Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1582/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mübahisəli torpaq üzərində başqasının mülkiyyət hüququnun ləğv edilməsi GİRİŞ HİSSƏ Hakimlər: 19.11.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), İlqar Ağababaş oğlu Dadaşov və X1 ibarət tərkibdə, İddiaçının vəkili X4, cavabdeh İdarənin nümayəndəsi X3 və vəkili X5, 3-cü şəxs R.Zamanovanın vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, 3-cü şəxslər Göyçay rayon Potu Bələdiyyəsinə və Zamanova Radə Emin qızına qarşı mübahisəli torpaq üzərində başqasının mülkiyyət hüququnun ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarından cavabdeh İdarə və 3-cü R.Zamanova tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə, 3-cü şəxslər Göyçay rayon Potu Bələdiyyəsinə və Zamanova R adə Emin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin üzərinə 3-cü şəxs Bələdiyyənin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən, Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs R.Zamanovanın mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində R.Zamanovanın mülkiyyət hüququnun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə (hakim R.Məcidov; iş No 2-1(84)-477/2017) iddianın təmin edilməsi; cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrə li qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 3-cü şəxs R.Zamanovanın mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində R.Zamanovanın mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən M.Hüseynov, hakimlər R.Əliyev və İ.Şükürov; iş No 21(107)-64/2018) 3-cü şəxs R.Zamanova və cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarının dəyişdirilməsi; iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İdarənin üzərinə Göyçay rayonu Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs R,Zamanovanın adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər R.Nəbizadə və İ.Hüseynov; iş No 2-1(102)1725/2018) kassasiya şikayətlərinin qismən təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə qay tarılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov; iş No 2-1(107)-9/2019) 3-cü şəxs R.Zamanova və cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətlərinn qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarının dəyişdirilməsi; iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İdarənin üzərinə Göyçay rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçıya satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən 3-cü şəxs R.Zamanovanın adına apar ılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmin qərardan 3-cü şəxs R.Zamanova kassasiya şikayəti verərək, qərar ləğv olunmaqla apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində geyd edilənlərə görə, işə baxan apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozm uş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. 3-cü şəxs R.Zamanovanın kassasiya şikayətində geyd edilənlərə görə, işə baxan apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh İdarənin vəkili E.Məcidli kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin nüma yəndəsi İ.Məmmədov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən 3-cü şəxs R.Zamanovanın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ləğv olunmaqla apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili İ.İsmayılov hər 2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından həmin kassasiya şikayətlərinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxs Bələdiyyənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən normalarının düzgün tətbiq edilməsini yoxlayır. maddi və prosessual hüquq Kassasiya şikayə ti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə hər 2 kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə müəyyən edilir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmləşdirilməsini istəmiş, bu istəklə bağlı cavabdeh İdarəyə müraciət etmiş, lakin həmin inzibat orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni 3-cü şəxs R.Zamanovanın mülkiyyət hüququnun rəmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verldiyini) göstərməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin iş üzrə müəyyən edilir ki, İddiaçı və 3-cü şəxs R.Zamanova mübahisəli torpaq sahəsinə d air qanuni sənədlərə malikdirlər, belə ki, iddiaçı öz torpaq sahəsini Göyçay rayon Bələdiyyənin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına uyğun olaraq satıcı qismində çıxış edən həmin Bələdiyyədən almış; R.Zamanova isə öz torpaq sahəsini notarial qaydada təsdiq edilmiş 23.06.2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı X2, sonuncu isə bu torpaq sahəsini onun Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarına əsasən mülkiyyətçisi olmuş (“Torpaq sahəsinin mülkiyyət verilməsinə dair” JN seriyalı 502 F nömrəli noyabr 2003-cü il tarixli Şəhadətnamə) X6 notarial qaydada təsdiq edilmiş 02.05.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Satıcı Q.Talıbova öz torpaq sahəsini 3-cü şəxs R.Zamanovaya satarkən öz adına olan MH seriyalı ******* sayl ı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa və torpaq sahəsinin dəqiq koordinatları (döngə nöqtələri) qeyd olunmuş AA seriyalı 030056 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinə (bax, i.c. İİ, i.v. 91) malik olmuşdur və həmin sənədlər nəzərə alınmaqla, 3-cü şəxs R.Zamanovaya 17.12.2015-ci il tarixli RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövalət Reyestrindən Çıxarış verilmişdir. İddiaçı torpağa dair mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış əldə edə bilməmişdir, lakin ona Bələdiyyədən satın aldığı torpaq sahəsinin dəqiq koordinatları (döngə nöqtələri) əks olunmuş “Göyçay rayon Potu Bələdiyyəsinin yerquruluşu planından Çıxarış” verilmişdir. Məhkəmə klollegiyası qeyd etməlidir ki, iddiaçının və 3-cü şəxs R.Zamanovanın malik olduqdarı hüquqi sənədlərin qanuniliyi məhkəmə qayda sında da mübahisələndirilməmişir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etsə və mübahisəli torpaq sahəsi üzərində 3-cü şəxsin mülkiyyət hüquqlarının ləğv olunması qənaətinə gəlsə də, bu qənaətinin etibarlı əsaslarını göstərə bilməmiş, nəhayət, tərəflər arasında yaranmış mübahisənin əsas sualını, yəni mübahisəli torpaq sahəsinin kimə məxsus olması sualını cavablandıra bilməmişdir. Eyni zamanda bu suala işə cəlb edilmiş nə mütəxəssisin rəyində, nə də təyin edilmiş ekspertizanın rəyində cavab veriməmişdir. Halbuki, yuxarıda qeyd edildyi kimi, mübahisə edən tərəflərin, yəni iddiaçının və 3-cü şəxs R.Zamanovanın torpaq sahələri haqqında plan ölçü (kadastrdan çıxarış) sənədlərində onları məxsus sahələrin dəqiq koordinatları (döng ə nöqtələri) qeyd olunmuşdur. Məsələn, iddiaçıya məxsus sənəddə torpağın 1-ci döngə nöqtəsi: X-731192.824; Y450129.997 göstərilsə də, 3-cü şəxsin müvafiq sənədində 1-ci döngə nöqtəsi: X-223778.90; Y4502793.12 qeyd olunmuşdur. Hər 2 sənəd müqayisə edildikdə, müəyyən olunur ki, onlarda əks olunmuş döngə nöqtələrinin heç biri üst-üstə düşmür, ümumiyyətlə nöqtələrin sayı da biri-birindən fərqlənir (iddiaçıya məxsus sənəddə nöqtələrin sayı 4-dür, 3-cü şəxsə məxsus sənəddə nöqtələrin sayı 6-dır). Ona görə də, belə nəticəyə gəlmək olar ki, mübahisə tərəfləri eyni torpaq sahəsinə iddia etsələr də, əslində onların sənədlərinə görə, onlara məxsus torpaq sahələri başqa-başqa yerlərdədir, lakin mübahisəli torpaq sahəsinin koordinatları (döngə nöqtələri) işin materiallarında toplanmış sənədlərdə əks ol unmadığından, reallıqda onun mübahisə tərəflərinə məxsus hansı torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün deyildir. Belə olan halda, bu halların yenidən apellyasiya instansiya məhkəməsində araşıdırması zərurəti yaranır. Hazırki işə yeniən baxacaq apellyasiya instansiya məhkəməsi bu məsələni həll etmək üçün müvafiq üsulla (mütəxəssis cəlb etməklə, yaxud ekspertiza təyin etməklə və sair), mübahisəli torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməli və yalnız bundan sonra, həmin koordinatlar mübahisənin hansı tərəfinin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyündən, onun kimə məxsus olmasını müəyyən etməklə bu mübahisəni ədalətli və qanuni həll etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəy yən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Hər 2 kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətləri qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İd arəsi və 3-cü şəxs Zamanova Radə Emin qızının kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1582/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1582/2019
19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver