Məhkəmə qərarları › İş №2-1(102)-158/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-158/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-158/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması, 01.03.2019-cu il t arixdən 160 manat, 01.10.2019-cu il tarixdən 320 manat məbləğində ona pensiya təyin edilməsi və 1136,64 manat ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya məhkəməsinin İnzibati Kollegiyasının 01.10. 2021-ci il tarixli, 2-1(103)2089/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 01.01.2019-cu il tarixdən yaşa görə 245.44 manat (125.44 sığorta hissəsi + 120 manat elmlər namizədi elmi dərəcəsinə görə sığorta hissəsinə əlavə) əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək 01.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının 320 manat məbləğində müəyyən olunmasını və ona ödənilməyəni c əmi 1136,64 manat pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh 29.06.2020-ci il tarixli bildirişlə iddiaçının müraçiətinin təmin edilməsindən imtina olunduğunu qeyd edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat məbləğində vəsait əmək pensiyasının sığorta hissəsinin tərkib hissəsi hesab edilir. Qanunvericiliyə uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Onun pensiyasının məbləği 200 manatdan aşağı deyildir. Fəlsəfə doktoru elmi dərəcəsinə görə verilən əlavə də nəzərə alınmaqla pensiyanın ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduğu hallarda, təyin edilmiş pensiya əmək pensiyasının minimum məbləğinə çatdırılaraq ödənilir. Odur ki, ona pensiya qanunvericiliyin tələblərinə müvafiq olaraq düzgün hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, təyin olunmuş pensiyanın yenidən hesablanması, ona 01.03.2019-cu il tarixdən 160 manat, 01.10.2019-cu il tarixdən 320 manat məbləğində pensiya təyin edlməsi və 1136,64 manat miqdarında ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uzun illər Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dosent elmi ada layiq görülmüş, 30.12.2005-ci il tarixinə kimi həmin institutda müəllim işləmişdir. 25 il iş stajına malikdir. 7. 23 noyabr 1988-ci il tarixdə ona fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi (fəlsəfə doktoru) verilmişdir. 01 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Pensiya təyin edilməsi məqsədilə yaşadığı ünvan üzrə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin tarixdən ona 125,44 manat məbləğində pensiya təyin olunmuşdur. Ona fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə ödənilsə də, cavabdehin ona təyin etdiyi pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin tələbinə ziddir. Cavabdeh həmin əlavəni nəzərə almadan onun pensiyasını pensiyanın minimum məbləğinə çatdırmalıdır. Lakin cavabdeh tərəfindən ə sassız olaraq 01 mart 2019-cu il tarixdən ona (P=SH=160+120) 280 manat, 01 oktyabr 2019-cu il tarixdən (P=SH=200+120) 320 manat məbləğində pensiya təyin edilməmişdir. Ona görə də cavabdehə təkrar ərizə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən 01.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının 320 manat məbləğində müəyyən olunması barədə qərar qəbul etməsini, 7 ay ərzində ödənilməyən (280-245,44) x 7=241,92) 241,92 manat və 01.10.2020-ci il tarixə 12 ay ərzində ödənilməyən (320-245,44)x 12=894,72) 894,7manat, cəmi 1.136,64 manat pulun ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Hesab edir ki, cavabdehin imtinası “Əmək pensiyaları haqqında” Qanuna əsaslanmır, həmin Qanunun 6-1-ci, 10.4-cü, 19.1-ci və 19.2- ci maddələrinin tələblərin ə ziddir.

8. Birinci instansiya məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-2173/2021 nömrəli (hakim Elvin Əliyev ) qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilərkən iddiaçının tələb etdiyi elmi dərəcəyə görə 120 manat əlavənin onun əmək pensiyasının sığorta hissəsində nəzərə alındığı və onun əmək pensiyasının pensiyanın minimum məbləğindən az olmadığı işin məhkəmə araşdırması ilə təsdiqini tapdığından, hazırkı iddia tələbi əsasszıdır və təmin edilə bilməz.

10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 21(103)-2089/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Xəyalə Cəmilova) qərarı ilə iddfiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-2173/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 14 İddiaçının kassasiya şikayəti onun apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayət onunla əsaslandırilmışdır ki, cavabdehin ona təyin etdiyi pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin tələbinə ziddir. Ona təyin edilmiş pensiya pensiyanın minimum məbləğinə çatdırılmalı və fəlsəfə doktoru elmi dərəcəsinə görə ona ödənilən 120 manat məbləğində əlavə həmin pensiya məbləğinə əlavə olunmalıdır. Lakin cavabdeh tərəfindən əsassız olaraq 01 mart 2019-cu il tarixdən ona (P=SH=160+120) 280 manat, 01 oktyabr 2019-cu il tarixdən (P=SH=200+120) 320 manat məbləğində pensiya təyin edilməmişdir. Apelyasiya məhkəməsi tərəfindən bu hallar tam və obyektiv araşdırılmamış, nəticədə qanunsuz qərar qəbul olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 4.2. yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Maddə 4.2.2.sığorta hissəsindən; Maddə 4.2.3.yığım hissəsindən. Maddə 6-1. Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Maddə

19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr 19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.2. Əmək kitabçasında mü vafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır (29 dekabr 2020-ci il tarixli 240VİQD saylı Azərbaycan Respublikası Qanunu ilə 19-cu maddə ləğv edilmişdir).

17. İnzibati Prosessual Məcəllə Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetm ə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna b ilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin iddia ərizəsinin dəlilləri ilə mahiyyətcə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, Məhkəmə Kollegiyası əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırkı mübahisə mahiyyət baxımından qanunla nəzərdə tutulmuş şərtlər daxilində fəlsəfə doktoru elmi dərəcəsinə görə müəyyən olunmuş 120 manat məbləğində əlavənin pensiyanın sığorta hissəsinə aid edilməsi ilə bağlıdır.

24. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 16-cı bəndində istinad olunan normalara görə, yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir. 25. “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 aprel 1994-cü il tarixli 155 nömrəli qərarının 1 iyul 1996-cı ildən qüvvədə olan 1-ci bəndinə görə, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində əlavələr müəyyən olunmuşdur. Həmin əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.

26. Yuxarıda istinad olunan qanunun 29 dekabr 2020-ci il tarixədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən, əmək kitabçasında müvaf iq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

27. Nəzərə almaq lazımdır ki, elmi dərəcələrə görə qanunvericilikdə təsbit edilmiş əlavələrin işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə hesablanması yuxarıda istinad olunan normada birbaşa nəzərdə tutulmuşdur və həmin normanın tələbindən irəli gəlir. Pensiya təyinatını həyata keçirən cavabdeh orqanın qanuna bağlı olduğu və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul etməyə borclu olduğu da nəzərə alınmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, pensiya qanunvericiliyinin məqsədləri baxımından pensiyanın sığorta hissəsi dövlət tərəfindən təminat verilən hissədir. Bu mənada həmin əlavənin dövlət tərəfindən müəyyən olunduğu və qanunla pensiyanın sığorta hissəsinə aid edildiyi nəzərə alındıqda, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

28. Bundan başqa, qeyd olunmalıdır ki, təyinat zamanı əmək pensiyasının məbləği əmək haqqının orta aylıq məbləğindən hesablanır. Qüvvədə olan qanunvericiliyə görə, təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, pensiyanın minimum məbləğinə çatdırılmaqla ödənilir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd olunan səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.

30. İddiaçının kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 21(103)-2089/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar