Məhkəmə qərarları › İş №2-1(102)-1582/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1582/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1582/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, X1, İddiaçı5, İddiaçı3 cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisənin ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X1, İddiaçı5, İddiaçı3 cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-1610/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərdən 500.000 manat məbləğində kompensasiyanın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması:

2. İddia onunla əsaslandırılmışdır ki, 0,0437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli 391 nömrəli arayışına və JN3336N saylı sənədə (dövlət aktına) əsasən iddiaçıların ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Bakı-Sumqayıt Yolu ərazisində yerləşir. İddiaçılar həmin torpaq sahəsini satmaq məqsədilə çıxarış almaq üçün DƏDKR-ə müraciət etdikdə onlara bildirmişlər ki, torpaq sahəsinin bir hissəsi BakıSumqayıt avtomobil yolunun üzərində yerləşir. Bu səbəbdən iddiaçılar hesab edir ki, qanunvericiliyə görə onlara kompensasiya ödənilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ərazi aidiyyəti İnzibati Prosessual Məcəllənin 8.1.1ci ma ddəsinin tələbləri ilə tənzimlənməli və işə müvafiq daşınmaz əmlakın olduğu yerin inzibati məhkəməsində, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır.

5. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(103)-1610/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiy yəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, hazırki mübahisəyə aidiyyəti üzrə cavabdehin olduğu yerin məhkəməsi, yəni Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ər azinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə m üəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;... 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxım dan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilir.

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

15. İPM-in 8.1.1-ci maddəsinin tələbinə görə, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

16. İddiaçıların hazırkı məzmunda tələbləri onların ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, hazırkı mübahisəyə həmin daşınmaz əmlakın olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli 391 nömrəli arayışına əsasən, iddia olunun daşınmaz əmlak Abşeron rayonun ərazisində yerləşdir.

18. Belə olan halda, hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

19. Hazırkı mübahisənin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğu, həmçinin İPM-in 8.1.2-ci maddəsinin tələbindən irəli gəlir. Həmin normanın tələbinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnziba ti akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır... Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. İPM-in 34.1-ci maddəsinin tələbi nəzərə alındıqda, hazırkı məzmunda iddia öhdəliyin icrası haqqında iddiadır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlərin isə səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir.

21. Bu hald a da, hazırkı mübahisəyə baxmağa Sumqayıt İnzibati Məhkəməsi səlahiyyətlidir. 22 Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)1610/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar