Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-158/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2148/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar 7 fevral 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərarın ləğv edilməsi və onların piket keçirilməsinə icazə verilməsinə dair inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-1(112)-6044/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi bar ədə qərar qəbul olunmasını xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və X.A.Cəmilova) 2-1(103)-2148/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçıların şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, eləcə də müddət ötürülməklə verilmişdir.
7. Odur ki, iddiaçılara məhkəmə bildirişi göndərilməklə onların nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli qərardadı İddiaçı1 17 avqust 2022-ci il tarixdə, İddiaçı2 isə 15 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. Lakin həmin qərardaddan şikayəti isə 10 oktyabr 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Həmçinin iddiaçılara bildirilmişdir ki, onların təqdim etdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya ş ikayətinə əlavə edilməmişdir.
8. Beləliklə də, həmin məhkəmə bildirişində iddiaçılara 19 dekabr 2022-ci il tarixədək prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların təqdim edilməsi, vəkil tərəfindən tərtib edilib imzalanmış kassasiya şikayəti təqdim edilməsi və vəkilin orderinin şikayətə əlavə edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin mü ddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim ed ilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına ye ni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların verdiyi şikayət üzrə kassasiya icraatı mümkünsüzdür.
12. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərardadına (qərarına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərardada (qərara) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə, məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 0 mart 2022-ci il tarixli qərardadı İddiaçı1 17 avqust 2022-ci il tarixdə, İddiaçı2 isə 15 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. Lakin həmin qərardaddan şikayət isə 10 oktyabr 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 (on) günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Beləliklə də, qanunvericilikdə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət hər iki iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin, iddiaçıların kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir.
14. Yuxarıda q eyd edilən çatışmazlıqlar 25 noyabr 2022-ci il tarixli məhkəmə bildirişi ilə iddiaçıların diqqətinə çatdırılmış və 19 dekabr 2022-ci il tarixədək bu nöqsanların aradan qaldırılması onlara təklif edilmiş, əks halda verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişlər.
15. Lakin buna baxmayaraq, iddiaçılar məhkəmə bildirişində qeyd edilən 19 dekabr 2022-ci il tarixədək müddətin ötürülmədiyini təsdiq edən sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət, eləcə də vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim etməmiş, qeyd edilən çatışmazlığın aradan qaldırılmamasının səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumt verməmişlər.
16. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıl arın şikayəti prosessual qanunvericilikdə kassasiya şikayətinin tərtibi və təqdim edilməsi üçün nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, iddiaçıların şikayəti üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. 17.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-2148/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.