Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-158/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-158/2019) Bakı şəhəri 30 yanvar 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, avtomobilin onun adına rəsmiləş dirilməsi və ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2018 saylı, 20 sentyabr 2018ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı minik avtomobili X1 mülkiyyətində olmuşdur. Həmin avtomobil idarə edilərkən müxtəlif vaxtlarda, yəni 2014-2016-cı illərdə inzibati xəta törədildiyinə görə dəfələrlə cərimə təyin edilmişdir. **-CZ-*** döv lət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı minik avtomobili Fizuli rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli 2(064)-1700/2016 icra vərəqəsi və Fizuli rayon İcra və Probasiya şöbəsinin 3189 N-li 20.12.2017-ci il tarixli sifariş məktubu əsasında “xxxx” tərəfindən 29.01.2018-ci il tarixdə keçirilən hərracda 16.500 manata İddiaçı (bundan sonra - iddiaçı) satılmış, avtomobilin satılması 29.01.2018-ci il, 09/01 N-li Hərracın nəticələri barədə Protokolla rəsmiləşdirilmişdir. Bank VTB (Azərbaycan) ASC, X2 ilə aralarında bağlanmış 07.09.2012-ci il tarixli “İpoteka müqaviləsi”nə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mübahisəli avtomobilin girovdan azad edilməsi barədə 01.02.2018-ci ildə Baş Dövlət Yol Polisi İdarəsinə məktub ünvanlamışdır. Fizuli rayon İcra və Probasiya şöbəsi, müb ahisəli avtomobil açıq hərracda satıldığından, həmin avtomobilin üzərində olan məhdudiyyətlərin götürülməsi və qalib alıcının adına rəsmiləşdirilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə 02.02.2018-ci il tarixli məktub ünvalamışdır. İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, “Chevrolet Malibu” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz adına rəsmiləşdirilməsini xahiş etmiş, 05.04.2018-ci il tarixli 016-26250H-3218 saylı məktubla, cavabdeh İdarənin mərkəzi informasiya sistemində mübahisəli avtomobillə yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə müvafiq protokolların tərtib edilməsi və avtomobilin üzərində ödənilməmiş cərimə öhdəliklərinin olması barədə məlumatların mövcudl uğu əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, **-CZ-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Malibu» markalı minik avtomobilinin onun adına rəsmiləşdirilməsi və ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı **-CZ-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Malibu» markalı minik avtomobilini 29.01.2018-ci il tarixdə “xxxx” MMC-də keçirilmiş açıq hərracda 16.500 manata almışdır. Avtomobil Fizuli rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli qətnaməsinin icrası məqsədilə hərraca çıxarılmışdır. Fizuli rayon İcra və Probasiya şöbəsi 02.02.2018-ci iİdə Baş Dövlət Yol Polisi İdarəsinə məktub ünvanlayaraq açıq hərracda satıldığı üçün avtomobil üzərində olan məhdudiyyətin götürülməsini və avtomobilin hərracın qalibinin, yəni idiaçının adına rəsiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda, Bank VTB (Azərbaycan) ASC də 01.02.2018-ci ildə Baş Dövlət Yol Polisi İdarəsinə məktub ünvanlayaraq açıq hərracda satıldığı üçün avtomobilin girovdan azad edilməsini xahiş etmişdir. Buna baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatİmtahan Şöbəsinin əməkdaşları heç bir hüquqi əsas olmadan avtomobili iddiaçının adına sənədləşdirməkdən imtina etmişlər. Onlar imtinaya əsas olaraq avtomobilin radarlara görə 753 manat borcu olduğunu göstərmiş, yalnız həmin borc ödəniləcəyi təqdirdə sənədləşməni aparacaqlarını bildirmişlər. Göstərilən bu əsas tamamilə q anunsuzdur. Belə ki, həmin borclar avtomobilin hərrac vasitəsi ilə alqı-satqısından əvvəlki dövrdə yaranmışdır. Bu hal Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq olunmuş cədvəldən açıq-aşkar görünür. Cədvələ görə MMX radarlarının son qeydəalınma tarixi 20.04.2016-cı il göstərilmişdir. Həmin tarixlərdə avtomobil X1 xüsusi mülkiyyətində olmuş və siyahıdakı inzibati xətaların hamısı onun tərəfindən törədilmişdir. Cavabdeh tərəfindən isə əvvəlki təqsirkar sürücünün cərimələri ondan istənilir. Bu tələb tamamilə qanunsuzdur. Çünki İnzibati Xətalar Məcəlləsi inzibati xətaya görə avtomobilin deyil, inzibati xətanı törədən şəxsin məsuliyyətini nəzərdə tutur. Pozulmuş hüquqlarının bərpası üçün Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etsə də, bu heç bir nəticə verməmiş və qanuni tələb inin təmin olunmasından imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, qanunvericilik aktlarının tələblərinə görə, iddiaçı tərəfindən hərrac vasitəsi ilə alınmış avtomobilə dair Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində ödənilməmiş cərimə öhdəliklərinin olması barədə məlumat olduğundan, nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi qeyri-mümkün olmuşdur. Buna görə də avtomobilin iddiaçının adına dövlət qeydiyyatından imtina edilməsi qanunauyğundur. Cavabdeh hesab edir ki, hərracın keçirilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə heç bir məlumat verilmədiyindən, hərracın keçirilməsində Baş Dövlət Yol Polisi İdarəsi iştirak etmədiyindən, **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı minik avto mobilinə dair yüklülük barədə arayış təqdim edilmədiyindən imtina əsaslıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2376/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, cavabdehin hərəkətləri qanunsuz hesab edilərək **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı minik avtomobilinin iddiaçının adına rəsmiləşdirilməsi və ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli avtomobilin əvvəlki sahibi tərəfindən törədilmiş inzibati xətaya görə tətbiq edilmiş cərimələrin ödənilməsinin təmin edilməsinin iddiaçının üzərinə öhdəlik kimi qoyulması əsassızdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti ve rilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2376/2018 saylı, 14 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin də lilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən tətbiq etməli olduğu hüquq normalarını tətbiq etməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mahiyyət etibarilə əsassız və qanuna zidd qərar çıxarmaqla cavabdehin hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqəti əks etdirmir. İddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində **-CZ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Malibu” markalı minik avtomobilin üzərində yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə müvafiq protokolların tərtib edilməsi və ödənilməmiş cərimə öhdəliklərinin olması barədə məlumat mövcuddur. Qanunvericiliyin tələbinə görə is ə yalnız cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurdu ğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Daha sonra qeyd edilir ki, qanunun tələbinə görə iddiaçı tərəfindən hərrac vasitəsilə alınmış **-CZ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Malibu” markalı minik avtomobilinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində ödənilməmiş cərimə öhdəliklərinin olması barədə məlumat olduğundan nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi qeyri-mümkün olmuşdur. Buna görə də qanuna uyğun olaraq avtomobilin dövlət qeydiyyatından imtina edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qanunvericiliyin tələblərinə riayət etməmiş, avtomobilə dair ödənilməmiş cərimə öhdəlikləri olduğu halda, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsini Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoymuşdur. Kassator eyni zamanda qeyd edir ki, hərracın keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə heç bir məlumat verilməmiş, hərracın keçirilməsində Azərbaycan Respublikası DİN BDYPİ iştirak etməmiş, **-CZ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Malibu” markalı minik avtomobilinə dair yüklülük barədə arayış təqdim edilməmişdir. Əgər yüklülük barədə ara yış Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsə idi, iş materiallarında yüklülük barədə arayış və həmin arayışın Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən alınmasına dair poçt qəbzi mövcud olardı. Lakin hazırki halda iş materiallarında iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə əməl etməklə hərəkət etmiş və bununla da iddiaçının qanunla qorunan hüquq və maraqlarına xələl gətirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi g östərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iddiaçı mübahisəli avtomobili 2017-ci ildə hərracdan əldə etdiyi halda, tətbiq olunmuş cərimələr 2014-2016-cı illərə təsadüf edir və həmin cərimələr avtomobilin əvvəlki sahibi A.Aslanov tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilən cərimələrdir. Belə olan halda, iddiaçı avtomobilin əvvəlki sahibi tərəfindən törədilmiş, yəni özü törətmədiyi inzibati xətaya görə təqsirli hesab edilə bilməz və odur ki, bu inzibati xətaya görə onun məsuliyyəti istisna edilir. Azərba ycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Odur ki, iddiaçı törətmədiyi inzibati xətaya görə inzibati məsuliyyət daşıya bilməz. Digər tərəfdən, cavabdehin kassasiya şikayətində istinad etdiyi “Yol hərəkəti haqqında” Qanunun 27.5-ci maddəsində, habelə Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.6-cı bəndində də məhz, “nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimənin ödənildiyi” halda, qeydiyyatın mümkünlüyü qaydası müəyyən edilir. Bu dəlillə cavabdeh apellyasiya instansiyası məhkəməsinə də müraciət etmiş, apellyasiya instansiya məhkəməsi isə öz növbəsində haqlı olaraq qeyd etmişdir ki, iddiaçı barəsində avtomobillə bağlı yol hərəkəti təhlükəsizliyinin təmin e dilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş mövcud olmamışdır. O, məhkəmə qərarının icrası qaydasında təşkil olunmuş hərracın nəticələrinə görə həmin hərracı udan və avtomobili əldə edən şəxsdir. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan maddi hüquq normaları düzgün təfsir olunmur. Məhkəmə kollegiyası həmçinin, cavabdehin hərracın keçirilməsi barədə məlumatlandırılmaması və mübahisəli avtomobilə dair yüklülük barədə arayış təqdim edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, avtomobil məhkəmə qərarının icrası qaydasında hərraca çıxarılmışdır. Cavabdeh isə icra prosesinin iştirakçıları sırasına aid edilmir. O ki, qaldı onun hərracda iştirak etmək məsələsinə, hərracın keçirilməsi hərracı təşkil edən ixtisaslaşdırılmış müəssisələr tərəfindən həyata keçirilir, qanunvericiliyə uyğun qaydada kütləvi informasiya vasitələrində elan verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən, Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana b ilər. 414.4-cü maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Avtomobilə dair yüklülük barədə arayışın cavabdehə təqdim edilməməsinə gəldikdə isə, məhkəmə kollegiyası kassasiya şikayətini bu dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bank VTB (Azərbaycan) ASC cavabdehə 0 1.02.2018-ci il tarixli 1096 saylı məktub ünvanlayaraq ondan müştəri tərəfindən ipoteka ilə təmin edilən öhdəliyin hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 09/01 nömrəli protokolu ilə əlaqədar ipotekanın qeydiyyatına xitam verilməsini və ipoteka predmetini təşkil edən nəqliyyat vasitəsinin girovdan azad edilməsini xahiş etmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, avtomobilin iddiaçının adına qeydiyyatının aparılmasından və ona qeydiyyat barədə şəhadətnamə verilməsindən imtina qanunsuzdur. Belə olan halda, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmələr cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Səd rlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov Sədrlik edən: Kəmaləddin Bədəlov Hakimlər: İlqar Dadaşov Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-158/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-158/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver