Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1579/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (XX.XX.1944-cü il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində m ülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq cıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-873/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 11 mart 2021-ci il tarixdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir.
2. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq 12 mart 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən, ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğun suzluq təşkil edir və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin, sözügedən torpaq sahəsinin ölçüsü Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamında qeyd edilməyib. Eyni zamanda, təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir.
3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 26 aprel 2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, RİHB-nin (mətnə uyğun) Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən, Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama Səbail RİH Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş Paşayev Fərzalı (mətnə uyğun) Abbasqulu oğluna məxsus bağ sahəsinin cizgisi əlavə edilmişdir. Sərəncama əlavə edilmiş İddiaçı tərəfindən Səbail RİH-nə ünvanlanmış ərizədən görünür ki, o, 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 29 dekabr 1989-cu il tarixli qərarı ilə ona verilən Badamdar qəsəbəsində yerləşən bağ sahəsində fərdi evin tikintisinə icazə verilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış 6 may 2021-ci il tarixli məktubdan görünür ki, qaldı rılan məsələ ilə əlaqədar bildirilmişdir ki, Səbail RİH başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı Sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 25 may 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 23 iyul 2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri X3 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29 dekabr 1989-cu il tarixli, 40/4660 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, İcraiyyə Komitəsinin 14 iyul 1989-cu il tarixli, 22/2175 nömrəli qərarına əlavə olaraq İddiaçı, A.M.Hüseynov, A.T.İsmayılov, M.A.Paşayevin bağ sahəsi verilən şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. 7. "xxxx" MMC tərəfindən tərtib edilmiş bağ sahəsinin mövcud vəziyyətdə Planından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamı ilə İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, İİ Massiv, 10-cu küçə ünvanında ayrılmış bağ sahəsi 700 kv.m təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən torpaq sahəsinin koordinatlarının və ölçüsünün mövcud vəziyyə tdə müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən bağ sahəsi 30 ildən artıq müddətdir ki, fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsinin sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi üçün iddiaçı Səbail rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamına əsasən, Badamdar qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilm iş və yerləşmə cizgisinə əsasən mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin, Səbail rayonu İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin həmin bağ sahəsinə dair tərtib etdiyi cizgidə bağ sahəsinin ölçüləri öz əksini (divarların uzunluğu ölçülməklə) tapmışdır. Qeyd olunan sənədlər əsasında həmin bağın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə etdiyi müraciətə, həmin idarədən verilmiş 12 mart 2021-ci il tarixli cavab məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunan məktubda imtinanın əsası kimi göstərilmiş hallar ondan ibarətdir ki, torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşk il edir və konfiqurasiya fərqləri mövcuddur, həmçinin Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyi göstərilmişdir. Göründüyü kimi, qeyd olunan sərəncamda bağ sahəsinin mövcud olması və bağ sahəsinin ölçüsünün icra nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə əsasən müəyyənləşdiyi qeyd olunmuşdur. Həmçinin, həmin bağın yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı, o cümlədən qonşularla heç bir mübahisə yoxdur. Torpaq sahəsi hasara alınmışdır və həmin torpaq sahəsinin mövcud vəziyyətdə iddiaçının istifadəsində və sahibliyində olması hamıya məlumdur. Bu səbəbdən də cavabdehin 12 mart 2021-ci il tarixli məktubunda göstərilən hallar tamamilə əsassızdır.
10. İddiaçı iddia tələbinin dəqiqləşd irilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən və onun istifadəsində və sahibliyində olan 700 kv.m torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5158/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5158/2021 nömrəli, 7 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən 700 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri X3 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29 dekabr 1989-cu il tarixli, 40/4660 nömrəli qərarının, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamının ləğv edilməsi və ya qüvvədən düşməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığından, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsas mövcuddur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-873/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabde h həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin, Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Eyni zamanda, təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir (Badamdar qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir). İdarənin mütəxəssisləri tərəfindən aparılan yerli baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 660 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(103)-873/2022 saylı qərarının əsaslandırıcı hissəsində apellyasiya şikayətinin dəlilləri olan “Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 fevral 1999-cu İl tarixli, 251 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməməsi və təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməməsi”nə münasibət bildirilməmişdir.
19. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
20. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin təl əbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yükl ülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Maddə 8.0.8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minən ədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olun duqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
23. Torpaq Məcəlləsi: Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Maddə 66. 2-ci hissə. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı i şə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şik ayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Belə ki, hazırkı işin hallarından görünür ki, Bakı şəhəri X3 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29 dekabr 1989-cu il tarixli, 40/4660 nömrəli qərarına əsasən, iddiaçının bağ sahəsi verilən şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, iddiaçı Səbail RİH-nə ərizə ünvanlayaraq ona verilən Badamdar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi evin tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamı ilə RİHB-nın Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən, Badamdar qəsəbəsində mövcud olan bağ sahəsin in iddiaçının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama torpaq sahəsinin cizgisi də əlavə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Plana əsasən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamı ilə iddiaçıya Səbail rayonu, Badamdar qəsəbəsi, İİ Massiv, 10-cu küçə ünvanında ayrılmış bağ sahəsi 700 kv.m təşkil edir və torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, Bakı şəhəri X3 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29 dekabr 1989-cu il tarixli, 40/4660 nömrəli qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 saylı sərəncamına əsasən i ddiaçıya torpaq sahəsi ayrılması, həmin qərarın və sərəncamın ləğv edilməsi və ya qüvvədən düşməsini təsdiq edən hər hansı sübutun iş materiallarında mövcud olmadığı, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi ilə bağlı məsələləri apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razı laşır.
32. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-873/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.