Məhkəmə qərarları › İş №2-1(102)-1582/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1582/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1582/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı MTK-nın Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi məsuliyyətinə cəlb edilmə barədə qərarların ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-518/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2013-cü il tarixli, **********711255 saylı qərarın əsasən yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı MTK tərəfindən Vergi Məcəlləsinin tələblərinin pozulması nəticəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 188273,40 manat azaldığı müəyyən edilmiş, bu əsasla vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məblə ği hesablanmış və 94136,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.04.2015-ci il tarixli, **********889773 saylı qərarına əsasən, yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı MTK tərəfindən 2014-cü il üzrə əlavə dəyər vergisinin 266994,00 manat azaldıldığı müəyyən edilmiş, bu əsasla vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən 133497,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin ver gi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.08.2019-cu il tarixli, **********188725 saylı qərarına əsasən vergi orqanı tərəfindən İddiaçı MTK-ya münasibətdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 26730,99 manat məbləğində verginin azaldılması müəyyən edilmiş və vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MTK (VÖEN **********) 20.12.2013-cü il tarixli **********711255 saylı və 17.04.2015-ci il tarixli **********889773 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarlarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar müəssisənin şəxsi hesab vərəqəsindəki borcların araşdırılması nəticəsində SVY üzrə borcların yarandığını aşkar edilmişdir. Bununla əlaqədar iddiaçı müvafiq vergi orqanına müraciət edərək şəxsi hesab vərəqəsində göstərilən SVY aktları üzrə hesablama nəticələrini tələb etmişdir. Vergi orqanının təqdim etdiyi məktubla 23.10.2018-ci il tarixində vergi orqanına təqdim edilmiş məktubla səyyar vergi yoxlaması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar və tələbnamələrin olduğu aşkar edilmişdir. İddiaçı iddia edir ki, həmin sənədləri bu günədək qəbul etməmiş və sənədlər ona təqdim edilməmişdir. Bununla əlaqədar göstərilən aktların və çıxarışların qərarların qərəzli, əsassız və qanunsuz olduğunu aş kar etdiyindən, ləğv edilməsi üçün müraciət etmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, iddiaçı hər iki qərarı mübahisələndirərkən bunun üçün qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Belə ki, mübahisələndirilən qərarlardan biri vergi ödəyicisinin özü tərəfindən imzalanaraq qəbul edilmiş, digər qərar isə sifarişli poçt vasitəsilə iddiaçıya rəsmi göndərilmişdir, iddiaçı məhkəmədə iddia qaldırarkən İnzibati Prosessual Məcəllədə mübahisələndirmə haqqında iddianın qaldırılması üçün müəyyən edilmiş müddətləri 20.12.2013-cü il tarixli **********711255 saylı qərarı mübahisələndirərkən 4 il 11 ay və 14.04.2015-ci il tarixli **********889773 saylı qərarı mübahisələndirərkən isə 3 il 8 ay ötürmüşdür. Bundan başqa, id diaçının mübahisələndirdiyi hər iki qərarla aparılmış hesablamalar müvafiq olaraq 20.12.2013-cü və 17.04.2015-ci il tarixlərində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən 15.10.2018-ci il tarixində cavabdehə müraciət edilmiş və yuxarıda qeyd olunan hər iki səyyar vergi yoxlaması zamanı tərtib olunmuş aktların surətləri və nəticədə qəbul edilmiş qərarların surətlərinin təqdim olunması xahiş edilmişdir. Cavabdehin 17.10.2018-ci il tarixli məktubu ilə ödəyiciyə həmin sənədlərin surətləri təkrarən təqdim olunmuşdur. Bununla iddiaçı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş inzibati aktın mübahisələndirilməsi müddətini süni şəkildə bərpa etməyə çalışmışdır. Qeyd olunan sənədlərin surətini aldıqdan sonra iddiaçı hazırkı tələblə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Aydın görünür ki, iddiaçının hüquqları vergi orqanı tərəfindən pozulmamışdır, əksinə vergi ödəyicisinin iddia tələbi ilə məhkəməyə müraüciət etməkdə məqsədi ona hesablanmış vergi məbləğinin ödənilməsini dövlət büdcəsindən yayındırmaqdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2-1(81)4631/2018 saylı qərardadına əsasən (hakim Aygün Abdullayeva) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi qərarlar barədə məlumatlı olmasına baxmayaraq, İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə vermə müddətini ötürmüşdür.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya i nstansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.02.2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadına əsasən (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2-1(81)-4631/2018 saylı qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm vergi qanunvericiliyi, həm də inzibati icraat haqqında qanunvericilik vergi ödəyicisi barədə vergi məsuliyyəti və öhdəliyi yaradan sənədlərin, o cümlədən əlavə vergilərin hesablanmasına dair qərarların vergi ödəyicisinə təqdim olunması fa ktını və müddətini sübut etmək vəzifəsini vergi orqanının üzərinə qoymuşdur. İş materiallarından isə görünür ki, vergi orqanının 20.12.2013-cü il tarixli **********11255 nömrəli qərarının imza qrafasına imza atılsa da, həmin imzanın kim tərəfindən atıldığı və həmin şəxsin kim olması müəyyən edilmir. Həmçinin, həmin qərar iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. Cavabdeh orqanın 17.04.2015-ci il tarixli **********889773 nömrəli qərarı isə ümumilikdə iddiaçı tərəfindən qəbul edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən qərarlar qəbul edilmədiyindən hazırkı iş üzrə iddiaçı prosessual müddəti ötürməmişdir.

12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-1417/2019 saylı qərardadına əsasən (hakim Sevda Hüseynova) kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. ç. Birinci instansiya məhkəməsində ikinci icraat

14. İddiaçı tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.12.2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, 17.04.2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, 23.01.2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” və Azərbaycan Respub likası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.08.2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadına əsasən (hakim Mehriban Qarayeva) iddia 23.01.2017-ci il tarixli, **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

16. Məhkəmə qeyd etmişdir ki, 23.01.2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərar iddiaçının elektron kabinetinə göndərilmiş, həmin qərarın mübahisələndirilməsinə dair ərizə qərarın oxunmasından 2 ildən artıq müddət keçdikdən sonra m əhkəməyə təqdim edilmişdir.

17. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

18. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərarına əsasən (hakim Mehriban Qarayeva) qərara alınmışdır ki, iddia qismən təmin edilsin, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.12.2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departam entinin 17.04.2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.08.2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin, iddia qalan hissədə təmin edilməsin.

19. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı 19.12.2013-cü il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr üzrə təqdim edilmiş bina tikilisi fəaliyyəti ilə məşğul olan şəxslərin sa dələşdirilmiş vergi bəyannamkə məlumatı ilə sözügedən binanın faktiki sahəsi arasında kəskin fərqin olması və buna uyğun olaraq əlavə vergi hesablamasını sübut edə bilməmişdir. Belə ki, 19.12.2013-cü il tarixli səyyar vergi yoxlaması aktında qanunvericiliyin tələblərinə uyğun olmayaraq mərtəbənin sahəsinə daxil edilməli olmayan sahələr də nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin **********711255 saylı qərarı 20.12.2013-cü il tarixində, yəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın qüvvədə olduğu dövrdə qəbul edilmiş, lakin vergi orqanı tərəfindən sözügedən qərar qəbul edilərkən vergi ödəyicisinin hüq uqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən qaydaların qüvvədə olması nəzərə alınmamışdır.

20. Bundan başqa, 15.09.2020-ci il tarixli ekspert rəyinə əsasən inşa olunmuş binanın satışa yararlı sahəsi 13996,44 kv.m. təşkil etdiyi üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yayındırılma müəyyən edilməmiş, aprel 2014-cü il üzrə qeyri-yaşayış sahəsi üzrə satış müəyyən edilməmiş, bu səbəbdən yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilməmiş və tətbiq edilməmişdir. Aprel 2014-cü il üzrə qeyriyaşayış sahəsi üzrə satış müəyyən edilmişdir. Bu səbəbdən qeyri-yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilmiş və tətbiq edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ələsgərov və M.Qasımov küçələrinin kəsişmə sində inşa edilən hündürmərtəbəli çoxmənzilli binada qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün orta bazar satış qiyməti – 2800,0 manat olmaqla 484 kv.m.-nin ümumi dəyəri ƏDV-siz 1148474,58 manat, müqavilələr nəzərə alınarsa, ƏDV-siz vergiyə cəlb olunan dövriyyə 1211610,17 manat təşkil etmişdir. 17.03.2015-ci il tarixli səyyar vergi yoxlaması aktında mənzil satışından müəssisənin əldə etdiyi gəlir 3756294,0 manat göstərilmişdir. Beləliklə, aprel 2014-cü il üzrə müqavilələr və bazar qiymətləri tətbiq edilərsə, ƏDV-nin yayındırılması müəyyən edilməmişdir. Həmin ekspert rəyində göstərilənləri təkzib edən sübut məhkəməyə təqdim edilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı aşkar edilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.

21. Cavabdehin 20.08.2019-cu il tarixli qərarı isə 2016-c ı ilin 1-ci rübünü əhatə edir. Halbuki, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə vergi qanunvericiliyinin pozulmasına prezumpsiya olacağı halda belə, vergi qanunvericiliyi ilə müəyyən edilən vergi qanunvericiliyinin pozulması anından 3 ildən artıq müddət keçdiyindən məhkəmə qeyd edilən qərarı da vergi qanunvericiliyinin tələbləri baxımından qanunsuz və əsassız hesab edir.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-518/2021 saylı qərardadına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev, Aida Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarix li, 2-1(112)-64/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

24. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-518/2021 saylı qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev, Aida Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

26. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Məhkəmənin yuxarıda qeyd edilən qərar və qərardadı 10.06.2021-ci il tarixində cavabdehə təqdim edilmişdir.

28. Cavabdeh 07.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelly asiya Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2-1(82)-745/2016 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin 20.12.2013-cü il tarixli **********711255 saylı və 14.04.2015-ci il tarixli **********889773 saylı qərarlarının ləğv edilməsi hissəsində İPM-də nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən mümkünsüz sayılmasını, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-518/2021 saylı iş üzrə 03.03.2021-ci il tarixli qərarının ləğv edilməsini, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 20.12.2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının, 17.04.2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının, 20.08.2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsini, qalan hissədə apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

29. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçı 20.12.2013-cü il tarixli **********711255 saylı və 14.04.2015-ci il tarixli **********889773 saylı qərarları mübahisələndirərkən bunun üçün İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş müddətləri ötürmüşdür. Belə ki, 20.12.2013-cü il tarixli **********711255 saylı qərar 02.05.2013-cü il tarixli **********664824 saylı qərarla başlanılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Həmin səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş 19.12.2013-cü il tarixli **********673391 saylı səyyar vergi yoxlaması aktı vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmışdır və onun tərəfindən həmin aktda hər hansı qeyd edilməmiş, aktı imzalamaqdan imtina etməmişdir.

30. İddiaçının mübahisələndirdiyi digər – 14.04.2015-ci il tarixli **********889773 saylı qərar isə 21.01.2014-cü il tarixli **********7118487 saylı qərar ilə başlanılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Həmin səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş 17.03.2015-ci il tarixli **********798863 saylı a kt isə vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina edildiyindən sifarişli poçt göndərişi ilə iddiaçıya göndərilmişdir.

31. Göründüyü kimi, yuxarıda qeyd edilən qərarlar iddiaçıya lazımi qaydada təqdim edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən də poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

32. Bundan başqa, iddiaçı 17.04.2015-ci il tarixli məsuliyyət qərarının ləğvi tələbi ilə 2015-ci ilin sonlarında iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 02.05.2016-cı il tarixli 2-1(82)-745/2016 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək icraata xitam verilmişdir. Həmin qərardaddan iddi açı apellyasiya şikayəti verməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə, yuxarıda qeyd edilən hallar iddiaçının 20.12.2013-cü il tarixli **********711255 saylı qərarı mübahisələndirərkən 4 il 11 ay və 14.04.2015-ci il tarixli **********889773 saylı qərarı mübahisələndirərkən 3 il 8 ay müddəti ötürdüyünü göstərir.

33. İddiaçı 20.08.2019-cu il tarixli **********188725 saylı qərara münasibətdə də mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, qeyd olunan qərar 20.08.2019-cu il tarixdə iddiaçıya sifarişli poçt göndərişi ilə təqdim olunmuş və iddiaçının nümayəndəsi tərəfindən qəbz imzalanaraq qəbul edilmişdir. Həmin qərarın çatdırılmasına dair poçt qəbzinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, sadəcə bi rinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını qeyd etmişdir.

34. Bundan başqa, 20.12.2013-cü il tarixli **********711255 nömrəli qərara münasibətdə məhkəmənin Mənzil Məcəlləsinə istinad etməsi əsassız olmuşdur. Belə ki, cavabdeh vergi orqanı qərar qəbul edərkən verginin hesablandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.2007-ci il tarixli “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na istinad etmiş, yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 219.1.2-ci və 221.5-ci maddələrinin tələblərinin pozulması nəticəsində Mənzil tikintisi fəaliyyəti ilə m əşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 188273,40 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmələr mümkünsüz hesab edilməli olan iddianı qismən təmin etmiş və maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə zidd olaraq qanunu yüngülləşdirən hal kimi geriyə şamil edərək vergi ödəyicisinin vergidən yayınmasına birmənalı olaraq şərait yaratmışdır.

35. Cavabdeh orqan iddia tələbinin 14.04.2015-ci il tarixli qərara aid hissəsində də məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, məhkəmə Vergi Məcəlləsinin tələblərinə əsasən bazar qiymətinin tətbiq edilməsinə dair, o cümlədən, əməliyyatda təsbit edilmiş qiymətlərin qəbul edilməməsi üçün əsaslı bir sənəd və ya məlu mat mövcud olmadığına istinad etsə də, minimum dövriyyənin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyasında birbaşa maddə təsbit edildiyindən cavabdeh orqan hesablamanı əlaqəli məlumat olan bazar qiyməti ilə aparmamışdır.

36. İddiaçı MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli binanın ümumi və satışa yararlı sahələrinin sadələşdirilmiş vergi üzrə hesabatında yayındırmanın müəyyən edilməsi ilə bağlı məhkəmənin yalnız 15.09.2020-ci il tarixli Ə-113 nömrəli ekspert rəyinə istinad etməsi də doğru olmamışdır. Belə ki, qeyd olunan sualın cavablandırılması təkcə məhkəmə-mühasibatlıq ekspertizası ilə əhatə olunmur. Belə ki, məhkəmə tərəfindən qoyulmuş bu sualın cavablandırılması üçün ekspert tərəfindən İddiaçı MTK tərəfindən inşa edilmiş hündürmərtəbəl i, çoxmənzilli binaya yerində baxış keçirilməli və ölçmə aparılmalı idi. Bu isə məhkəmə mühasibatlıq ekspertizası ilə əhatə olunmur. Bunun üçün mühəndis-texniki ekspertiza təyin edilməli və həmin ekspertizanın nəticəsində mühasibatlıq ekspertizası vasitəsi ilə sadələşdirilmiş verginin yayındırılması ilə bağlı sual tam cavablandırılmalı idi. Beləliklə, ekspertiza düzgün suallar qoyulmadan təyin edilmiş və ekspertizanın gedişatı da yanlış davam etmiş, ekspert tərəfindən bina sahəsinin müəyyənləşdirilməsi ilə bağlı sualın cavablandırılmasının onun xüsusi biliklərindən kənara çıxdığı qeyd olunmamışdır. Qısaca mühasibatlıq ekspertizası mühəndis-texniki ekspertizanın cavab verməli olduğu sualı cavablandırmamışdır.

37. Cavabdeh tərəfindən sadələşdirilmiş vergi ilə bağlı hesablamanın əsası Vergi M əcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyasında birbaşa təsbit edilmiş vergitutma obyekti ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi vergitutma obyektidir. Yəni, qanun birbaşa vergitutma obyektini müəyyən etmişdirsə, məhkəmənin öz mülahizəsinə görə yeni vergitutma obyektini müəyyən etməsi əsassızdır.

38. Cavabdehin 20.08.2019-cu il tarixli qərarına münasibətdə də məhkəmənin mövqeyi əsassız olmuşdur. Belə ki, məhkəmə səyyar vergi yoxlaması zamanı dövrlər üzrə tədiyyələrin yoxlanması ilə bağlı səyyar vergi yoxlamasının başlanması barədə qərarı nəzərdən keçirmədən belə bir qənaətə gəlmişdir. Belə ki, “Səyyar vergi yoxlamasının ba şlanması” haqqında 13.03.2018-ci il tarixli qərar yanvar 2015 – dekabr 2017 dövrünün yoxlanması ilə bağlı qəbul edilmişdir. Göründüyü kimi, 13.03.2018-ci il tarixli qərar qəbul edilərkən cavabdeh vergi orqanı 2016-cı ilin 1-ci rübünü yoxlamaqda tam haqlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

41. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin 01.01.20202-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

43. Həmin Məcəllənin 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir.

44. Azərbaycan Respublikasının 16.05.2014-cü il tarixli 19 6-İİİQD Qanunu ilə (2008-ci il yanvarın 1-dən qüvvədədir) 219.1-1-ci, 219.1.2-ci, 219.1.3-cü, 219.2-ci və 219.2.1-ci maddələr müvafiq olaraq 219.2–219.6-cı maddələr hesab edilmişdir və 219.7-ci və 219.8-ci maddələr əlavə edilmişdir.

45. Həmin maddənin 01.01.2016-cı ilədək qüvvədə olan redaksiyası: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

46. Vergi Məcəlləsinin 219.3-cü maddəsinin 01.01.2016-cı ildən 01.01.2020-ci ilədək qüvvədə olan redaksiyası: Mənzil tikintisi fəaliyyətini hə yata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir.

47. Həmin Məcəllənin 220.8-ci maddəsinin 01.01.2016-cı ilədək qüvvədə olan görə, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsal lar tətbiq edilməklə hesablanır. redaksiyasına

48. Azərbaycan Respublikasının 29.11.2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə (01.01.2020-ci ildən qüvvəyə minib) 219.3-cü və 219.7 – 219.11-ci maddələr ləğv edilmişdir.

49. Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən (01.01.2016-ci ilədək qüvvədə olmuşdur) mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.

50. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

51. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

52. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

53. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati a ktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

54. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınm ası) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanu nvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

56. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qay daların tətbiq edilməsini nəzərə almalıdırlar.

57. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

58. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olar aq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

60. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

61. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

62. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

64. Məhkəmə kollegiyası kassatorun iddianın mümkünlüyü ilə bağlı dəlilləri üzrə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfində n mübahisələndirilən 20.12.2013-cü il tarixli **********711255 saylı qərar Vergilər Nazirliyi yanında ləğv olmuş Vergi Auditi Departamentinin 02.05.2013-cü il tarixli **********664824 saylı qərarı ilə başlanılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Qeyd olunan səyyar vergi yoxlamasının nəticələri üzrə Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən 19.12.2013-cü il tarixli **********673391 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş və yoxlanılan vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisinin rəhbəri tərəfindən yoxlama aktında hər hansı qeydlər edilməmiş, aktı imzalamaqdan imtina edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20. 12.2013-cü il tarixli qərar və **********728000 saylı tələbnamə ödəyici tərəfindən möhürlənərək və imzalanaraq qəbul edilmiş, həmin qərar əsasında hesablanan vergi borcu iddiaçının şəxsi hesab vərəqəsində öz əksini tapmış və iddiaçı tərəfindən ödənilmişdir.

65. İddiaçı tərəfindən mübahisələndirilən digər – 14.04.2015-ci il tarixli **********889773 saylı qərar ləğv olunmuş Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 21.01.2014-cü il tarixli **********7118487 saylı qərarı ilə başlanılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Qeyd olunan səyyar vergi yoxlamasının nəticələri üzrə Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən 17.03.2015-ci il tarixli **********798863 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin akt yoxlanılan vergi ödəyicisi tərəfindən imz alanmaqdan imtina edildiyindən sifarişli poçt göndərişi ilə iddiaçıya göndərilmişdir. Lakin vergi ödəyicisi məktubu almaqdan imtina etmişdir. Həmin qərarla hesablanan vergi məbləğləri iddiaçının şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Həmin qərarın ləğvi ilə bağlı isə iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 02.05.2016-cı il tarixli, 2-1(82)745/2016 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək icraata xitam verilmiş və iddiaçı həmin qərardadı mübahisələndirməmişdir.

66. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 20.12.2013-cü il tarixli **********711255 saylı qərar 4 il 11 ay və 14.04.2015-ci il tarixli **********889773 saylı qərar isə 3 il 8 aydan sonra mübahisələndirilsə də, apellyasiya instansiyası məh kəməsi yuxarıda sadalanan hallara (20.12.2013-cü il tarixli **********711255 saylı qərarın iddiaçı tərəfindən imzalanaraq qəbul edilməsi, 14.04.2015-ci il tarixli **********889773 saylı qərarın poçt vasitəsi ilə iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən məktubun qəbul edilməsindən imtina edilməsi, həmin qərarın 2016-cı ildə məhkəmədə mübahisələndirilməsi və hər iki qərarda hesablanan vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsində borcun hesablandığı tarixlərdə öz əksini tapması, həmçinin 2013-cü il tarixli qərar əsasında hesablanan vergi borcunun iddiaçı tərəfindən ödənilməsi) formal yanaşma ilə qiymət vermiş, mübahisə olunan qərarların müəyyən edilmiş qaydada iddiaçıya təqdim edilməməsinə istinad edərək hazırkı iddianı hər iki qərara münasibətdə mümkün hesab etməmişdir.

67. Avropa İ nsan Hüquqları Məhkəməsi də hazırkı qərarın 56-cı bəndində istinad olunan qərarında müddətlərin hesablanması ilə bağlı qeyd etmişdir ki, “şikayət üçün vaxt yalnız şikayətçinin səmərəli fəaliyyət göstərə bildiyi gündən başlayır. Müvafiq olaraq, başlanğıc nöqtəsi qərarın təqdim edildiyi gün, yəni tərəflərin hərəkət edə bildiyi gün olmalıdır. Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər”.

68. Hazırkı iş üzrə yuxarıda sadalanan hallar isə onu deməyə əsas verir ki, iddiaçının 20.12.2013-cü il tarixli və 14.04.2015-ci il tarixli qərarlar barədə həmin vaxtlar məlumatı olsa da, o, 29.10.2018-ci il tarixində məhkəmə yə müraciət etmişdir.

69. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən qərarlar barədə daha əvvəl məlumatlı olmasına dair yuxarıda sadalanan halları nəzərə almamış, iddia müddətini iddiaçı tərəfindən ötürülməmiş hesab etmişdir. Bu isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli qərarına uyğun deyil. Belə ki, həmin qərarda iddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxılarkən diqqət yetirilməli olan xüsusatlar aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarın 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin qərarı isə həmin hissədə Ali Məhkəmə Plenumu qərarının tələblərinə cavab vermir.

70. Bundan başqa, kassatorun mübahisələndirilən digər – 20.08.2019-cu il tarixli **********188725 saylı qərarın mümkünlük şərtlərinə dair dəlili isə əsassızdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı iddiasını dəqiqləşdirərək cavabdehin 20.08.2019-cu il tarixli **********188725 saylı qərarını həmin qərar ona təqdim olunduğu tarixdən 30 gün ərzində mübahisələndirmişdir.

71. Kassatorun mübahisələndirlən qərarlarla bağlı dəlillərinə dair məhkəmə kollegiyası birinci növbədə qeyd ed ir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməli idi. Belə ki, hazırkı qərarın 57-ci bəndində göstərilən prosessual hüquq normasının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur.

72. Həmin qərarların mübahisələndirilməsi hissəsində iddianın mümkünlük şərtlərindən əlavə, məhkəmə iddianın mahiyyəti ilə bağlı da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

73. Belə ki, 02.05.2013-cü il tarixli **********664824 saylı qərara münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan Mənzil Məcəlləsinin 59-cu maddəsinə uyğun olmayaraq binanın ümumi sahəsini nəzərə alınaraq, yəni yuxarıda qeyd olunan və mərtəbənin sahəsinə daxil edilməli olmayan sahələri nəzərə almaqla əlavə vergi məbləği hesablamışdır.

74. Lakin məhkəmə nəzərə almamışdır ki, vergi orqanın mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Hazırkı qərarın 43-48-ci bəndlərində göstərilən normaların məzmunundan isə görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümu mi sahəsi vergitutma obyektidir.

75. Verginin hesablandığı dövr qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.

76. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 219.1.2-ci və 221.5-ci maddələrinin tələblərinin pozulması nəticəsində Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə bəyan edilmiş 609046 manat vergi məbləği çıx ılmaqla 188273,40 manat azaldıldığı müəyyən edilmişdir.

77. Belə ki, vergi ödəyicisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.2007-ci il tarixli “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi”nin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarına əsasən yoxlama ilə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 797319,6 (18983,80 m2 ×10×4.2 (3-cü zona)) vergi məbləği hesablanmışdır.

78. Məhkəmə isə işin hallarına yuxarıda qeyd edilən normanı deyil, Mənzil Məcəlləsinin 59-cu maddəsini tətbiq etmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

79. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Vergi orqanı 20.12.2013 -cü il tarixli qərarı qəbul edərkən həmin qərarın qəbul edildiyi vaxt qüvvədə olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın qüvvədə olmasını nəzərə almamış, bununla da əsassız inzibati akt qəbul etmişdir.

80. Məhkəmə kollegiyası isə bu mövqe ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi məhkəmənin istinad etdiyi kollegiya qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.1.2-ci maddəsi, həm də məhkəmənin istinad etdiyi Kollegiya qərarı qüvvədə idi, bu zama n onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.

81. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.

82. Məhkəmə kollegiyası 14.04.2015-ci il tarixli **********889773 saylı qərara münasibətdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir. Belə ki, həmin qərara münasibətdə məhkəmə 15.09.2020-ci il tarixli, Ə-113 saylı ekspert rəyini əsas hesab edərək belə nəticəyə gəlmişdir ki, aprel 2014-cü il üzrə müqavilələr və bazar qiymətləri tətbiq edilərsə, ƏDV-nin yayındırılması müəyyən edilməmişdir.

83. Lakin hazırkı qərarın 49-cu bəndində göstərilən normanın məzmunundan görünür ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsinin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.

84. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDVnin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əsasən iddiaçının təqdim etdiyi mənzillərin ərazisi üzrə zona əmsalı “1,5” olaraq müəyyən edilmişdir.

85. Cavabdeh vergi orqanı tərəfindən qeyd olunan müd dəalar nəzərə alınmaqla iddiaçının təqdim etdiyi mənzillərə görə vergi öhdəliyi 1 kv.m. üçün 337,50 manat (225,0 × 1,5) nəzərə alınmaqla hesablanmışdır.

86. Göründüyü kimi, hesablama zamanı cavabdeh tərəfindən bazar qiyməti yox, qüvvədə olan qanunla müəyyən edilmiş qiymət tətbiq edilmişdir. Yəni, minimum dövriyyənin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyasında birbaşa maddə təsbit edildiyindən cavabdeh orqan hesablamanı bazar qiyməti ilə aparmamışdır. Belə olan halda isə məhkəmənin bazar qiymətinə istinad edərək cavabdehin qərarını həmin əsasla qanuni hesab etməsi əsassızdır.

87. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini 20.12.2013-cü il tarixli **********711255 saylı və 14.04.2015-ci il tarixli **********88 9773 saylı qərarlarına dair hissədə əsaslı hesab edir. Həmin qərarlara münasibətdə məhkəmə ilk növbədə mümkünlük şərtlərinin tələblərini lazımi qaydada yoxlamamış, iddia müddətinin ötürülməsi məsələsinə qiymət verərkən səhvə yol vermişdir. Eyni zamanda, həmin qərarlara dair maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir.

88. Cavabdehin kassasiya şikayətinin dəlilləri qalan hissədə isə əsassızdır. İddianın 20.08.2019-cu il tarixli, **********188725 saylı qərara dair hissəsinə münasibətdə məhkəmənin mövqeyi əsaslı olmuşdur.

89. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, həmin qərar 2016-cı ilin 1ci rübünü əhatə edir. Halbuki, hazırkı qərarın 42-ci bəndində göstərilən normanın məzmununa uyğun olaraq vergi qanunvericiliyinin pozulması anından 3 ildən artıq müddət keçdiyind ən qeyd edilən qərar qanuni hesab edilə bilməz. Belə ki, həmin cavabdeh orqan iddiaçıya 2016-cı il 1-ci kvartal üzrə əlavə hesablamanı 20.08.2019-cu ildə aparmışdır.

90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin “20.12.2013-cü il tarixli **********711255 saylı və 14.04.2015-ci il tarixli **********889773 saylı qərarların ləğv olunması” hissəsinə münasibətdə hazırkı qərarın 42-54, 57-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

91. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-518/2021 nömrəli qərarı qismən - “20.12.2013-cü il tarixli, **********711255 saylı qərarın iddiaçıya ə lavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” və “14.04.2015-ci il tarixli **********889773 saylı qərarın iddiaçıya əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissələrində ləğv edilməli, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

92. İşə təkrar baxan məhkəmə 20.12.2013-cü il və 17.04.2015-ci il tarixli qərarların iddia müddəti ilə bağlı mümkünlük şərtlərini Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

93. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı qismən – “20.12.2013-cü il tarixli, **********711255 saylı qərarın iddiaçıya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” və “14.04.2015-ci il tarixli **********889773 saylı qərarın iddiaçıya əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissələrində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı həmin hissələrdə tə krar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar