Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-158/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X2, X3, X1, X4 və X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: AİK-nın qərarı ilə verilmiş torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X2, X3, X1, X4 və X6) qarşı “A seriyalı 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0.06 ha torpaq s ahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(107)-195/2023 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçıya Zaqatala rayonu Mazıx kəndində qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş və adına A seriyalı 127434 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi hazırlanaraq Torpaq Kadastrı kitabında xx.xx.2009-cu ildə 132 nömrə ilə uçota al ınmışdır.
2. Zaqatala rayonu Mazıx kəndində 0.06 ha torpaq sahəsində İddiaçı tərəfindən 1988-ci ildə fərdi yaşayış evi tikilmiş və sonuncunun adına xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasport hazırlanmışdır.
3. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə X7 1161 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmiş və adına A seriyalı 460901 nömrəli plan-ölçü sənədi hazırlanmışdır.
4. Eyni zamanda, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə X7 2016.66 kv.m həyətyanı torpaq sahəsi verilmiş, adına A seriyalı 115990 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi hazırlanmış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür.
6. İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair adına hazırlanmış A seriyalı 127434 nömrəli torpaq sahəsinin plan-ölçü sənədində texniki səhvə yol verilərək faktiki olaraq ona heç bir aidiyyəti olmayan Balakən-Zaqatala şosse yolunun cənub-qərb hissəsində yerləşən torpaq sahəsinin koordinatlarının sənədə işləndiyini, qanuni istifadəsində olan torpaq sahəsinə isə X5 adına A seriyalı 460901 nömrəli plan-ölçü sənədi tərtib edildiyini əsas gətirməklə, həmin plan-ölçü sənədinin onun qanuni istifadəsində olan torpaq sahəsinə aid hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.202 2-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, plan-ölçü sənədində düzəliş edilməsi, koordinatların dəyişdirilməsi və ya sənədin ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, A seriyalı 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatları nın faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək, həmin 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi hazırki qərarın 1-6-cı bəndlərində qeyd olunan hallara istinad edilməklə əsaslandırılmışdır.
9. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1746/2022 nömrəli qərardadı ilə X2, X3, X1, X4 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
11. Üçüncü şəxs X4 iddia t ələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi ata yurdudur. Belə ki, keçmiş “Şəfəq” kolxozunun yerli islahat komissiyasının xx.xx.1995-ci il tarixli 4 nömrəli qərarına əsasən, “Şəfəq” kolxozunun həmişəlik istifadəsində olan torpağından 0.68 ha torpaq sahəsi ayrılaraq fermer təsərrüfatı yaratmaq üçün atası X7 verilmişdir. Bu barədə, dövlət qeydiyyat kitabında 45 nömrə ilə qeydə alınmış şəhadətnamə verilmişdir. Ona görə də iddia olunan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur.
12. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi elektron məlumat bazasına əsasən, Zaqatala rayonu Mazıx kəndi ərazisində yerləşən X5 a dına işlənmiş 290F 0.12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsi və 290A 0.20 ha yaşayış məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahələrinin cizgiləri daxilində yerləşir. A seriyalı, 127434 nömrəli plan-ölçü sənədində qeyd olunan torpaq sahəsinin koordinatlarına əsasən, həmin 603.02 kv.m torpaq sahəsi Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X9 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********90 olan çıxarışın cizgiləri daxilində yerləşir. İddiaçıya məxsus 24 05.2007-ci il tarixdə tərtib edilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan torpaq sahəsi ilə A seriyalı, 127434 nömrəli plan-ölçü sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. İ ddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə A seriyalı, 127434 nömrəli plan-ölçü sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür.
13. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş yerli baxış nəticəsində və cavabdeh inzibati orqanın iddia olunan torpaq sahəsinə dair TEKUİS və AzCad məlumatlarından çıxarışla müəyyən olunmuşdur ki, torpaq sahəsində köhnə tikili mövcuddur və yaşayış evi kimi istifadə olunur. Kəndin əsas yolundan iddia olunan torpaq sahəsinə girişi istiqamətində torpaq sahəsinin sol tərəfi və yuxarı hissəsi daş hasarla hörülmüşdür. Həmçinin, qeyd olunan hissələrdə gediş-gəliş yolları mövcuddur. Torpaq sahəsinin girişində sağ tərəf hissə metal torla çəpərlənmişdir. Torpaq sahəsinin giriş hissəsində (A seriyalı 127434 nömrəli torpaq sahə sinin planı və ölçüsü sənədində qeyd olunan) hər hansı çəpər və mərz nişanı yoxdur. Mütəxəssis tərəfindən işdə olan yerquruluşu planında göstərilən döngə nöqtələrinin koordinatları yerində yoxlanılmış və düzgünlüyü müəyyən edilmişdir. Bundan sonra baxış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində davam etdirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddia olunan, həmçinin onunla üst-üstə düşdüyü bildirilən A seriyalı 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi elektron kadastr məlumatlarında yaşayış məntəqələrinin torpaqları, həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 29 dekabr 2022-ci il tarixli, 21(1 16)-1746/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə A seriyalı 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək, həmin 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi möv qeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması Zaqatala RİH Mazıx kənd İƏD-nin xx.xx.2021-ci il tarixli 484 nömrəli arayışında qeyd edilmiş 06 nömrəli təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlarla sübut olunur. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə cavabdeh orqan iddiaçının adını hüquq subyekti qeyd etməklə xx.xx.2007-ci il tarixdə texniki pasport tərtib etmişdir. Sözügedən texniki pasportda torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikildiyi il 1988-ci il qeyd olunub. Odur ki, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi olması mübahisəsizdir. Digər tərəfdən nəzərə alınma lıdır ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə X7 verilməsi nəzərdə tutulmuş 0.20 ha torpaq sahəsinə dair A seriyalı 115990 nömrəli plan-ölçü sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü 0.2016 qeyd edilmiş və ********** qeydiyyat nömrəli çıxarışla X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı İsmayıl Abdullayevə verilmiş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin, cavabdeh orqan iddia olunan torpaq sahəsinin X5 adına işlənmiş 290F 0.12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsinin cizgisi daxilində yerləşməsini qeyd etsə də, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin həyətyanı torpaqları na aid olması iş materialları ilə sübut olunur. İddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin üst-üstə düşdüyü torpaq sahəsi isə digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməklə bərabər, ümumiyyətlə iddiaçının istifadəsində olan torpaq sahəsi olmamış və həmin plan-ölçü sənədinin koordinatlarının texniki səhv nəticəsində digər əraziyə işlənməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Hazırkı iş üzrə iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi 1988-ci ildə inşa edildiyindən, həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə dair Zaqatala RİH Mazıx kənd İƏD-nin 06 nömrəli təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlar sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün birbaşa əsasdır. Həmçinin, faktiki olaraq Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məsələ öz həllini tapmış, lakin cavabdeh orqanın hüquq varisi olduğu DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən A seriyalı 127434 nömrəli və A seriyalı 460901 nömrəli plan-ölçü sənədlərinin tərtibində səhvə yol vermişdir. Odur ki, iddiaçı A seriyalı 460901 nömrəli plan-ölçü sənədinin 0.06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, A seriyalı 127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
16. Üçüncü şəxslər X1, X4 və X6 həmin qərardan apellyasiya şik ayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və G.İ.Cavadova) 26 iyul 2023-cü il tarixli, 21(107)-195/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(116)-1746/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Üçüncü şəxs X4 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən 508 inventar nömrəli texniki pasportda qeyd olunan həyətyanı torpaq sahəsinin ölçüləri ilə bağlı məlumatların haradan əldə olunması istiqamətində araşdırma aparılmamış, beləliklə də? işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmiş, maddi və prosessual normalar pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin q anuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallard a imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandır ılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” 4.2-ci bənd: Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
25. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı: Bənd 2.3 Azərbaycan Resp ublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağ ıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi. 2.5. İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahə lərinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ona verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsin in cizgilərinə uyğun dəyişdirilərək, həmin 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə, müvafiq çıxarışın verilməsindən ibarətdir.
31. İşin mübahisələndirilən halına və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, Zaqatala RİH Mazıx kənd İƏD-si üzrə 06 nömrəli təsərrüfatbaşına kitabın 170-ci səhifəsində iddiaçının adına 1988-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və 0.06 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə iddiaçının qanuni istifadəsində olan həmin torpaq sahəsi onun mülkiyyətinə verilmiş, lakin texniki səhv nəticəsində məhz həm in torpaq sahəsinə dair iddiaçının adına tərtib edilməli olan A seriyalı 127434 nömrəli plan-ölçü sənədində torpaq sahəsinin koordinatları 1161 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X7 verilmiş torpaq sahəsinə dair onun adına tərtib edilmiş A seriyalı 460901 nömrəli plan-ölçü sənədinə işlənmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə cavabdeh orqan iddiaçının adını hüquq subyekti kimi qeyd etməklə xx.xx.2007-ci il tarixdə texniki pasport tərtib etmişdir. Sözügedən texniki pasportda torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikildiyi il 1988-ci il qeyd olunmuşdur.
32. Göründüyü kimi, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi olması öz təsdiqini tapmışdır.
33. Eyni zamanda, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə X7 verilməsi nəzərdə tutulmuş 0.20 ha torpaq sahəsinə dair A seriyalı 115990 nömrəli plan-ölçü sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü 0.2016 qeyd edilmiş və ********** qeydiyyat nömrəli çıxarışla X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı İsmayıl Abdullayevə verilmiş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş planölçü sənədinin üst-üstə düşdüyü torpaq sahəsi digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməklə bərabər, ümumiyyətlə iddiaçının istifadəsində olan torpaq sahəsi olmamış və həmin plan-ölçü sənədinin koordinatlarının t exniki səhv nəticəsində digər əraziyə işlənməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, A seriyalı 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək, həmin 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın ve rilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı “texniki pasportun verilməsi” hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir.
36. Belə ki, hazırkı qərarın 24-cü bəndində sadalanan qaydaların tələbi baxımından, torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Göründüyü kimi, torpaq sahəsinə dair texniki pasport deyil, plan və ölçü sənədi tərtib edilməlidir.
28. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin torpaq sahəsinə dair texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarını qüvvədə saxlamaqla qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmuşdur.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğu üçün şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən – torpaq sahəsinə texniki pasportun verilməsi hissəsində ləğv olunmalı və iddia həmin hissədə təmin edilməməlidir. 36.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(107)-195/2023 nömrəli qərarı qismən – torpaq sahəsinə dair texniki pasport v erilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(107)-195/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.