi mülahizələrinə əsaslanaraq yazılmasına dair iddiaçının növbəti şikayətindən sonra heç bir yeni araşdırma və ekspertiza rəyi alınmadan 7 fevral 2020-ci il tarixli üçüncü səyyar vergi yoxlaması aktı tərtib edilərək 31 oktyabr 2019-cu il tarixli aktda göstərilənlər köçürülməklə ekspertin 16 oktyabr 2019-cu il tarixli əsassız və qanuna zidd rəyindəki qiymətlərə uyğun əsassız vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin aktla bir daha qeyd edilən 31 oktyabr 2019-cu il tarixli aktda müəyyən edilmiş məbləğdə, yəni 30.430 manat verginin guya azaldılması müəyyən edilmiş və həmin məbləğin 50 faizi məbləğində 15.215 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə təklif verilmişdir. Yoxlama dövründə iddiaçının daşınmaz əmlakının icarə haqqının orta (real) bazar qiymətinin müəyyən edilməsi ilə bağlı cavabdehin sifarişi ilə dəvət edilmiş ekspertin rəyində hər 1 kv.m üçün, yəni 2015-ci ilin yoxlama dövrünə dair bir kv.m. üçün 10 manat, 2016-cı il üçün 12 mana t, 2017 – 2018-ci illərin yoxlama dövrünü əhatə edən aylar üçün 15 manat müəyyən edilməsi hər hansı müqayisəli qiymətlərlə (sübutlarla), o cümlədən rəsmi sənədlərə, vergi orqanının və vergi ödəyicilərinin məlumatlarına və digər mötəbər sübutlara əsaslanmamışdır. Ekspert öz rəyində 2015-ci ildə və sonrakı illərdə qiymətlərin artmasına dair gəldiyi nəticəni əsaslandırmamış, göstərdiyi qiymətlərin icarə bazarında necə formalaşdığını müəyyən etməmiş, bu qiymətlərin icarə bazarında dinamikasına dair hər hansı bir əsaslandırmanı rəydə əks etdirməmiş, yoxlama dövründə icarə qiymətlərinə dair iddiaçının cavabdehə təqdim etdiyi icarə qiymətlərinin cavabdeh tərəfindən qəbul edilməsinə və bu əsasdan hesabatlar təqdim etməsinə və s. rəy verilməsi üçün zəruri olan hallara dair mütəxəssis kimi fikir bil dirməmiş, nəticədə ekspert cavabdehin sifarişi əsasında yalnız özünün şəxsi təxəyyülünün nəticəsi olaraq qeyd edilən qiymətlər barədə rəy vermişdir. Digər tərəfdən, qeyd edildiyi kimi cavabdehin AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə zidd ekspert qarşısında yoxlama dövrünü əhatə edən müddət üçün icarə haqqının orta (real) bazar qiymətini müəyyən etmək barədə rəy verilməsinə dair kommersiya müqaviləsi bağlaması qanunvericiliyə ziddir. Ekspertiza orqanının kommersiya təşkilatı olaraq öz nümayəndəsi vasitəsi ilə bir tərəfli şəkildə müəyyən etdiyi və heç bir mötəbər mənbəyə əsaslanmayan rəyi əsasında vergi orqanı tərəfindən vergi ödəyicisi üzərinə öhdəlik qoyulması Konsitusiyaya və AR Vergi Məcəlləsinin tələblərinə ziddir. Qanunvericilikdə səyyar vergi yoxlaması zamanı 3 il yoxla ma dövrü üçün real bazar qiyməti müəyyən etmək adı altında verginin azaldılmasının müəyyən edilməsi qaydası nəzərdə tutulmamışdır və hazırki halda cavabdehin qanunvericiliyin qeyd edilən tələblərini pozmaqla qəbul etdiyi 19 mart 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş 7 fevral 2020-ci il tarixli akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, **********198502 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanunsuzdur və ləğv edilməlidir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş və etirazını belə əsaslandırmışdır ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 25 dekabr 2018-ci i l tarixli **********172588 nömrəli qərarına əsasən vergi ödəyicisi üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (Vergi Məcəlləsinin həmin vaxtı qüvvədə olan redaksiyası üzrə) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015 – sentyabr 2018 vergi dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlamasına 26 dekabr 2018-ci il tarixdə başlanmış, yoxlama 3 fevral 2020-ci il tarixdə başa çatdırılaraq, 7 fevral 2020-cu il tarixli **********180034 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmişləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı xüsusi bilik tələb edən hallar mövcud olduğundan ekspert cəlb edilmiş və vergi ödəyicisinin müəyyən aylar üzrə gəlirlərinin mü əyyən edilməsində ekspert rəyindən istifadə edilmişdir. Müəssisənin əsas fəaliyyəti daşınmaz əmlakın icarəyə verilməsi olsa da, vergi ödəyicisi ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq məqsədilə 4 iyun 2017-ci il tarixdə vergi orqanına müraciət etmiş və nəticədə onun sadələşdirilmiş vergi üzrə mükəlləfiyyəti aktivləşdirilmişdir. Vergi ödəyicisi 2017-ci ilin İİ və İİİ rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrini zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 220.1-1.2-ci maddəsinin tələblərinə əsasən 8% dərəcə ilə təqdim etmişdir. Lakin Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə sadələşdirilmiş vergi öd əyicisi olmaq hüququndan istifadə etmədiyi üçün sadələşdirilmiş vergi 4% dərəcə ilə müəyyən edilmiş, yoxlama nəticəsində 2017-ci il üzrə sadələşdirilmiş verginin 4.199,28 manat artıq hesablanması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 19 mart 2019-cu il tarixli **********198502 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla vergi ödəyicisinin 2015-ci ilin mənfəət vergisinin 3.100 manat, 2016-cı ilin mənfəət vergisinin 19.260 manat, 2017-ci ilin mənfəət vergisinin 3.070 manat azaldılması müəyyən edilmiş, 2017-ci ilin mənfəət vergisi üzrə 8.070 manat yayındırılmasına görə 4.035 maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının gedişində müəssisəyə məxsus ünvan 2 ünvanda yer ləşən daşınmaz əmlakın 1 oktyabr 2015-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək əhatə olunan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə "Ekspertizanın təyin edilməsi haqqında" 4 yanvar 2019-cu il tarixli qərara əsasən ekspert cəlb edilmişdir. Ekspertin 9 aprel 2019-cu il tarixli rəyinə əsasən müəssisənin 1 oktyabr 2015-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək obyektin icarə haqqının aylıq məbləği 5.000 manat müəyyən edilmiş, lakin müəssisənin rəhbərliyi ekspert rəyi ilə razılaşmamış və 17 may 2019-cu il "Ekspertizanın təyin edilməsi haqqında" 4 sentyabr 2019-cu il tarixli qərarla təkrarən ekspert cəlb olunmuş və ekspert qarşısında ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın 1 oktyabr 2015-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək əhatə olun an dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuş, lakin vergi ödəyicisi təkrar ekspertiza keçirilməsini tələb etdiyindən həmin qərar üzrə rəy alınmamışdır. Daha sonra başqa ekspert cəlb edilərək, 16 oktyabr 2019-cu il tarixli ekspert rəyi alınmışdır. İddiaçı iddia ərizəsində ekspert qarşısında qoyulmuş sualın Vergi Məcəlləsinin 14.4-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2012ci il tarixli qərarının tələblərinə zidd olduğunu vurğulamışdır. İddiaçının qeyd edilən mövqeyinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində qeyd edildiyi kimi 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzə rə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergi orqanının bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasını həyata keçirmək hüququ vardır. Yəni, vergi orqanının vergi ödəyicisi tərəfindən müqavilədə təsbit etdiyi icarə haqqını vergitutma məqsədilə istisnasiz qəbul etmək kimi öhdəliyi yoxdur. Məhz bu səbəbdən vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin icarə müqavilələrindəki icarə haqqının bazar qiymətini əks etdirmədiyini müəyyən etdiyindən ekspert təyin edərək, bazar qiymətini müəyyən etmiş və verginin hesablanması zamanı ekspert rəyini nəzərə almışdır. Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş halla rda və qaydada kameralı və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti keçirmək vergi orqanının hüququdur. Göstərilənlərə və Vergi Məcəlləsinin 38.1, 39.1, 49.2-ci maddələrinə, İPM-in 58.7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.

8. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-4349/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında (indiki Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 mart 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ının ləğv edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, mübahisələndirilən 19 mart 2020-ci il tarixli **********198502 nömrəli qərar qanuna ziddir. Belə ki, vergi orqanı tərəfindən aparılmış yoxlama qanunla müəyyən edilmiş müddətlərdə (Vergi Məcəlləsinin 38.2-ci maddəsi) aparılmamışdır. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. Cavabdeh tərəf yoxlama müddətinin dayandırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (bu qərar özündə yoxlama müddətinin artırılmasını ehtiva edir) barədə qərarların yuxarıda qeyd olunan reyestrə daxil olunmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Eləcə də keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı cavabdeh tutarlı hər hansı dəlil də təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Bundan əlavə, 2015-2016-cı illər üzrə aparılmış yoxlama üzrə Vergi Məcəlləsinin 85.4-cü mad dəsində nəzərdə tutulmuş 3 illik müddətə əməl edilməmişdir. Həmçinin, vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisinin iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqının icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlər əsasında Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə istinadən hesablanması əsassızdır. Çünki, Məcəllənin 14.6.3.3-cü maddəsinin müddəaları 14-cü maddədə nəzərdə tutulmuş digər üsullardan istifadənin mümkünsüz olduğu halda tətbiq oluna bilər. Hətta Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, həmin maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Halbuki, yoxlama zamanı inzibati orqan tərəfindən hə min maddədə sadalanan nəinki bütün üsulların, hətta onların bir qisminin mümkünlüyü yoxlanılmamış və bu barədə əsaslandırma aparılmamışdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-1202/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı 10.06.2021-ci il tarixində cavabdehə təqdim edilmişdir.

14. Cavabdeh 07.07.2021-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində cavabdeh iddia tələbinə etirazında bildirdiyi halları təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsinin Vergi Məcəlləsinin 38.2-ci maddəsinə istinad edərək yoxlamanın 30 gündən artıq davam edə bilməməsi nəticəsinə gəlməsi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 38.1, 38.2 və 38.4-cü maddələri əlaqəli şəkildə tətbiq edilməlidir. Həmin maddələrin əlaqəli təhlilinə əsasən isə yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılma müddəti iş günləri ilə hesablanmalıdır (Ali Məhkəmənin 2-1(102)-6/2020 saylı qərarında oxşar mövqe əks olunmuşdur). Bundan əlavə, aparılan yoxlama «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin tələblərinə uyğun olaraq qeydiyyata alınmış, bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilmiş, lakin apellyasiya məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa, 3 illik müddət ötürülməklə yoxlamanın aparılması barədə apellyasiya məhkəməsinin mövqeyi də düzgün deyildir. Belə ki, yoxlamanın keçirilməsi barədə qərar qəbul edilərkən (25.12.2018-ci il tarixli) 3 illik müddət keçməmişdi. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan üsullardan istifadə olunm adan bazar qiymətini müəyyən etmək üçün birbaşa ekspert cəlb edilməsi əsassızdır. Bununla bağlı olaraq kassator qeyd etmişdir ki, Vergi Məcəlləsinin sözügedən maddəsində bazar qiymətinin müəyyən edilməsinin 3 üsulu təsbit edilmişdir (sonrakı satış qiymətinə əsasən, dəyərin toplanması üsulu və ekspertiza təyin edilməsi). Lakin, qeyd edilən ilk iki üsulla icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi mümkün olmadığından, ekspertiza təyin etməklə bazar qiyməti müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən keçirilən ekspertiza zamanı əldə olunan qiymətlər vergi orqanının tətbiq etdiyi qiymətlərə yaxın olsa da, aşağı instansiya məhkəmələri bu halı nəzərə almamışlar. Bundan başqa, kassasiya şikayətinə əlavə olaraq təqdim edilmiş iddiaçının obyektinin yerləşdiyi ərazidə bağlanmış analo ji icarə müqavilələrinin surətlərindən görünür ki, həmin ərazi üzrə daşınmaz əmlakın icarə haqqı məbləği ilə vergi ödəyicisinin bəyan etdiyi məbləğlər arasında kəskin fərq vardır. Beləliklə, apelyasiya məhkəməsi işdəki sübutları və apellyasiya şikayətinin dəlillərini hərtərəfli qiymətləndirmədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçıya təqdim olunmuş məhk əmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Vergi Məcəlləsi (vergi hesablanan dövrə qüvvədə olan redaksiyası): Maddə 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Maddə 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. M addə 14.3. bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (14.3.1), təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (14.3.2), 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3), müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (14.3.4), bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (14.3.5). Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli m allarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikay ət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdı rmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş 25.12.2018-ci il tarixli **********172588 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir.

27. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyü nü nəzərdə tutur.

28. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

29. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

30. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hall arda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

31. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şə rtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməs ininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

32. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

33. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh tərəfindən icarə haqqı məbləğinə bazar qiymətinin tətbiqi ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsi bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının yol verildiyi halların dəqiq siyahısını təsbit etmişdir. Qeyd etmək lazımdır ki, həmin normada nəzərdə tutulmuş halların tətbiqi ilə bağlı da cavabdeh diskresion səlahiyyətə malikdir.

34. Sözügedən maddənin vergi hesablanan dövrə qüvvədə olan redaksiyasında barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (14.3.1), təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (14.3.2), 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qi ymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3), müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (14.3.4), bu Məcəllənin 124.4cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (14.3.5) bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması imkanı nəzərdə tutulmuşdur.

35. Hazırkı iş üzrə isə iddiaçı barəsində onun tərəfindən aparılan icarə əməliyyatlarına bazar qiymətinin tətbiqi üçün Vergi Məcəlləsinin 14.3-cü maddəsində təsbit edilən hallar müəyyən olunmadığından, bazar qiyməti əsasında icarə haqqının hesablanması qanunsuz sayılmalıdır. Belə ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzər də tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında da qeyd edildiyi kimi, bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər, hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan bi ridir (quivis praesumitur bonus dones probetur contrarium).

36. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar).

37. Vergi or qanı kassasiya şikayətində Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən bazar qiymətlərinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilə bilməsinin mümkünlüyünə istinad etsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi bazar qiymətinin müəyyən edilməsində istifadə olunan qiymətləndirmə üsulları ilə bağlıdır. Lakin bu qiymətləndirmə üsulundan (hazırkı halda ekspert rəyi) istifadə etmək üçün ilk növbədə 14.3-cü maddəsində sadalanan hallar mövcud olmalıdır. Belə hallar olmadan bazar qiymətinin tətbiqi əsassız və qanunsuz olduğundan, bazar qiymətinin hansı üsulla müəyyən edilməsinin düzgünlüyünə hüquqi qiymət verilməsinə hazırkı iş üzrə zərurət yoxdur.

38. Qeyd edilənlərlə yanaşı, aparılan yoxlama zamanı 2015 - 201 6-cı illər üzrə mənfəət vergisinin məbləğləri hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət tələbinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması zamanı yoxlamanın dayandırılması, habelə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların qəbulu səlahiyyətləri vergi orqanına verilsə də, bu barədə qərarların qəbulu məhz yuxarıda qeyd olunan 3 illik müddətin axımını dayandırmır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 19 mart 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apelyasiya instansiya m əhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(103)-1202/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar