Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1582/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dini icmanın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icmasına (üçüncü şəxs Qafqaz Müsəlmanları İdarəsi) qarşı “dini icmanın ləğv edilməsi ” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1375/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Təsisçilərin xx.xx.2014-cü il tarixli protokolu və xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının X9 Üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icması qeydiyyata alınmış və bu barədə dini qurumların dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 28 iyul 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə m əscidi dini icmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral2014-cü il tarixdə 100114A1-563 nömrəli şəhadətnamə ilə X9 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icmasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dini icma dövlət qeydiyyatından keçdiyi 28 fevral 2014-cü il tarixindən etibarən Nizamnaməsinə uyğun fəaliyyət göstərməmişdir. Belə ki, Nizamnamənin 3.1-ci bəndində icmanın ali orqanı olan yığıncağın azı ayda bir dəfə çağırılmalı olduğu göstərilməsinə baxmayaraq bu günədək belə yığıncağın keçirilməsi qeydə alınmamışdır. Həmçinin icma sədrinin illik hesabatlarının dinlənilməsi və qiymətləndirilməsi keçirilməmiş, icma təsisçilərin in arasında dəyişikliklərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. İcmanın fəaliyyətsizliyi icmanın hüquqi ünvanı olan Qaradağ rayonu Müşviqabad qəsəbə məscidindəki dini duruma təsir göstərmiş, burada ibadət edən dini qruplar arasında dini dözümsüzlüyün, dini nifrət və düşmənçiliyin yaranmasına səbəb olmuşdur. Dövlət Komitəsinin və QMİ-nin nümayəndələrinin məsciddə dindarlarla müzakirələri zamanı onlar dini icmanın fəaliyyəti və tərkibindən şikayətçi olmuşlar. İddiaçı cavabdehin fəaliyyətində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına dair onun tələblərinə baxmayaraq, qanun pozuntularının bu günə qədər aradan qaldırılmamasını və təsis sənədlərində baş vermiş dəyişiklər barədə xəbərdarlığa baxmayaraq, məlumatların təqdim edilməməsini nəzərə al araq, dini icmanın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) xx.xx.2021-ci il tarixli qərardadı ilə Qafqaz Müsəlmanları İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ. Salahova) 6 dekabr 2021-ci il tarixli, 21(112)-8939/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, 28 fevral 2014-cü il tarixdə 100114A1-563 nömrə ilə qeydiyyata alınmış Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icması ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm qanunvericilik, həm də cavabdehin nizamnaməsi dini icmanın azı 50 nəfər təsisçisinin olmasını qurumun təsisi zamanı əsas tələb kimi müəyyən etmişdir. Cavabdeh Dini icma 51 nəfər şəxs tərəfin dən təsis edilmiş, lakin onun təsisçilərindən olan X4 xx.xx.2017-ci il tarixdə, X2 xx.xx.2018-ci il tarixdə, X3 və X1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. hazırda Dini icmanın cəmi 47 nəfər təsisçisi qalmışdır, hansı ki Qanuna əsasən Dini icmanın ən azı 50 (əlli) nəfər təsisçisi olmalıdır. cavabdehin icmaya təsisçilərin qəbul edilməsi barədə heç bir sənəd təqdim etməmiş, təsisçilərin sayının Qanunla müəyyən edilmiş sayda olmasını sübut edə bilməmişdir. Dini icma hazırda təsisçilər barədə qanunla tələb olunan yetərsaya malik deyildir. Məhkəmə tərəfindən cavabdeh qurum qanunvericiliyin göstərilən tələblərini yerinə yetirmədiyindən iddiaçının tələbi təmin olunması və dini icma ləğv edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1375/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn-sədrlik edən S.İ.Bektaşi və A.S.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli, 2-1(112)-8939/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, iş tam və hərtərəfli araşdırılmamışdır. İddiaçı Azərbaycan Respublikasi X9 Üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icmasinin ləğv edilməsinə icmanın ali orqanı olan yığıncağın azi ayda bir dəfə çağırmali olduğu göstərilməsinə baxmayaraq, belə yığıncağın keçirilməsinin qeydə alınmamasını əsas götürmüşdür. Cavabdeh həmçinin “Dini etiqad azadlığı haqqında” Qanunun 8 və 12-ci madəllərinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Dini etiqad azadlığı haqqında” Qanun: Maddə
7. Dini qurumlar Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikl əri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə müvafiq surətdə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər. Maddə
8. Dini icma Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır. Azərbaycan Respublikasında dini məsələlərdə islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, digər dini icmaları n Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır. Maddə
12. Dini qurumların dövlət qeydiyyatına alınması Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər. Dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əla və edilir. Müvafiq icra hakimiyyəti orqanı dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirir. Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində (bu Qanunun 9-1.4-cü maddəsi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir. Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərb aycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda; 2) yaradılan qurum dini qurum qismində tanınmadıqda; 3) təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda. Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir. Maddə 12-1. Dini qurumun ləğv edilməsi Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər: 1) təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə; 2) müvafiq icra hakimiyyəti orqan ının müraciəti əsasında məhkəmənin qərarı ilə. Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər: 1) dini qurum tərəfindən onun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi; 2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi; 3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması; 3-1) dini ekstr emist fəaliyyətlə məşğul olma 4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi; 5) dünyəvi təhsil alınmasına mane olma; 6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə; 7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma; 8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə; 8-1) dini qurumun fəaliyyətində aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yazılı tələbində qoyulmuş müddətdə qanun pozuntusunun aradan qaldırılmaması; 9) dövlət q eydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmaması. Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. Dini qurum ləğv edildikdə, ləğv edilmiş dini qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılma dığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdı rmaları yetərli hesab olunur.
20. İş materiallarından göründüyü kimi, Dini icma 51 nəfər şəxs tərəfindən təsis edilmiş, lakin onun təsisçilərindən olan X4 xx.xx.2017-ci il tarixdə, X2 xx.xx.2018-ci il tarixdə, X3 və X1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bununlada Dini icmanın cəmi 47 nəfər təsisçisi qalmışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 17-ci bəndindən göründüyü kimi, dini icmanın azı 50 nəfər təsisçisinin olmasını icmanın təsisi zamanı əsas tələb kimi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi icmaya yeni təsisçilərin qəbul edilməsi barədə heç bir sənəd təqdim etməmiş, təsisçilərin sayının Qanunla müəyyən edilmiş sayda olmasını sübut edə bilməmişdir. Belə olan halda aydın olur ki, dini icma hazırda təsisçilər barədə qanunla tələb olunan yetərsaya malik deyildir.
22. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbə məscidi dini icmasının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1375/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.