Məhkəmə qərarları › İş №2-1(102)-1580/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1580/2021

26.10.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1580/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iş üzrə (Açar sözlər: gömrük borcunun ödənilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 2-1(103)-87/ 2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" MMC vətəndaşlardan satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külçə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması fəaliyyəti ilə məşğul olur. Bu məqsədlə satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külçə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir.

2. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iddiaçının 20162017-ci illərdə ixrac etdiyi mallara görə 119456,87 manat məbləğində gömrük borcu (aksiz vergisi üzrə) hesablamışdır.

3. Cavabdeh 15.09. 2017-ci il, 19.10.2017-ci il, 26.10.2017-ci il və 02.11.2017-ci il tarixli məktublar ünvanlayaraq, 119456,87 məbləğində aksiz borcunun ödənilməsini tələb etmiş, borcun ödənilməsi üçün 60 gün möhlət verildiyini bildirmiş, borcun ödənilməməsi halında AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən məsuliyyət daşıması barədə iddiaçını xəbərdar etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" MMC 23.11.2017-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya qarşı olan 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı təl əbini belə əsaslandırılmışdır ki, "xxxx" MMC Azərbaycan Respublikasına idxal olunmuş qızıl məmulatlarının xaricə aparılıb təmir etdirərək, təkrar ölkəyə idxalını həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş gömrük rüsumunu ödəyir. 2016-cı və 2017-ci illər ərzində "xxxx" MMC Azərbaycan Respublikasından xaricə müvəqqəti ixraca apardığı qızıl məmulatlarını gömrük əməkdaşları təqdim olunan bəyannamələri təsdiq edərək xaricə buraxıblar. 2016-cı ildən bugünə kimi onlar qızılı Türkiyə Respublikasına müvəqqəti ixraca aparıb gətirmişlər, təqdim etdikləri bəyannamələrə əsasən bütün rüsumları və ödənişləri ödəmişdirlər. Lakin indi onlara gömrük borclarının olduğu bildirilir. Təkrar emala aparılan mala aksiz rüsumu var idisə, gömrük əməkdaşları bu iki il ərzində niyə təqdim olunan bəyannamələri qəbul edib rüsumu ödəmədən malı buraxırdılar? Gömrük Məcəlləsinin 8-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələri gömrük əməkdaşlarının mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, müvəqqəti ixrac edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi halları göstərilib. Azərbaycan Respublikasının qanunvericiliyində müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilən mallar üçün gömrük rüsumları və vergilərin ödənilməsi nəzərdə tutulduqda, həmin mallar bu Qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilir. 1 il müddətində təkrar idxal olunması şərtilə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və verg ilərdən tamamilə azad olunmaqla, gömrük ərazisindən kənarda istifadə olunur. Müvəqqəti ixrac müddəti 1 ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti ixrac müddəti uzadıldıqda, müvəqqəti ixrac edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir. Onların gömrük bəyannamələrində də qeyd olunub ki, mallar 1 il müddətinə müvəqqəti ixraca gedir. Onlara gömrük orqanı tərəfindən rəsmi qərar təqdim olunmaq əvəzinə məktub göndərilmişdir. Əksinə onlara rəsmi qərar təqdim olunmalı və bununla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməli idi. Bu barədə məlumat yoxdur. Sadəcə cinayət məsuliyyətinin nəzərdə tutulması barədə hədələyici məktub göndərilmişdir.

6. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfi ndən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, "xxxx" MMC AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv daşıyır, iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyannaməçi tərəfindən səhvən aksiz vergisi hesablanmadan tərtib olunaraq təqdim edilmiş bəyanamədə səhvin aşkar edilməməsindən, gömrük əməkdaşları səhv olaraq 2016-2017-ci illər üzrə "xxxx" MMC müəssisəsi tərəfindən xaricdə emal edildikdən sonra ölkə ərazisinə təkrar idxal olunan qızıl məmu latlarından aksiz vergisi tutulmadan gömrük rəsmiləşməsi həyata keçirmişlər. Bu səhv aşkar edildikdən sonra müəsisə rəhbərindən dəfələrlə buraxılmış səhvin düzəldilərək yaranmış 119456,87 manat gömrük borcunun ödənilməsi üçün şifahi şəkildə nümayəndədən tədbir görülməsi tələb edilmiş və ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə bərpa olunmasını təmin etmək məqsədilə "xxxx" MMC-nin rəhbəri X5 Nəqliyyatında Baş Gömrük idarəsindən 15.09.2017 tarixli 14215/01-24/002251 nömrəli məktub ünvanlanmışdır. Emaldan təkrar idxal olunan qızıl məmulatlarına aksiz vergisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014cü il tarixli № 34 nömrəli “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı və Azərbaycan Respublikası Ver gi Məcəlləsinin 190.4.-cü maddəsinə əsasən tənzimlənir. MMC satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külcə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, 19.03.2018-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1363/2018 saylı, 22.05.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, 19.03.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1592/20 18 saylı, 19.09.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1363/2018 saylı, 22.05.2018-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21(103)-2619/2018 saylı, 14.11.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, 19.03.2018-ci il tarixli qərardadı ləğv edilərək, iddia mümkün sayılmış, iş mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2019 saylı, 05.04.2019cu il tarixli qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "xxxx" MMC-yə qarşı olan 119456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətləri qanunsuz hesab edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməli, gömrük bəyannaməsi qanunun tələblərinə cavab verdikdə gömrük orqanı tərəfindən təsdiq edilməli, əks halda bəyannamənin təsdiqindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun əsaslandırılmış formada imtina edilməlidir. Hazırkı halda isə cavabdeh yuxarıda qeyd edilən qaydaya əməl etməyərək yalnız iddiaçıya məktub göndərməklə kifayətlənmiş, iddiaçının müraciəti üzrə inzibati icraat aparmamışdır.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 2-1(82)-1336/2019 saylı, 05.04.2019-cu il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.10.2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.04.2019-cu il tarixli 2-1(82)-1336/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.10.2019-cu il tarixli qərarından cavabd eh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)447/2020 saylı 18.03.2020-ci il tarixli qərarı ilə (sədrlik edən İlqar Dadaşov, hakimlər Azər Hüseynov, Rahib Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.10.2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kassasiya şikayəti qismən təmin olunmuşdur.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfi ndən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyi qərarda tam əsaslandırılmamış, yaranmış mübahisənin mahiyyəti faktiki olaraq araşdırılmadan borcun yaranmasına dair hər hansı qərar olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətlərin qanunsuz sayılmalı olduğunu qeyd etməklə kifayətlənmiş, iddiaçıdan ödənilməsi tələb olunan borcun əsaslı olubolmadığına isə qanunveriiliyin istinad olunan normaları baxımından hüquqi qiymət verilməmiş, formal əsaslarla iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmış, cavabdehin işdəki borcun tələb edilməsi ilə bağlı məktubları isə Konstitusiya Mə hkəməsinin qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla qiymətləndirilməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 12.03.2021-ci il tarixli 21(103)-87/2021 saylı qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Valeh Ağayev, Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.04.2019-cu il tarixli, 2-1(82)-1336/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının gömrük ərazisinə emaldan sonra təkrar idxal olunan malların gömrük rüsum və vergilərindən tamamilə azad olunması halları Azərbayacan Respublikası Nazirlər Kabinetinin 06.02.2014-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda larla konkret müəyyən edilmişdir və hazırkı iddiaçı təkrar idxal etdiyi müvafiq mallara münasibətdə həmin hallar mövcud deyildir. Bundan başqa, sözügedən Qaydalarda emaldan sonra təkrar idxal olunan malların gömrük rüsum və vergilərdən qismən azad olunması halları da nəzərdə tutulmuşdur. Lakin bu müddəada qismən azad olunmanın yalnız idxal gömrük rüsumuna münasibətdə tətbiqi nəzərdə tutulmuş, aksizlə bağlı isə azad olunma (qismən) müəyyən edilməmişdir. Odur ki, iddiaçının təkrar idxal etdiyi mallardan aksiz və ƏDV tutulmalıdır.

19. Məhkəmə qərarı iddiaçıya 24.05.2021-ci il tarixində təqdim edilmişdir.

20. İddiaçı 11.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 12.03.2021-ci il tarixli 2-1(103)-87/2021 saylı qərarın ləğv edilməsini və mübahisə üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi cavabdehin məktubunu inzibati akt kimi qəbul etsə də, onun inzibati qanunvericiliyin tələbləri daxilində qəbul edilib-edilməməsi məsələsinə heç bir münasibət bildirməmişdir və bununla da maddi hüquq norması pozuntusuna yol vermişdir. Cavabdeh inzibati aktın qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı və 13-cü maddələrinin tələblərinə əməl etməmiş, inzibati icraat başlamamış, müxtəlif icraat hərəkətləri aparmamış, idd iaçı bəyannaməçi icraata dəvət edilməmiş, müxtəlif ekspertizalar və sorğular həyata keçirilməmişdir.

22. Digər tərəfdən bəyannamə qanunsuz (yəni, qanunvericilikdə göstərilmiş aksiz və ƏDV dərəcələri gömrük orqanı tərəfindən düzgün tətbiq edilmədən tərtib edilmiş), lakin əlverişli inzibati akt olduğuna görə onsuz da heç bir halda ləğv edilə bilməzdi. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati aktlar, qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, əlverişli və əlverişsiz aktlara bölünür. Həmin Qanunun 67.4cü maddəsinə görə, qanunsuz əlverişli inzibati akt yalnız 67.5-ci maddədə göstərilən məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin maddəyə görə isə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Yəni, bəyannamə ləğv edilə bilməz. Məktub qanunsuz əlverişsiz inzibati akt kimi “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən ləğv edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini tam icra etməmiş, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Ali Məhkəmə məktubu inzibati akt hesab etməklə bərabər, həmin aktın qəbul edilməsi əsasının da araşdırılmasını apellyasiya instansiyası məhkəməsinə tapşırmışdı. Apellyasiya instansiyası məhkəməsi isə bu məqa ma qətiyyən diqqət yetirməmişdir. Məktubun qəbul edilməsi əsasını araşdırmaqla və nəticədə məktubun, hətta inzibati akt olsa da belə, qanunsuz olaraq qəbul edilməsini müəyyən etməklə apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişindən kənara çıxmazdı, əksinə həmin göstərişə tam əməl etmiş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

26. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etm işdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

27. Gömrük Məcəlləsinin 200.1 və 200.5-ci maddələrinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 9.1-ci bəndinə əsasən malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə; qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə; xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur.

29. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan hallarda xaricd ə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.

30. Qaydaların 9.4-cü bəndinə əsasən isə bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər.

31. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

32. Həmin Məcəllənin 249.2-ci maddəsinə uyğun olaraq gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikd ə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar.

33. Həmin Məcəllənin 249.3-cü maddəsinə əsasən isə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

34. Vergi Məcəlləsinin 185.2-ci maddəsinə əsasən idxal malları üçün (avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla). İdxal olunan avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat – onların mühərrikinin həcmidir. İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə almazın karatıdır.

35. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki ş ərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

36. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

38. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin Sərəncamına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 01.01.2015-ci tarixdən 01.01.2017-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditi zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə "xxxx" MMC tərəfindən (VÖEN **********) “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanmış) zərgərlik məmulatların təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanmasını təqdim etməmiş, malların emalına sərf olunan digər mal və materialların dəyərini təqdim etməməklə və ya təhrif etməklə, yalnız emala sərf olunan “işçilik pulu” məbləğini gömrük orqanlarına bəyan etmiş, əlavə olaraq, X3 İdarəsinin rəyinə əsasən emal nəticəsində 4% itkinin olması və bu miqdarın emal vaxtı istehsalat prosesinə əlavə olunmaması faktları nəzərə alınmamış, nəticədə gömrük rəsmiləşdirilməsi emalın hasilat normasına uyğun həyata keçirməmiş, bununla da **********4274, **********1163, **********1234 və **********3172 saylı GB-lər üzrə rəsmiləşdirilən 20,03 kq zərgərlik məmulatlarının (585 əyarlı, tərkibində təmiz qızılın çəkisi 11,72 kq) emal prosesi zamanı itki dərəcəsi və buna görə mallara əlavə olunan qızıl miqdarının (4%, cəmi 468,89 qram, birja qiyməti ilə təqribən 38.215 manat) emal xərclərində nəzərə alınmamış və Gömrük Məcəlləsinin 200.3-cu maddəsinin tələbləri pozulmuşdur

43. Qeyd olunanları nəzərə alaraq, hal-hazırda və gələcəkdə bu tip əməliyyatların gömrü k rəsmiləşdirilməsi zamanı emal xərclərin məbləği hasilat normalarına uyğunluğu düzgün qiymətləndirilməlidir, hüquqi şəxslərin bəyan etdiyi emal xərclərin məbləği X3 İdarəsinə göndərilməli və emala faktiki çəkilən xərclərə uyğunluğu barədə rəy alınmalı və külli miqdarda gömrük rüsum və vergilərindən yayınmaların qarşısı alınmalıdır, əlavə olaraq, "xxxx" MMC-nin adına 21.04.2016-cı il tarixli, **********4274 saylı GB ilə təkrar idxal proseduru altında rəsmiləşdirilən zərgərlik məmulatların çəkisində uyğunsuzluq aşkarlanmış, belə ki, Türkiyədən ixrac olunan malın brutto çəkisinin 2,15 kq göstərilməsinə baxmayaraq (M0039820 saylı mənşə sertifikatı), 2-ci sərnişin şöbəsinin böyük inspektoru İlqar Həsənov və Sanitariya-karantin xidməti şöbəsinin baş müfəttişi Rəhman Sadıqov tərəfindən tərtib olunan 8229 nömrəli sərnişin aktında, brutto çəki 2,4092 kq və malın qablaşdırmasında heç bir pozuntunun olmaması qeyd olunmuşdur.

44. Digər halda isə 12.11.2016-cı il tarixli, **********3172 saylı GB üzrə çəki fərqi aşkarlanmışdır. Belə ki, GB-də və sərnişin aktında brutto çəkinin əvəzinə netto çəkinin miqdarı yazılmış (3,8950 kq, Akt N 9186, 2-ci sərnişin şöbəsinin böyük inspektoru X4, inspektor X5), lakin Türkiyədən ixrac olunan malın mənşə sertifikatında brutto çəki 4,70 kq olaraq qeyd olunub, nəticədə yuxarıda qeyd olunan iki bəyannamə üzrə təkrar idxal gömrük proseduru altında yerləşdirilmiş malların faktiki olaraq hansı çəkidə olması araşdırılmadan gömrük rəsmiləşdirilməsi aparılmış, həmçinin "xxxx" MMC-nin adına rəsmiləşdirilən GBlərin 20-ci və 24-cü qrafaları düzgün doldurulmamışd ır.

45. Belə ki, həmin qrafalarda idxalda “100-malın dəyəri əvvəlcədən ödənilmişdir və 80-Digər üsulla hesablaşma” məlumatları qeyd olunması əvəzinə “120-malın dəyəri ödənilməmişdir və 21-Sərbəst dönərli valyuta ilə hesablaşmalar” kimi qeyd olunmuş, ixracda isə 20-ci qrafada “003-malın dəyəri ödənilmədikdə” qeyd olunması əvəzinə həmin qrafa boş (mal üzrə heç bir ödəniş həyata keçirilmədikdə) kimi qeyd olunmuş, həmin qrafa "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş **********2576, **********6144 və **********6104 nömrəli gömrük bəyannamələrində düzgün doldurulmamışdır”, beləliklə, "xxxx" MMC-yə gömrük rüsum və vergilərin hesablanması üçün AR Dövlət Gömrük Komitəsinin “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 01.01.2015-ci tarixdən 01.01.2017 il tarixədək olan dövrdə fəaliyyətini n auditinin nəticələrinə” dair Aktda Cavabdehə verilən göstərişlər, yəni "xxxx" MMC tərəfindən (VÖEN **********) “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanmış) zərgərlik məmulatların təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanması və malların emalına sərf olunan digər mal və materialların dəyəri tələb edilməmiş, emal xərclərin məbləği hasilat normalarına uyğunluğu düzgün qiymətləndirilməmiş, "xxxx" MMC-nin bəyan etdiyi emal xərclərin məbləği X3 İdarəsinə göndərilməmiş və emala faktiki çəkilən xərclərə uyğunluğu barədə rəy alınmamışdır.

46. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iddiaçının 20162017-ci illərdə ixrac etdiyi mallara görə 119456,87 manat məbləğində gömrük b orcu (aksiz vergisi üzrə) hesablanmış, cavabdeh 15.09.2017-ci il, 19.10.2017-ci il, 26.10.2017-ci il və 02.11.2017-ci il tarixli məktublar ünvanlayaraq, 119456,87 məbləğində aksiz borcunun ödənilməsini tələb etmiş, borcun ödənilməsi üçün 60 gün möhlət verildiyini bildirmiş, borcun ödənilməməsi halında AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən məsuliyyət daşıması barədə iddiaçını xəbərdar etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı barəsində inzibati akt qəbul etməsə də, borcun ödənilməsi barədə müəyyən hərəkətlər (məktublar ünvanlamış, borcu tələb etmiş, cinayət məsuliyyəti barədə xəbərdar etmiş) etmişdir.

47. İddiaçı cavabdehin göstərilən hərəkətlərini qanuni hesab etməsə də, məhkəmə kollegiyası bununla bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

48. Belə ki, Azərbayc an Respublikasının gömrük ərazisinə emaldan sonra təkrar idxal olunan malların gömrük rüsum və vergilərindən tamamilə azad olunması halları Azərbayacan Respublikası Nazirlər Kabinetinin 06.02.2014-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla konkret müəyyən edilmişdir və hazırkı iddiaçı təkrar idxal etdiyi müvafiq mallara münasibətdə həmin hallar mövcud deyildir. Bundan başqa, sözügedən Qaydalarda emaldan sonra təkrar idxal olunan malların gömrük rüsum və vergilərdən qismən azad olunması halları da nəzərdə tutulmuşdur. Lakin bu müddəada qismən azad olunmanın yalnız idxal gömrük rüsumuna münasibətdə tətbiqi nəzərdə tutulmuş, aksizlə bağlı isə azad olunma (qismən) müəyyən edilməmişdir. Odur ki, iddiaçının təkrar idxal etdiyi mallardan aksiz və ƏDV tutulmalıdır.

49. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətlərin qanunsuz sayılması, iddiaçıdan ödənilməsi tələb olunan borcun əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.

50. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mö vcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

51. Beləliklə, iddiaçının kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli 2-1(103)-87/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli 21(103)-87/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar