Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1579/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal GəlirlərBaş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ö dəmənin və faizlərin qaytarılması ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə forması ilə müraciət etmiş, lakin cavabdeh iddiaçının bağladığı partnyorluq sazişinin tələblərinə əməl etmədiyini əsas kimi gətirməklə, ərizənin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacağı günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: P.Hüseynov) e-2-1(112)-6481/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək həmin q ərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruczadə sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) xx.xx.2023-cü il tarixli, 2-1(103)477/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6481/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. İşə kassasiya qaydasında baxılanadək, yəni 15 may 2023-cü il tarixdə cavabdeh ərizə göndərərək apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsinə dair cavabdehin müraciəti təmin edilməli, iş üzrə kassasiya icraatına xitam verilməlidir.
10. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi şikayət üzrə başlanmış kassasiya icraatına xitam verilsin.