Məhkəmə qərarları › İş №2-1(102)-1580/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1580/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1580/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.10.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (XX.XX.1943-cü il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər: X9, X24, X16, X18, X19, X20, X3, X17, X6 və X21) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 1-ci döngədə yerləşən ev 34A İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X9, X24, X16, X18, X19, X20, X4, X17, X6 və X21 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan evin ünvanından pasport qeydiyyatından çıxarılmaları barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin 21 iyun 2021-ci tarixli imti na məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu və 5-ci maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qeydiyyatdan çıxarılma barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (üçüncü şəxslər X9, X24, X16, X18, X19, X20, X3, X17, X6 və X21) üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanı üzrə pasport qeydiyyatına alınmalarının qanunsuz hesab edilməklə həmin üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanı üzrə pasport qeydiyyatından çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanındakı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının tam mülkiyyətindədir. Bu yaxınlarda ona məlum olub ki, mülkiyyətində olan evin ünvanı üzrə kimlikləri ona məlum olmayan, tanımadığı şəxslər pasport qeydiyyatına alınıb. O, mülkiyyətində olan evin ünvanından 3-cü şəxslərin pasport qeydiyyatından çıxarılmaları barədə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə özünün 21 iyun 2021-ci il tarixli imtina məktubu ilə, “Yaşayış yeri və olduğu yer üzrə qeyd iyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 5-ci maddələrinin tələblərini əsas götürməklə tələbinin təmin olunmasının məhkəmə qərarı olmadan mümkünsüz olduğunu bildirmişdir.

7. Bakı İnzibati Məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə sorğu verilərək, üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 2 mənzilinə dair üçüncü şəxslərin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir.

8. Daxili İşlər Nazirliyi Baş Pasport, Qey diyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2.8.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “xx.xx.1964-cü il təvəllüdlü X18 xx.xx.2002-ci il tarixdən, xx.xx.1963-cü il təvəllüdlü X9 xx.xx.2005-ci il tarixdən, xx.xx.1960-cı il təvəllüdlü X20 xx.xx.2004- ci il tarixdən, xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü X17 xx.xx.2003-cü il tarixdən, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.2005-ci il tarixdən, xx.xx.1982-ci il təvəllüdlü X19 xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən, həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, həmin ünvanda qeydiyyatda olan xx.xx.2015-ci il təvəllüdlü X21 xx.xx.2015-ci il tarixdən, xx.xx.2007-ci il təvəllüdlü X24 xx.xx.2013-cü il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü X16 xx.xx.2013-cü il tarixdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar.”

9. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 18.8.2021-ci il tarixli məktubla bildirmişdir ki, ünvan 2 ünvana üçüncü şəxslər 2013-cü ildə qeydiyyata alındıqlarından və üzərindən beş il müddət keçdiyindən, DİN-in xx.xx.2015 -ci il tarixli, Q36-001-15 nömrəli Qərarına əsasən arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir.

10. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 4.8.2021-ci il tarixli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin adlarına sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2021 nömrəli, 6 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddianın təmin edilməsi, ünvan 1 ünvanından üçüncü şəxslər X9, X24, X16, X18, X19, X20, X3, X17, X6 və X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, 3-cü şəxslər X9, X24, X16, X18, X19, X20, X4, X17, X6 və X10 q eydiyyatdan çıxarılmasına dair tələblə bağlı belə qənaətə gəlir ki, ünvan 1 İddiaçı mülkiyyətində olduğundan, 3-cü şəxslər həmin evdə qeydiyyatda olsalar da, qeyd edilən mənzildən istifadə hüquqları qeydə alınmadığından, 3-cü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.

13. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri xidmətinə sorğu verilərək, üçüncü şəxs X11 ölümünü təsdiq edə n ölüm aktının qeydinin surətinin təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq ölüm haqqında şəhadətnamə təqdim edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, hazırkı iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “X5, X24, X7, X12, X13, X1, X8, X2 və X10 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanı üzrə pasport qeydiyyatına alınmaları qanunsuz hesab edilməklə həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanı üzrə pasport qeydiyyatından çıxarılması”na dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının izahatından, eyni zamanda üçüncü şəxslərin apellyasiya şikayətindən müəyyən edilir ki, iddiaçıya və üçüncü şəxslərə məxsus tikililər eyni ünvanda yerləşməsinə baxmayaraq ayrı-ayrı evlərdir. Üçüncü şəxslərin qeydiyyatda olduğu mənzilin iddiaçıya heç bir aidiyyəti yoxdur. Göründüyü kimi ücüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə formal qeydiyyatda olmasına dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda qərar ləğv edilməli və iddia təmin edilməməlidir.

17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 7 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddian ın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslərin yaşadıqları, dövlət reyestrində qeydiyyata alınmamış, özbaşına tikili sayılan fərdi tikiliyə, iddiaçının dövlət reyestrində qeydiyyata alınmış, xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, mülkiyyətində olan 34A saylı fərdi evin ünvanı ilə eyni ünvanda yerləşən “mənzil” qiymətini verib. Apellyasiya məhkəməsi iddiaçının mülkiyyətində olan fərdi ev ünvanı üzrə üçüncü şəxslərin pasport qeydiyyatına alınmalarının hansı sənədlər əsasında, ümumiyyətlə belə sənədlərin olması hallarını araşdırmadan, birinci instansiya məhkə məsinin faktlar nöqteyi-nəzərindən tamamilə qanuni və əsaslı olan qərarını prosessual hüquq normaları kobud surətdə pozulmaqla, tamamilə əsassız və formal mülahizələrə əsaslanaraq ləğv etmişdir.

19. Ən maraqlısı odur ki, apellyasiya instansiyası məhkəməsi özü də qeyd edir ki, “iddiaçı özünün xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, mülkiyyətində olan fərdi evin 34A saylı ünvanı üzrə qeydiyyata alınmış üçüncü şəxslərin pasport qeydiyyatından silinmələrini tələb edir... üçüncü şəxslərin qeydiyyatda olduqları mənzilin iddiaçıya heç bir aidiyyəti yoxdur...üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan ‘mənzildə’’ (əslində isə fərdi evdə) formal qeydiyyatda olmalarına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir....” O halda bu üçüncü şəx slər iddiaçının mülkiyyətində olan fərdi tikilinin 34A ünvanı üzrə niyə qeydiyyata alınıblar? Üçüncü şəxslərin faktiki yaşadıqları evin hüquqmüəyyənedən sənədi olmadığı halda bu (apellyasiya instansiyasına görə “mənzil" adlanan) özbaşına tikili statusu daşıyan fərdi tikili necə onun mülkiyyətindəki torpağa, evə verilmiş 34A ünvanı ilə eyni ünvanlı sayıla bilər? Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət q abiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

22. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə ə sasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. Obyek tiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı yuxarıda istinad edilən normaların dispozisiya şərtlə rinin mövcud olub-olmadığını müəyyən etməyə və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

29. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi mülkiyyət hüququ üzrə ona məxsus olan evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına yönəlmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

30. Üçüncü şəxslərin apellyasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ev 34A ünvanı iki daşınmaz əmlaka verilmişdir.

31. Həmçi nin apellyasiya instansiyası məhkəməsi də iddiaçıya və üçüncü şəxslərə məxsus tikililərin eyni ünvanda yerləşməsinə baxmayaraq ayrı-ayrı evlər olduğu, üçüncü şəxslərin qeydiyyatda olduğu mənzilin iddiaçıya heç bir aidiyyətinin olmadığı və onlara məxsus yaşayış sahəsində qeydiyyatda olmaqla yaşadıqları qənaətinə gəlmişdir.

32. Göründüyü kimi, apelyasiya məhkəməsi eyni ünvanda iki fərqli yaşayış sahəsinin olduğu qənaətinə gəlmiş, lakin bununla bağlı məhkəmə tərəfindən obyektiv araşdırma prinsipinin tələblərinə uyğun tam və hərtərəfli araşdırılma aparılmamışdır.

33. Belə ki, eyni ünvanda 2 fərqli yaşayış sahəsinin mövcud olub-olmadığı, üçüncü şəxslərin həmin ünvanda həqiqətən ayrıca yaşayış sahəsinə faktiki malik olub-olmadıqları və yaşadıqları apellyasiya məhkəməsi tərəfindən yoxlanılmamış v ə müəyyən edilməmişdir. Bundan başqa, 3-cü şəxslərin qeydiyyatda olduqları yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, 3-cü şəxslərin həmin ünvanda faktiki hansı yaşayış sahəsində yaşadıqları da apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

34. Qeyd olunan hallar araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmalıdır. Bu məqsədlə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilməli (məsələn, iki yaşayış sahəsinə eyni ünvanın verilməsi ilə bağlı), həmin ünvana və yaşayış sahələrinə yerində baxış keçirilməli, tələb olunduğu hallarda mütəxəssis (3-cü şəxslərin qeydiyyatda olduqları yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləş mədiyi ilə bağlı) cəlb olunmalı və digər prosessual hərəkətlər həyata keçirilməlidir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır və təmin edilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar