Məhkəmə qərarları › İş №2-1(102)-1581/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1581/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1581/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1581/2020) Açar sözlər: torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynov a Ülkər Hamlet qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) “torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-791/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 65 saylı, xx.xx.20 07-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı1 Zığ qəsəbəsinin cənub-şərq hissəsində 300 kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün alqı-satqı qaydasında mülkiyyətinə verilməsi qərara alınmışdır. Zığ bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla İddiaçı1 ünvan 2 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi 1560 manata satılmışdır. İddiaçı1 cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 23 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinə onun mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya **********12 saylı, xx xxxxx 2019-cu il tarixli məktubla cavab verərək, ərizəyə əlavə olunmuş sənədlərin s urət olduğunu, elektron kadastr baza məlumatına əsasən torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilmədiyini, həmçinin torpaq sahəsinin yerləşmə cizgisində ölçülər və məlumat məsafələri göstərilmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 23 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyə ti memarlıq və Şəhərsalma Baş idarəsi xx.xx.2005-ci il tarixli 05/346 nömrəli 05/-104 saylı iş üzrə ayrıc aktı ilə Zığ Bələdiyyəsinə fərdi yaşayış evləri tikmək üçün 3.5800 hektar torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin 1:5000 miqyasla cizgisi hazırlanıb təsdiq edilmiş və həmin cizgidə torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Ona görə də Zığ Bələdiyyəsi vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş və baş planı tərtib edərək təsdiq etmişdir. Zığ Bələdiyyəsinin 65 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində 300 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahə sinin alqı- satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilmiş və həmin akt onunla Zığ bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sonradan torpaq sahəsinin guya Dövlət Neft Şirkətinə aid olduğu bildirilsə də, Dövlət Neft Şirkətinin ərazisinə aid olmaması barədə xx.xx.2018-ci il tarixdə məktub verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-şərq hissəsində, R.Göyüşov küçəsində 300 kv.m. torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 65 saylı xx.xx.2007-ci il tarixli Qərarı məlumat üçün xx.xx.2018-ci tarixində DƏDRX-nə məlumat kimi verilmişdir. Satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə cavabdeh xx.xx.2 019-cu il tarixli məktubunda bildirilmişdir ki, güya elektron kadastr baza məlumatına əsasən alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin bildirilmişdir ki, torpaq sahəsinin yerləşmə cizgisində ölçülər və məlumat məsafələri göstərilməmişdir. Bu səbəbdən ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin verdiyi cavab əsassızdır. Qeyd edir ki, hazırda istifadəsində olan torpaq sahəsi 2003-cü ildən istifadəsində olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 21545/2007 saylı qətnaməsi ilə istifadəsində olan torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında satılması barədə qətnamə qəbul edilmişdir və Zığ bələdiyyəsi qətnaməni icra etmiş, torpağı ona satmışdır. Sonradan torpaq sahəsini elekton baza sistemində yerləşdirilməsi onun səlahiyyətində olmamışdır. Ümumiyyətlə o zaman torpaq sahəsi barədə məlumat elekton baza sisteminə yerləşdirilməsi qaydalar olmamışdır. İstifadəsində olan torpaq sahəsi o zaman yerdə naturada ölçülüb ona təqdim edilmişdir və hazırda istifadəsindədir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi hər hansı ətraflı dəlil irəli sürmədən iddianın əsassız olduğunu bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 23 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydiyyata alınması v ə çıxarışın verilməsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. E.Nağıyeva və V.Məmmədov) cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 23 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeyd iyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Onun torpağa dair belə bir əsas kimi istinad və təqdim etdiyi “Torpaqların alqı-satqısı”na dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş, evlə bağlı isə məhkəməyə hər hansı hüquqmüəyyənedici akt təqdim olunmamışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində iddia ərizəsində və iddiaçı tərəfin əvvəlki məhkəmə iclaslarında göstərdiyi işin faktik halları təkrarlanmış, buna əsasən maddi və hü quq normalarının düzgün tətbiq edilmədiyi göstərilmişdir. Tərəflərin izahatları: İddiaçı1 məhkəmə iclasına vəkilsiz gəldiyi üçün onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə: Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlə rə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçının tələbi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 23 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsidir. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. Apelyasiya instansiyası məhkəməsi də qərarını onunla əsaslandırmışdır ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri h aqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qur ğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Lakin məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tut ulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» Baxılan işdə də torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı və alqı-satqı aktı iddiaçı tərəfindən təqdim olunmuşdur. Bu sənədlər həm «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində, həm də Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan, hüququn yaranmasına səbəb olan əsaslardır. Həmçinin ərazinin baş-planından çıxarış da işə əlavə olunmuşdur və orada iddiaçının iddialı olduğu torpaq sahəsi əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi isə qərarı n əsaslandırma hissəsində iddiaçının adı çəkilən Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini təqdim etmədiyi barədə qənaətə gəlmişdir ki, bu nəticə işin hallarına uyğun deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Lakin işin hazırki vəziyyətində işə dair yekun qərarın qəbul edilməsi mümkün deyildir. Çünki iddianın təmin olunması üçün həm də iddiaçının faktik istifadə etdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş (bələdiyyə qərarı çıxarılan vaxtı iddiaçının faktiki istifadə etdiyi) torpaq sahəsi olub-olmaması, hansı təyinatlı torpaq sahəsinə aid olduğu, başqa şəxsin adına hüquqmüəyyənedici sənəd veri lib verilmədiyi araşdırılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınması uğurla həll olunarsa, iddianın ikinci hissəsi, yəni yaşayış evinə dair hüquqların qeydiyyatı məsələsi də həll olunmalıdır. İddianın bu hissəsi həll edilərkən nəzərə alınmalıdır ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə görə mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instan siyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-791/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar