Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1580/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ata adının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, İddiaçı və iddiaçının vəkili iştirakı ilə, İddiaçı cavabdehə qarşı “doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 fevral tarixli 2-1(103)-558/2020 nömrəli qərarından i ddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1998-ci il tarixində Bakı şəhərində anadan olmuş, bununla əlaqədar olaraq Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən ona AZ-İ № ******* saylı, xx xxxxx 2003-cü il tarixli doğum haqqında şəhadətnamə verilmişdir.
2. Doğum haqqında şəhadətnamədə uşaq bəndində ata adı və ata bəndindəki məlumatlar iddiaçının anası X1nın sözlərinə əsasən X2 kimi qeyd edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ata adının və ata bəndində adın “X2”-dan “X3”-ya, ata bəndindəki ata adının isə “X4”dən “X5”-a dəyişdirilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******** nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsiq edilmiş “ Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadının dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ərizə verən şəxsin istəyi ilə ata adı tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2003-cü il tarixli ***** nömrəli doğum haqqında şəhadətnamənin uşaq bəndində ata adının və ata bəndində adın “X2”-dan “X3”-ya, ata bəndindəki ata adının isə “X4”-dən “X5”-a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikahı olmayan anadan doğulduğu üçün doğum haqqında şəhadətnamədə ata barədə məlumatlar ananın göstərişi ilə qeyd edilib. Lakin onu babası böyüdüb. Ona görə də, doğum haqqında ş əhadətnamənin müvafiq bölmələrində onun adının qeyd edilməsini istəyir. Qanunvericilikdə də imkan verir ki, 18 yaşına çatmış hər bir şəxs öz adını, ata adını və soyadını dəyişsin.
7. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən istinad etdiyi dəlilləri təkrarlamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli, 2-1(81)3589/2019 nömrəli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda qeyd olunmuş hallar iddiaçıya münasibətdə müəyyən edilmir.
10. İdd iaçı apelyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 fevral tarixli, 21(103)-558/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2019-cu il 28 noyabr tarixli, 2-1(81)-3589/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya məhkəməsi hesab etmişdir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə düzgün tətbiq edilmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə onun doğum haqqında şəhadətnaməsində anasının göstərişi ilə məlumatlar qeyd olunsa da, o, bütün illər ərzində babasının himayəsində böyümüşdür. Bu səbəbdən doğum haqqında şəhadətnamədə babasının adının və onun ata adının göstərilməsini istəyir.
15. Apelyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsiq edilmiş “ Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərinin heç biri iddiaçının barəsində tətbiq edilə bilməz. Bu hallar valideynlərin soyadlarının d əyişdirildiyi hallarda bu nəticənin uşaqlara münasibətdə hansı hüquqlar meydana gətirdiyi ilə bağlıdır. İddiaçı 18 yaşına çatmış şəxsdir və qanunvericilik imkan verir ki, o, öz adını, ata adını və soyadını dəyişdirsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsi: Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
20. Mülki Məcəllə: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
21. Ailə Məcəlləsi: Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi v ə ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Maddə 47.1. doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Maddə
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra y ol verilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaları n 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqı nda məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
27. Kollegiya ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
28. Kollegiya həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını və ata adını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.
29. Bununla belə, AİHM-in dəfələrlə i fadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.
30. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin mür aciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.
31. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan ko nstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq kollegiya aşağıdakılar qeyd edir.
32. İşin hallarından göründüyü kimi iddiaçıya doğum haqqında şəhadətnamə verilərkən onun ata adı ilə bağlı məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmiş (bax 16-cı bənd) və iddiaçı nikahı olmayan anadan doğulduğu üçün şəhadətnamədə uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılmışdır. İddiaçının özü də bu halı mübahisələndirməyərək şəhadətn amədəki qeydin düzgün aparıldığını qəbul edir.
33. İddiaçının ata adını dəyişmək səbəbi onunla bağlıdır ki, o, babası tərəfindən tərbiyə edilməklə böyüdüldüyünü bildirir və buna görə də, doğum haqqında şəhadətnamənin müvafiq bölmələrində onun adının qeyd edilməsini istəyir.
34. Qanunvericiliyin yuxarıda sadalanmış müvafiq normalarından göründüyü kimi ata adının sonradan dəyişdirilməsi iki halla bağlı ola bilər – 1) atanın öz adının dəyişməsi ilə bağlı və 2) iddiaçının istəyi ilə, lakin ata adı verilmək istənilən iddiaçını tərbiyə etmiş şəxsin razılığı ilə bağlı.
35. İddiaçının vəziyyəti ikinci halla bağlı olsa da, buna dair müvafiq sübutlar təqdim edilməmişdir. İddiaçı ata adı kimi babasının adının yazılmasını istədiyi üçün o, faktiki olaraq babası tərəfindən tərbiyə edildiyinə dair sübutl arı və babasının razılığının mövcudluğuna dair sübutları təqdim etməli idi. Lakin belə sübutlar onun tərəfindən təqdim olunmamışdır.
36. Beləliklə, iddiaçının müraciətinin təmin edilməsindən imtina qanuni olmuşdur. Bundan başqa, qanunda göstərilmiş məhdudiyyət legitim məqsədlərə xidmət edir. Ata kimi qeyd edilmək istənilən şəxsin özünün razılığı olmalıdır və həmin şəxs iddiaçını tərbiyə edən şəxs olmalıdır. Bu tələblər dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etmək zərurətindən irəli gəlir. Digər tərəfdən isə gətirilmiş məhdudiyyətlər ümumi və fərdi maraqlar arasında ədalətli tarazılıqla bağlı tələblərə də cavab verir. Çünki əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (ata adanı və soyadı) daşıyanların müəyyən bir ail ə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (ata adı və soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə bilər.
37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 fevral tarixli, 21(103)-558/2020 qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.