Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1581/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati orqan barəsində cərimənin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosia l Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1553/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “əmək pensiyasının yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsindəki icraat
2. İşin araşdırılması üçün zəruri hesab edildiyi üçün məhkəmə tərəfindən dəfələrlə sorğular ilə tələb olunan, pensiya işinin əsli cavabdeh tərəfindən məhkəməyə təqdim olunmalı olduğu halda və pensiya işinin əslinin 04 oktyabr 2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına təqdim edilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin sübutu məhkəməyə təqdim etməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim: M.T.Hacıbəyova) Bakı İnzibati Məhkəməsinin sorğularına əsasən İddiaçı pensiya işinin əsli məhkəmə iclasına təqdim edilmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 200 (iki yüz) manat məbləğində cərimə təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 200 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh məhkəmənin tələb etdiyi sübutu üzürsüz səbəbdən təqdim etmədiyindən qanunun müddəalarına uyğun olaraq həmin inzibati orqan barəsində cərimə tətbiq edilməlidir.
5. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-1553/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 1.2, 12.1, 12.2, 12.3, 12.4 və 60-cı maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 78.2, 78.3, 78.4 və 78.5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, araşdırma zərurəti ilə əlaqədar məhkəmə tərəfindən tələb olunan sənədlərin əsli məhkəməyə təqdim edilməlidir. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Tələb olunan sənədlərin təqdim edil məməsi məhkəmə araşdırmasının tam və hərtərəfli aparılmasına mane olur, işin araşdırılmasının heç bir əsas olmadan uzadılmasına səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin tələb etdiyi sənədlər dövlət orqanı olaraq məhz cavabdehin sərəncamındadır.
8. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 90.1 94.1 və 96.9-cu maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.
10. Belə ki, birinci instansiya məhkəməsinin qərard adı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, ləğvi üçün əsaslar mövcud olmuşdur. Apellyasiya instansiyası həmin qərardadı qüvvədə saxlamaqla eyni prosessual pozuntuya yol vermişdir. İş materiallarından da göründüyü kimi Bakı İnzibati Məhkəməsi 16 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından işə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılması ilə bağlı inzibati icraatı üzrə materiallarının, o cümlədən, iddiaçının müraciət ərizəsinin, imtina məktubunda istinad edilən halların araşdırılması ilə bağlı sənədlərin, iddiaçının pensiya işinin əslinin 10 gün mü ddətində təqdim edilməsini tələb etmişdir.
11. Məktuba cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 15 iyul 2022-ci il tarixli **********6 nömrəli məktubla qeyd edilən sənədlər və iddiaçının pensiya işinin təsdiq olunmuş surəti Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli sorğusu ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından 01,07.1950-ci il təvəllüdlü İddiaçı pensiya işinin əslinin 04 oktyabr 2022-ci il tarixdə saat 15:15-ə təyin edilmiş məhkəmə iclasına təqdim edilməsi tələb ol unmuşur. Sorğuya cavab verilmədiyi halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən cavabdehə 2000 manatadək cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 30 sentyabr 2022-ci il tarixli **********3 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli e-2-1(112)-8328/2022 nömrəli sorğusu İcra edilmiş və sənədlər məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-1(112)- 8328/2022 nömrəli qərardadı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı pensiya işinin əslinin təqdim edilməməsi səbəbi ilə 200 manat məbləğində cərimə e dilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin təl əb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
60. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədlər i və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
19. Belə ki, inzibati prosessual qanunvericiliyi tələbinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludur lar.
20. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi 16 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılması ilə bağlı inzibati icraatı üzrə materiallarının, o cümlədən iddiaçının müraciət ərizəsi, imtina məktubunda istinad edilən halların araşdırılması ilə bağlı sənədlər, iddiaçının pensiya işinin əslinin 10 gün müddətində təqdim edilməsini tələb etmişdir.
21. Məhkəmənin 24 avqust 2022-ci il tarixli sorğusu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz i Filialından xx.xx.1950-ci il təvəllüdlü İddiaçı pensiya işinin əslinin 04 oktyabr 2022-ci il tarixində saat 15:15-ə təyin edilmiş məhkəmə iclasına təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab verilmədiyi halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən cavabdehə 2000 manatadək cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. 22. 04 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdeh növbəti dəfə məhkəmənin tələb etdiyi iddiaçının pensiya işinin əslini təqdim etməmişdir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi cavabdeh barəsində cərimə tətbiq etmişdir.
23. Göründüyü kimi, məhkəmə pensiya işinin əslinə baxış keçirilməsini işin araşdırılması üçün zəruri hesab etmiş, bununla əlaqədar məhkəmə tərəfindən cavabdehə sorğular göndərilərək pensiya işinin əsli tələb edilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan həmin sübutu məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, tələb olunan sənədlərin təqdim edilməməsi məhkəmə araşdırmasının tam və hərtərəfli aparılmasına mane olur, işin araşdırılmasının heç bir əsas olmadan uzadılmasına səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin tələb etdiyi sənədlər dövlət orqanı olaraq məhz cavabdehin sərəncamındadır. Məhkəmənin tələb etdiyi sübutun əslinin onda olmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan həmin sübutu məhkəməyə təqdim etməmişdir.
25. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı hazırkı qərarda qeyd olunan pros essual hüquq normalarının tələblərinə uyğundur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1553/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.