Məhkəmə qərarları › İş №2-1(102)-1581/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1581/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1581/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1189/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən, iddiaçı 1971-ci ildən 28 iyun 1976-cı ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, 9 avqust 1976-cı il tarixdən 21 fevral 2007-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı 14 may 2018-ci il tarixdə zəruri olan yaş həddinə (63 il 6 ay) çatması və zəruri iş stajına malik olması ilə əlaqədar ona pensiya təyin edilməsi üçün cavabdehə mür aciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, sığortaedən "Azərbaycan X13 və X5 (SUN: **********7) tərəfindən 2006-2007-cı illərdə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün qeyd etdiyiniz dövrlərə dair məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabınızda əks olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müdd ətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsi olduğundan müraciətinizdə qaldırdığınız məsələ ilə bağlı sığortaedən Azərbaycan X13 və X4 müraciət etməyiniz məqsədəuyğundur.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Elm və X11 5 aprel 2019-cu il tarixli, 328/357 saylı arxiv arayışına əsasən, İddiaçı müqavilə əsasında 16 sentyabr 2005-ci ildən ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks) şöbəsinin ETİ tələbatlarının öyrənilməsi sektoruna 16-cı dərəcə üzrə sektor müdiri vəzifəsinə işə götürülmüş, İddiaçı İnstitutun 21 fevral 2007-ci il tarixli, 01 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir.

5. DSMF-nin Sosial Sığorta və F ərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 19 mart 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də 1 iyul 2019-cu ildən 1 iyul 2020-ci ilədək 5934,22 manat əmək haqqı hesablanmış, 1483,56 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün, 1 sentyabr 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək sığortaolunan İddiaçı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Filial tərəfindən verilməsi mümkün olmamışdır. Sığortaolunan O. Mahmudbəyov barədə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2019-cu il tarixə və 1 iyul 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək “X3 Sistemi" nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları" bölümündə heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 və X1 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün həmin müddətdəki iş stajı da nəzərə alınmaqla 14 may 2018-ci il tarixdən başlayaraq ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliy inin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3421/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü ildə doğulmuşdur. 1971ci ildən 1976-ci ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, əyani təhsilini başa vuran kimi, xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. Dövlət qurumlarında son iş yeri olan Azərbaycan X13 və X2 ləğvi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xit am verilmişdir. 14 may 2018-ci il tarixdə ümumi əsaslarla pensiyaya çıxmaq uçun zəruri olan yaş həddinə (63 il 6 ay) çatması və zəruri iş stajına malik olması ilə bağlı pensiya təyin edilməsinə dair cavabdehə müraciət etmişdir. Lakin pensiya təyin edilməsindən imtina olunmuşdur. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, pensiya təyin edilməsi üçün zəruri iş stajı olmadığından iddiaçıya pensiya təyin edilə bilməz. Belə ki, sonuncu iş yerində, dövlət qurumu olan X13 və X1 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işləsə də, həmin qurum tərəfindən 2006-2007-ci illərdə Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün qeyd olunan dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə ona dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Ona görə də sığortaedən Azərbaycan X13 və X4 müraciət etməlidir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

10. Belə ki, Azərbaycan X13 və X5 adlı dövlət qurumu ləğv edildiyi üçün iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməli olmuşdur. X16 və X10 verdiyi xx.xx.2019-cu il tarixli, 328/357 saylı arayışdan görünür ki, 2005-ci ilin sentyabr ayından 2007-ci ilin mart ayına kimi Azərbaycan X13 və X5 tərəfindən mütəmadi olaraq DSMF-na xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənmişdir. DSMF-nin iddiaç ıya verdiyi rəsmi cavabdan da əslində onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi inkar edilmir. Lakin göstərilir ki, kimlərinsə günahı üzündən iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Yəni pul vəsaiti faktiki DSMF-nin bank hesabına daxil olsa da, iddiaçıdan asılı olmayan səbəblərdən onun şəxsi hesabında öz əksini tapmamışdır. Ona görə də, iddiaçının X13 və X1 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün həmin müddətdəki iş stajı da nəzərə alınmaqla 14 may 2018-ci il tarixdən iddiaçıya pensiya təyin edilməlidir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda bildirilmi şdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının müraciətinə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentində baxılmışdır. Müraciətlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığı üçün əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Eyni zamanda iddiaçı X13 və X1 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işləsə də, həmin qurum tərəfindən 2006-2007-ci illərdə Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatlar (Forma B1) təqdim edilsə də, Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vaxtında və dürüst təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının həmin dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda qeyd edilmiş dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron hökumət portalı”nda (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsində sığortaedən X13 və X4 müvafiq funksionallıq verilmişdir. Həmin quruma funksionallıq verildiyi üçün asan imza və ya elektron imza vasitəsilə müəssisələr, yəni sığortaedənlər tərəfindən “X14”da (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsinə daxil olub qeyd olunan dövrlərə aid Məcburi dövlət sosial sığorta haqqı üzr ə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilməlidir. Bütün bu proseslər həyata keçirildikdən sonra, iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabında öz əksini tapacaqdır.

12. Bakı İnzibati Məhkəməsi DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə sorğu verərək, pensiyanın təyin edilməsi tələbi barədə zərurət yarandığından iddiaçı barəsində 2005-ci ilin sentyabr ayından hal-hazıradək olan sosial ödənişlərlə bağlı bütün sənəd və məlumatları məhkəməyə təqdim olunması xahiş edilmişdir.

13. Həmin sorğuya cavab olaraq, 2019-2020-ci illər üzrə sığortaolunan iddiaçının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını özündə əks etdirən məlumatlar t əqdim edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3421/2021 nömrəli, 7 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddianın təmin edilməsi, iddiaçıya 14 may 2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 63 yaş 6 ayı xx.xx.2018-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1189/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 4 may 2022- ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydaları Bənd 4.1.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyən ləşdirilir: dövr xx.xx.2017 - xx.xx.2018, kişilər üzrə pensiya yaşı 63 il 6 ay. 24. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəs sisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. X15 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən h azırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki h allarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinasında və məzmun baxımından ona əsaslanan kassasiya şikayətində bildirilir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan məbləğdə pensiya kapitalı olmadığı və ya 25 il sığorta stajı olmadığı üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.

36. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur. Bu qərarın 24-25-ci bəndlərində istinad olunan normalara görə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

37. Eyni zamanda Ali Məhkəmənin oxşar tələblərlə bağlı işlər üzrə formalaşmış hüquqi mövqeyinə əsasən, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli, xx.xx.2020-ci il tarixli, 21(102)-1431/2020 nömrəli qərarları).

38. İddiaçının X13 və X1 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi cavabdeh tərəfindən mübahisə edilmir. Lakin buna baxmayaraq cavabdeh pensiya təyinatından imtina edərkən, iddiaçının həmin dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabında əks olunmadığına istinad edir.

39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Elm və X10 xx.xx.2019-cu il tarixli, 328/357 saylı arxiv arayışından İddiaçı müqavilə əsas ında xx.xx.2005-ci ildən ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks) şöbəsinin ETİ tələbatlarının öyrənilməsi sektoruna 16-cı dərəcə üzrə sektor müdiri vəzifəsinə işə qəbul edildiyi, İnstitutun xx.xx.2007-ci il tarixli 01 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunduğu, işlədiyi 2005-2007-ci illərdə 2005-ci ilin sentyabrdekabr, 2006-cı ilin yanvar-dekabr, 2007-ci ilin yanvar-fevral ayları üçün iddiaçıya əmək haqqının hesablandığı və məcburi dövlət sosial sığorta haqlarının tutulduğu görünür.

40. Həmçinin iş üzrə materiallardan iddiaçının işlədiyi sığortaedən X13 və X5 tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatların da cavabdehə təqdim edildiyi görünür və bu cavabdeh tərəfindən də etiraf olunur. Bununla belə cavabdeh məcburi dövl ət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyinə və bu səbəbdən iddiaçının həmin dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmadığına istinad edir və həmin halı iddiaçının ziyanına təfsir edir.

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatların vaxtında və dürüst təqdim edilməsi sığortaedənin məsuliyyət sferasına aiddir və sığortaedən tərəfindən həmin öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi iddiaçıya münasibətdə neqativ nəticələr yarada bilməz. Bu zaman həm də müvafiq hesabatların vaxtında və dürüst təqdim olunmasının təmin edilməsinin cavabdehin məsuliyyət sferasına aid olduğu da nəzərə alınmalıdır.

42. Qeyd olunmalıdır ki, pensiya təyin olunması üçün yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur. Belə ki, iddiaçı tələb olunan yaş həddinə çatmış və zəruri sığorta stajını toplamışdır. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır.

43. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmu şdur.

44. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1189/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar