Məhkəmə qərarları › İş №2-1(102)-1581/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1581/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1581/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı şirkətinin cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, prosessual müddətin bərpasında imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı (üçüncü şəxs X2) “qərarın etibarsızlığının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(103)2667/2 023 nömrəli qərardadından iddiaçının verdiyi şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 692 saylı, 20 fevral 2004-cü il tarixli qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6072/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın mümkü n sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2667/2023 nömrəli iş üzrə 25 avqust 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6072/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

6. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin sözügedən qərardadı xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxm ayaraq, elektron məhkəmə informasiya sistemi vasitəsilə Şirkətin şəxsi kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, lakin Şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından Şirkət həmin qərardadla tanış olmamış və rəsmi əldə etməmişdir. Buna baxmayaraq, Şirkət 20 fevral 2024-cü il tarixdə şəxsi kabinetdə aparılan yoxlama araşdırma nəticəsində Bakı Apellyasiya Məhkəməsinin İK-nın (103)- 2667/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə tanış olmuş və elə həmin tarixdə də qərardadı rəsmi olaraq əldə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarı na (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

9. Belə ki, İPM-in 23.1-ci və 94.1-c i maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, apellyasiya instansiy ası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir (təqdim edilmişdir). Kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

11. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

12. İddiaçı ərizəsində şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli texniki problem olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsinin mümkün olmadığını qeyd etmişdir.

13. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı ərizəsində istinad edilən halı (internet şəbəkəsində yaranmış uzunmüddətli texniki problem olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsinin mümkün olmaması) təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.

14. Hazırki iş üzrə iddiaçı tərəfin qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verm ək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər.

16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

17. Göstərilənlərə əsa sən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 21(103)-2667/2023 nömrəli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar