Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-158/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-158/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: əlil hərbi qulluqçunun pensiya təminatı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərtlə Təyinat İdarəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərtlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2397/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının düzgün hesablanmaması nəticəsində pensiya hüququnun yarandığı gündən (1992-ci ildən) yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxx 1993-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1983-1985-ci illər ərzində Sovet ordusu tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, 1991-1992-ci illərdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, odlu güllə yarası almış, müalic ədən sonra ordudan tərxis olunmuş və ona müddətsiz 2 qrup müharibə əlilliyi təyin edilmişdir. İddiaçıya müharibə əlili kimi əmək pensiyası təyin edilmiş, lakin pensiyanın məbləği düzgün hesablanmamışdır. İddiaçı müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi pensiyasının yenidən hesablanmasını xahiş etmiş, onun pensiyası yenidən hesablansa da, yaranmış fərq pensiya hüququnun yarandığı tarixdən deyil, xx xxxxxx 2007-ci il tarixdən hesablanmış, əvvəlki illərin pensiya fərqinin ödənilməsindən isə cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi xx xxxxxx 2007-ci il tarixdən Dövlət Sosial Müdafiə Fonduna həvalə edi lmiş, iddiaçının əmək pensiyası məbləğində yaranmış fərq də məhz həmin tarixdən hesablanmaqla ödənilmişdir. Göstərilən tarixdən əvvəlki dövr üçün əmək pensiyası məbləğinin hesablanması və fərqin ödənilməsi isə cavabdehin səlahiyyətləri çərçivəsində olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)1431/2019 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdehin xx xxxxxx 2007-ci il tarixədək hərbi qulluqçuların pensiya təminatı məsələlərinə Fondun cavabdehlik daşımamasına istinad etməsi qanunsuz və əsassız olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2397/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və hesab etmişdir ki, xx xxxxxx 2007-ci il tarixdən sonra qanunvericilikdə olan dəyişikliklərlə əlaqədar olaraq dövlət tərəfindən Müdafiə Nazirliyinin büdcəsində pensiya təminatı ilə bağlı vəsaitlər nəzərdə tutulmamışdır. İdiaçıya ödənilməl olan pensiya onun mülkiyyətini təşkil edir və pensiyanın düzgün hesablanmaması nəticəsində iddiaçı onun mülkiyyətini təşkil edən məbləği almaqdan məhrum olmuşd ur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əsasnaməsi”nin 8.5, 8.6, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 7, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavab deh şikayətində bildirmişdir ki, qanunvericiliyin iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş tələblərinə əsasən, keçmiş müddət üçün pensiya onu almaq hüququnun yarandığı tarixdən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl üçün hesablanmaqla təyin edilir. Qanunvericilik, pensiyanın keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməsini isə pensiyanın pensiya təyin edən orqanın təqsiri ucbatından vaxtında alınmadığı halla şərtləndirmişdir. Cavabdeh məlamat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə pensiya təyin etmiş, iddiaçının bununla bağlı vaxtında müraciət etməməsi isə cavabdehin təqsiri səbəbindən baş verməmişdir. Nə əvvəllər qüvvədə olmuş, nə də mövcud qanunvericilik iddiaçıya pensiyanın 1993-cü ildən hesa blanmasını nəzərdə tutmamışdır və məsələnin belə tənzimlənməsi dövlət büdcəsinə zərər vura bilər. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 45, 46, 49cu maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayət in təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı Müdafiə Nazirliyinin əsgəri hərbi qulluqçu olaraq, xx xxxxxxxx 1992-ci il tarixdə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona xx xxxx 1993-cü il tarixdə ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ artıq 1993-cü ildə yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx xxxxxx 2007-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlilliyinin səbəbi 1992-ci il tarixdə öz təsdiqi ni tapdığından, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ məhz həmin tarixdən yaranmışdır və həmin tarixdən ödənilməmiş qalan pensiya fərqi ona ödənilməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, hərbi qulluqçuların pensiya təminatı haqqında qanunvericiliyin tələblərinə əsasən, vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi tarixdən ən çoxu 12 ay əvvəldən təyin edilir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Apellyasiya məhkəməsi iddiçının hərbi qulluqçu kimi pensiya hüququnun yaranmasını 1993-cü ilə aid etmişdir. Zamana görə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanu nunun: - 45-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara — xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə - ailə başçısının vəfat etdiyi gündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi gündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara — əlilliyin müəyyən edildiyi gündən; (...) Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüqu qunun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir; - 46-cı maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır. Həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir; - 49-cu maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya m əbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Maddələrin əlaqəli təhlilinə görə, əlil olmuş hərbi qulluqçulara pensiya əlilliyin müəyyən edildiyi gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilməlidir. Yəni həmin maddənin zamana görə tətbiqi müvafiq olaraq keçmiş müddət üçün pensiya fərqinin ən çoxu 12 ay üçün ödənilməsini nəzərdə tutmuşdur. Lakin Qanunun 49-cu maddəsi “Keçmiş müddət üçün pensiyaların ödənilməsi” qaydasını aşağıdakı kimi müəyyən etmişdir: (1) hesablanmış və vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilməsi; (2) pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğlərinin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməsi. Bu maddənin məzmunu onu ehtiva edir ki, əgər pensiya məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya təyin edən orqanların təqsiri üzündən düzgün olaraq hesablanmamışdırsa, bu halda pensiya məbləğində yaranmış fərq keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməlidir. Maddənin tələblərinin tətbiqi isə o anlamı yaradır ki, hərbi qulluqçu pensiyanın təyin edilməsi üçün müraciət etmiş, ona müvafiq pensiya təyin edilmiş, lakin sonradan pensiyanın düzgün hesablanmadığının pensiya orqanının təqsiri üzündən baş verdiyi müəyyən olunduğu təqdirdə, həmin məbləğ keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməlidir. Bununla isə müəyyən olunur ki, zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 1993-c ü ildən təyin edilmiş əmək pensiyasının düzgün hesablanmaması pensiya təyin edən orqanların təqsiri üzündən baş verdiyi müəyyən olunduğu halda, pensiyanın təyin edilməsi günündən yaranmış fərq ona ödənilməlidir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə, iddiaçıya xx xxxx 1993-cü il tarixində ümumi əsaslarla ikinci qrup əlilliyə görə pensiya təyin edilmiş, halbuki onun həmin vaxtdan hərbi qulluqçü kimi pensiya almaq hüququ yaranmışdır, lakin cavabdeh xx xxxxxx 2007-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsini qərara almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaların tətbiqi üçün müvafiq işin halları tam müəyyən edilməmişdir. Belə ki, cavabdehin etiraz, apellyasiya və kassasiya şikayətlərindən göründüyü kimi, iddi açı 2015-ci il tarixində cavabdehə müraciət edərək pensiyanın hərbçi kimi hesablanmasını xahiş etmişdir, onun müraciəti təmin edilərək, xx xxxxxx 2007-ci ildən pensiya fərqi ödənilmişdir. İddiaçının dəlillərinə görə isə ona 1993-cü il tarixindən müharibə əlili kimi pensiya təyin edilmiş, lakin pensiyanın hesablanması zamanı onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu nəzərə alınmamışdır. Belə olan halda, apellyasyasiya məhkəməsi tərəfindən hansı sübut əsasında faktın, yəni iddiaçının ümumi əsaslarla ikinci qrup əlil olduğunun müəyyən edilməsi aydın deyildir. Halbuki, iddiaçıya 1993-cü il tarixində hansı növ pensiyanın və hansı qaydada təyin edilməsinin araşdırılması o səbəbdən zəruridir ki, 1993-cü il tarixindən yaranmış pensiya fərqinin ödənilməsi üçün pensiya təyin edən or qanların təqsiri üzündən onun düzgün olaraq hesablanmaması müəyyən edilməli idi. Eyni zamanada, məhkəmə kollegiyası hesab edir ki, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyanın düzgün olaraq hesablanmaması müəyyən edilmədiyi tədirdə, tətbiq edilməli olan qanunvericilik aşağıdakılardan ibarət olmalıdır.li İşin hallarından göründüyü kimi, iddiaçıya təminat xərcliyinə dair məlumat əsasında pensiya məbləğində yaranmış fərq xx xxxxxx 2007-ci il tarixindən hesablanmaqla ödənilmişdir. xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra mətndə - Qanun) mübahisəli məsələ aşağıdakı kimi tənzimlənmişdir: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün, (...) təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddələrin tələblərindən göründüyü kimi, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilməlidir. İstinad edilən Qanunda əvvəlki qannvericiliyin tələblərinin tətbiqi yalnız güzəştli şərtlərlə pensiya təminatı hüququna aid olan həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilənlər isə o nət icəni yaradır ki, göstərilmiş Qanun yalnız onun qüvvəyə mindiyi, yəni xx xxxxxx 2006-cı il tarixdən yaranmış hüquq münasibətlərinə tətbiq edilməlidir. Cavabdehin kassasiya şikayətində istinad etdiyi maddələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanunu ilə əlavə edilmiş və 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Belə ki, istinad olunan Qanunun: - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Maddələrin tələblərindən göründüyü kimi, həmin Qanunun tələbləri yalnız onun qüvvəyə mindiyi tarixdən tətbiq edilməli və keçmiş müddət üçün alınmamış pensiya məbləği yalnız əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Bu maddələrin tələblərinin tətbiq edilməməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətəbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişd ir. Eyni mahiyyətli müddəa həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müdd əalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməs indən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər.” Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğun deyildir və apellyasiya məhkəməsi məsələyə tam düzgün qiymət verməmişdir. Bununla da apellyasiya məhkəməsinin nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsinin icra etmədiyini bildirir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində i craat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏV İ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərtlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2019cu il tarixli, 2-1(103)-2397/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-158/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-158/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver