Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1580/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması; iddiadan imtinaya dair ərizə; iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: X6) “sərəncamın ləğv edilməsi, mənzilinin dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və mənzilinə dəyən zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-28/2023 nömrəli qərarından və qərardadından üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Cavabdeh 103 saylı, 21 iyun 2018-ci il tarixli sərəncamının ləğv edilməsi, mənzilinin dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və mənzilinə dəyən zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-53/2021 nömrəli qərarı (hakim: X1) ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-28/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı qismən, “mənzilinin dam hissəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddia tələblərinin rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia mümkün sayilmamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-28/2023 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı qismən - “103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamın lə ğv edilməsi tələbinin rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh 103 saylı, 21 iyun 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir.
7. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərar və qərardadın ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT
8. İddiaçı 31 avqust 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini və buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizə 1 sentyabr 2023-cü il tarixdə cavabdehin elektron məhkəmə kabinetinə yerləşdirilmişdir.
9. Cavabdeh tərəfindən İPM-in 55.2-ci maddəsinə uyğun olaraq ərizəyə münasibət bildirilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.
1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzə rdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra-Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-28/2023 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-28/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı qismən-“mənzilin dam hissəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddia tələblərinin rədd edildiyi” - hissəd ə ləğv olunmuş, iddia həmin hissədə mümkün sayilmamışdır.
13. İPM-in 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
14. Nəzərə almaq lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-28/2023 nömrəli qərardadı hazırkı mübahisə üzrə üçüncü şəxs X2 hər hansı hüququna və qanuni maraqlarına toxunmur. Eləcə də həmin qərardadla onun hər hansı tələbinin təmin olunmadığı da müəyyən edilmir. Odur ki, İPM-in 90.2-ci maddəsi baxımından həmin qərardaddan verilən kassasiya şikayəti mümkün sayılmamalıdır.
15. İddiadan imtina edilməsi və iş üzrə icraata xitam verilməsi barədə idd iaçı tərəfindən təqdim olunmuş ərizəyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin ərizə təmin olunmalı, iddia tələbinin mümkün sayılmamış (mənzilin dam hissəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş ziyanın ödənilməsi) hissəsi istisna olmaqla, mübahisəyə dair iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. İPM-in 55-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən ger i götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz
17. Beləliklə, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etdiyindən, təqdim olunmasına rəğmən cavabdeh tərəfindən iddiadan imtinaya münasibət bildirilmədiyindən və etiraz olunmadığından (bu cavabdehin razılığı kimi şərh olunur) iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1(103)- 28/2023 nömrəli qərardadından üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir. İddiaçı iddiadan imtinaya dair ərizəsi təmin edilir və iş üzrə icraata xitam verilir. Qərar qətidir.